Azərbaycan ssri elmlər akademiyasi tariX İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/131
tarix17.10.2017
ölçüsü5,01 Kb.
#5159
1   ...   5   6   7   8   9   10   11   12   ...   131

 
27 
Mövzu  üzərində  işlərkən  Alban  tarixçisi  Moisey  Kalankaytuklunun 
“Albaniya tarixi” əsərindən yerli tarixi mənbə kimi istifadə edilmişdir.
47
 Məlum 
olduğuna  kimi  Kalankaytuklu  Bərdə  yaxınlığındakı  Kalankaytuk  kəndində 
anadan olmuş, o zamankı adət üzrə əsərini qədim erməni dilində yazmışdır. Ona 
görə  də  Azərbaycanın  bu  abidəsi  dövrümüzə  erməni  dilində  gəlib  çatmışdır.  
Ermənişünasların  fikrinə  görə  “Albaniya  tarixi”  əsərinin  üçüncü  hissəsi 
Dasxoranski  tərəfindən  yazılmışdır.  Bu  əsərin  IX-X  əsrlərə  aid  olan  hissəsində 
Arranın təbii sərvətləri, rusların Bərdəyə gəlməsi, Salarilər, Məzyədilər, Gəncə 
şəhərinin tikilməsi, qalalar və sair haqqında bir sıra qiymətli məlumat vardır.  
Bəhs edilən dövrə aid IX-XIII əsr erməni müəlliflərinin əsərlərində erməni 
tarixi  ilə  əlaqədar  bir  sıra  qiymətli  məlumatlara  təsadüf  etmək  olar.  Bu  müəl-
liflərdən  İohannes  Drasxanakertski  (XI),  Foma  (Toma)  Arsruni  (X),  Stepanos 
Taronski  (XI),  Vardapet  Aristakes  Lastiverski  (XI),  Samuil  Aniyski  (XII), 
Matvey  Edesski  (XII),  Stepanos  Orbelyan  (XIII)  və  Vardanı  (XIII)  göstərmək 
olar.
48
 Adı çəkilən erməni müəlliflərinin əksəriyyəti kilsə xadimləridir. 
Bu  müəlliflərdən  katolikos  İohannes  “Erməni  tarixi”  əsərini  ən  qədim 
dövrlərdən başlayaraq 925-ci ilə qədər davam etdirmişdir. O öz  əsərini erməni 
hakimləri Baqratilər sülaləsinin tarixinə həsr etmişdir. Bununla əlaqədar olaraq, 
onun əsərində Sacilər haqqında da bir sıra məlumata təsadüf edirik. 
 Foma  Arsruni  Vaspurakan  hakimləri  olan  Arsruni  sülaləsinin  tarixini 
yazmışdır.  Müəllif  əsərini  930-cu  ildə  bitirmişdir.  Arsruni  erməni  tarixi  ilə 
əlaqədar  olaraq,  Sənarilərin,  habelə  Alban  hakimi  Əbu  Musanın  Xilafətin 
sərkərdəsi Buğaya qarşı apardığı mübarizə haqqında ətraflı məlumat verir.  
Azərbaycan  tarixi  haqqında  ən  qiymətli  məlumat  verən  erməni 
müəlliflərindən biri də Asoğikdir. Asoğik  X əsrin ortalarında anadan olmuşdur. 
Onun  “Ümumi  tarix”  adlı  əsərində  X  əsrin  ikinci  yarısı,  XI  əsrin  əvvəllərində 
canlı  şahidi  olduğu  tarixi  hadisələr  öz  əksini  tapmışdır.  Asoğik  əsərində 
Salarilər, Rəvvadilər və Naxçıvan hakimi Əbu Düləfdən bəhs edir. Qeyd etmək 
lazımdır  ki,  Asoğikin  verdiyi  məlumata  əsasən,  Rəvvadilər  dövlətini  Salarilər 
                                                 
47
 Моисей Каганкатваци. История Агван. Перевод Патканова,СПб, 1861. 
48
 Bu müəlliflərin istifadə edilən əsərləri biblioqrafiyada qeyd edilmişdir. 


 
28 
dövlətindən ayırmaq mümkün olmuşdur. Bu məsələ isə Azərbaycan tarixi üçün 
çox böyük əhəmiyyətə malikdir.  
Asoğikdən  sonrakı  tarixi  Aristakes  Lastiverski  davam  etdirmişdir.  O, 
“Tarix” adlı əsərində XI əsrdə Azərbaycanda baş vermiş hadisələrdən, xüsusilə 
səlcuq  hücumlarından  ətraflı  surətdə  bəhs  edir.  XII  əsrin  ikinci  yarısında 
yaşamış  Samuil  Aniyskinin  əsərində  Azərbaycan  haqqında  maraqlı  hissələr 
vardır.  Aniyskinin  əsəri  xronoloji  xüsusiyyət  daşıyır.  Müəllif  Səlcuqların 
hücumları dövründə Azərbaycanda baş verən hadisələrdən bəzilərini xatırladır. 
Bundan  başqa,  XII  əsrin  erməni  müəllifi  Matvey  Edesskinin  əsərində  də 
Azərbaycana aid bəzi məlumata təsadüf etmək olar. 
XIII əsrin erməni müəlliflərindən Stepanos Orbelyan və Vardan VAtrapetin 
əsərlərində Azərbaycan tarixinin bəhs edilən dövrlərinə aid bəzi məlumata rast 
gəlirik. Orbelyan  Syuni  (Zəngəzur)  knyazlarının  tarixini  təsvir  edərək, 1299-cu 
ilin  hadisələri  ilə  “Sisakan  knyazlarının  tarixi”  əsərini  bitirmişdir.  Vardan  XIII 
əsrin əvvəllərində anadan olub, 1271-ci ildə vəfat etmişdir. Onun “Ümumi tarix” 
əsərində Azərbaycan haqqında bəzi qeydlərə təsadüf edirik.  
Adları çəkilən erməni  müəlliflərinin əsərlərində Azərbaycan tarixinin bəhs 
edilən dövrü haqqında çox qiymətli məlumat vardır. Lakin bunu da qeyd etmək 
lazımdır ki, bu müəlliflərin əsərlərində adlar səhv verilir, bəzən xronoloji səhvlər 
müşahidə  edilir,  tarixi  hadisələr  birtərəfli  izah  olunduğu  üçün  lazımınca 
anlaşılmır.  Ona  görə  də  bu  mənbələrə  tənqidi  surətdə  yanaşılmış  və  istifadə 
edilən məlumat digər mənbələrlə müqayisəli şəkildə qəbul edilmişdir.  
Azərbaycan tarixinin bəhs edilən dövrünə aid gürcü və Suriya mənbələrində 
də bəzi məlumatlara rast gəlirik. Gürcü mənbələrində Azərbaycan tarixinin XII 
əsrinə  aid  daha  çox  məlumat  verilir.  Lakin  XI  əsrə  aid,  xüsusilə  Şəddadilərlə 
gürcü çarları arasında baş verən hadisələr haqqında yalnız çar Tamaranın (1184-
1213) anonim tarixçisi məlumat verir.
49
 
Suriya müəlliflərindən Mixail Suriyalı “Xronika” adlı əsərində (XII) Yaxın 
və Orta Şərq ölkələrinə səlcuq hücumları haqqında, Əbülfərəc Bar-Ebrey (XIII) 
                                                 
49
 История и восхваление венценосцев. Перевод и примечания проф. К.С.Кекелидзе. Тбилиси, 1954. 


 
29 
rusların Bərdədə olması haqqında məlumat verir.
50
 Bar-Ebrey Marağada işləmiş, 
1286-cı ildə orada vəfat etmişdir. Yerli hadisələrə yaxşı bələd olan Bar-Ebreyin 
X əsr haqqındakı bu məlumatı başqa mənbələrdə olmadığı üçün çox qiymətlidir. 
Türk  dilində  olan  mənbələrdə  də  bəhs  edilən  dövr  haqqında  material 
mövcuddur. İbn Bibinin “Kiçik Asiya səlcuqlarının tarixi”, Məhəmməd Nəşrinin 
“Cahannüma”  və  türk  dilində  olan  bir  çox  əsərlərdə  əsasən  oğuzlar,  səlcuqlar, 
onların Yaxın Şərq ölkələrinə yayılması haqqında məlumat verilir.  
Dövrün  öyrənilməsində  yazılı  mənbələrlə  bərabər  arxeoloji  qazıntı 
materiallarının,  tarixi  abidələrin  və  sikkəşünaslıq  materiallarının  da  böyük 
əhəmiyyəti  vardır.  Arxeoloqlar  Azərbaycanın  orta  əsr  şəhərlərindən  qədim 
Gəncə,  Qəbələ,  Örənqala  (Beyləqan),  Bakı,  qədim  Mingəçevir,  Şamaxı 
yaxınlığında  və  sair  yerlərdə  arxeoloji  qazıntı  işləri  aparmışlar.  Gəncə, 
Mingəçevir,  Örənqala,  Qəbələ,  Şamaxı  kimi  şəhər  yerlərində  aparılan  qazıntı 
işlərinin  nəticələri  arxeoloqların  hesabat,  məqalə  və  əsərlərində  öz  əksini 
tapmışdır.  Bu  əsərlərdə  IX-XI  əsrlərə  aid  məlumatlar  verilir,  yaşayış  yerləri, 
şəhərlər,  sənətkarlıq,  mədəniyyət  abidələri,  silahlar,  yerli  emalatxanalarda 
istehsal edilən qablar, alətlər və sairə. Təsvir edilir. Hazırda Şamaxı, Örənqala, 
Bakı  və  Azərbaycanın  digər  yerlərində  aparılan  arxeoloji  qazıntı  işləri 
nəticəsində  orta  əsr  şəhərlərinin  və  təsərrüfat  həyatının  öyrənilməsi  sahəsində 
böyük  yeniliklər  yaradılacağı  ümid  edilir.  Lakin  bunlara  baxmayaraq,  qeyd 
etmək lazımdır ki, hələ də bəhs edilən dövrün bəzi məsələlərini aydınlaşdırmaq 
üçün arxeoloji qazıntı materialları qənaətbəxş deyildir. Bir sıra orta əsr şəhər və 
qala yerlərində qazıntı işləri aparılmamışdır. Hətta IX-XI əsrlərdə mövcud olan 
şəhər  və  qalaların  bəzilərinin  yeri  belə  müəyyənləşdirilməmişdir.  Şirvan, 
Şabran,  Muğan,  Yunan  və  sairə  şəhərlərin  yerləri  müəyyən  edilməmiş,  bu 
şəhərlərin  tutduğu  ərazidə  arxeoloji  qazıntı  işləri  aparılmamışdır.  İran 
Azərbaycanı ərazisində isə elmi əhəmiyyətə malik olan arxeoloji iş görülmədiyi 
üçün bəhs edilən dövrə aid bir sıra məsələləri aydınlaşdırmaq mümkün deyildir. 
                                                 
50
 Suriyalı  Bar-Ebreyin  rusların  Bərdəyə  yürüşü  haqqında  verdiyi  məlumatdan  B.Dorn    (Каспий  СПб,  1875,  səh.  515), 
V.Qriqoryev (Россия и Азия, СПб, 1876, səh. 250) və А.Якубовский (Ибн Мискавейх о походе русов в Бардаa в 332 г. 
(943/44)  год.  «Византийский  временник»,  ч.  XXIV,  səh.  71)  istifadə  etmişlər.  V.Qriqoryev  hətta  Bar-Ebreyin  rusların 
Bərdəyə yürüşü haqqında verdiyi məlumatın Suriya dilində mətnini də nəşr etmişdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə