Azərbaycan ssri elmlər akademiyasi tariX İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/131
tarix17.10.2017
ölçüsü5,01 Kb.
#5159
1   2   3   4   5   6   7   8   9   ...   131

 
15 
haqqında məlumat verir. Yə`qubinin yazdığına görə, onun ulu babası İbn-Vazeh 
xəlifə  Mənsurun  (754-775)  dövründə  Ermənistanda  vali  olmuşdur.
4
 Əhməd 
Yə`qubi  isə  uzun  müddət  Ermənistanda  yaşamış  və  bir  neçə  hakimin  yanında 
katiblik  etmişdir.  Bu  müddət  ərzində  Yə`qubi  Ermənistan  və  Azərbaycanın 
coğrafi vəziyyətinə yaxşı bələd olmuş, tarixi və coğrafi faktları öyrənərək hər iki 
əsərində  müxtəsər,  lakin  çox  düzgün  məlumat  vermişdir.  IX  əsrin  ikinci 
yarısında Azərbaycan və Ermənistanın coğrafi vəziyyəti, iqtisadi və siyasi tarixi 
haqqında  Yə`qubinin  verdiyi  məlumat  bu  dövrün  digər  müəllifləri  tərəfindən 
verilən məlumata nisbətən öz orijinallığı ilə fərqlənir.
5
 
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (838-923) Təbəristan vilayətinin 
Amul  şəhərində  anadan  olmuş,  Misirdə,  Suriyada,  İraqda  təhsil  almış  və 
ömrünün  axırına  qədər  Bağdadda  yaşayaraq  böyük  əsərlər  yaratmışdır. 
Təbərinin  çoxcildli  əsəri  “Tarix  ər-rüsul  vəl-mülük”  adlanır.
6
 Bu  böyük  əsərdə 
tarixi  hadisələr  illərə  görə  təsvir  edilir.  Əsərin  nöqsanlı  cəhətlərindən  biri  ayrı-
ayrı illərin hadisələri arasında əlaqələrin zəif olmasıdır. Təbəri bu əsərdə təsvir 
etdiyi zəngin materialların bir qismini özündən əvvəlki müəlliflərin əsərlərindən 
götürmüşdür ki, bunların bəziləri zəmanəmizə qədər gəlib çatmamışdır. Təbəri 
istifadə etdiyi  mənbələrin müəlliflərini adətən göstərdiyi halda, bir sıra orta  əsr 
müəllifləri Təbəridən istifadə edərək, onun adını belə çəkmirlər.  
Təbəri  Xilafətin  tərkibinə  daxil  olan  ölkələrin,  xüsusilə  İran,  Azərbaycan, 
Ermənistan tarixinə aid bir sıra zəngin və qiymətli məlumat verir. Onun əsərində 
təsvir  olunan  hadisələr  hicri  300-cü  ilə  qədər  (912-913)  olan  dövrü  əhatə  edir. 
Təbəri bu əsərində Azərbaycan və Ermənistanın ərəb işğallarına qədərki dövrü, 
Azərbaycanın  ərəblər  tərəfindən  işğal  olunması  o  cümlədən  Ermənistan  və 
Arranın işğalı, Xürrəmilər hərəkatı, Xilafət ordularının erməni, gürcü və albanlar 
tərəfindən  dağıdılması,  Azərbaycanda  əmələ  gələn  müstəqil  feodal  dövlətlər 
(mütəqəlliblər),  Azərbaycana  və  Ermənistana  təyin  edilən  ərəb  əmirləri 
haqqında və sair məlumat verir.  
                                                 
4
 Yə ` qubi. Tarix, II cild səh. 447.  
5
 İbn al Fakih al Hamadani. Kitab al-Buldan, ed. M.J. de Goeje, BGA, t. V Luqduni-Batavorum, 1885, p. 290-291. 
6
 Al-Tabari. Annales, ed. by M.J. Luqduni-Batavorum, de Goeje, ser. I-III, Luqduni-Batavorum, 1879-1901. 


 
16 
Təbərinin çoxcildli “Ümum tarix” əsəri zəmanəmizə qədər iki şəkildə gəlib 
çatmışdır:  
1.
 
Əsərin ərəbcə müfəssəl mətni. 
2.
 
İxtisas edilmiş və dəyişdirilmiş mətni. 
Təbəri  tarixinin  ərəbcə  müfəssəl  mətni  1879-1901-ci  illərdə  Hollandiya 
şərqşünası M. de Quye tərəfindən Leydendə nəşr edilmişdir. 
Təbərinin əsərinin bəzi hissələri 963-cü ildə Samani dövlətinin vəziri iranlı 
Məhəmməd  Bəl`əmi  tərəfindən  işlənmiş  və  ixtisarla  fars  dilinə  tərcümə 
edilmişdir.  Bəl`əmi  tərəfindən  hazırlanan  mətndə  olan  bir  sıra  tarixi  məlumat 
bizim  zəmanəmizə  qədər  gəlib  çatmamışdır.  Bundan  başqa,  Bəl`əmi  bu  mətnə 
bir  sıra  mənbələrdən  yeni  material  da  əlavə  etmişdir.  Ona  görə  də  Bəl`əmi 
tərəfindən işlənən Təbəri tarixi öz növbəsində müəyyən əhəmiyyətə malikdir. 
Bəl`əminin  tərcümə  etdiyi  Təbəri  tarixinin  mətni  bir  neçə  dilə  tərcümə 
edilmişdir.  Əsərin  bu  işdə  istifadə  edilən  türkcə  tərcüməsi  isə  İstambulda  üç 
cilddə  nəşr  edilmişdir.
7
 Təbəri  tarixinin  Azərbaycana  və  Ermənistana  aid  olan 
hissəsini  prof.  P.K.Juze  ərəb  mətnindən  ruscaya  tərcümə  etmişdir.  Lakin  bu 
tərcümə nəşr edilməyərək indiyə qədər əlyazma şəklində qalmaqdadır.
8
 
Arib  ibn  əl-Katib  əl-Qurtubi  özünün  “Silət  tarix  ət-Təbəri”
9
 adlı  əsərində 
Təbəri  tarixini  davam  etdirərək,  Xilafətin  302-320  (903-904-932)-ci  illərdə  baş 
verən hadisələrini qələmə almışdır. 
Bu  əsərdə  Sacilər  tarixinə,  xüsusilə  Yusif  ibn  Əbu  Sacın  fəaliyyətinə  aid 
çox zəngin məlumat vardır. 
Əbu  Bəkr  Əhməd  ibn  Məhəmməd  ibn  əl-Fəqih  əl-Həmədani  902-ci  ildə 
tərtib  etdiyi  “Kitab  əl-büldan”
10
 adlı  coğrafi  əsərində  Azərbaycanın  iqtisadi  və 
coğrafi vəziyyətinə aid bir sıra məlumat verir. İbn əl-Fəqihin əsərində özündən 
əvvəlki  müəlliflərin  bəzi  fikirləri  təkrar  olunsa  da,  Azərbaycan  haqqında  çox 
maraqlı və qiymətli məlumat vardır. 
                                                 
7
 Təbəri. Tarix. I-III cildlər, İstambul, hicri 1327-1328-ci illər.  
8
 Bax: Azərbaycan SSR EA TİEA, inv. №577. 
9
 Arib. Tabari continuatus, ed. M.J.de Goeje, Luqduni-Batavorum, 1897.  
10
 İbn Fəqih. Göstərilən əsəri. 


 
17 
Azərbaycan tarixi haqqında məlumat verən müəlliflərdən biri də Əbülqasim 
Ubeydullah  ibn  Xordadbehdir.  İbn  Xordadbeh  912-913-cü  ildə  vəfat  etmişdir. 
Onun  coğrafiyaya  aid  olan  “Kitab  əl-məsalik  vəl-məmalik”
11
 adlı  əsərində 
Azərbaycan,  Ermənistan  və  başqa  Şərq  ölkələri  haqqında  məlumat  vardır.  İbn 
Xordadbeh  Azərbaycan  tarixinin  bəhs  olunan  dövrünün  iqtisadi  məsələləri, 
şəhərləri,  şəhərlər  arasındakı  məsafə  və  kənd  təsərrüfatı  haqqında  müxtəsər 
şəkildə, lakin çox orijinal və qiymətli məlumat verir.  
Əbülfərəc Qudamanın 928-ci ildə yazdığı  “Kitab  əl-Xərac”
12
 adlı  əsərində 
Azərbaycan  tarixinin  bəhs  edilən  dövrünə  aid  məlumat  vardır.  Qudama  bu 
əsərində  xərac  vergisi,  Azərbaycanın  iqtisadi  coğrafiyası,  yollar,  şəhərlər 
arasındakı məsafə və sair haqqında bir sıra maraqlı məlumat verir.  
Azərbaycan  haqqında  məlumat  verən  müəlliflərdən  biri  də  Əbu  Əli  ibn 
Ömər  ibn  Rustadır.  İbn  Rusta  X  əsrin  əvvəllərində  yazdığı  “Kitab  əl-ə`lak  əl-
nəfisə”
13
 adlı  əsərində  Azərbaycan  şəhərləri, Xəzər  dənizi, Araz  və  Kür  çayları 
haqqında müxtəsər məlumat verir.  
Əbu  İshaq  İbrahim  ibn  Məhəmməd  əl-İstəxri  özünün  “Kitab  məsalik  əl-
məmalik”
14
 adlı coğrafi əsərini 933-cü ildə yazmışdır. İstəxri Xəzərsahili ölkələr, 
o cümlədən Azərbaycanla yaxşı tanış olan müəlliflərdən biri idi. O öz əsərində 
Azərbaycanın sərhədlərini, şəhərlərini, şəhərlərarası yolları, böyük karvan ticarət 
yollarını,  yollar  arasındakı  məsafələri  təsvir  edir  və  Xəzər  dənizi  haqqında 
qiymətli məlumat verir.  
İstəxrinin  əsəri  ilə  yanaşı,  onun  müasiri  olan  Əbülqasim  ibn  Havqəlin 
əsərində  də  Azərbaycan  haqqında  qiymətli  fikirlər  vardır.  İbn  Havqəl  X  əsrin 
klassik  coğrafiyaşünasları  kimi  942-ci  ildən  etibarən  bir  sıra  Şərq  ölkələrin 
səyahət  etmiş,  İranda  və  Azərbaycanda  olmuşdur.  951-ci  ildə  İstəxrinin  xahişi 
ilə onun əsərini redaktə edərək, öz topladığı  materialları da bura əlavə edib, onu 
                                                 
11
 Ibn Khordadbeh. Kitab al-Masalik val-Mamalik. BGA, t. VI, ed. M.J. de Goeje, Luqduni-Batavorum, 1889. 
12
 Kudama. Kitab al-Harag, ed. M.J. de Goeje. Luqduni-Batavorum, BGA. t. VI,  1889. 
13
 Ibn Rosteh. Kitab al-a’lak an-Nafisa, ed. M.J. de Goeje, BGA, t. VII,  Luqduni-Batavorum, 1892. 
14
 Al-Istakhri. Kitab al-Masalik  al-Mamalik, ed. de Goeje, BGA, t. I, Luqduni-Batavorum, 1870.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə