Azərbaycan ssri elmlər akademiyasi tariX İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/131
tarix17.10.2017
ölçüsü5,01 Kb.
#5159
1   ...   4   5   6   7   8   9   10   11   ...   131

 
24 
Biz bilirik ki, bir müəllif X əsrdə yazıb, digəri isə XI əsrdə, bundan belə nəticə 
çıxarmaq  lazım  deyildir  ki,  axırıncı  müəllifin  verdiyi  məlumatı  sonrakı  dövrə, 
birinci müəllifin verdiyi məlumat isə nisbətən əvvəlki dövrə aiddir, çünki bütün 
müəlliflər öz əsərlərini, istinad etdikləri müəllifin kim olduğunu və onun hansı 
dövrə aid olduğunu müəyyən etmədən yazılı əsərlərə əsasən yazmışlar. Beləliklə, 
çox  zaman  XI  əsrin  müəllifi  X  əsrin  müəllifinə  nisbətən  daha  qədim  əsərdən 
istifadə etmiş olur.
36
 
Göstərilən  məşhur  müəlliflərin  əsərlərində  bəzən  düzgün  olmayan 
məlumata  da  rast  gəlmək  olur.  Ona  görə  də  bu  məlumata  tənqidi  nöqteyi-
nəzərdən  yanaşmaq  və  istifadə  edilən  məlumatı  digər  mənbələrlə  müqayisə 
etmək lazım gəlir.  
Bu  müəlliflərin  bəziləri  özlərindən  əvvəlki  müəlliflərin  məlumatına  öz 
müşahidəsini  əlavə  edərək,  onu  tamamlamış  və  təshih  etmişdir.  Ibn  Havqəl 
İstəxrinin  Azərbaycan  haqqındakı  materialını  istifadə  edərək,  ona  özünün  bir 
sıra  qiymətli  müşahidələrini,  Yaqut  Həməvi  isə  Azərbaycanın  şəhər,  qala  və 
vilayətlərini təsvir edərkən ona yeni qiymətli məlumat əlavə etmişdir. Ona görə 
də  sonrakı  dövrün  müəllifləri  tərəfindən  yazılmış  əsərlərdən  geniş  surətdə 
istifadə edilmişdir.  
IX əsrin ikinci yarısı – XI əsrlərlərdə Azərbaycanın tarixini tədqiq edərkən, 
fars  dilində  yazılmış  orta  əsrlərə  aid  tarix,  coğrafiya  və  bədii  əsərlərdən  geniş 
surətdə  istifadə  edilmişdir. Məlum  olduğu  kimi, fars  dilində  yazılmış  əsərlər  X 
əsrdən  mövcuddur.   Bu  əsərlər  əsasən tarix və  coğrafiyaya  aiddir.  Azərbaycan 
tarixinin  göstərilən  dövrü  haqqında  fars  dilində  xüsusi  surətdə  yazılmış  ayrıca 
mənbə yoxdur, yalnız ümumi əsərlər içərisində Azərbaycan haqqında məlumata 
təsadüf etmək olar. 
Fars  dilində  istifadə  edilən  əsas  mənbələri  üç  hissəyə  ayırmaq  olar  ki, 
bunlardan  birinci  hissəyə  coğrafi, ikinci  hissəyə  tarix,  üçüncü  hissəyə  isə  bədii 
əsərlər daxildir. İstifadə edilən coğrafi əsərlər sırasına müəllifi məlum olmayan 
                                                 
36
 В.В.Бартольд. Очерки истории туркменского народа. Ашхабад, 1925, səh. 16; Yenə onun: Сочинения, т.II, часть I, 
1963, səh.561. 


 
25 
“Hüdud əl-aləm” (X),
37
  Məhəmməd ibn Nəcib Bəkranın (XIII) “Cahannamə”,
38
 
Həmdullah Qəzvininin (XIV)   “Nüzhət  əl-qülub”
39
 əsərlərini  daxil  etmək  olar. 
Bu  əsərlərdə  Azərbaycanın  coğrafi  vəziyyəti,  təbii  sərvətləri,  şəhərlər, 
sənətkarlıq məmulatı, ticarət yolları, kənd təsərrüfatı məhsulları və sair haqqında 
bir sıra qiymətli məlumat vardır.  
“Cahannamə”də  Azərbaycana  aid  olan  məlumat  indiyə  qədər  heç  bir 
şərqşünas tərəfindən istifadə edilməmişdir. Lakin “Hüdud əl-aləm”, “Nüzhət-əl-
qülub” və “Səyahətnamə”də mövcud olan Azərbaycan haqqında materiallardan 
bəzilərinin tədqiqatçılar tərəfindən istifadə edilməsinə baxmayaraq, bu əsərlərdə 
hələ də istifadə edilməyən bir sıra qiymətli məlumata rast gəlmək olar.
40
 
Fars  dilində  istifadə  edilən  ikinci  qisim  məxəzlərə  tarixə  aid  olan  əsərlər 
daxildir. Bu əsərlər qonşu ölkələrin tarixinə və ya ümumi tarixə həsr olunmuşdur. 
Bunların  içərisində  Azərbaycana  aid  bir  sıra  materiallar  vardır.  Bu  əsərlərdən 
əsasən  “Tarixi  Sistan”  (X),  Məhəmməd  əl-Həsən  ibn  İsfəndiyarın  “Tarixi 
Təbəristan” (1209-1210-cu illərdə yazılmışdır), Zəhirəddin Nişapurinin (1186-cı 
ildə  vəfat  etmişdir)  “Səlcuqnamə”,  Ravəndinin  “Rahət-üs-südur  və  ayət-üs-
sürur”  (XII),  Həmdullah  Qəzvininin  “Tarixi  Quzidə”  (XIV),  Məhəmməd 
İbrahimin “Kirman səlcuqlarının tarixi”, sonrakı dövr tarixçilərindən Mər`əşinin 
“Tarixi  Təbəristan”,  “Ruyan  və  Mazandaran”  əsərlərini  göstərmək  olar  ki,  bu 
əsərlərin  Azərbaycana  aid  olan  məlumatlarından  istifadə  edilmişdir.  Məsələn, 
“Tarixi  Təbəristan”  əsərinin  Tehran  nəşri
41
 ilə  yanaşı,  Ed.Braunun  ingiliscə 
tərcüməsi də
42
 nəzərdən keçirilmişdir. 
IX-XI  əsrlər  Azərbaycan  tarixini  tədqiq  edərkən  Azərbaycanın  böyük  şair 
və  mütəfəkkirlərinin  bədii  əsərlərindən  də  geniş  surətdə  istifadə  olunmuşdur. 
Qətran Təbrizi (XI), Əsədi Tusi (XI), Xaqani Şirvani (XII), Fələki Şirvani (XII), 
                                                 
37
 «Худуд  ал-алем».  Рукопись  Туманского,  изд.  с  введ.  и  указателями  В.В.Бартольда.  Ленинград,  1930;  Hudud  al-
alum. Translated and explained by V. Minorsky. London, 1937. 
38
 Мухаммед ибн Наджиб Бакран. Джахан-наме. Издание текста, введение и указатели Ю.Е.Борщевского, Москва, 
1960. 
39
 Hamd-allah Mustowfi of Gazwini. The Nushat al-qulub, ed. by G.Le Strange ser E.J.Gibb, vol. XXIII, t.1-2. London 
Leiden, 1915; Hamdallah Qəzvini. Nüzhət əl-qülub. Tehran, Hicri, 1336. 
40
 Həmdullah  Qəzvini  haqqında  ətraflı  məlumat  almaq  üçün  bax:  А.А.Ализаде.  Социально-экономическая  и 
политическая  история  Азербайджана  XIII-XIV  вв..  Баку,  1956,  səh.  17;  И.П.Петрушевский.  Хамдуллах  Казвини. 
Источник по истории восточного Закавказья. Известия АН СССР, № 4, 1937. 
41
 Məhəmməd əl-Həsən. Tarixi Təbəristan. Tehran, hicri 1320. 
42
Muhammad al-Hasan b. Isfandiyar. History of  Tabaristan, trans.by ed. G.Browne. Leiden-London, 1905. 


 
26 
Nizami  Gəncəvinin  (XII)  əsərlərində  tədqiq  edilən  dövr  haqqında  bir  sıra  çox 
qiymətli  və  tarixi  cəhətdən  hələ  öyrənilməmiş  məlumat  vardır.  Azərbaycanın 
böyük  şairi  Qətran  Təbrizi  XI  əsrdə,  yəni  tədqiq  edilən  dövrdə  yaşayıb 
yaratmışdır. Onun təvəllüd tarixi məlum deyildir, lakin hicri 465 (1072)-ci ildə, 
qoca  yaşında  vəfat  etdiyi  məlumdur.  Qətran  Təbrizi  Gəncədə  Şəddadilərin 
sarayında,  Naxçıvanda  Əbu  Düləfin  və  Təbrizdə  Rəvvadi  Vəhsudan  və  oğlu 
Məmlanın  xidmətində  olmuş,  qəsidələrinin  əksəriyyətini  bu  hökmdarlara  ithaf 
etmişdir.  Qətran  Təbrizi  o  zaman  Azərbaycanda  baş  verən  tarixi  hadisələrin 
canlı şahidi olmuşdur. Onun qəsidələrində dövrün tarixinə, dövlət məsələlərinə, 
hökmdarların  fəaliyyətinə,  Azərbaycan  şəhərlərinə  və  oğuz,  səlcuq  türklərinin 
hücumlarına, habelə onlara qarşı aparılan mübarizəyə aid bir sıra nadir, qiymətli 
məlumat vardır ki, bunları başqa mənbələrdən əldə etmək mümkün deyildir.
43
 
Fələki  Şirvani
44
 və  Xaqani  Şirvaninin
45
 divanlarında  Şirvan  haqqında, 
habelə  şəhərlər,  qalalar,  hökmdarlar  və  sair  haqqında  bəzi  məlumat  vardır. 
Nizami  Gəncəvinin  poemalarında da  rusların Bərdəyə  gəlməsi,  iqtisadi, ictimai 
məsələlər  və    Marağa  hakimi  Körpə  Arslan  haqqında  qiymətli  məlumatlar 
verilir.
46
 İran  şairi  Əsədi  Tusi  Naxçıvanda  Əbu  Düləfin  sarayında  yaşamış  və 
qəsidələrinin  bir  qismini  ona  həsr  etmişdir.  Bu  qəsidələr  Əsədinin 
“Gerşasbnamə”  dastanına  daxildir.  Bu  qəsidələrdə  Naxçıvanşahlar  haqqında 
qiymətli məlumat vardır. 
 Azərbaycan  tarixinin  orta  əsrlər  dövrünü  tədqiq  etmək  işində  erməni 
dilində yazılmış tarixi mənbələr olduqca böyük əhəmiyyətə malikdir. Təəssüf ki, 
Azərbaycan  tarixinə  aid  olan  erməni  mənbələri  toplanaraq  Azərbaycan  dilinə 
tərcümə  edilməmişdir.  Ona  görə  də  çox  zəngin  olan  erməni  mənbələrindən 
əsasən  inqilabdan  əvvəl,  habelə  son  zamanlar  ruscaya  tərcümə  olunan  əsərlər 
daha çox istifadə edilmişdir.  
                                                 
43
 Qətran Təbrizi. Divan. Təbriz, hicri 1333. 
44
 Muhammad Falaki-i-Shirvani and his unique diwan in Madras, Hadi Hasan Islamic culture, April 1950, p.p. 77-107, july 
1950, p.p. 145-186. 
45
 Xaqani Şirvani. Divan. Tehran, hicri 1316; Nizami. Külliyyat. Tehran, hicri 1320. 
46
 Nizami Gəncəvinin Azərbaycan SSR EA Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilən əsərlərindən istifadə edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə