Azərbaycan ssri elmlər akademiyasi tariX İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə131/131
tarix17.10.2017
ölçüsü5,01 Kb.
#5159
1   ...   123   124   125   126   127   128   129   130   131

 
386 
göndərilirdi.  IX-XI  əsrlərdə  Azərbaycanda  şəhər  həyatı  sənətkarlıq  və  ticarət 
münasibətləri  Yaxın  və  Orta  Şərq  ölkələrinin  bəzilərinə  nisbətən  daha  çox 
inkişaf etmişdi. 
IX-X əsr müəlliflərindən İbn Xordadbeh, İbn Fəqih, İstəxri, İbn Havqəl və 
başqaları  Azərbaycandan  keçən  karvan  ticarət  yolları,  onların  istiqaməti, 
şəhərlər arasındakı məsafə, mənzillər və sair haqqında bir sıra qiymətli məlumat 
verirlər. Əsərini IX əsrin ortalarında yazan İbn Xordadbeh Azərbaycandan keçən 
karvan ticarət yolları haqqında belə yazır:
 447
 
1) Dinavərdən Zəncana – 29 mənzil; 
    Marağaya – 11 mənzil; 
    Miyanicə (Miyanə) – 2 mənzil; 
    Ərdəbilə – 11 mənzil; 
    Varsana – 11 mənzil. 
2) Dinavərdən Bərzəndə gedən yol
    Marağaya, Dehxərrəqana – 11 fərsəng; 
    Təbrizə – 9 fərsəng; 
    Mərəndə – 10 fərsəng; 
    Xana – 4 fərsəng; 
    Xuveyyə – 6 fərsəng. 
3) Marağadan Gürsərəyə - 10 fərsəng; 
     Sərata – 10 fərsəng; 
     Nirə – 5 fərsəng; 
     Ərdəbilə – 5 fərsəng; 
     Muğana – 10 fərsəng.
448
 
4) Ərdəbildən Xüşşə – 8 fərsəng; 
    Bərzəndə – 6 fərsəng; 
    Sadarasba – 2 fərsəng; 
    Zəhrkeşə – 2 fərsəng; 
    Davarruda – 2 fərsəng; 
                                                 
447
 İbn Xordadbeh. Göstərilən əsəri, səh. 119. 
448
 İbn Xordadbeh. Göstərilən əsəri, səh. 120. 


 
387 
    Bəzzə – 1 fərsəng. 
5) Bərzənddən Bəlasəcana, oradan da Varsana – 12 fərsəng; 
    Marağadan Cənzəyə (Urmu gölünün yaxınlığında) – 6 fərsəng; 
    Musaabada – 5 fərsəng; 
    Cabravana – 8 fərsəng; 
    Nərizə - 4 fərsəng; 
    Urmuya – 14 fərsəng.
449
 
6) Varsandan Bərdəyə – 8 mənzil; 
    Mənsura – 4 mənzil;  
    Bərdədən Mütəvəkkiliyə (Şəmkür) şəhərinə – 6 mənzil; 
    Mütəvəkkiliyədən Tiflisə – 10 mənzil; 
    Bərdədən Bab ül-əbvaba – 15 mənzil;  
    Bərdədən Dəbilə – 7 mənzil; 
 Mərənddən Nəşavaya – 20 fərsəng; 
    Nəşavadan Dəbilə – 20 fərsəng; 
    Varsandan Beyləqana – 12 fərsəng; 
    Beyləqandan Bərdəyə - 14 fərsəng.  
Qeyd  etmək  lazımdır  ki,  X  əsrin  birinci  yarısında  vəziyyət  tamamilə 
dəyişmişdi.  İbn  Xordadbeh  əsərini  yazdığı  dövrdə,  yəni  IX  əsrin  ortalarında 
Azərbaycana  əsas  etibarilə  yalnız  cənubdan  ticarət  yolu  gəldiyi  halda,  X  əsrdə 
Şərqdən Qərbə gedən karvan ticarət yolları Azərbaycan ərazisindən keçirdi. 
Bu  zaman  Xilafət  zəifləmiş,  yerli  dövlətlər  əmələ  gəlmiş,  karvan  ticarət 
yolları  əvvəlki  istiqamətini  dəyişdirmişdi.  İbn  Xordadbehdən  İstəxri  və  İbn 
Havqələ  qədər  təqribən  bir  əsr  keçmişdi.  Keçən  dövrdə  Azərbaycan  şəhərləri, 
sənətkarlıq və ticarət kökündən dəyişmişdi. Azərbaycandan keçən dünya karvan 
ticarət yolları, şəhərlər arasındakı mənzillər və məsafələr müəyyənləşmişdi. Ona 
görə də İstəxrinin (X əsrin 30-cu illəri) və İbn Havqəlin (X əsrin ortaları) ticarət 
yolları,  onların  istiqaməti,  şəhərlər,  şəhərlərarasındakı  məsafə  və  mənzillər 
haqqındakı məlumatı daha da dəqiqləşdirilmişdir. 
                                                 
449
 İbn Xordadbeh. Göstərilən əsəri, səh. 121-122. 
 


 
388 
İstəxri  Azərbaycandan  keçən  karvan  ticarət  yolları,  şəhərlər  arasındakı 
məsafə  haqqında  müfəssəl  məlumat  verir.  Onun  yazdığına  görə,  Azərbaycana 
gələn  karvan  ticarət  yolları  Bərdədə  birləşdi.  İstəxri  Bərdədən  gedən  karvan 
ticarət yolları haqqında belə yazır: 
1) Bərdədən Ərdəbilə gedən yol: 
    Yunana – 7 fərsəng; 
    Beyləqana – 7 fərsəng; 
    Varsana – 7 fərsəng; 
    Bəlxaba – 7 fərsəng; 
    Bərzəndə – 7 fərsəng; 
    Ərdəbilə – 15 fərsəng. 
 
2) Bərdədən Dərbəndə gedən yol: 
    Bərzəncə – 18 fərsəng; 
    Bərzəncdən Şamaxı şəhərinə qədər – 14 fərsəng; 
    Şirvana – 3 günlük yol; 
    Abxaza – 2 günlük yol; 
    Cisr Samura – 12 fərsəng; 
    Dərbəndə – 20 fərsəng. 
 
3) Bərdədən Tiflisə gedən yol: 
    Cənzəyə (Gəncə) – 9 fərsəng; 
    Şəmkürə – 10 fərsəng; 
    Xunana – 21 fərsəng; 
    İbn Kəndman qalasına – 10 fərsəng; 
    Tiflisə – 12 fərsəng. 
 
4) Bərdədən Dəbilə (Dvinə) gedən yol: 
Bərdədən Dəbilə qədər – 82 fərsəng.
450
 
                                                 
450
 İstəxri. Göstərilən əsəri, səh. 192-193. 


 
389 
Beləliklə, İstəxri Bərdədən dörd tərəfə böyük karvan ticarət yolunun getdi-
yini  göstərir.  Bundan  başqa,  o,    İstəxri  Ərdəbildən  Zəncana,  Marağaya,  daha 
sonra  Urmu,  Səlmas,  Xoy,  Naxçıvan  xətti  ilə  Dəbilə,  habelə  Ərdəbildən  Amid 
şəhərinə böyük karvan ticarət yolunun getdiyini yazır.
451
 
İbn Havqəl Azərbaycandan başqa ölkələrə gedən karvan ticarət yolları haq-
qında  mükəmməl  məlumat  verir.  Onun  yazdığına  görə,  Bərdədən  4  böyük  yol 
gedirdi.
452
 Bu yollar aşağıdakılardan ibarət idi:  
1. Bərdədən Ərdəbilə gedən yol. Bu yol Yunan, Beyləqan, Varsan, Bəlxab 
və Bərzənd şəhərlərindən keçərək, Ərdəbilə və oradan da başqa ölkələrə gedirdi. 
2. Bərdədən Bab ül-əbvaba gedən yol. Bu yol Bərdic yaxınlığından Şamaxı, 
Laican, Şirvan, Cisr Samuru keçib Dərbəndə gedirdi. 
3. Bərdədən Tiflisə gedən yol. Bu yol Gəncə, Şəmkür, Xunan şəhərləri və 
Kəndman qalasını keçib Tiflisə gedirdi. 
4. Bərdədən Dəbilə gedən yol. Bu yol Kalkatus, Mətris, Daumis, Kaylakvin 
və Sisəcanı keçərək Dəbilə gedirdi. 
Ərdəbildən isə iki böyük karvan ticarət yolu gedirdi:  
1.  Ərdəbildən  Zəncana  gedən  yol.  Bu  yol  Rey  və  sair  Şərq  vilayətlərinə 
gedirdi. 
2.  Ərdəbildən  Marağaya  gedən  yol.  Bu  yol  Marağadan  sonra  Urmu 
şəhərindən keçib qərbə doğru gedirdi. Bu karvan ticarət yolu Ərdəbil ilə Marağa 
arasında olan böyük Gürsərə bazarının yaxınlığından keçib gedirdi.
453
  Marağa-
dan Dəbil və Dinavərə də yol gedirdi.
454
 
İbn Havqəlin yazdığına görə, göstərilən əsas karvan ticarət yollarının məsa-
fələri,  mənzilləri  dürüst  müəyyən  edilmiş,  yolçuların  istirahətini  təmin  etmək 
üçün bu yollar üzərində karvansaralar və sair binalar tikilmişdi. 
                                                 
451
 İstəxri. Göstərilən əsəri, səh. 194. 
452
  İbn  Havqəl.  İstəxrinin  məlumatını  təkrar  etsə  də,  bəzi  yeni  qeydlər  etmişdir.  Ona  görə  İbn  Havqəlin  məlumatını  ayrıca 
olaraq əlavə etməyi faydalı hesab etdik. 
453
 İbn Havqəl. Göstərilən əsəri, səh. 349-351. 
454
 İbn Havqəl. Göstərilən əsəri, səh. 354. 


 
390 
J.Markvartın  göstərdiyinə  görə,  ərəb  müəllifləri  tərəfindən  karvan  ticarət 
yolları üzərində göstərilən “mənzil” gündəlik yol mənasını deyil, təqribən 4 fər-
səng uzunluğunda olan məsafəni göstərirdi.
455
 
İlk mənbələrin yazdığına görə, Azərbaycandan xaricə gedən karvan ticarət 
yolları üzərində gömrükxanalar var idi. Azərbaycan dövlətləri xaricə aparılan və 
xaricdən gətirilən ticarət mallarından gömrük alırdılar. İlk mənbələr ticarət mal-
larından  alınan  gömrük normaları  haqqında  heç  bir  məlumat  vermir. Lakin  İbn 
Havqəl Azərbaycan gömrükxanalarının illik mədaxilindən bəhs edərək, yazır ki, 
mənim bildiyimə görə, ticarətdən əldə edilən gömrüklər ildə 100000 dirhəmdən 
1000000 dirhəmə qədər olurdu. Dünyanın heç bir yerində buna bənzər (gömrük) 
yoxdur.
456
 
Yuxarıda göstərilən ilk mənbələrin məlumatına əsasən, bir daha qeyd etmək 
olar ki, bəhs edilən dövrdə Azərbaycan şəhərləri bir sıra ölkələr arasında aparı-
lan karvan ticarətində əhəmiyyətli yer tutur və bu ticarətdən Azərbaycan dövlət-
ləri külli miqdarda mədaxil əldə edirdilər. Bu zaman Azərbaycan dövlətləri qızıl 
(dinar), gümüş (dirhəm) və fels pullar kəsirdilər. Sacilərin, Şirvanşahların, Sala-
rilərin,  Şəddadilərin,  Rəvvadilərin,  Ərdəbil,  Marağa,  Bərdə,  Şamaxı,  Gəncə, 
Təbriz və sair şəhərlərdə zərbxanaları var idi. Dünyanın bir sıra muzeylərində bu 
dövlətlərin  zərb etdikləri sikkələr saxlanmaqdadır.
457
 
İstəxri Azərbaycan, Arran və Ermənistanda qızıl, gümüş pulların işləndiyini 
göstərir.
458
 Müqəddəsi yazır ki, Təbriz hakimi qızıl pul kəsir.
459
 
                                                 
455
 J.Markwart Eranschahr nach der Geographie des Ps. Moses Xoren, Berlin, 1901, S. 188, 257, 288. 
456
  Bax:  А.Марков.  Инвентарный  каталог  мусульманских  монет.  СПб,  1896,  Е.А.Пахомов.  Монеты  Азербайджана  , 
вып. I. Баку, 1959, вып. II, 1938, вып. III, 1926 və sairə. 
457
 İbn Havqəl. Göstərilən əsəri, səh. 353. 
458
 İstəxri. Göstərilən əsəri, səh. 192. 
459
 Müqəddəsi. Göstərilən əsəri, səh. 379. 


 
391 
NƏTİCƏ 
 
IX  əsrin  ortalarından  başlayaraq  Xilafətin  zülmünə  qarşı  azadlıq  uğrunda 
gedən  mübarizə  mahiyyət  etibarilə  daha  da  genişləndi və  Xilafətin hakimiyyəti 
altında  olan  “Şərq  vilayətlərində”  bir  sıra  yeni  feodal  dövlətləri  yarandı.  İlk 
mənbələrə  əsasən  aparılan  elmi  tədqiqat  nəticəsində  müəyyən  edilmişdir  ki, 
Azərbaycan  Xilafətin  hakimiyyəti  altında  olan  ölkələr  içərisində  görkəmli  rol 
oynayan  və  zəngin  ölkələrdən  biri  idi.  Burada  neft,  duz,  qızıl,  gümüş,  mis, 
qurğuşun,  kükürd,  mərmər,  zəy,  civə  mədənləri  var  idi.  Tibbi  əhəmiyyəti  olan 
mədən  sularından  istifadə  edilirdi.  Kür,  Araz  çaylarından  və  Xəzər  dənizindən 
çoxlu balıq tutulurdu. Əhali  əkinçilik,  maldarlıq, ipəkçilik, bağçılıq, habelə bir 
sıra sənət sahələri ilə məşğul olurdu. Azərbaycanda texniki bitkilərdən pambıq, 
kətan,  zəfəran,  müxtəlif  dənli  bitkilər  əkilir,  Şərq  ölkələrində  “qırmız”  adı  ilə 
məşhur olan boya istehsal edilir və ləziz meyvə növləri yetişdirilirdi. 
Xilafətə  qarşı  aparılan  mübarizə  nəticəsində  ölkənin  bütün  bu  zəngin 
sərvətləri  yerli  feodalların,  habelə  hakimiyyət  başına  keçən  yerliləşmiş 
feodalların əlinə keçirdi. Beləliklə, yeni hakim feodal zümrəsi yarandı. Xilafətə 
qarşı  aparılan  mübarizədə  böyük  feodallar  fürsət  əldə  etdikdə  hakimiyyəti  ələ 
keçirir,  Xilafətdən  ayrılaraq  yeni  feodal  dövlətləri  yaradırdılar.  Bu  feodal 
hökmdarlar  hakimiyyət  başında  çox  az  qalırdılar.  Mərənd  hökmdarlığı  buna 
misal  ola  bilər.  Lakin  Xilafətə  qarşı  mübarizə  dövründə  və  bundan  sonra 
Azərbaycanda  əmələ  gələn  feodal  dövlətlərdən  Şirvanşahlar,  Sacilər,  Salarilər, 
Şəddadilər və Rəvvadilər dövləti uzun müddət hakimiyyət sürmüşdür. Şirvanşah 
Məzyədilər,  Sacilər  və  Rəvvadilər  dövləti  Xilafətə  qarşı  mübarizədə,  Salarilər, 
Naxçıvan  əmirliyi  və  Şəddadilər  dövləti  isə  daxili  mübarizə  şəraitində 
yaranmışdır.  
Bu dövlətləri quran sülalələrdən Məzyədilər və Rəvvadilər mənşə etibarı ilə 
ərəb  olsalar  da,  onlar  qədimdən  Azərbaycanda  yaşayaraq  yerliləşmişdilər. 
Salarilər  deyləm,  Şəddadilər  kürd  qəbilələrinə  mənsub  idilər.  Bu  qəbilələr 
Azərbaycanda və ona qonşu vilayətlərdə yaşayırdılar. Sacilər isə türk idilər.  


 
392 
Bu  sülalələr  mənşə  etibarilə  müxtəlif  olsalar  da,  onların  qurduqları  feodal 
dövlətləri Azərbaycan ərazisində yerləşirdi və Ermənistanın şərq rayonlarını da 
əhatə  edirdi.  Sacilər  və  Salarilərin  hakimiyyəti  dövründə  Dərbənddən  Reyə  və 
Xəzər  dənizindən    Dvinə  qədər  Azərbaycan  əraziləri  əsasən  birləşdirilmişdi. 
Şirvanşahlar  dövləti  də  müəyyən  dövrdə  nominal  olaraq  bu  dövlətlərdən  asılı 
olmuşdur.  
Quruluş etibarilə bu dövlətlər bir-birinə bənzəsələr də, onlar hər biri xüsusi 
şəraitdə  əmələ  gəlmiş  və  inkişaf  etmişdi.  Hər  bir  dövlətin  tərkibində  maliyyə, 
inzibati və hərbi orqanları, piyada və süvari qoşunları var idi. Dövlətin başında 
hakim sülaləyə mənsub olan əmir, şah və ya hakim dururdu.  
Bu  feodal  dövlətlər  daxili  mübarizə,  ara  müharibələri  və  səlcuqların 
hücumları nəticəsində dağılmışdır. Sacilər və Salarilər dövləti ara müharibələri 
və daxili mübarizələr nəticəsində, Rəvvadilər (ikinci dövrdə), Şəddadilər dövləti 
və  Naxçıvanşahlıq  səlcuqların  zərbəsi  altında  dağılmış,  Şirvanşah  Məzyədilər 
dövləti isə səlcuqların yürütdükləri siyasət nəticəsində zəifləmişdi. Azərbaycan 
xalqının  dövlət  tarixində  böyük  əhəmiyyəti  olan  bu  dövlətlərin  dağılması 
nəticəsində Azərbaycan tamamilə səlcuqların hakimiyyəti altına düşmüşdür.  
Xilafətin zülmündən azad olaraq yerli dövlətlərin əmələ gəlməsi şəraitində 
Azərbaycanda  istehsal  qüvvələri  inkişaf  etdikcə  kənd  təsərrüfatı,  şəhər  həyatı, 
sənətkarlıq  da  inkişaf  edir.  Yeni  dövlətlərin  meydana  gəlməsi,  aqrar 
münasibətlər, vergilərin toplanması və sair sahələrdə bir sıra dəyişikliklərə yol 
açır. Lakin bu zaman islam dini qanunlarına uyğun olan qaydalar  əsas etibarilə 
hakim mövqe tutmaqda idi. Kəndlilərin torpağa təhkimliliyi barədə rəsmi qanun 
olmadığı  halda,  onlar  iqtisadi  məcburiyyət  nəticəsində  torpağa  bağlı  olub, 
feodaldan asılı vəziyyətdə idilər. 
IX-XI  əsrlərdə  Azərbaycanda  bir  sıra  vilayət  və  nahiyə  mərkəzləri  olan 
böyük şəhərlər var idi. Bərdə, Şamaxı, Bakı, Gəncə, Naxçıvan, Təbriz, Ərdəbil, 
Marağa kimi şəhərlər sənətkarlıq, ticarət və mədəniyyət mərkəzləri idi. Şamaxı, 
Gəncə,  Naxçıvan,  Təbriz,  Ərdəbil  və  Marağa  feodal  dövlətlərin  paytaxtı 
olmuşdur. Bəhs edilən dövrdə mövcud olan şəhər və qalalardan bir çoxu tarixi 


 
393 
hadisələr  nəticəsində  dağılaraq  zəmanəmizə    qədər  gəlib  çatmamışdır.  Şabran, 
Məsqət,  Şirvan,  Beyləqan,  Muğan,  Şiz  və  sair  şəhərlər,  habelə  Gülüstan, 
Girdman, Xunan, Mehyariyyə, Məluğ və sair qalalar dağılaraq tarix səhnəsindən 
çıxmışlar. 
IX-XI  əsrlərdə  Azərbaycanda  sənətkarlıq  da  çox  inkişaf  etmişdi. 
Sənətkarlığın  inkişafı  şəhərlərin  və  ticarət  bazarlarının  genişlənməsinə  səbəb 
olmuşdur.  Şəhərlərin  bəzilərində  toxuculuq,  digərlərində  isə  dulusçuluq  daha 
çox  inkişaf  etmişdi.  Bərdə,  Gəncə,  Təbrizdə  toxuculuq,  Beyləqanda  natif, 
Qəbələdə dulusçuluq inkişaf etmişdi. Bərdə və Gürsərədə dünya əhəmiyyəti olan 
ticarət  bazarları  yaranmışdı.  Azərbaycandan  bir  sıra  ölkələrə  neft,  boya,  balıq, 
qurudulmuş  meyvə,  xalça  və  sair  sənətkarlıq  məmulatı  ixrac  edilirdi. 
Azərbaycan  ərazisindən  böyük  karvan  ticarət  yollarının  keçməsi  ticarətin  və 
şəhərlərin inkişafına təsir göstərirdi. 
IX-XI  əsrlərdə  iqtisadiyyatın  getdikcə  inkişaf  etməsi,  sənətkarlıq  və 
ticarətin  genişlənməsi,  şəhərlərin  yüksəlişi  Azərbaycanda  əhalinin  mədəni 
səviyyəsinin artmasına, şəhər əhalisinin və burada yaşayan tayfaların adət, dil və 
başqa cəhətlərdən bir-birinə yaxınlaşmasına şərait yaratdı. Sacilərin hakimiyyət 
başına gəlməsi türk dilinin daha çox yayılmasına səbəb oldu. Türkdilli tayfalar 
ölkənin başqa əhalisi ilə qaynayıb qarışmağa başladı. Türk dilləri sisteminə daxil 
olan  Azərbaycan  dili  getdikcə  genişlənərək  ümumi  danışıq  dilinə  çevrildi. 
Ümumi  bazarların  əmələ  gəlməsi,  iqtisadiyyatın  ümumi  səciyyə  qazanması 
tayfalar arasındakı fərqlərin aradan  qalxmasına  şərait yaratdı. Ölkənin şimal və 
cənub  vilayətləri  arasında  əmələ  gələn  iqtisadi  əlaqə  və  dil  ümumiliyi 
Azərbaycan xalqının təşəkkülü prosesini yetişdirdi. 
 
 


 
394 
 
 
 
 
 
 
 
 
 
 
ƏLAVƏ


 
395 


 
396 


 
397 


 
398 
MÜNDƏRİCAT 
Танынмыш alim, pedaqoq və elm təşkilatçisi ................................................ 3 
Мцяллифин юн сюзц  .............................................................................   13 
Müqəddimə .................................................................................................. 17 
I fəsil. ŞİRVANŞAH  MƏZYƏDİLƏR  DÖVLƏTİ .................................. 42 
Şirvanın ərazisi ............................................................................................ 42 
Şirvan ərazisində yaşayan əhali ................................................................... 46 
Şirvanşahlığın tarixinə dair.......................................................................... 50 
Məzyədilər sülaləsi ...................................................................................... 60 
Siyasi tarix ................................................................................................... 65 
II fəsil. SACİLƏR  DÖVLƏTİ .................................................................. 108 
III fəsil. SALARİLƏR  DÖVLƏTİ ........................................................... 148 
Salarilər dövlətinin yaranması ................................................................... 148 
Rusların Xəzərsahili ölkələrə və Bərdəyə səfəri ....................................... 158  
Salarilər dövlətinin yüksəliş dövrü və sonu .............................................. 185 
IV fəsil. ŞƏDDADİLƏR DÖVLƏTİ ........................................................ 218 
V fəsil. RƏVVADİLƏR DÖVLƏTİ ......................................................... 271 
Rəvvadilər hakimiyyətinin ilk dövrü ......................................................... 271 
Rəvvadilər dövlətinin yüksəlişi, oğuz-səlcuq türklərinin hücumları ........ 279 
Rəvvadilər dövləti səlcuqların hakimiyyəti dövründə .............................. 294 
VI fəsil. İQTİSADİ-İCTİMAİ  VƏZİYYƏT ............................................ 300 
Kənd təsərrüfatı ......................................................................................... 300 
İctimai və aqrar münasibətlər .................................................................... 310 
Şəhərlər, sənətkarlar və ticarət .................................................................. 324 
NƏTİCƏ .................................................................................................... 390 
ƏLAVƏ ..................................................................................................... 393 
 
 
 
                                                                                    

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə