Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə20/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   176

 

62 


deyil,  “Müəddib”  deyirdilər.  “Müəddib”  ərəbcə  “ədəb”  kökündən 

əmələ gəlib “ədəb”, “əxlaq” öyrədən mənasını verirdi. Hökmdarlar 

öz  uĢaqlarını  müəddibin  tam  ixtiyarına  verir  və  müəddiblərə  də 

uĢaqların təlim-tərbiyəsi üçün hər cür imkan və Ģərait yaradırdılar. 

Ərəb  xilafətinin  hökmran  olduğu  dövrdə  Əməvilərin  (661-

750)  və  Abbasilərin  (750-1258)  dövründə  Azərbaycanda  ərəb  dili 

həm din dili, həm dövlət, həm də elm və tədris dili idi. Bu dil yerli 

dili  sıxıĢdırırdı.  Artıq  VIII-XI  əsrlərdə  ərəb  dili  geniĢ  yayılaraq 

bütün  elm  sahələrini  əhatə  etdi.  Bu  dövrdə  Azərbaycan  ziyalıları, 

Ģairləri  də  ərəbcə  yazmağa  baĢladılar.  Azərbaycanın  Təbriz,  Ərdə-

bil, Həmədan, Marağa, ġiz, Gəncə, Bərdə, Beyləqan, Dərbənd, ġə-

ki, ġamaxı, Naxçıvan, Bakı kimi Ģəhərlərində islam qaydalarına uy-

ğun məktəblər açılmağa baĢladı. ġihabəddin Sührəvedi (1155-1191) 

on yaĢında 1165-ci ildə Marağa Ģəhərində məktəbə getməsi haqqın-

da fakt onu göstərir ki, artıq XII əsrdə Azərbaycanda məktəb Ģəbə-

kəsi xeyli geniĢlənmiĢdi. 

Azərbaycanın  kənd  və  Ģəhərlərində  məktəblərin  proqramları 

müxtəlif idi. Amma ümumiləĢmiĢ Ģəkildə proqramlar təxminən belə 

idi: 

1)

 



Qurandan  müəyyən  hissənin  oxunub,  əzbərlədilməsi 

(“Çərəkə”); 

2)

 

ərəb  əlifbasının  Ģifahi  yolla  öyrədilməsi  (hərflərin  adları, 



hərəkə iĢarələri, hərəkəli və hecalı əlifba); 

3)

 



əbcəd  (ərəb  hərflərinin  rəqəmlərlə  ifadə  olunması)  və 

ərəbcə sözlərdən ibarət ilk qiraət

4)

 

mətbu,  ya  da  əl  yazısı  ilə  yazılmıĢ  mənzum  və  mənsur 



kitabların, Ģeirlərin oxunĢu; 

5)

 



ərəbcə  dini  kitab,  hədislər,  dini  hekayələr,  rəvayətlər, 

hədislər, zərbül məsəllər, əxlaqi söhbətlər. 

Bu məktəblərdə ana dili ərəb dilinin tədrisi üsulu ilə, ərəbcəni 

öyrətmək xatirinə oxunur və dini məqsəd daĢıyırdı. UĢaqlar az-çox 

ərəbcə kəlmələri  yazmağa baĢladıqdan sonra, onlara  ərəb üsulu ilə 

yazmaq  öyrədilirdi.  Daha  sonra  məktəbdə  Ģagirdlərə  məktub  yaz-

mağı, kəbin kəsməyi, müxtəlif məzmunlu dualar yazmağı da öyrə-

dirdilər. 

IX-X  əsrlərdə  Azərbaycanda  dini  elmlər  sahəsində  tanınmıĢ 

alimlər meydana gəldi. Həmin əsrlərdə ərəb dili Azərbaycanın dini 




 

63 


və  mədəni  həyatına  möhkəm  daxil  olmuĢdu.  Artıq  IX-X  əsrlərdən 

baĢlayaraq  Azərbaycan  alimləri  və  din  xadimləri,  Ģair  və  yazıçılar 

ərəb  dilini  ana  dili  kimi  mükəmməl  öyrənib,  ərəb  dilində  əsərlər 

yazırdılar.  X  əsrdə  Əbülhəsən  Yaqub  Ġbn  Musa  əl-Ərdəbili,  Səid 

Ġbn əl-Bərdəi və Əhməd Ġbn Süleyman Təbrizi kimi məĢhur alim və 

ideoloqlar  meydana  gəldi  ki,  onlar  təlim  və  tərbiyə  iĢlərində,  elm 

sahələrində  yenilik  tərəfdarları idilər. Onlara  “Mücəddedun” (“Ye-

niləĢdirənlər”)  deyirdilər.  Onların  və  onlar  kimi  bir  çoxlarının  fəa-

liyyəti  nəticəsində  tədris  metodlarında,  öyrətmə-öyrənmə  prosesin-

də yeniliklər meydana gəldi. Belə ki, məktəb və mədrəsələrdə darıx-

dırıcı imlalar yerinə, izah Ģərh etmə, münazirə (mübahisə, müzaki-

rə)  üsulu  əvəz  etdi.Təlim  prosesində  yaradılan  dəyiĢikliklər  həm 

məktəb,  həm  də  mədrəsə  təhsilinin  inkiĢafına,  təkmilləĢməsinə  sə-

bəb oldu. 

Azərbaycandakı  məktəblərdə  Quran  və  Ģəriət  dərsləri  ərəb 

dilində tədris olunsa da, tədris edənlər hələ bu dili bilməyən Ģagird-

lərə  ayrı-ayrı  mətləbləri  anladarkən öz Ģərh və izahlarını istər-istə-

məz ana dilində söyləməli olurdular. 

Məktəblərdə  “Elme  əsma”  adı  altında  fars  dili  dərsi  tədris 

olunurdu. Qətran Təbrizi fars dilini öyrənənlər üçün “Ət-təfasir” ad-

lı  fars  dili  lüğətini  tərtib  etmiĢdir.  Bu  fənnin  tədrisi  üçün  luğət  bir 

dərslik rolunu oynadığından QətranTəbrizinin tərtib etdiyi lüğət ilk 

Azərbaycan dərs kitablarından biri hesab oluna bilər. 

Məktəblərdə  Ģagirdlərin  qəbulunda  yaĢ  həddi  qeyri  məhdud 

idi. 7-10 və bəzən də daha çox yaĢlı uĢaqlar məktəbə qəbul edilirdi-

lər. 


Məktəbə qəbulun da dəqiq vaxtı yox idi. Ġlin istənilən vaxtın-

da uĢaq məktəbə qəbul edilə bilərdi. Məktəbi bitirmə vaxtı da qeyri-

müəyyən  idi.  Əsasən  7-8  il  oxunurdu.  Molla  uĢağın  biliyini  fərdi 

qaydada “Kafi” hesab etdikdə uĢaq məktəbi bitirə bilərdi. Hər molla 

10-15  Ģagirdlə  məĢğul  olurdu.  Mollalar  tədris  üçün  uĢaqların  vali-

deynlərindən  hər  həftə  müəyyən  miqdarda  məvacib  alırdı.  Burada 

molladan  baĢqa  bir  də  onun  köməkçisi  var  idı  ki,  ona  Xəlfə  de-

yilirdi. Qrup nümayəndəsinə də Xəlfə deyilirdi. Mollanın köməkçisi 

hesab edilən Xəlfə yaĢlı Ģagirdlərdən də seçilirdi. Məktəbdə Ģagird-

lər  yerdə  həsirin  üstündə  dizi  üstə  oturub  dərs  oxuyurdular.  Bu 

məktəblərdə  dərslər  ərəbcə  və  ya  farsca  keçilirdi.  Məktəbə  daxil 



 

64 


olan  uĢaqlara  əvvəlcə  Quranın  müəyyən  bir  hissəsini  təĢkil  edən 

“Çərəkə”  öyrədilirdi.  “Çərəkə”  Ġrandan  gətirilən  və  daĢ  çapında 

hazırlanmıĢ dərs kitabı idi. Onu bəzən mollalar öz xətləri ilə yazıb 

hazırlayırdılar.  “Çərəkə”  farsların  “Çahar-yek”  tərkibindən  yaran-

mıĢ dörddə bir deməkdir. Quranın müəyyən bir hissəsi öyrədildiyin-

dən ona “Çərəkə” adı verilmiĢdir. Dərs hər bir Ģagirdin fərdi qabi-

liyyətinə, fərdi bilik səviyyəsinə uyğun olaraq fərdi üsulla keçilirdi. 

Tədris “Höccələmə” üsulu ilə aparılırdı. “Çərəkə”nin ilk səhifəsində 

uzun  bir  xətlə  “Bismillahir-rəhmanir-rəhim”  sözləri  yazılırdı.  Heç 

bir  hərflə  hələ  tanıĢ  olmamıĢ  uĢağa,  birinci  növbədə  bu  kəlmələr 

əzbərlədilirdi.  Bundan  sonra  çərəkədə  yazılmıĢ  Quran  ayələrinin 

sözləri  heca  üsulu  ilə  öyrədilirdi.  Buna  6-7  ay,  bəzən  də  Quranı 

bütövlükdə oxumağa bir il vaxt sərf edilirdi. Quranı bitirdikdə Ģagir-

din ailəsində Ģadlıq olurdu. Quranı bitirən Ģagirdlərə ərəb əlifbasının 

adları,  müxtəlif  xətlər,  xəttatlıq  öyrədilirdi.  Quranı  bitirmədən  ya-

zıya keçənləri molla cəzalandırırdı. 

Məktəblərdə  “Əbcəd”  hesabı  deyilən  bir  qaydanın  uĢaqlara 

öyrədilməsinə  də  xüsusi  fikir  verilirdi.  Bu  qaydaya  əsasən  hər  bir 

hərf həm də bir rəqəmi ifadə edir. 

Məktəbdə  yazı iĢləri qamıĢdan hazırlanmıĢ qələmlə yazılırdı. 

Molla uĢaqlara hüsnxətt nümunəsi verir və bu əsasda da çalıĢmalar 

keçilirdi.  Belə  məĢğələlərə  “MəĢq”  deyirdilər.  Adətən  valideynlər 

öz uĢaqlarını yaxĢı xətti olan mollanın yanında oxudurdular. Dərsini 

bilməyən  uĢaqlara  cəza  üsulu  olan  falaqqadan  istifadə  edilirdi. 

Böyük  Ģair  və  pedaqoqumuz  Abdulla  ġaiq  bu  barədə  “Xatirələr”-

ində  yazırdı:  “Fələqqə  ilə  tənbeh  etmək  mollaxanalarda  ən  çox 

yayılmıĢ  üsullardan  biridir.  Kiçik  yaĢlı  uĢaqlarda  məktəbə,  təhsilə 

nifrət  oyadan,  uĢaqların  məktəbdən  qaçmasına  səbəb  olan  fələqqə 

qol  yoğunluğunda,  bir  metr  yarım  uzunluğunda  bir  ağacdan  ibarət 

idi.  Ortaya  yaxın  iki  yandan  qalın  kəndir  keçirilmiĢ  bu  ağacın  hər 

tərəfindən bir uĢaq tuturdu. “Müqəssir” uĢağın ayaqlarını fələqqənin 

ortasında  olan  kəndir  içində  buranda  ayaqları  göydə,  bədəni  yerdə 

qalırdı. Molla isə çubuğu iĢə salırdı.....” 

Zəngin  ailələrin  evlərində  də  məktəblər  açılırdı.  Müəllimlər 

yüksək  təbəqənin  balalarına  dərs  verdiklərindən  onlar  yüksək 

məvaciblə  təmin  edilirdilər.  Məktəblərdə  uĢaqların  tərbiyəsi  də 

müəllimə  tapĢırıldığından  onlar  məĢğələlərdən  sonra  da  uĢaqlarla 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə