Azərbaycan ssri elmlər akademiyasi tariX İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/131
tarix17.10.2017
ölçüsü5,01 Kb.
#5159
1   2   3   4   5   6   7   8   9   10   ...   131

 
21 
islam  dövrünü  əhatə  edir.  “Kitab  təcarib  əl-üməm”  əsərinin  ilk  cildləri  Təbəri 
tarixinə  əsasən  yazılmışdır.  Lakin  beşinci  cilddən  etibarən  əsər  orijinal 
xüsusiyyət  daşıyır  və  Təbərinin  əsərinin  bilavasitə  davamı  kimi, 
qiymətləndirilməlidir. Yuxarıda qeyd edildiyi kimi 944-cü ildə rusların Bərdəyə 
yürüşü  haqqında  İbn  Miskəveyhin  verdiyi  məlumat  tamamilə  ilk  mənbə  hesab 
oluna bilər. Məlum olduğu kimi, İbn Miskəveyh feodal sinfinə mənsub olan bir 
tarixçidir.  O,  təsvir  etdiyi  hadisələri  mənsub  olduğu  sinfin  mənafeyi  nöqteyi–
nəzərindən  qiymətləndirmişdir.  Ona  görə  də  müəllif  İbn  Miskəveyhin  əsərində 
təsvir  olunan  tarixi  hadisə  və  ayrı-ayrı  məsələlərə  tənqidi  yanaşaraq  onları 
düzgün izah etməyə səy göstərmişdir.  
Yuxarıda göstərilən ilk mənbələrlə yanaşı, bəhs edilən dövr haqqında çox 
qiymətli  məlumat  verən  sonrakı  dövrün  müəlliflərindən  İbn  əl-Əsir,  Yaqut 
Həməvi,  Münəccimbaşı  və  başqa  müəlliflərin  əsərlərindən  də  geniş  surətdə 
istifadə edilmişdir.  
İzzəddin  Əli ibn  Məhəmməd  ibn  əl-Əsir 1160-1234-cü  illərdə  yaşamış  və 
on  iki  cilddən  ibarət  “Əl-kamil  fit-tarix”  və  ya  “Tarix  əl-kamil”
31
 adlı  əsərin 
müəllifidir.  Ümumtarix  xüsusiyyəti  daşıyan  bu  əsər  qədim  dövrlərdən  1231-ci 
ilə  qədər  olan  dövrün  tarixini  əhatə  edir.  Bu  əsərin  ilk  cildləri  əvvəlki 
müəlliflərin  əsərlərinə  əsasən  yazıldığı  halda,  yalnız  on  ikinci  cildi  müəllifin 
yaşadığı  dövrü  əhatə  edir.  Əsərin  VII-XI  cildlərində  Azərbaycanın  IX-XI 
əsrlərinə aid məlumatlara, Təbəri, Bəlazuri, İbn Miskəveyh və başqa müəlliflərə 
istinad  edilir.  Bu  məlumatlar  bəzən  müəyyən  dəyişikliklərlə  verildiyi  halda, 
bəzən  də  əslində  olduğu  kimi,  müəllifin  adı  göstərilmədən  verilmişdir.  Bütün 
bunlara baxmayaraq, göstərmək lazımdır ki, bəhs edilən dövrün bizə qədər gəlib 
çatmayan  bəzi  ilk  mənbələrindəki  məlumat  İbn  əl-Əsirin  əsəri  sayəsində  tarix 
səhifəsində qalmışdır. 
                                                 
31
 İbn  əl-Əsir.  Tarix  əl-Kamil,  VII-XI.  Misir,  hicri  1290.  Материалы  по  истории  Азербайджана  из  «Тарих  ал-Камил». 
Перевод  П.К.Жузе,  Баку,  1940;  İbn  əl-Əsir.  Əl-kamil  fit-tarix,  (Azərbaycan  dilinə  tərcüməsi  M.Əfəndizadənindir).  Bakı, 
1959. 


 
22 
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, İbn əl-Əsirin göstərdiyi bu xidmət 
bizim  istifadə  etdiyimiz  müəlliflərdən  Yaqut  Həməvi,  Bəkran,  Həmdullah 
Qəzvini, Münəccimbaşı və başqalarına da aid edilə bilər.  
Azərbaycan  tarixinin  VII-XIII  əsrləri  üçün  Yaqut  Həməvinin  əlifba  sırası 
ilə yazılmış “ Mü`cəm əl-büldan”
32
 əsəri böyük əhəmiyyətə malikdir. Yaqut ər-
Rumi  əl-Həmədani  (Həməvi)  1179-1229-cu  illərdə  yaşamışdır.  Onun  çoxcildli 
əsərində Azərbaycan şəhərləri və vilayətləri haqqında maraqlı məlumatlar verilir. 
Yaqut Həməvi Azərbaycanda olmuş, öz müşahidələrini, habelə özündən əvvəlki 
müəlliflərin məlumatlarını toplayaraq, hər bir şəhər haqqında ayrılıqda məlumat 
vermişdir.  Yaqut  Həməvinin  istifadə  etdiyi  ilk  mənbələrin  bəzisi  bizim 
dövrümüzə  qədər  gəlib  çatmamışdır.  Ona  görə  də  Azərbaycan  tarixinin  bəhs 
edilən  dövrünü,  onun  iqtisadi  məsələlərini,  şəhər  həyatını  tədqiq  etmək  üçün 
Yaqut Həməvinin əsəri böyük əhəmiyyətə malikdir.  
Azərbaycan  tarixinin  bəhs  edilən  dövrü  haqqında  türk  tarixçisi  Lütfullah 
Münəccimbaşının (1702-ci ildə ölmüşdür) ərəb dilində yazdığı “Cami əd-düvəl” 
əsərində  çox  qiymətli  məlumat  vardır.  Münəccimbaşı  bu  əsəri  yazdığı  zaman 
istifadə  etdiyi  100-dən  Atrıq  əlyazma  ilə  bərabər  şərti  olaraq  “Şəddadilər”  və 
“Tarix Bab əl-əbvab” (və ya “Tarix əl-Bab”), adlandırılan əlyazmalarını da ora 
daxil  etmişdir.  Bu  tarixi  məlumat  500(1106)-cı  ildə  Dərbənddə  ərəbcə  tərtib 
edilmişdir.  1075-ci  ilə  qədər  baş  verən  tarixi  hadisələri  əhatə  edən  bu 
salnamənin tərtibatına və üslubuna görə müəyyən olur ki, onu ilk dəfə bir neçə 
nəfər  işləmiş,  sonra  isə  bir  müəllif  tərəfindən  cəmləşdirilmişdir.  Həmin 
müəlliflərin  adı  məlum  deyildir.  V.Minorskinin  fikrinə  görə,  salnamənin 
müəllifi Arran, Şirvan və Dərbənddə müxtəlif yerli salnaməçilər tərəfindən tərtib 
edilən 
tarixi 
məlumatı 
toplayaraq,  təcrübəli  şəxslərin  köməyi  ilə 
tamamlamışdır.
33
 
                                                 
32
 Jaqut. Mudjam al-Buldan. Bejroth, 1955-1957, Mu `gam al-Buldan. Jacuts, Geographisches Wörterbuch, ed F.Wüstenfeld, 
6 Bde. Leipzig, 1866-1870. 
33
 В.Минорский. История Ширвана и Дербенда. Москва, 1963, səh. 18. 


 
23 
Yerli müəlliflər tərəfindən tərtib edilən bu salnamədə Şirvanşah Məzyədilər, 
Şəddadilər  və  Dərbənd  əmirlərinin  X-XI  əsrlərdəki  siyasi  tarixinə  aid  zəngin 
məlumat vardır.  
Münəccimbaşının “Cami əd-düvəl” əsərinin bir neçə nüsxədən ibarət olan 
əlyazmaları  Türkiyənin  kitabxana  fondlarında  saxlanmaqdadır.  Bu  əsərin 
müxtəsər  halda  türkcə  tərcüməsi  1868-ci  ildə  Nədim  Əfəndi  tərəfindən 
“Səha`yif  əl-əxbar”
34
 adı  ilə  üç  cilddə  nəşr  edilmişdir.  “Tarix  əl-Bab”ın  mətni 
Münəccimbaşının  “Cami  əd-düvəl”  əsərində  əlyazma  şəklində  qaldığı  və 
“Səha`yif  əl-əxbar”  nəşrinə  daxil  edilmədiyi  üçün  bu  tarixi  məlumat  son 
zamanlara qədər müasir elm aləminə məlum olmamışdır. Ona görə də B.A.Dorn, 
Kəsrəvi Təbrizi, P.K.Juze, Y.A.Paxomov və başqa müəlliflər Münəccimbaşının 
“Cami  əd-düvəl”  əsərinə  daxil  edilən  salnamədən  istifadə  edə  bilməmişlər. 
Yuxarıda  göstərildiyi  kimi,  yalnız  V.F.Minorski  iki  əsərini  salnamənin 
Şəddadilər, Dərbənd və Şirvan fəsillərinin nəşrinə həsr etmişdir.  
Qeyd  etmək  lazımdır  ki,  salnamənin  Şirvan  hissəsinin  sonu  mükəmməl 
olmadığına  görə  burada  1075-ci  ildən  sonra  Şirvanşah  Məzyədilər  haqqında 
məlumat  verilir.  Münəccimbaşı  salnamənin  nöqsanlı  olduğunu  qeyd  edərək 
yazır  ki:  “Mənə  yetişən  bu  əlyazmanın  nüsxəsi  naqis  olduğu  üçün  (Şirvanın) 
sonrakı  tarixi  məlum  olmadı”.
35
 Bu  salnamənin  əsl  mətninin  əsasən  XI  əsrin 
axırlarında  tərtib  olunduğunu  nəzərə  alaraq,  onun  Şirvanşah  Məzyədilər  və 
Şəddadilər dövlətlərinin tarixini öyrənmək üçün çox gərəkli ilk mənbə olduğunu 
göstərmək olar. 
Ərəb dilində yazan müəlliflər əsas etibarilə Azərbaycanın coğrafi vəziyyəti, 
təbii  sərvətləri,  şəhərləri,  ticarət  yolları,  etnik  və  siyasi  tarixi  barədə  məlumat 
verirlər.  Bu  müəlliflər  özlərindən  əvvəl  yazılmış  əsərlərdən  istifadə  etdikləri 
zaman, bir qayda olaraq, onun müəllifini göstərmirlər. Ona görə də bir məlumat 
bəzən  bir  neçə  müəllifin  əsərində  təkrar  olunur  və  ilk  müəllifi  müəyyən  etmək 
çətin olur. V.V.Batrold yazır ki, ərəb coğrafiya ədəbiyyatından istifadə edərkən 
onun xüsusiyyəti və xronoloji cəhətdən qeyri-müəyyənliyi vəziyyəti ağırlaşdırır. 
                                                 
34
 Münəccimbaşı. Səha`yif əl-əxbar, I-II cildlər, İstambul, hicri 1368. 
35
 Münəccimbaşı. Cami əd-düvəl. “Tarix əl-Bab və Şirvan” fəsli, V.Minorskinin rusca nəşri, 1963, səh.18. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə