Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə16/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   176

 

50 


Ġranda adətdir keçmiĢdən bəri 

AtəĢkədə idi alimlər yeri

Orda saxlanardı, sərvət, xəzinə 

DüĢməsin baĢqa bir Ģəxsin əlinə. 

 

Hər sonsuz varlı da, “Savabdır” - deyə 

Malını qoyardı atəĢkədəyə, 

Ölkələr düĢmüĢkən dərmansız dərdə, 

Bir xəzinə idilər AtəĢkədələr. 

Buradan aydın olur ki, AtəĢkədələr təkcə ibadət yeri, dini mə-

rasimləri icra etmək yeri olmamıĢ, həm də alimlər yeri, ədəb-ərkan 

yeri,  bir  mədəniyyət,  təhsil  mərkəzi  olmuĢdur.  Müəllim  və  alimlər 

burada təlim və tərbiyə ilə, pedaqoji iĢlə məĢğul olmuĢlar. AtəĢkədə 

və  atəĢgahlarda  təlim-tərbiyə  iĢləri  ilə  mağlar  (muğlar),  atərvanlar 

(Od  qoruyanlar)  məĢğul  olurdular.  Həmin  məktəbin  təlim-tərbiyə 

proqramı  üç  mühüm  hissəyə  bölünürdü:  1)  Dini-əxlaqi;  2)  Fiziki;   

3)  Yazıb  oxumaq.  Dini-əxlaqi  təlim  cəmiyyətin  hər  bir  üzvü  üçün 

zəruri idi. ZərdüĢt məktəblərində təlim “Avesta” duaları, ayinləri və 

nəğmələri ilə baĢlayırdı. Daha sonra əlifba və oxu təliminə keçilirdi. 

Məktəblərdə fiziki tərbiyəyə, uĢaqların sağlam həyat tərzinə xüsüsi 

diqqət  yetirilir, “Avesta”nın  “Xəstələnmə”, “Zəifləmə”- kimi  çağı-

rıĢları əzbərlədilir və ona əməl edilirdi. Xəstəlik, zəiflik, pislik Əhri-

manın  əməlləri  hesab  olunurdu.  Ox  atmaq,  nizə  tullamaq,  üzmək, 

ov  etmək,  qurĢaq  tutmaq  fiziki  tərbiyənin  əsas  məzmununu  təĢkil 

edirdi.  Ona  görə  də  Ģərə  qalib  gəlmək  üçün  sağlam,  təmizkar  və 

qüvvətli olmaqla bərabər, məktəbdə dərin bilik almaq tələb edilirdi. 

Yazıb-oxumaq,  bilik  qazanmağın  mühüm  Ģərti  hesab  edildiyindən 

ZərdüĢtlükdə  buna  ciddi  fikir  verilir,  uĢaqların  əqli  qabiliyyətləri 

inkiĢaf etdirilirdi. 

ZərdüĢt  məktəblərində  öyrədilirdi  ki,  insan  həmiĢə  mülayim, 

xoĢxasiyyət,  adil  və  xeyirxah,  fitnə-fəsaddan,  qəddarlıqdan,  paxıl-

lıqdan, yalançılıqdan uzaq olmalıdır. O,  cəmiyyətin fəal üzvü kimi 

əkinçiliklə,  maldarlıqla  məĢğul  olmalı,  bataqlıqları  qurudub  onu 

məhsuldar torpağa çevrilməsinə səy göstərməlidir. 

ZərdüĢt məktəblərində yetiĢən gənc nəslin mənəvi-əxlaqi tər-

biyəsinə xüsusi diqqət və əhəmiyyət verilirdi. Belə ki, ZərdüĢtlüyün 

əxlaqi  idealı  xeyirxahlıq,  ədalət,  yaxĢılıq  olduğundan  ZərdüĢt  təli-



 

51 


mində yaxĢılıq və pislik anlayıĢı kəskin Ģəkildə qoyulur və bunların 

mahiyyəti  açılır:  “Anlayan  adam  gərək  pisi  deyil,  yaxĢını  seçə 

bilsin”- fikri irəli sürülür. 

ZərdüĢt məktəblərində ibtidai təhsil 7 yaĢdan 15 yaĢa qədər da-

vam edirdi. Ġbtidai təlim ilə məĢğul olan müəllimə “Hirbod”, Ģagird-

lərinə isə “HəviĢt” deyilirdi. Ġbtidai təhsil səhər tezdən xüsusi məra-

simlə və dua ilə baĢlayırdı. “Avesta” duaları dini ayin və mərasimlə-

rin, nəğmələrin öyrənilməsi, əzbərlədilməsi ibtidai təhsilin əsas məz-

mununu  təĢkil  edirdi.  Ona  görə  də  ruhanilər  “Avesta”  dualarında 

“Elm ilahəsi”ndən qüvvətli hafizə diləmiĢlər. Oğlan uĢaqlarının yeddi 

yaĢı tamam olandan sonra onlara müqəddəs köynək geydirilir, onları 

münəccimlərlə  bir  sıraya  üzü  günəĢə  doğru  düzüb  dini  “Avesta” 

ayinlərini əzbərlədirdilər: “Mən vəd edirəm ki, ZərdüĢtlüyə sadiq ola-

cağam.  Mən  xeyirxah  fikrə,  xeyirxah  sözə,  xeyirxah  əmələ  inanı-

ram”. Bundan sonra uĢaqlara hədiyyələr verilirdi. Bu məĢğələ gündə 

beĢ  dəfə  təkrar  edilirdi.  Azərbaycan  ZərdüĢt  məktəblərində  tədris 

prosesi  müəyyən  mərasim  ilə  müĢaiyət  edilirdi.  Bu  da  dərs  mate-

riallarının Ģagirdlər tərəfindən əzbərlənməsini asanlaĢdırmaq məqsədi 

güdürdü.  “Avesta”  hələ  kitab  Ģəklinə  düĢmədiyinə  qədər  ruhanilər 

“Avesta”  dualarını  əzbərdən  söyləməli  idilər.  “Avesta”  duaları  tam 

əzbərləndikdən  sonra  yazı  öyrədilirdi.  Beləliklə  ibtidai  təhsil  baĢa 

çataraq, yeni bir təhsil pilləsinə baĢlamaq olardı. 

VI əsrdən qalmıĢ “ƏnuĢirəvan və Qolam -bəççe-yi u” adlı bir 

sənəddə “Qolam bəççe” öz təhsili haqqında Ģaha məlumat verərkən 

deyir  ki,  onu  müvafiq  yaĢda  məktəbə  göndərmiĢlər  və  o,  “Aves-

ta”nın  əsas  hissəsini  əzbərlədikdən  sonra  orta  təhsil  almağa  baĢla-

mıĢdır.  Həmin  sənəddən,  eləcə  də  “Avesta”dakı  bir  sıra  dualardan 

bu  qənaətə  gəlmək  olur  ki,  Sasanilər  dövründə  Ġranda,  eləcə  də 

Azərbaycanda  “Avesta”dan  ayrı-  ayrı  duaların  və  dini  nəğmələrin 

əzbərlənməsi ibtidai təhsilin məzmununu təĢkil edirdi və ibtidai təh-

sil  dövründə  “Avesta”  bir  dərslik  kimi  yeganə  tədris  vəsaiti  hesab 

olunurdu . 

“Avesta”da  insanların  yüksək  məqsədə,  xoĢbəxtliyə  çatma-

sında  müəllimin  roluna  yüksək  qiymət  verilməklə  bərabər,  həm  də 

bunun əksi olaraq göstərilir ki, pis müəllim isə uĢağın Ģüurunu, əqli-

ni pozur onu bədbəxt edir: “Pis müəllim Ģüuru korlar, sözün məna-

sını çatdırmaz, ağlın inkiĢafını dayandırar, təlim-tərbiyə iĢini fəsada 



 

52 


çevirər. Nəticədə həyatın təbii axınına və gözəlliyinə zərər yetirər”. 

“Avesta”da  ataların  vasitəsilə  övlada  verilən  tərbiyəyə  dair 

xüsusi fəsil ayrılmıĢdır. Həmin fəslin xülasəsində deyilir ki,  təlim-

tərbiyə  varlığın  bünövrəsi  kimi  mühüm  əhəmiyyətə  malikdir.  Hər 

bir  Ģəxs  müəllim  və  tərbiyəçilərin  vasitəsilə  yazıb  oxumağı  öyrən-

məli, həm də özünün sağlamlığına ciddi fikir verməlidir. Yalnız bu 

yolla insanlar yüksək nailiyyətlər əldə edə bilərlər. 

ZərdüĢt müəllimlərlə  yanaĢı,  alimlərin də roluna  yüksək qiy-

mət verir: “ÇalıĢın ki, alim ilə cahil arasında fərq qoyasınız. Alimlər 

həyatın yol göstəriciləridir”. 

“Avesta”da  müəllim  və  Ģagird  münasibətləri  haqqında  məlu-

matların verilməsi bu dövrdə Azərbaycanda digər məktəblərin, təh-

sil ocaqlarının, tədris müəssisələrinin olmasından da xəbər verir. 

ZərdüĢt  yüksək  pedaqoji  dəyərə  malik  müdrik  fikirlər  söy-

ləmiĢdir ki, onlar “Avesta” kitabında öz əksini tapmıĢdır. Ona görə 

də  “Avesta”  da  elmə  yiyələnmək  əsas  dini  vəzifələrdən  biri  hesab 

edilmiĢdir.  “Avesta”da  təlim-tərbiyə  məsələləri  ilə  bağlı  göstərilir 

ki, təhsil almaq məqsədilə yanınıza kimsə gəlib sizə müraciət edərsə 

o Ģəxsin kim olmasından asılı olmayaraq onu qəbul et və istədiyini 

ona öyrət. 

“Avesta”nın  “YəĢtha”  adlı  bölməsində  “Çista”  elm  və  bilik 

ilahəsi  kimi  göstərilmiĢdir.  ZərdüĢt  “Çista”  ilahəsinə  xitabən  belə 

demiĢdir:  “Sən  əgər  irəlidə  olsan,  məni  gözlə,  əgər  geridə  qalsan 

özünü mənə çatdır”. Bununla ZərdüĢt hər cür durğunluğun əleyhinə 

olaraq hamını fəaliyyətdə olub elm və, bilik qazanmağa çağırmıĢdır. 

Buna görə də “Avesta” da elmə  yiyələnmək əsas dini vəzifələrdən 

biri hesab  edilmiĢdir. “Avesta”da təlim-tərbiyə məsələləri ilə bağlı 

göstərilir  ki,  təhsil  almaq  məqsədilə  yanınıza  kimsə  gəlib  sizə 

müraciət edərsə o Ģəxsin kim olmasından asılı olmayaraq onu qəbul 

et və istədiyini ona öyrət. 

“Avesta”  dualarının  birində  valideyn  Hürmüzdən  “yaxĢı  rəf-

tarlı  və  Ģüurlu  övlad”  diləyir.  Demək  Hürmüzün  oğlu  hesab  edilən 

Azərdən  Ģüur  və  zəka  istənmiĢdir.  Bu  ifadələrdən  məlum  olur  ki, 

ZərdüĢtlükdə əxlaqi, əqli tərbiyə əsas diqqət mərkəzində olmuĢdur. 

Əqli tərbiyə isə təlim vasitəsilə həyata keçirilir. Təlim isə müəllimin 

rəhbərliyi və müĢaiyəti ilə keçirilən pedaqoji prosesdir. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə