53
İş vərəqi 4.
Verilmiş cədvələ əsasən orqanizmdə gedən energetik və plastik mübadiləni
müəyyənləşdirin.
Həzm
sistemində
maddələrin
parçalanması və hərəkət mexanizmi
Hüceyrədə gedən enrgetik və plastik
mübadilə
Zülal mübadiləsi
Zülallar- həzm kanalı- aminturşular-qan
1.
2.
Yağ mübadiləsi
Yağlar – həzm kanalı- yağ turşuları və
qliserin-limfa və qan
1.
2.
Karbohidrat mübadiləsi
Karbohidratlar-həzm
kanalı-
monosaxaridlər - qan
1.
2.
İnformasiya mübadiləsi. Hər qrupdan bir nəfər nümayəndə qrupun işini təqdim
edir. Qruplar bir-birinin işləri ilə tanış olurlar. Təqdim olunan işlər lövhədən asılır.
İnformasiyanın müzakirəsi. Müəllim təqdimatdan alınan cavablara əsasən
şagirdlərə suallarla müraciət edərək, onları öz mülahizələrini əsaslandırmağa sövq
edə bilər.
- Energetik mübadilə zamanı enerji hansı yolla əldə edilir?
- Nə üçün hüceyrənin ATF ehtiyatı məhduddur?
- Maddələr mübadiləsinin neçə tipi var? Onları xarakterizə edin.
Nəticə və ümumiləşdirmə.
Müəllim diqqəti tədqiqat sualına yönəldərək
şagirdlərin cavablarını ümumiləşdirir.
Ev tapşırığı. Maddələr mübadiləsi və onun əhəmiyyətinə dair məlumat toplayın.
Qiymətləndirmə: Müəllim cavablara görə qrupları qiymətləndirir.
Qruplar
Meyarlar
I qrup
II qrup
III qrup
IV qrup
Maddələr və enerji
mübadiləsini fərqləndirmə
Maddələr mübadiləsini şərh
edir
Əməkdaşlıq
Təqdimat
Nəticə
XI sinif
Mövzu: İnsanın təkamülü
54
Standart:
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır,
təqdimatlar edir.
Məqsəd:
-
İnsanın təkamülündə əməyin rolunu şərh edir.
-
İnsanın tarixi və fərdi inkişafını fərqləndirir.
-
İnsanların ictimai həyat tərzinin təkamüldə rolunu izah edir.
İş forması: kollektivlə, qruplarla
İş üsulu: Beyin həmləsi, klaster, Venn diaqramı
Resurslar: Dərslik, flipçat, iş vərəqləri, marker, tablo, İKT vasitələri, CD
Dərsin gedişi
Motivasiya: Müəllim şagirdləri elektron lövhədə qurulmuş krossvordla tanış edir.
Əvvəlcədən hazırlanmış sualları sinifə verir. Şagirdlər əvvəl keçdikləri mövzularla
bağlı sualları cavablandırırlar. Şagirdlərdən cavablar alındıqca lövhədə yazılır.
Müəllim yönəldici suallarla onlardan TƏKAMÜL cavabını almağa nail olur.
T
Ə
K
A
M
Ü
L
Tədqiqat sualı: İnsan təkamülünün hansı amilləri var ?
Tədqiqatın aparılması: Şagirdlər qruplara bölünür və onlara iş vərəqləri verilir
I qrup
II qrup
III qrup
IV qrup
Xarici görünüşcə
oxşar olan
şəkilləri düzgün
ardıcıllıqla düzün
və onların
arasında mövcud
olan qohumluq
əlaqələrinin
xarakterik
xüsusiyyətlərini
müəyyənləşdirin.
Fikrinizi
əsaslandırın.
İnsan və
insanabənzər
meymunların
xarici quruluşunu,
qidalanmasını və
həyat tərzini Venn
diaqramına əsasən
müqayisə edin.
Əməyin insanın
təkamülündə əsas
amil olduğunu
əsaslandırın.
Bioloji və sosial
amillərin oxşar və
fərqli cəhətlərini
Venn diaqramına
əsasən müqayisə
edin
İnformasiya mübadiləsi. Təqdim olunan işlər lövhədən asılır. Qruplar bir-birinin
işləri ilə tanış olurlar.
55
İnformasiyanın müzakirəsi. Müəllim təqdimatdan alınan cavablara əsasən
şagirdlərə suallarla müraciət edərək, onları öz mülahizələrini əsaslandırmağa sövq
edir.
-
İnsan təkamülünün müxtəlif mərhələlərində təkamülün ictimai hərəkətverici
qüvvələrinin nə kimi rolu olmuşdur?
-
Təkamülün bioloji amillərinin insan təkamülündə rolu nədən ibarət
olmuşdur?
-
Cəmiyyətdən uzaq düşmüş uşaqlarda insani keyfiyyətlərin zəif inkişaf
etməsinin səbəbləri nədir?
-
Nə üçün dik yerimək meymundan insana doğru həlledici addım hesab
olunur?
Nəticə və ümumiləşdirmə. Müəllim diqqəti tədqiqat sualına yönəldərək
şagirdlərin cavablarını ümumiləşdirir.
Ev tapşırığı. İnsanın təkamülünün alqoritmini qurun. Dərslikdən və internetdən
mövzu ilə bağlı məlumatlar toplayıb, təqdimat hazırlamaq.
Qiymətləndirmə:
Qruplar
Meyarlar
I
qrup
II
qrup
III
qrup
IV
qrup
İnsanın təkamülündə əməyin
rolunu şərh etmə.
İnsanın tarixi və fərdi inkişafını
fərqləndirmə.
İnsanların ictimai həyat tərzinin
təkamüldə rolunu şərh etmə.
Əməkdaşlıq
Təqdimat