22
Bazar iqtisadiyyatında maliyyə bazarına dövlətin iqtisadiyyata müdaxilə
səviyyəsi,dövlətlə-müəssisələrin qarşılıqlı faliyyəti öz təsir gücünü göstərmişdir.
Bu bazarın yaranması maliyyə ehtiyatlarının qeyri-bərabər bölgüsü ilə
bilavasitə bağlıdır.Ona görə ki bu bölgü zamanı müəssisələrin bir hissəsində maliyyə
ehtiyatlarının artıqlığı,digərində isə maliyyə ehtiyatlarının çatışmamazlığı özünü
biruzə verir.Bu halda maliyyə ehtiyatlarının bir müəssisədən digərinə doğru
hərəkətinin təmin edilməsinin əsas forması kimi maliyyə bazarı çıxış
edir.Deməli,maliyyə bazarı pul vəsaitlərinin sahiblərindən ehtiyacı olanlara doğru
yönəldilməsidə vasitəçi rolunu oynayır.Həmçinin maliyyə bazarında əmtəə kimi
maliyyə resursları çıxış edir.Yəni maliyyə bazarı pul vəsaitlərinin iqtisadi subyektlər
arasında bölgüsünü təmin edən bazardır.Maliyyə bazarının əsas məqsədi odur ki pul
vəsaitlərinin səmərəli şəkildə səfərbər edilsin və onların maliyyə resurslarına ehtiyacı
olanlara satışını təmin edilsin.
Ümumiyyətlə iqtisadiyyatın inkişafında maliyyə bazarı çox böyük əhəmiyyətə
malikdir.Onun rolu onun yerinə yetirdiyi funksiyalarla müəyyən edilir.İndiki şəraitdə
maliyyə bazarının bir sıra funksiyaları mövcuddur ki bunlara
a)bazarda alıcı ilə satıcının birbaşa görüşməsi zamanı satışa çıxarılan aktivlərin real
bazar qiymətləri müəyyən olunur.Burada həmçinin aktivlərin geri ödənilməsi
səviyyəsi,onun müddətləri müəyyənləşdirilir.
b)Bu bazar investorlar üçün pulların ən səmərəli istiqamətlərə yerləşdirmək üçün
yer,imkan və şərait yaradır.Bu vaxt nəinki ölkə,hətta bütün dünya üzrə seçmə imkanı
yaranır.Bu isə firmalar üçün ən sərfəli qiymətlə maliyyə mənbəyi tapmağa imkan
verir.
c)Hər hansı mülkiyyətcidən digərinə yəni pula ehtiyacı olanlara pul hərərktini
hərəkətini təmin etmək.Bu əsasən müvəqqəti sərbəst pul vəsaitlərinin və qiymətli
kağızların alqı-satqısı,maliyyə ehtiyatlarının bölgüsü ilə bağlı iqtisadi münasibətləri
ifadə edir.Hazırda dünyada maliyyə vəsaitlərinin böyük hissəsi maliyyə bazarı
vasitəsilə bölüşdürülür.
d) maliyyə ehtiyatlarının köçürmə xərclərinin (araşdırma və informasiya xərcləri)
23
maksimum azaldılması
Maliyyə bazarının resurslarının həm ilkin satıcılar və həm də son istehsalçıları
üç qrupa bölünür.Bunlar təsərrüfatçı subyektlər yəni müəssisələr və təşkilatlar ,fiziki
şəxslər və dövlətdir.Həmçının maliyyə resurslarının alqı-satqısıda iki yolla
aparılır.Birincisi maliyyə vasitəçilərinin köməyi olmadan ikincisi isə bir və ya bir
neçə vasitəçilərin köməyi ilə həyata keçirilir.
Maliyyə bazarından bəhs edərkən maliyyə vasitəçilərinidə qeyd etmək
lazımdir.Onlar bazarda çox mühim rol oynayır.Maliyyə vasitəçilərinə misal olaraq
pul vəsaitlərinin idarə edilməsini həyata keçirən kredit təşkilatları həmçinin qiymətli
kağızlar bazarının peşəkar iştirakçıları,qeyri-dövlət pensiya fondları,investesiya
fondları,siğorta kompaniyaları daxildir.
Maliyyə bazarında maliyyə iştirakçıları və subyektəri mühim yer tutur.Bunları
aşağıdakı kimi siralamaq olar
a) İnvestorlar Bunlar tələbatlarından artıq maliyyə ehtiyatlarına malik olan və
investisiya
kimi
istifadə
edilən
müəssisə
və
təşkilatlardır;
2) Əmanətçilər isə bunlar şəxsi istehlakı azaltmaqla, hər hansı məqsədlər üçün
müxtəlif
yığımlar
həyata
keçirən
fiziki
şəxslərdir.
3) Borc alanlar – bunlar kifayət qədər maliyyə ehtiyatlarına malik olmayan və yaxud
maliyyə ehtiyatının çatışmazlığını hiss edən müəssisə, təşkilat və s.
Bu yazdığlarımla yanaşı maliyyə bazarlarının subyektləri kimi fəaliyyət göstərən
vasitəçilər, ixtisaslaşmış maliyyə kredit institutları da vardır.Subyekt kimi fəaliyyət
göstərən
vasitəçilərə
aşağıdakılardaxildir:
1) Maklerlər onlar həqiqi vasitəçi kimi çıxış edirlər və investorların və borc alanların
tapşırığı əsasında fəaliyyət göstərərək kommisyon şəklində gəlir əldə edirlər.
Maklerlər həm hüquqi, həm də fiziki şəxslərdən ibarət ola bilərlər.
2) Dillerlər isə sərbəst sürətdə fəaliyyət göstərməklə, bəzi hallarda digər vasitəçilərlə,
hətta investor və borc alanlarla birbaşa sövdələşməyə girirlər. Bu sövdələşməsinin
nəticəsinə görə müəyyən məbləğdə gəlir götürürlər.
24
Maliyyə bazarları müxtəlif əlamətlərə görə strukturlara bölünür ki məsəslən
vəsaitlərin cəlb olunmasına görə borc və kredit bazarları,qiymətli kağızlar
bazarları,lizinq və faktorink bazarları,siğorta bazarı kimi növlərə bölünür.
Maliyyə bazarı vəsait mənbələrinin olduğu yerə görə 2 hissəyə ayrılır.
a)daxili və ya milli maliyyə bazarları.Bu bazarların əsas resursları ölkənin daxili
mənbələrinə əsəslanır.Bu halda digər ölkələrin resursları cəlb edilsə də,onların xususi
çəkisi az miqdarda olur.
b)dünya maliyyə bazarları-Onların resursları müxtəlif ölkələrin rezidentlərinin
vəsaitləri hesabına əmələ gəlir.
Həmçinin inkişaf xüsusiyyətlərinə görə də maliyyə bazarları bölünür.Bunlara
inkişaf etmiş bazarlar və inkişaf etməkdə olan bazarlardaxildir.Əksəriyyətə əsasən
yaradılmaqda yaxud formalaşmaqda olan bazarlar inkişaf etməkdə olan bazar adlanır.
İnkişaf etmiş maliyyə bazarları bir sıra xususiyətləri daşıyır.Məsələn vəsaitlərin bir
bazardan digərinə müstəqil axını.Həmçinin vahid dünya bazarı sistemində milli bazarın
fəaliyyət göstərməsi dəqiq informasiya sisteminin mövcudluğu bazarda inkişaf etmiş
qanunvericilik bazasının olması inkişaf etmiş infrastruktura.Mütləqdir ki bu özünə
təminat sistemini ,maliyyə riskinin azaldılmasına yardım edən reytinq agentliyi
sistemini və kredit bürosunu,bazar subyektlərinin şəffaflığını təmin edən auditor və
qiymətləndirmə sistemini, siğorta və investorların hüquqlarının qorunmasını müasir
bazar kommunikasiyasını yaradan və rəqabətin inkişafını stimullaşdıran birja sistemini
daxil edir.Sonra bu xüsusiyyətlərə həm alıcıların həmdə satıcıların maraqlarının
müdafiəsinin inkişaf etmiş sistemi, bazarda fəaliyyət göstərən alətlərin çoxunun yüksək
likvidliyi və etibarlılığı ,maliyyə bazarında fəaliyyət göstərən maliyyə vasitəçilərinin
əsas etibarlılığı ,satışa təklif üçün verilən maliyyə resurslarının və bazarda həyata
keçirilən əməliyyatların böyük həcmdə olması bazarın yüksək səmərəliliyi ,Maliyyə
bazarında dövlət nəzarətinin və tənzimləmənin yüksək səviyyədə olması ,Yüksək
sabitlik
İnkişaf etmiş bazarın xüsusiyyətlərini saydıqdan sonra digər bazara nəzər salaq.Bu
bazara aşağıda sadalananlar daxildir
Dostları ilə paylaş: |