Azərbaycan ssri elmlər akademiyasi tariX İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/131
tarix17.10.2017
ölçüsü5,01 Kb.
#5159
1   ...   10   11   12   13   14   15   16   17   ...   131

 
40 
Bərdə yürüşünün eyni zamanda vaqe olduğu qənaətinə gəlmişdir. A.Bakıxanov 
bu  haqda  yazır:  “Ehtimala  görə,  bu  iki  hadisə  həmin  bir  səfər  əsnasında  vaqe 
olmuşdur.  Lakin  müəlliflərin aldıqları  xəbərlər  müxtəlif  olduğundan,  bir-birinə 
zidd  olaraq  yazılmışdır”.
99
 Həqiqətdə  isə,  bu  hadisələr  ayrı-ayrı  səfərlər 
əsnasında vaqe olmuşdur. 
Rusların  Xəzər  dənizinə,  Azərbaycan  sahillərinə,  xüsusilə  Bərdəyə 
yürüşləri haqqında Sovet hakimiyyəti dövründə V.BAtroldun, A.Yakubovskinin, 
Y.Paxomovun,  V.Sısoyevin,  V.Mavrodinin,  bu  sətirlərin  müəllifinin  və  başqa 
müəlliflərin  əsərlərində  bəzi  məlumatlara  rast  gəlirik.  V.V.Batrold  qədim  rus 
məsələsi ilə əlaqədar olaraq “Ruslar haqqında ərəb məlumatı” adlı məqaləsində 
rusların  Xəzərə  və  Bərdəyə  yürüşləri  məsələsinə  də  toxunmuşdur.
100
 Bundan 
başqa,  V.Batrold  1924-cü  ildə  Bakı  Dövlət  Universitetində  oxuduğu 
mühazirədə
101
 və  1926-cı  il  noyabr  ayının 29-da  Rusiya  Akademiyasının  “Rus-
Bizans  komissiyasında”  etdiyi  məruzəsində  həmin  məsələyə  toxunmuşdur.
102
 
V.V.Batrold  bu  məsələyə  Azərbaycan  tarixi  nöqteyi-nəzərindən  yanaşmamış, 
yalnız  ötəri  məlumat  verməklə  kifayətlənmişdir.  Lakin  A.Yakubovskinin  “İbn 
Miskəveyh  rusların  332  (943-944)-cü  ildə  Bərdəyə  yürüşü  haqqında”  məqaləsi 
xüsusi  tədqiqat  əhəmiyyətinə  malikdir.
103
 A.Yakubovski  bu  məqalədə  Bərdə 
şəhəri  və  rusların  Bərdəyə  yürüşünə  diqqət  yetirdiyi  halda,  həmin  dövrdə 
Azərbaycan tarixinin digər mühüm məsələlərinə əhəmiyyət verməmişdir. 
1918-ci  ildə  İngiltərə  şərqşünaslarından  D.S.Marqolius  “943-cü  ildə 
rusların  Bərdəni  tutması”  adlı  məqaləsində  ilk  mənbədən  istifadə  etmişdir.
104
 
Əhməd  Kəsrəvinin 
105
 və  V.Minorskinin
106
 əsərlərində  rusların  Azərbaycana 
yürüşləri  haqqında  müxtəsər  şəkildə  məlumat  verilir.  Kəsrəvi  Təbrizi  rusların 
                                                 
99
 A.Bakıxanov. Göstərilən əsəri, səh. 63. 
100
 В.  В.Бартольд.  Арабские  известия  о  русах.  «Советское  востоковедение»,  I  cild,  М.-Л.,  1940,  səh.  15-40.  Həmin 
məqalə 1918-ci ildə yazılmış, V.V.Bartoldun vəfatından sonra 1940-cı ildə nəşr edilmişdir.   
101
 В.В.Бартольд. Место прикаспийских областей в истории мусульманского мира. Bakı, 1924, səh. 37-44. 
102
 В. В.Бартольд. Арабские известия о русах. «Советское востоковедеие», I cild, səh. 40.   
103
 А.Якубовский. Ибн Мискавейх о походе русов в Бардаа в 332 г. (943-944) году. «Византийский временник», XXIV 
сıld. Leninqrad, 1926,  səh. 63-92. 
104
 D.S.Margoliouth.  The  Russian  seizure  of  Barda`a  in  943.  A.D.Bulletin  of  the  School  of  Oriental  Studies.  London  – 
Institution, 1918, p.82-95. 
105
 Kəsrəvi Təbrizi. Göstərilən əsəri, səh. 70-77. 
106
 V. Minorski.  Qafqaz  tarixi  haqqında  etüdlər,  səh.76, 77;  Yenə  onun. Русь  в  Закавказье.  Известия  АН  Болгарии,  №5, 
1954. 


 
41 
Bərdəyə  yürüşü  haqqında  müxtəsər  məlumat  verdiyi  halda,  V.Minorski 
Münəccimbaşıya istinad edərək, XI əsrin birinci yarısında baş verən səfərlərdən 
də geniş surətdə bəhs edir.  
Şəddadilər dövlətinin tarixinə dair bəzi məsələlər haqqında Kəsrəvi Təbrizi, 
V.Minorski  və  başqa  şərqşünasların  əsərlərində  məlumat  verildiyi  halda,  onun 
tarixi  hələ  mükəmməl  surətdə  tədqiq  edilməmişdir.  Kəsrəvi,  Münəccimbaşının 
“Səha`yif  əl-əxbar”  əsərinin  ikinci  cildindən  istifadə  etdiyi  halda,  onun  “Cami 
əd-düvəl”  əsərinin  “Şəddadilər”  fəslindən  istifadə  etməmişdir.  Şəddadilər 
haqqında  “Səha`yif  əl-əxbar”  da  çox  müxtəsər  məlumat  vardır.  Kəsrəvi, 
Münəccimbaşının  “Cami  əd-düvəl”  əsərinin  “Şəddadilər”  fəslindən  istifadə 
etmədiyi  üçün,  onun Şəddadilər sülaləsinə  həsr  etdiyi  bəhs tamamlanmamışdır. 
Digər  tərəfdən  isə,  Kəsrəvi  Şəddadilər  sülaləsinin  hakimiyyətini  İran 
hakimiyyətinə  çevirməyə  cəhd  etmişdir.  M.M.Altman  “Gəncə  şəhərinin  tarixi 
oçerkləri”  adlı  əsərində  Gəncə  şəhərinin  tarixi  ilə  əlaqədar  olaraq,  Şəddadilər 
haqqında  müxtəsər  surətdə  bəhs  etmişdir.
107
 M.Altman  Şərq  mənbələrindən 
istifadə  edə  bilmədiyi  kimi,  Münəccimbaşının  yuxarıda  göstərilən  əsərlərinin 
heç birindən istifadə etməmişdir. Ona görə də onun Şəddadilər haqqında yazdığı 
kiçik hissə həqiqətən heç bir elmi-tədqiqat əhəmiyyətinə malik deyildir. 
V.Minorski  “Qafqaz  tarixi  haqqında  etüdlər”  adlı  əsərində  Gəncə 
Şəddadiləri, Ani Şəddadiləri və Səlahəddin Əyyubi haqqında məlumat və izahlar 
verir.  V.Minorskinin  bu  əsərdə  əsas  məqsədi  Münəccimbaşının  nəşr  edilməyən 
ərəbcə  mətnini  və  onun  ingiliscə  tərcüməsini  verməkdən  ibarət  olmuşdur. 
Şəddadilər  sülaləsinin  adına  və  ya  bu  sülalə  haqqında  müxtəsər  məlumata 
M.Brossenin, 
Y.MarkvAtrın, 
E.Zambaurun,  V.V.BAtroldun,  D.Rossun, 
X.M.Frenin,  A.Markovun,  Y.A.Paxomovun  və  başqalarının  məqalə  və 
əsərlərində rast gəlmək olar. 
Rəvvadilər  sülaləsi  haqqında  Kəsrəvi  “Şəhriyarani-qomnam”  əsərinin  II 
cildində  bəhs  edir.  Kəsrəvi  Təbrizinin  bu  sülalə  haqqında  bir  çox  məlumat 
verməsinə  baxmayaraq,  Rəvvadilər  sülaləsinin  yaratdığı  Azərbaycan  dövlətinin 
                                                 
107
 М.М.Альтман. Исторический очерк города Ганджи. Бакы, 1949, səh. 20-24. 


 
42 
xüsusiyyətlərini və başqa məsələləri izah edə bilmir. Kəsrəvi əsas etibarilə sülalə  
üzvlərinin şəxsiyyəti haqqında bəhs edir. Onun böyük xidmətlərindən biri də bu 
sülalənin  hakimiyyət  dövrünü  müəyyən  etməkdən  ibarətdir.  Kəsrəvidən  sonra 
V.Minorski  Münəccimbaşının  “Cami  əd-düvəl”  əsərinin  “Şəddadilər”  fəslini 
nəşr  etdirdiyi  zaman  əsərin  sonunda  Rəvvadilər  sülaləsi  haqqında  da  müxtəsər 
məlumat  vermişdir.  V.Minorskinin  fikrincə,  345  (956)-ci  ildə  Təbriz  və 
Azərbaycanın bir hissəsini, 373 (983-984)-cü ildə isə böyük bir hissəsini tutaraq
463  (1070-1071)-cü  ilə  qədər  hakimiyyətdə  olan  sülalə  mənşə  etibarilə  kürd 
Rəvvadilərinə  mənsub  olmuşdur.
108
 Bu  məsələ  barədə  V.Minorskinin  Kəsrəvi 
Təbrizinin  irəli  sürdüyü  fikrin  əleyhinə  çıxmasına  baxmayaraq, onun  əsərindən 
geniş istifadə etmişdir.  
Rəvvadilər  dövlətinin  Azərbaycan  tarixində  işıqlandırılması  isə  ilk  dəfə 
1952-ci  ildə  bu  sətirlərin  müəllifi  tərəfindən  üç  cildlik  “Azərbaycan  tarixi”nin 
birinci  cildi  çapa  hazırlanarkən  burada  müxtəsər  məlumat  verilmiş,  sonra  da 
1957-ci ildə “Rəvvadilər dövləti haqqında” xüsusi məqalə nəşr edilmişdir.
109
 
 
 
                                                 
108
 V. Minorski. Qafqaz tarixi haqqında etüdlər, səh.167, 169. 
109
 M.X.Şərifli. Rəvvadilər dövləti haqqında. Azərbaycan SSR EA Tarix İnstitutunun Əsərləri, XI cild, 1957, səh. 27-44.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə