Azərbaycan ssri elmlər akademiyasi tariX İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/131
tarix17.10.2017
ölçüsü5,01 Kb.
#5159
1   2   3   4   5   6   7   8   9   ...   131

 

içərisində özünü sərbəst hiss edirdi. Onun mühazirələri yüksək elmi səviyyəsi 
ilə  fərqlənirdi,  məzmun  və  formaca  qüsursuz  idi,  canlı  və  maraqlı  keçirdi, 
mühazirələrin quruluşu və deyilişi həmişə orijinal üslubda olurdu və buna görə 
də  böyük  sayda  tələbə  və  dinləyiciləri  özünə  cəlb  edirdi.  Tarixi  biliklərin 
kütləviləşməsinə xidmət edən xüsusi kurslar - Azərbaycanın orta əsrlər tarixinə 
dair kurslar tarix elminin tədrisində ümumi tərəqqi üçün böyük əhəmiyyət kəsb 
edirdi. 
Alovlu  vətənpərvər  olan  professor  M.X.Şərifli  gənc  tarixçilərin 
yetişməsinə  böyük  diqqət  yetirir,  öz  tələbələri  arasından  savadlı  və 
qabiliyyətlilərini  seçir,  onların  işə  düzəlməsinə  kömək  göstərirdi.  O,  yüksək 
ixtisaslı elmi və pedaqoji kadrların - Azərbaycanın orta əsrlər tarixi sahəsində 
mütəxəssislərin hazırlanmasında fəal iştirak edirdi. Onun bir çox yetişdirmələri 
hazırda  elmlər  doktoru  və  namizədidir,  Elmlər  Akademiyası  sistemində, 
həmçinin respublikamızın ali məktəblərində çalışır. 
Professor  M.X.Şərifli  elmi  və  pedaqoji  fəaliyyəti  ilə  yanaşı  ölkəmizi 
diplomatik  sahədə  də  təmsil  edirdi.  1945-1949-cu  illərdə  o,  “SSRİ-nin  Xarici 
Ölkələrlə Mədəni Əlaqələr Ümumittifaq Cəmiyyəti”nin xətti ilə İranda xüsusi 
ezamiyyətdə olmuş, Təbriz şəhərində Mədəniyyət Evinin direktoru işləmişdi. 
1955-ci ildə professor M.X.Şərifli Moskva şəhərində şərqşünasların XXV 
Beynəlxalq  konqresində  iştirak  etmiş,  rus  və  ingilis  dillərində  çap  edilmiş 
“Sacilər dövləti” mövzusunda məruzə ilə çıxış etmişdi. 
40  illik  elmi-tədqiqat  fəaliyyəti  ərzində  professor  M.X.Şərifli  bir  neçə 
monoqrafiya,  100-dən  çox  elmi  əsər  -  məqalə,  dərs  vəsaiti,  resenziya  çap 
etdirmişdir.  Bu  əsərlərdə  onun  elmi  maraqlarının  dairəsi  öz  əksini  tapmış, 
Azərbaycanın  orta  əsrlər  tarixinin  mühüm  problemlərinə  dair  bir  çox  yeni 
müddəalar və orijinal fikirlər irəli sürülmüşdür. 
M.X.Şərifli  üç  cilddə  buraxılmış  “Azərbaycan  tarixi”nin  (Bakı, 
Azərbaycan  SSR  EA-nın  nəşriyyatı,  1958),  V,  VI  fəsillərinin  müəllifi,  II,  III, 
VII  fəsillərinin  həmmüəllifidir,  «Азярбайъан  ЫХ-ХЫЫ  ясрлярдя»,  (1957), 


 

“Azərbaycan  Atabəylər  dövləti”  (1136-1225-ci  illər)  –  (1961),  “Eldəgizlər”  - 
(1961) вя сairə бу fundamental elmi əsərlər onun qələminin məhsuludur. 
1965-ci  ildə  M.X.Şərifli  özünün  20  illik  elmi-tədqiqat  fəaliyyətinin 
nəticəsi  olaraq  “IX  əsrin  ikinci  yarısında  -  XI  əsrdə  Azərbaycan  feodal 
dövlətləri”  mövzusunda  doktorluq  dissertasiyasını  müdafiə  etmişdir.  IX  əsrin 
ikinci  yarısında  -  XI  əsrdə  Ərəb  xilafətinə  və  Səlcuq  imperiyasına  qarşı 
mübarizə  şəraitində  Azərbaycan  feodal  dövlətlərinin  yaranması  və  inkişafı 
problemlərinin tədqiqinə həsr olunmuş bu əsər Azərbaycan, Qafqaz, Orta Asiya 
və  bütövlükdə  Orta  və  Yaxın  Şərq  ölkələri  tarixi  üçün  böyük  əhəmiyyət  kəsb 
edir. 
M.X.Şəriflinin  Azərbaycan  tarixinin elmi  cəhətdən  ən  az  işlənmiş  feodal 
dövlətlərin  tarixinə  həsr  olunan  bu  fundamental  tədqiqat  əsərində  илк 
мянбяляря,  мяхязляря  ясасланараг,  Azərbaycan  feodal  dövlətlərinin 
yaranması  və  inkişafı  mərhələləri  sistemli  şəkildə  araşdırılmışdır.  Professor 
M.X.Şərifli elmə az məlum olan ərəb, fars, türk, Suriya, gürcü və müxtəlif qərb 
mənbələrinə, ingilis, fransız, alman, həmçinin rus dillərində olan elmi əsərlərə, 
arxeoloji  qazıntı  materiallarına  və  numizmatik  məlumatlara  əsaslanaraq, 
Azərbaycanın  siyasi  tarixini  tədqiq  etmiş,  onun  tarixi-coğrafi  mövqeyini 
müəyyənləşdirmiş,  siyasi  reallıqları  bərpa  etmiş,  Ərəb  xilafətinə  qarşı 
Azərbaycan  xalqının  mübarizəsi  şəraitində  Azərbaycan  feodal  dövlətlərinin  - 
Şirvanşah  Məzyədilərin,  Sacilərin,  Salarilərin,  Şəddadilərin,  Rəvvadilərin, 
həmçinin Mərənd, Naxçıvan hökmdarlıqların yaranmasının və inkişafının ilkin 
tarixi şərtlərini tədqiq etmişdir. 
Professor M.X.Şərifli öz əsərində oxucunu Azərbaycanda mövcud olmuş 
Rəvvadilər,  Sacilər  dövlətləri  və  Naxçıvan  şahlığı  kimi  dövlət  qurumları  ilə 
tanış  edir  ki,  bu  barədə  də  sovet  tarixşünaslığında  o  vaxtadək  heç  bir  elmi 
məlumat yox idi. 
IX  əsrdə-X  əsrin  əvvəllərində  Ərəb  xilafətinin  süqutu  şəraitində  feodal 
dövlətlərin yaranması prosesi gedirdi. Onların yaranma tarixini, Azərbaycanın 
iqtisadi və siyasi həyatını tədqiq edərək, müəllif bu dövlətlərin hər birinin tam 


 

xarakteristikasını  verir,  onların  formalaşmasının  daxili  və  xarici  şərtlərini, 
dövlət  quruluşunu,  həmçinin  hər  birinin  siyasi  cəhətdən  nə  qədər  güclü 
olduğunu göstərir. 
Azərbaycan  ərazisində  əvvəllər  yaranmış  feodal  dövlətlərindən  bəziləri 
tarixin  səhnəsindən  silinmiş,  digərləri  bir  çox  əsrlər  boyu  mövcud  olmuşdur. 
Məsələn,  Sacilər,  sonralar  isə  Salarilər  dövlətləri  Dərbənddən  Marağayadək, 
bəzi  vaxtlarda  isə  Həmədan  və  Qəzvinə  qədər  Azərbaycan  torpaqlarını  vahid 
dövlətdə birləşdirmişlər. Sacilər dovləti ərəblərə qarşı azadlıq mübarizəsinə və 
Azərbaycan dilinin yayılmasına bilavasitə kömək etmişdir. 
Tədqiq  olunan  dövrdə  Azərbaycanın  tarixi  coğrafiyası  üçün  müəllifin 
tərtib etdiyi xəritələr müəyyən əhəmiyyət kəsb edir. M.X.Şərifli ilk dəfə olaraq 
Azərbaycan  dövlətlərinin  siyasi  və  etnik  сярщядлярини  müəyyənləşdirmiş, 
мцряккяб вя гарышыг бир дювр сайылан ЫХ-ХЫ ясрлярин сийаси тарихини йаратмыш, 
ЫХ-ХЫЫI  ясрляр  яряб,  фарс  вя  тцрк  мцялlифляри  tərəfindən  öyrənilmiş  ясярляри 
əsasında  Azərbaycanın  тябии  сярвятляриni,  ъоьрафи  вязиййятиni,  şящярляриni, 
тиъарят йолларыны, игтисадиййатını və етнографийаsıны yenidən tədqiq etmişdir. 
Мцяллифин  тяртиб  етдийи  хяритяляр  (цч  хяритя)  орижиналда  рус  дилиндя 
олдуьуна эюря, онлар монографийада ейниля сахланылmışdır. 
 Müəllif  Şirvanşah  Məzyədiляр  dövlətinin  tarixini  tədqiq  edərək  bu 
dövlətin coğrafi vəziyyəti, təbii şəraiti, Şirvanın resursları və əhalisi, «Şirvan» 
sözünün  etimologiyası  haqqında  məlumat  verir.  Monoqrafiyada  bu  vaxtadək 
mübahisəli  olan  və  elmə  qətiyyən  məlum  olmayan  ayrı-ayrı  şəhərlərin  və 
qalaların yaranmasının zamanı, yeri aydınlaşdırılır və müəyyən edilir. 
Azərbaycan  dövlətlərində  sosial-iqtisadi  münasibətlərin  inkişafı  qonşu 
dövlətlərlə  bilavasitə  qarşılıqlı  əlaqə  şəraitində  baş  verirdi.  Azərbaycan 
şəhərləri İran, Bizans, Gürcüstan, xəzərlər, Rus dövləti ilə ticarət aparırdı. 
Professor  M.X.Şərifli  ölkəmizin  tarixinin  öyrənilməsi,  işlənməsi  və 
tədqiqi üçün çoxlu səy göstərmiş və əmək sərf etmişdir ki, bu da akademiklər 
Z.M.Bunyadov,  Ə.Ə.ƏIizadə,  Ə.N.Quliyev,  Z.İ.İbrahimov,  D.Ə.İbrahimov, 
H.B.Abdullayev,  M.A.İsmayılov  və  başqaları  tərəfindən  verilmiş  çoxsaylı  rəy 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə