Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə24/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   176

 

74 


Ģəxsin evindəki kitablarının sayı ilə ölçülürdü. Kitab evləri oxumaq 

istəyənlərin  üzünə  günün  hər  saatında  açıq  idi.  Gün  ərzində  elm 

evində,  kitabxanalarda  çalıĢanlara  kitabxana  sahibi  tərəfindən  pul-

suz nahar da verilirdi. 

Müsəlmanlar erkən orta əsrlərdə kitabları yan-yana deyil, üst 

üstə  düzürdülər.  Çünki  yan  yana  düzülüĢ  üsulunu  o  dövrdə  heç 

Avropa  da  bilmirdi.  Digər  tərəfdən  də  kitabların  əksəriyyəti  nazik 

papirus  kağızından  hazırlanırdı.  Belə  kitabları  yanaĢı  düzmək 

çətinlik  törədirdi.  Bir  də  kitabların  adları  və  müəllifi  indiki  kimi 

kitabın üzərində deyil, arxasında və ya ortasında olurdu. Kitab Ģkaf-

ları isə həmiĢə açıq və xalqın istifadəsində idi. Erkən orta əsrlərdə 

ümumi kitabxanalar, yarım ümumi kitabxanalar, xüsusi kitabxanalar 

və  mədrəsə  kitabxanaları  var  idi.  Bunların  hamısında  kitabxana 

personalı  var  idi.  Kitabxana  personalı  kitabxananın  böyüklüyü  və 

kiçikliyindən  asılı  olaraq  dəyiĢilirdi.  Bu  dəyiĢiklik  vəzifələrin 

növünə və sayına görə dəyiĢirdi. 

O  dövrdə  Azərbaycanın  Gəncə,  Naxçıvan,  ġamaxı,  Təbriz, 

Ərdəbil, Həmədan kimi Ģəhərlərinin əksər kitabxanalarında aĢağıda-

vəzifələr var idi: 

1)  Kitabxana  xəzinadarı;  2)  Mütərcimlər  (tərcüməçilər);       

3)  Müstənsixlər  (nüsxə  çıxaranlar);  4)  Mücəllidlər  (cildçilər);      

5)  Müzahiblər  (zər-bəzəkli  cildlər  hazırlayanlar);  6)  Münavillər 

(Kitabxana xidmətçiləri). 

Kitabxana  xəzinadarı  kitabxananın  müdiri  vəzifəsində  idi. 

Onun əsas vəzifəsi kitabxananın elmi-pedaqoji və idari iĢlərini apar-

maq idi. O yeni çıxan kitabları kitabxanaya alır, kitabları təbliğ edir, 

insanlar arasında maarifləndirici iĢlər aparır, kataloqları diqqətlə tər-

tib  edir,  oxucuların  mümkün  qədər  kitabxanadan  asanlıqla  istifadə 

etmələrini  təmin  edirdi.  Kitabları  çürüməkdən,  rütubətdən,  korlan-

maqdan  qoruyur,  gərəkən  kitabların  cildlənməsinə  qayğı  göstərir, 

icazəsi  olmayan  adamlara  kitab  verilməsini  əsirgəyir,  kitaba  ehti-

yacı olanların istəklərini bol-bol  yerinə  yetirirdi. Kitabxana müdiri 

və  ya  o  dövrün  dili  ilə  desək  kitabxana  xəzinadarı  bilikli,  geniĢ 

dünyagörüĢlü, elmi-metodik səviyyəli bir Ģəxs olmalı idi. 

Kitabxananın  mütərcimləri  dəyərli  kitabları  öz  ölkələrinin 

dilinə  tərcümə  edərək  kitab  istəyənlərin  istifadəsinə  verirdilər. 

Kitabxana mütərcimlərinin  yardımı ilə  yunan, Suriya, Hind elmləri 



 

75 


ərəbcəyə  tərcümə  edilib  bütün  Ġrana  və  Azərbaycana  yayılırdı.  Bu 

dövrdə  Pifaqorun,  Sokratın,  Platonun,  Aristotelin  əsərlərinə  maraq 

güclü idi. Fəlsəfi əsərlərdən baĢqa Evklidin, Arximedin də əsərləri, 

Aristarxın  astronomiyaya  dair  kitabları  da  tərcümə  edilmiĢdi. 

Klavdiy  Ptolomeyin  “Ə1-Macest”i  həmçinin  onun  “Coğrafiya”sı, 

ulduzların  hərəkət  qanunları  haqqında  kitablar  tərcümə  edilmiĢdi. 

Bu tərcümə kitabları da Azərbaycan Ģəhərlərində yayılmıĢ və insan-

larımız da onları oxuyub faydalanmıĢlar. 



Müstənsixlər (nüsxə çıxaranlar) artıq onuncu əsrdə kitabxana-

larda  kitabları  çoxaltmaqla,  üzünü  çıxarmaqla  məĢğul  idilər. 

Kitabxananı zəngiləĢdirmək üçün kitabların bir surətini  yazmaq və 

artırmaq  üçün  xüsusi  müstənsixlər  kitabların  üzünü  çıxarırdılar. 

Təbrizdən  bir  qrup  müstənsix  islam  aləmində  ilk  böyük  kitabxana 

olan Harun ər-RəĢidin təsis etdiyi və oğlu xəlifə əl-Məmunun döv-

ründə  zirvəyə  yüksəlmiĢ  Beytül-Hikməyə  getmiĢ  və  orada  Qurani 

Kərimin,  hədislərin,  habelə  tibbə,  fiqhə,  ədəbiyyata  fəlsəfəyə  dair 

kitabların üzünü çıxarmıĢ Təbriz kitabxanasını zənginləĢdirmiĢdir. 

Bağdadda “Beyt ol-hekmədə”, Bağdad mədrəsə kitabxanasın-

da,  habelə  Təbriz,  Gəncə,  Naxçıvan,  Xorasan  mədrəsə  kitabxana-

larında xüsusi xəttat və müstənsixlər hazırlanmıĢ və geniĢ fəaliyyət 

göstərmiĢlər. Cənubi Azərbaycan- xüsusilə Təbriz xəttatlıq məktəbi 

hər zaman bu sahədə fərqlənmiĢdir. 



Mücəllidlər (Kitab cildləmə) də o dövrdə geniĢ yayılmıĢdı. Bu 

iĢ  Ərdəbil,  Təbriz  və  Həmədanda  geniĢ  yayılmıĢdı.  X-XI  əsrlərdə 

təbrizli,  həmədanlı  sənətkarların  məharətlə  hazırladıqları  cildlər  ən 

gözəl və ən qədim cildlər hesab olunmuĢdur. 

Daha  sonralar  cildçilik  sənəti  inkiĢaf  etdi  və  kitabları  naxıĢ-

lama, süsləmə geniĢ  yayılmağa baĢladı  ki,  onlara Müzahiblər (zər-

bəzəkli cildlər hazırlayanlar) deyilirdi. Müzahiblər də Azərbaycanın 

müxtəlif yerlərində çalıĢmıĢ və bu sənəti daha da inkiĢaf etdirmiĢlər. 



Münavillər  (Kitabxana  xidmətçiləri)  isə  kitablarla  iĢləmə, 

kitab axtarıb tapma, müxtəlif mənbələrdən istifadə etmə qaydalarını 

oxuculara öyrədir və onları istədikləri kitablarla təmin edir, kitabları 

oxuculara  aparıb-gətirirdilər.  Münavillər  həm  də  bir  pedaqoji, 

maarifləndirici, öyrədici bir iĢ  aparırdılar. Münavillər kitab xəzina-

darı səviyyəsinə qalxmamıĢ və kitabxana xidmətçisi səviyyəsinə də 

enməmiĢdilər. 



 

76 


Erkən  orta  əsrlər  dövründə  Bağdadda,  Nəcəfdə,  Təbrizdə, 

Bərdədə, Gəncədə ümumi, yarımümumi və xüsusi mədrəsə kitabxa-

naları  mövcud  olmuĢdur.  Bu  dövrdə  Azərbaycanda  maarif,  təlim, 

təhsil  və  pedaqoji  fikrin  inkiĢafının  səciyyəvi  xüsusiyyətlərindən 

biri  də  kitab  evləri  və  kitabxanalar  vasitəsilə  pedaqoji  biliklərin 

yayılması,  insanların  kitablar  vasitəsilə  maariflənməsi,  kitablardan 

faydalanması olmuĢdur. 

 

4.1.7.Mədrəsələrdə təhsil 

 

Ġslam  aləmində  cəmiyyətin  inkiĢaf  etməsi,  insanların  biliyə 

ehtiyacının artması yeni tədris müəssisələrinin açılmasını tələb edir-

di. Bu ehtiyacı məscidlər, kuttablar, məktəblər kifayət qədər yerinə 

yetirə bilmirdi. Buna görə də daha yüksək təhsil verən müəssisələr- 

mədrəsələr yaradılmağa baĢlandı. 



“Mədrəsə”  ərəbcə  “Dərasə”  sözündən  əmələ  gəlib  “Dərs 

öyrənilən yer” mənasını verir. Mədrəsədə dərs deyənlərə “müdər-

ris” deyirdilər. Müdərris bizim indiki ali məktəblərimizdə dərs de-

yən dosent, professor vəzifəsini əvəz edirdi. Mədrəsədə ikinci Ģəxs 

“Muid” adlanır. O mədrəsə tələbələrinin biliklərini təkrar etdirir, ev 

tapĢırıqlarının  yerinə  yetirilməsinə  kömək  edir,  əlavə  məĢğələlər 

aparırdı.  Mədrəsədə  üçüncü  Ģəxs  “Vaiz”  adlanır.  O  bu  günkü 

anlayıĢla  tərbiyəçi  vəzifəsi  deməkdir.Tələbələrin  tərbiyə  iĢlərinin 

əsas  təĢkilatçısı  hesab  olunurdu.  Mədrəsələrin  hər  sinfində  qrup 

nümayəndəsi olurdu ki, ona “Xəlfə” deyilirdi. 

Mədrəsələr  iki  dərəcədə  olurdu:  orta  təhsil  verən  mədrəsələr 

və ali təhsil verən mədrəsələr. Ali təhsil verən mədrəsəni bitirənlər 

bir  dini  kitab  yazaraq  yüksək  dini  rütbə  qazanır  və  bilikli,  elmli 

adamlar kimi məzun olurdular. 

Mədrəsələrdə konkret təhsil müddəti yox idi. Tələbələrin dərsi 

mənimsəmə  səviyyəsindən  asılı  olaraq  təhsil  müddəti  müxtəlif  idi. 

Mədrəsələrdə  tələbələrin  fərdi  qabiliyyəti,  bilik  və  dünyagörüĢ 

səviyyəsi əsas götürülür və buna müvafiq də təlim metodu seçilirdi. 

Mədrəsələrdə  tələbələrin  sinifdən-sinfə  keçməsi  yerinə,  fəndən-

fənnə keçmə sistemi tətbiq olunurdu. ÇalıĢqan, bilikli, fəal tələbələr 

mədrəsəni baĢqa həmyaĢıdlarına nisbətən daha tez baĢa vura bilərdi. 

Tələbələrin tətili qıĢ və yayda deyil, tələbənin çalıĢqanlığı, material-



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə