Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə13/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   176

 

41 


Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçi-

lik ənənələrinə malik olan xalqlardandır. Azərbaycan xalqı təqribən 

5 min illik dövlətçilik  tarixinə malikdir. Azərbaycan ərazisində ilk 

dövlət  qurumları  və  ya  etnik-siyasi  birliklər  hələ  eramızdan  əvvəl 

IV minilliyin sonu  -  V  minilliyin  əvvəllərindən  baĢlayaraq Urmiya 

hövzəsində yaranmıĢdı. Burada meydana gəlmiĢ ən qədim Azərbay-

can dövlətləri bütün regionun hərbi-siyasi tarixində, gənclərin hərbi 

vətənpərvərlik tərbiyəsində mühüm rol oynayırdılar. Həmin dövrdə 

Azərbaycanda Dəclə və Fərat vadilərində yerləĢən və dünya tarixin-

də dərin iz qoymuĢ qədim ġumer, Akkad və Assur (Assuriya) döv-

lətləri,  habelə  Kiçik  Asiyadakı  Het  dövləti  arasında  sıx  qarĢılıqlı 

əlaqələr mövcud olmuĢdur. 

Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əv-

vəllərində  Azərbaycan  torpaqlarında  Manna,  Ġskit  (Skit,  Skif)  Ģah-

lığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuĢ-

dur.  Bu  dövlətlər  Azərbaycanda  dövlət  idarəçiliyi  mədəniyyətinin 

daha  da  yüksəldilməsində,  ölkənin  iqtisadi-mədəni  tarixində,  eləcə 

də vahid xalqın təĢəkkülü prosesində mühüm rol oynamıĢlar. Əlbət-

tə bütün bunlar elmin, maarifin, təlim və tərbiyənin inkiĢafı ilə mü-

Ģaiyət edilmiĢdir. 

Azərbaycanda  feodal  münasibətləri  tədriclə  inkiĢaf  edirdi. 

Azərbaycan  dağlarından  qızıl  gümüĢ,  mis,  civə,  qurğuĢun,  oxra 

çıxarılr, ölkədə bol pambıq, üzüm, taxıl, zeytun yetiĢdirilir, neft və 

duz istehsal edilirdi. Bol çayları, münbit torpaqları olan Azərbaycan 

əkinçilik təsərrüfatı üçün geniĢ imkanlara malik idi. Ölkənin bütün 

əyalətlərində heyvandarlıq inkiĢaf etmiĢdi. Ticarət yollarının üstün-

də  yerləĢən Azərbaycan  bir çox ölkələrin tacirlərini özünə cəlb  et-

miĢdi.  Azərbaycandan  xarici  bazarlara  pambıq,  ipək,  boyaq  mad-

dələri, yaĢ və quru meyvə, balıq məhsulları aparılırdı. Ölkədə sənət-

karlıq inkiĢaf edir, yeni Ģəhərlər meydana gəlir, elm, maarif inkiĢaf 

edirdi. Orta və On Asiya, Yaxın ġərq ölkələri ilə mədəni və ticarət 

əlaqələri  geniĢlənirdi.  Azərbaycanın  bir  çox  Ģəhərləri  xarici  ticarət 

əlaqələrinin  inkiĢafında  da  böyük  rol  oynayırdı.  Dərbənd,  ġabran, 

Təbriz, Bərdə, Beyləqan, Naxçıvan və baĢqa Ģəhərlər ticarət yolları-

nın üstündə olduqları üçün daha geniĢ imkanlara malik idilər. Azər-

baycan 100 Ģəhəri olan ölkə adlanırdı. ġamaxı, ġəki, ġəmkir, Gəncə 

Ģəhərlərində  də  ticarət  əlaqələri  geniĢlənirdi.  Azərbaycan  Ģəhərləri 



 

42 


içərisində  Bərdə  hərtərəfli  yüksək  inkiĢaf  etməsi  ilə  seçilirdi. 

Xilafətin Cənubundan və ġərqindən ġimala sənaye və ticarət malları 

aparan  karvanlar  Bərdədən  gəlib  keçirdi.  Bərdə  demək  olar  ki,  bir 

çox  səyyahların  da  dediyi  kimi  o  zaman  Xilafət  tabeliyində  olan 

ikinci Bağdad hesab olunurdu. 

Böyük  ərəb  alimi,  1213  və  1220-ci  illərdə  iki  dəfə  Azərbay-

cana səyahət etmiĢ Yaqut Həməvi (1179-1229) “Mucəm əl-Buldan” 

(“Ölkələrin  adlı  siyahısı”)  adlı  əsərində  yazır  ki,  “Azərbaycanın 

sərhədləri  ġərqdə  Bərdədən  Ərzincana  qədər,  Ģimaldan  Deyləm, 

Gilan, Tara qədər uzanır ki, bu çox böyük bir ölkədir.... Azərbaycan 

nəhəng ölkə və qüdrətli dövlətdir. Mən heç yerdə bu qədər qalalar, 

hədsiz zənginlik  və möhtəĢəm  meyvə bağları  görmədim.  Azərbay-

can  əhalisi  qırmızıyanaq  və  ağ  dərili,  xoĢ  sifət  insanlardır.  Onlar 

azəri  dilində  danıĢırlar,  yaxĢı  müraciətləri,  yumĢaq  xarakterləri  ilə 

seçilirlər... Ərəblər Azərbaycana gələndə paytaxt Ərdəbil idi” 

Urmiya  gölünün  ətrafından  baĢlayaraq,  zaman-zaman  Dəclə 

və Fərat vadiləri də daxil olmaqla, Ġran körfəzinə qədərki ərazilərdə 

e.ə.  III-II  minilliklərdə  Aratta,  Lullubi  və  Kuti  qəbilə  tayfaları 

yaĢayırdı.  Bu  əyalətlərdəki  təlim  tərbiyə  mədəniyyəti  haqqında  da 

müəyyən  məlumatlara  sahibik.  Aratta  inkiĢaf  etmiĢ  ġumer  dövləti 

ilə həmiĢə sıx iqtisadi, siyasi, mədəni əlaqələrdə olmuĢdur. Bu əla-

qələr haqqında bir neçə ġumer dastanında, o cümlədən “En-Merkar 

və  Aratta  hökmdarı”  dastanında  ətraflı  məlumat  verilmiĢdir.  Bu 

dastanlarda  Aratta  saf,  təmiz  ənənələr  ölkəsi  adlandırılır.  ġumerin 

Uruk Ģəhər dövlətinin hökmdarı En -Merkar ilə Arattada hökmdarı 

arasında  gah  dostluq,  gah  da  düĢmənçilik  münasibətləri  mövcud 

olmuĢdur.  Bu  hər  iki  hökmdarın  bir-biri  ilə  yazıĢmalarından  bəlli 

olmuĢdur.  Arattada  yazı  iĢlərini  aparan  xüsusi  mirzələr  çalıĢırdı. 

Onlar ġumer hökmdarına məktublar yazır və ġumerdən gələn mək-

tubları  tərcümə  edirdilər.  Bu  fakt  onu  göstərir  ki,  artıq  Arattalılar 

ġumer mixi yazıları və ġumer dili ilə tanıĢ idilər. Bir halda ki, qarĢı-

lıqlı ticarət əlaqələri varsa onda deyə də bilərik ki, ġumerlərdə Arat-

talıların,  Gəmiqaylıların,  Qobustanlıların  mixi  yazıları  ilə,  piktoq-

rafik yazı, ünsiyyət iĢarələri ilə, habelə Gəmiqayalıların yaratdıqları 

araba ilə, Qobustanlıların yaratdıqları qayıqlarla tanıĢ imiĢlər. 

Salyan rayonunun Çuxanlı kəndi  ərazisindəki  Babazənan da-

ğında bizim eranın 2-ci əsrini əhatə edən 20-dən çox küp qəbr, 200-



 

43 


ə yaxın digər maddi-mədəniyyət nümunələri tapılmıĢdır. Bu tapıntı 

Salyanın 2800 illik tarixə malik olduğunu təsdiqləyir. Maraqlısı bu-

dur ki, Qədim ġumerdə də belə küp qəbirlər mövcud olmuĢdur. Bu 

hər  iki  mədəniyyətin  oxĢarlığını,  yaxınlığını,  bir–birinə  qaynayıb 

qarıĢdığını söyləməyə imkan verir. 

Arattada mahir ustalar, sənətkarlar, yüksək peĢə sahibləri var 

idi. Bu peĢələri onlara böyüklər lap kiçiklikdən öyrədirdilər. ġumer 

hökmdarı  En  Merkar  qiymətli  metalların,  əĢyaların,  mərmər  və 

lacivərdin,  habelə  ustaların  göndərilməsini  Aratta  hökmdarından 

xahiĢ  edirdi,  əvəzində  isə  Arattaya  taxıl  göndərəcəyini  vəd  edirdi. 

Mazandaranda,  Kirmanda,  Təbriz  yaxınlığında  çıxarılan  lacivərd 

ġumerlərə ixrac edilirmiĢ. Aratta və ġumer arasında sıx ticarət əla-

qələri həyata keçirilirdi.  Mənbələr Aratta və ġumer dövləti  arasıda 

belə  sıx  əlaqələrdən  xəbər  verirsə  onda  heç  Ģübhəsiz  ġumerlərdə 

mövcud  olan  maarif  və  mədəniyyət,  ədəbiyyat  ġumer  dastanları 

Arattada da tanınmıĢ və öyrənilmiĢdir. 

Qədim  Azərbaycan  tayfalarından  olan  Urmiya  gölünün  cən-

ubunda Lullubum tayfa ittifaqı, sonra isə isə Lullubi dövləti yarandı 

ki, bu Azərbaycan ərazisində yaranmıĢ ikinci erkən dövlət quruluĢu 

idi.  Mənbələrdən  aydın  olur  ki,  Lullubum  və  inkiĢaf  etmiĢ  Akkad 

dövləti arasında müharibə və savaĢlar olmuĢdur. Lullubumlər Anu-

baninin  hökmdarları  dövründə  daha  da  qüvvətlənmiĢdilər.  Cənubi 

Azərbaycanda  tapılmĢ  “DaĢ  sütünu”  abidəsində  bu  barədə  mixi 

yazılarla qeyd edilmiĢdir: “Anubanini qüdrətli Lullubum hökmdarı, 

öz  təsvirimi  və  ĠĢtar  ilahəsinin  təsvirini  Batir  dağında  qoy- 

durdum”.  Böyük  bir  abidə  yondurub  qoydurmaq,  üstundə  yazılar 

yazmaq  bu  dövlətin  inkiĢafından,  mədəniyyətindən,  yazısınının, 

“arxitektorlarının”,  mühəndislərinin,  ustalarının  olmasından  bizi 

xəbərdar edir ki, bu da Ģübhəsiz sistemli təhsil və təlimlə mümkün 

ola bilərdi. Burada Akkad dilini bilən, onu yazıb-oxumağı bacaran 

və  baĢqalarına  öyrədən  mirzələr  də  olmuĢdur.  Lullubumluların 

hökmdarı (e.ə. 2170-2150) öz  yazılarını mixi  əlifbası  ilə mirzələrə 

yazdırırdı.  Mixi  yazıları  buranın  əhalisinə  yuxarıda  göstərdiyimiz 

kimi  hələ  varisləri  Aratta  dövründən  tanıĢ  idi.  Lullubumların  əgər 

mixi  yazıları  olmuĢdursa,  demək  oxuları  da  olmuĢ,  kiməsə  nəyisə 

öyrətmiĢlər  -  demək  burada  da  təlim  mədəniyyəti,  tərbiyə  prosesi, 

öyrədənlər və öyrənənlər mövcud olmuĢdur. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə