59
Həlqədə 20 nəfərə qədər adam olurdu. Həlqədən çıxan hər bir
müdavim Quranı əzbər öyrənə bilirdi. Cami və məscidlərdə Quran,
Hədis, Fiqh kimi dini elmlər öyrədilməklə bərabər sosial həyatla
bağlı elmlər də öyrədilirdi. Camilərdə tədris həlqələrində dərs verən
alimin səsi və sual verən tələbələrin səsləri yüksəlir, müxtəlif həlqə-
lərdən gələn səslər bir-birinə qarıĢırdı. Belə bir vəziyyət əslində
ibadət məqsədiylə tikilən məscidlərdə sükunəti pozurdu. Məscid və
camidə ibadət edənlərin səsi təhsil alanların səsinə qarıĢdıqda böyük
gurultu meydana çıxırdı. Beləliklə məscidlərin həm ibadət, həm də
tədris iĢi üçün fəaliyyəti mümkün olmayan hala gəlmiĢdi. Ġlk vaxtlar
buna ehtiyac duyulsa da, sonralar məsciddə məktəb yaratmaq
əlveriĢli sayılmadı və məktəblər məsciddən ayrılaraq ayrı və ya ona
bitiĢik yerlərdə yaradılmağa baĢladı.
4.1.3. Kuttablarda təhsil
Cami və məscidlərdən kənarda müxtəlif yerlərdə, məhəllələrdə
xüsusi tədris, təlim yerləri yaradırdı ki, bunlara “Kuttab” deyilirdi.
“Kuttab” ərəbcə “Yazı öyrətmək” mənasını verir.
Kuttablar məsciddən kənarda yaradılsa da yenə də məscid və
camilərdə ibadətlə bərabər təlim iĢi də aparılırdı. Məscid və camilə-
rin daha təmiz və səliqəli saxlanılması məqsədilə kiçik uĢaqların da-
ha çox cami və məscidlərdən kənar kuttablarda və ya islam bö-
yüklərinin təĢkil etdiyi məktəblərdə təhsil almaları təĢkil olunurdu.
Kuttablarda bugünkü müasir təlim sisteminin izləri çox aydın
görünürdü. Kuttablarda dərs deyənlərə, öyrədənlərə “Müəllim” de-
yilirdi ki, bu da ərəb sözü olub “Öyrədən”, “Tədris edən” məna-
larını verir. Kuttablarda ilk dəfə olaraq yazı lövhəsindən və silgidən
istifadə edilmiĢdir. Kuttablarda adətən bir müəllim iĢləyirdi. Bəzən
yüksək səviyyəli tələbələr üçün ikinci müəllim də dəvət olunurdu.
Burada müəllimlərə əmək haqqı da verilirdi. Beləliklə müəllimlik
bir peĢə kimi formalaĢırdı. Kuttablarda hər bir dərs arası öyrənən-
lərə fasilələr verilirdi. Kuttablarda 18 yaĢına qədər oxumaq olardı.
Bu məktəblərdə oğlan və qızlar 7 yaĢına qədər bir yerdə təhsil ala
bilərdilər. 7 yaĢından sonra qızlar məktəbdən çıxarılıb ev iĢləri ilə
məĢğul olurdular. Varlı adamlar evə müəllim çağıraraq qızlarına ya-
zı, oxu və Quran dərsləri öyrədirdilər. Azərbaycanın müxtəlif yerlə-
60
rində VIII-IX əsrlərdə Xorasanda, Həmədanda, Bərdədə, Nax-
çıvanda kuttablar, məktəblər fəaliyyət göstərmiĢdir.
Kuttablar əsasən iki növdə ola bilirdi. UĢaqlara yalnız
oxuma və yazma öyrədən kuttablar və Quranı, dini hökmləri
öyrədən kuttablar. Oxuma-yazma kuttabları müstəqil fəaliyyət
göstərirdi. Yazı müəllimi Quran müəllimindən fərqli idi. Yazı müəl-
limi Qurana hörmətindən irəli gələrək yazı materiallarını Quran
ayələrindən deyil, müxtəlif Ģeirlərdən istifadə edirdi. UĢaqlar Qu-
ranı Ģifahi Ģəkildə öyrəndiyi kuttabdan ayrılaraq, yazı müəllimindən
də yazı bacarıq və vərdiĢlərini öyrənirdi. Yazı öyrədilən kuttablarda
sonrakı dövrlərdə yazı vərdiĢlərindən baĢqa, ərəb dili, qrammatika,
poeziya, stilistika, kolleqrafiya, ərəb və fars tarixi, riyaziyyat
öyrədilirdi. Belə kuttabların bəziləri pullu olduğundan hamını əhatə
edə bilmirdi. Oxuma-yazma üçün istifadə edilən kuttablar çox vaxt
müəllimlərin evlərində təĢkil edilirdi.
Kuttablarda müəllim kürsü əvəzinə həsirin və ya kilimin
üstündə bardaĢ quraraq otururdu. UĢaqlar da üzü müəllimə tərəf bu
qayda ilə otururdular. Müəllim hər bir Ģagirdə lövhə əvəzi kiçik
taxta parçası və ağ rəng verirdi. UĢaqlar əvvəlcə bu lövhəni rənglə
malalayır, sonra qamıĢ qələmlə lövhənin üzərində əlifbanın hərflə-
rini yazır və əzbərləyirid. Bu üsul yorucu və çox vaxt aldığından
uĢaqların oxu və yazı vərdiĢləri uzun müddət çəkirdi.
Ġlk vaxtlarda təĢkil edilmitĢ kuttablar üçün proqram Həz.
Ömər tərəfindən tərtib edilmiĢdir. Proqramın mətnində belə deyi-
lirdi: “UĢaqlara üzməyi və ata minməyi öyrədin. Onlara geniĢ yayıl-
mıĢ zərbül-məsəlləri və gözəl Ģeirləri də öyrədin. UĢaqlara öy-
rədiləsi gərəkən Ģeylər: Oxu, yazı, hesab və üzməkdən ibarətdir”.
Oxuma və yazma yolu ilə bilik əldə edərək kamilliyə çatmağı
müsəlmanlara tövsiyə edən ilk kitab Quran idi. O dövrdə yazının
iĢlədilməsi bir yenilik idi. Məktəbin proqramında uĢaqlara ədəb,
əxlaq öyrədilməsi də baĢlıca yer tuturdu. Bu səbəblə kuttablarda
əxlaq dərsləri keçilirdi.
61
4.1.4. Məktəblərdə təhsil
“Məktəb” ərəbcə “Ketb” kökündən əmələ gəlmiĢdir. Mənası
“yazmaq” deməkdir. “Məktəb” - “Yazı yazılan yer” deməkdir.
O dövrdə Azərbaycanda savadlı, bilikli Ģəxslərə “Molla” və
ya “Mirzə” deyilməsi məlum bir faktdır. “Hər oxuyan Molla Pənah
olmaz”- ifadəsi də elə buradan meydana gəlmiĢdir. Buna görə də
məktəblərdə dərs deyənlərə “Molla” istilahından da istifadə edilmiĢ
və məktəblərimizə də orta əsrlərdə “Mollaxana” deyilmiĢdir. Peda-
qoji dərs kitablarımızda, tədris vəsaitlərimizdə də o dövrün məktəb-
ləri “Mollaxana” adı ilə iĢlənmiĢ və həmiĢə də haqq-nahaq tənqid
obyektinə çevrilmiĢ, bu məktəblər ətalət, gerilik, savadsızlıq mər-
kəzləri kimi qələmə verilmiĢdir ki, bu da bir çox hallarda həqiqəti
olduğu kimi əks etdirməmiĢdir.
Qeyd edək ki, o dövrün məktəblərini bu günlərimizdə də
“Mollaxana” ifadəsi ilə iĢlətmək heç də doğru sayılmaz. “Məktəb”
uĢaqların həm oxuma-yazma; həm də Quran və digər bilikləri aldıq-
ları yer idi. Məktəblər geniĢ Ģəkildə islamın yayıldığı yerlərdə ən
ucqar kəndlərdə belə təĢkil olunmağa baĢladı.
Ərəblər ölkələri fəth etdikcə islamı da, elmi də yayırdılar. Bu-
nun üçün ərəblər məscidlərin yanında məktəblər, mədrəsələr açırdı-
lar. Azərbaycanda hələ X əsrdən öncə də “Məktəb” və ya “Kuttab”
adları ilə ibtidai təhsil verən təlim ocaqları mövcud olmuĢdur. Ərəb
hakimiyyətindən sonra, mənbələrdən məlum olur ki, VIII əsrin birin-
ci yarısında Azərbaycanda ibtidai məktəblər fəaliyyətə baĢlamıĢdır.
VIII-IX əsrlərdə Azərbaycanın müxtəlif Ģəhərlərində məktəb-
lər tədricən yayılır, ZərdüĢt və Alban məktəblərinin yerinə ərəbdilli,
islam təmayüllü məktəblər açılır, mövcud Alban, Arami (Aramey)
əlifbalarının yerinə ərəb əlifbası, Pəhləvi və Alban yazısının yerinə
ərəb yazısı daxil olurdu.
Məktəblər əsasən ilkin ibtidai təhsil verirdi. Məktəblərdə oxu
müəllimi ayrı, yazı müəllimi isə ayrı idi. Quranı oxu müəllimi Ģifahi
yolla öyrədirdi.
Bir çox məktəblərdə fərqli proqramlarla da dərslər keçilirdi.
Belə ki, bəzi saraylarda, xüsusilə xəlifələrin saraylarında ibtidai təh-
sil verən məktəblər açılırdı ki, bu məktəblərin proqramları daha ge-
niĢ, məzmunlu və hərtərəfli idi. Burada dərs deyənlərə “Müəllim”
Dostları ilə paylaş: |