Azərbaycan ssri elmlər akademiyasi tariX İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/131
tarix17.10.2017
ölçüsü5,01 Kb.
#5159
1   2   3   4   5   6   7   8   9   ...   131

 
18 
“Kitab  əl-məsalik  vəl-məmalik”  adlandırmışdır.  Bu  əsər  977-ci  ildə 
tamamlanmışdır.
15
 
İbn  Havqəlin  yazdığına  görə,  o,  iki  dəfə  Azərbaycana  gəlmiş,  Gürsərə 
bazarındakı ticarətlə tanış olmuş və Azərbaycan şəhərləri, iqtisadiyyatı, ticarəti, 
habelə,  Salarilər  dövlətinin  topladığı  vergiləri  yaxşı  öyrənmişdir.  O,  Ərdəbil 
şəhəri  haqqında  bəhs  edərək,  331  (942-943)-ci  ildə  Salar  Mərzban  ibn 
Məhəmməd  ibn  Müsafir  ilə  Deysəm  ibn  Sədluiyə  arasında  gedən  müharibə 
zamanı şəhər ətrafındakı qalanın dağıldığını qeyd edir. İbn Havqəl eyni zamanda 
Salarilər  dövlətinin  ona  tabe  olan  ölkələrdən  topladığı  vergiləri  dəqiq  surətdə 
göstərir.  O,  öz  əsərində  Azərbaycanın  sərhədləri,  şəhərləri,  əhalisi,  ticarəti, 
yolları, bazarları, gömrükləri, pul dövriyyəsi, habelə Sacilər və Salarilər dövləti 
haqqında ətraflı bəhs edir.
16
 
Əbülhəsən Əli ibn əl-Hüseyn əl-Mə`sudi X əsrin birinci yarısında Xilafətin 
tənəzzül  etdiyi  dövrdə  yaşamışdır.
17
 O,  X  əsrin  əvvəllərində  Bağdadda  anadan 
olmuş  və  956-cı  ildə  ölmüşdür.  Mə`sudi  dövrünün  ən  görkəmli 
coğrafiyaşünaslarından  və  səyyahlarından  biri  idi.  O,  Hindistandan  Atlantik 
okeanına, Qırmızı dənizdən Xəzər dənizinə qədər olan ölkələrə səyahət etmişdi. 
Bu  səyahət  onun  əsərlərində  öz  əksini  tapmışdır.  Mə`sudinin  bir  sıra  əsərləri 
vardır ki, bunlar içərisində  “Müruc əz-zəhəb və məadin əl-cəvahir” adlı əsərini 
ayrıca qeyd etmək olar. Bu əsərdə Xəzər dənizi, Araz və Kür çayları haqqında, 
Şirvan, Şirvanşahlar, Qafqaz dağlarında  yaşayan tayfalar, onların dili, buradakı 
qalalar, şahlıqlar, rusların 914-cü ildə Xəzərə gəlməsi və sair haqqında məlumat 
verilir.
18
 Mə`sudi  bu  əsəri  947-ci  ildə  yazmış,  950-ci  ildə  yenidən  işləmişdir. 
Mə`sudinin  doqquz  cilddən  ibarət  olan  bu  əsəri  1861-1877-ci  illərdə  Parisdə 
nəşr edilmişdir.
19
 
                                                 
15
 И.Ю.Крачковский. Избранные сочинения, том  IV, М. – Л, 1957, səh. 199-201. 
16
 Ibn Haukal. Liber imaginis terrae, ed, J. H. Kramers. Luqduni-Batavorum, 1939.  
17
 Məs`udi haqqında İ.Y.Kraçkovski müfəssəl məlumat verir. Bax: İ.Y.Kraçkovski. Göstərilən əsəri, IV cild, səh.171. 
18
 Qafqaz  və  Şirvana  aid  olan  hissə  N.Karaulov  tərəfindən  ruscaya  tərcümə  edilərək  «Сборник  материалов  для  описания 
местностей  и  племен  Кавказа»  adlı  məcmuədə  (XXXVIII  buraxılış.  Tiflis,  1908,  səh.  31,  59)  nəşr  edilmişdir.  (Bundan 
sonra СМОМПК) 
19
 Mə`sudi  və  IX-X  əsr  ərəb  tarixçiləri  haqqında  bax:  Л.Е.Куббел,  В.В.Матвеев.  Арабские  историки  VII-X  веков.  М.- 
Л.,1960. 


 
19 
Məs`udinin  özünün  “Müruc  əz-zəhəb  və  məadin  əl-cəvahir”  adlı  əsərində 
Şirvanşah Məzyədilər dövləti və Məzyədilər sülaləsinin bəzi nümayəndələri və 
müasiri  olduğu  Məhəmməd  ibn  Yəzid  haqqında  verilən  məlumat  olduqca 
qiymətlidir.  Lakin  onların  mənşəyi  haqqında  verilən  bu  məlumatlarda  bəzi 
ziddiyyətlər  vardır.  Mə`sudi  göstərir  ki,  o,  əsərini  yazdığı  zaman  (943-944)-cü 
illər  hakimiyyət  başında  Şirvanşah  Məhəmməd  ibn  Yəzid  idi.  Onun  yazdığına 
görə, Məhəmməd ibn Yəzid Bəhram Gur nəslindəndir. Sonra Mə`sudi göstərir ki, 
Şirvanşah  Məhəmməd  ibn  Yəzid  Ənsar  nəslindən  olan  Dərbənd  hakimi  - 
qohumu  Abdullah  ibn  Haşim  öldükdən  sonra  Dərbəndi  ələ  keçirib.
20
 Bundan 
başqa,  Məhəmməd  digər  şahlıqları  da  öz  dövlətinə  birləşdirmişdir.
21
 Sonra 
Mə`sudi  Məhəmməd  ibn  Yəzidin  hakimiyyətə  keçməsi  haqqında  yazır  ki, 
Şirvanşah  Əli  ibn  Heysəm  öldüyü  zaman  Yəzid  əmilərini  öldürərək, 
Şirvanşahlığı  öz  əlinə  keçirmişdi.
22
 Halbuki,  Laicanşahlıqla  Şirvanşahlığı 
birləşdirən  Əbu  Tahir  Yəzid  olmuşdur.  Məhəmməd  isə  Şirvanşahlığı 
möhkəmlətmək üçün həqiqətən bir sıra tədbirlər görmüşdü, Mə`sudi yazır: “Yer 
üzərində olan qalalar içərisində “Qala ən-Niyal”
23
 qalasından daha möhkəm qala 
yoxdur. Məhəmmədin əlində olan və Qafqaz dağlarında yerləşən bu qala İranda 
Siraf  yaxınlığında  Zirbad  adlanan  vilayətdə  İran  körfəzi  sahilinə  yaxın  olan 
yerdəki  Diqdan  qalasından  sonra  ən  yaxşı  möhkəmləndirilmiş  qaladır.”
24
 
Mə`sudinin  verdiyi  bu  məlumatdan  aydın  olur  ki,  Şirvanşah  Məzyədilər 
içərisində  Məhəmməd  ən  görkəmli  hakimlərdən  biri  olmuşdur.  Onun 
hakimiyyəti dövründə Dərbənd və başqa qonşu vilayətlər, şahlıqlar Şirvana ilhaq 
edilərək,  ərazisi  genişlənmişdir.  Mə`sudi  eyni  zamanda  914-cü  ildə  rusların 
Xəzər dənizinə yürüşləri haqqında da məlumat verir. O bu dövr haqqında “Kitab 
ət-tənbih vəl-işraf”
25
 əsərində də bəhs edir. 
Azərbaycan  tarixinin  bəhs  edilən  dövrü  haqqında  ən  mükəmməl  məlumat 
verən  müəlliflərdən  biri  də  Əbu  Əbdullah  Məhəmməd  əl-Müqəddəsidir. 
                                                 
20
 Mə`sudi. Müruc əz-zəhəb , II cild, səh. 5.  
21
 Mə`sudi. Müruc əz-zəhəb , II cild, səh. 6.  
22
 Mə`sudi. Müruc əz-zəhəb , II cild, səh.69. 
23
 Qala ən-Niyal (Niyal-qala) müasir Lahıc kəndinin yaxınlığındakı Niyaldağın üstündə olan qala idi. 
24
 Mə `sudi. Göstərilən əsəri , II cild, səh. 69.  
25
 Ma`sudi. Kitab at-tanbih walischraf, BGA, t. VIII, ed. M. J., de Goeje, Luqduni-Batavorum, 1894. 


 
20 
Müqəddəsi (946-1000-ci illər) X əsrin axırlarında yazdığı “Əhsən ət-təkasim fi-
mə`rifət  əl-əkalim”
26
 adlı  əsərində  Azərbaycanın  şəhərləri,  vilayətləri,  əhalisi, 
dili,  adətləri,  sənətkarlığı,  ticarəti  və  əkinçiliyi  haqqında  məlumat  verir. 
Müqəddəsinin  göstərilən  bu  əsəri  X  əsr  ərəb  coğrafiyaşünaslığının  zirvəsinə 
qalxan qiymətli əsərlərdən biri olduğu kimi, bu dövrün Azərbaycan tarixi üçün 
də ən yaxşı mənbələrdən biridir. 
Azərbaycan  haqqında  məlumat  verən  X  əsr  müəlliflərindən  biri  də  səyyah 
Əbu  Düləf  Mis`ar  ibn  əl-Mühəlhildir.  Əbu  Düləf  X  əsrin  ortalarında 
Azərbaycanın  təbii sərvətlərini,  mədən  yataqlarını  və  mədən  sularını öyrənmək 
üçün Şiz, Bakı, Tiflis, Ərdəbil şəhərlərinə və Zəngəzur vilayətinə gəlmişdir. Əbu 
Düləf  “İkinci  Risalə”
27
 adlı  əsərində  neftin  çıxarılması,  mədən  suları,  onların 
müalicə əhəmiyyəti, qızıl istehsalı və sairədən ətraflı bəhs edir.  
Əbu  Əli  Əhməd  ibn  Məhəmməd  Yə`qub  ibn  Miskəveyh  X  əsrin  ikinci 
yarısı  -  XI  əsrin  əvvəllərində  yaşamış  və  1030-cu  ildə  qoca  yaşlarında  vəfat 
etmişdir.  İbn  Miskəveyhin  şəxsiyyəti,  fəaliyyəti  və  əsərləri  haqqında  Yaqut 
Həməvi  ətraflı  məlumat  verir.
28
 İbn  Miskəveyh  tarix,  filologiya,  tibb  və  əxlaq 
məsələlərinə  həsr  olunmuş  bir  sıra  əsərlərin  müəllifidir.
29
 O,  uzun  müddət 
xəzinədar və vəzir olmuş, kitabxanada işləmiş və Büveyhilər sülaləsindən sultan 
Ədudəddövlənin  (978-982)  etibarlı  şəxslərindən  biri  olmuşdur.  İbn  Miskəveyh 
öz  dövrünün  mühüm  material  və  rəsmi  sənədlərindən  istifadə  etmək  imkanına 
malik olmuşdur. İbn Miskəveyh Rey şəhərində olarkən Salarilər dövlətində baş 
verən  hadisələri,  rusların  Bərdəyə  gəlməsini  və  sair  məsələləri  dərindən 
öyrənərək  və  əsərində  əks  etdirmişdir.  Onun  tarixə  aid  əsərlərinin  yalnız 
müəyyən  bir  hissəsi  zəmanəmizə  qədər  gəlib  çatıb.  Bu  əsər  “Kitab  təcarib  əl-
üməm” (Xalqların sınaq kitabı)
30
 adlanır.  Altı  cilddən  ibarət  olan  bu  tarix  əsəri 
                                                 
26
 Descriptio imperii moslemici auctore, ed. M. J., de Goeje, Luqduni-Batavorum, BGA, t. III, 1872. 
27
 Abu Dulaf. Mis’ar ibn Muhalhils’travels in Iran (circa A. D. 950). Arabic text with an English translation and commentary 
by V. F. Minorsky, Cairo Univ. Press, 1955. Вторая записка Абу Дулафа. Изд. текста, перевод, введение и комментарии 
П.Г.Булгакова и А.Б.Халидова. М.,1950. 
28
 Jaqut. Mojam al-adaba, ed. A.F.Rafi, vol V, 1936, pp. 5-19. 
29
 П.К.Жузе.  Биография  арабских  географов  и  историков  писавших  об  Азербайджане.  Azərbaycan  SSR  EA  Tarix 
İnstitutunun elmi arxivi, inv. № 495; Стенли Лен-Пуль. Мусульманские династии. Санкт-Петербург, 1899, səh. 115. 
30
 Ibn Miskavejh. Tajarib al-Umam. EJW. Gibb. Memorial, vol V, Leiden 1913, vol VI, 1917. Tadjarib’l-Omam, ed. M.J. de 
Goeje, Luqduni-Batavorum, 1871; The Eclipse of the Abbasid caliphate, ed. by N.T.Amedroz and  D.S. Margoliouth, vol I-
VII. Oxford, 1926-1931. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə