Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   2   3   4   5   6   7   8   9   ...   23

 

13 


əhmlərə bilinməzlik məhdud məsuliyyət xasdı.Əlavə olaraq əhmlər bölünə və birləşə 

bilərlər 

Səhmlərdən  əldə  olunan  gəlirə  divident  deyilir.  Divident  xalis  gəlirin  ümumi 

məbləğinin  bir  hissəsidir.O  səhmdarların  arasında  səhmlərinin  sayına  uyğun  olaraq 

bölüşdürülür.  Səhm  üzrə  dividentlər  ayrı-ayrı  üsullarla  ödənilə  bilər.Məsələn  nağd 

pulla, müəssənin istehsal etdiyi məhsullarla, əlavə səhmlər şəkilində də ödənilə bilər. 

Bu ödəmələr kvartal üzrə, yarım ildən bir və ya ildə bir dəfə ödənilə bilər. 

Səhmlər  adi  və  imtiyazlı  olmaqla  iki  hissəyə  bölünü.Belə  izah  edə  bilərik  ki  səhm 

sahibi  səhmdarların  yığıncağında  iştirak  edir,  bu  yığıncaqda  səs  vermək  hüququna 

malikdir.Həmçinin  idarəetmə  orqanına  seçə  və  seçilə  bilər.  İmtiyazlı  səhmlər  fərqli 

olaraq    bu  hüquqa  malik  deyillər,  lakin  onların  üstünlüyü  var  və  bu  odur  ki,  bu 

səhmlər  üzrə  dividentlərin  ödənilməsi  kompaniyanın  fəaliyyətindən  asılı  deyil. 

İmtiyazlı səhmlərin çatışmazlığı da mövcuddur.Məsələn müəssisə fəaliyyətini uğurla 

aparırsa,  onda  dividentlər  adi  səhlər  üzrə  artır,  imtiyazlı  səhmlər  üzrəisə  dəyişməz 

qalır. 

 

 



 

 

 



 

 

Sxem 1. Səhmlər 



Səhmlər qiymətli kağızlar kimi müəyyənləşdirilmiş formaya uyğun və məcburi 

rekvizitləri  üzərində  əks  etdirməklə  tərtib  olunur.  Ümumi  olaraq  səhmlərdə  belə 

rekvizitlər  qeyd  olunur.Məsələn  Qiymətli  kağızın  adı  Emitentin  tam  hüquqi  adi  və 

hüquqi  ünvanı  səhmin  buraxıldiği  yer  tarix  səhmin  seriyasi  və  sira  nomrəsi  səhm 

blankini  istehsal  edən  müəssisənin  adı  səhmin  nominal  dəyəri  səhmin  kateqoriyası 

emitent səhmlərin sayı səhm sahibinə verilən hüquqlarin siyahısı və s. 

Səssiz 

Adi 


Səhmlər 

İmtiazlı 

Tək səsli 

Adlı 


Plural 

Təqdim edənə 




 

14 


Yuxarıda qeyd etdik ki səhmlər adi və imtiyazlı olmaqla iki hissəyə bölünür.Adi 

səhmlər  də  öz  növbəsində  adlı  və  adsız  səhmlərə  və  nominal  dəyərli  və  nominal 

dəyərsiz  səhmlərə  bölünür.Adlı  səhmdə  səhmdarların  şəxsiyyətini  təsdiqləyən 

məlumatlar qeyd olunur.Bu səhmdə onun sahibinin razılğını təsdiqləyən imza olarsa 

səhm başqasina ötürülə bilər.Adsız səhmdə isə onlarin bazarda transfer edilməsi üçün 

başqalarına verilməsi kifayətdir.Nominal dəyərli səhmdə isə onun üzərində nominal 

dəyəri  göstərilir.Göstərilmədikdə  isə  o  nominal  dəyərsiz  səhm  hesab  olunur.Bizim 

respublikamızda  nominal  dəyərsiz  səhmlərin  buraxılışı  qanunvericilikdə  nəzərdə 

tutulmamışdır. 

1.İstiqrazlar.Qiymətli kağızların bir növüdə istiqrazlardır.İndiki dövrdə səhm ən geniş 

yayılmış fond qiymətli kağızı olsa da, vəsait cəlb olunması yolu kimi kreditin də rolu 

böyükdür.  Kredit  alətlərindən  isə  istiqrazın  əhəmiyyəti  çox  böyükdür.  İstiqraz  borc 

sənədidir  və  onun  sahibi  ilə  onu  buraxan  şəxs  arasındakı  borc  münasibətlərini 

təsdiqləyən  qiymətli  kağızdır.O  səhmdar  cəmiyyətin  buraxdığı  uzunmüddətli  borc 

sənədidir. 

Azərbaycan  Respublikasının  ―Qiymətli  kağızlar  haqqında‖  qanununa  əsasən 

―İstiqraz,  öz  sahibinin  emitenindən  istiqraz  vərəqəsində.nəzərdə  tutulan  müddətdə 

onun  nominal  dəyərini  və  bu  dəyərdən  müəyyən  edilmiş  faizi  və  ya  başqa  əmlak 

ekvivalentini almaq hüququnu təsbit edən emissiya qiymətli kağızıdır.‖[11] 

İstiqraz  vəsait  cəlb  olunmasında  hökümət,  müxtəlif  dövlət  qurumları  və 

bələdiyyələrin  əsas  alətidir.  Əlavə  maliyyə  vəsaitlərinə  tələbat  yarandıqda  istiqraz 

borclarının  təşkili  və  yerləşdirilməsinə  səhmdar  cəmiyyətləri  də  üz  tutur.  Səhmdar 

cəmiyyətləri öz fəaliyyətlərini təkcə səhm deyil, həm də istiqraz buraxmaq yolu ilə də 

maliyyələşdirə bilərlər. 

İstiqrazların  başlıca  keyfiyyətləri  mövcuddur  ki  bunlara  İnvestorla  emitent 

arasındakı  borc  münasibətlərini  əks  etdirilməsi  Son  tədavül  tarixinin  mövcudluğu 

daxildir.  Tədavül  müddəti  başa  çatan  kimi  istiqraz  ödənilir,  yəni  emitent  tərəfindən 

nominal  dəyəri  üzrə  geri  alınır.Həmçinin  gəlirlərin  əldə  edilməsində  istiqrazlar 

səhmlərlə müqayisədə üstünlüyə malikdir. Belə ki, istiqraz faizlərinin ödənilməsi səhm 



 

15 


dividentlərinin  ödənilməsindən  əvvəl  baş  verir.Həmçinin  müəsissə  ləğv  olunduqda 

iddiaların təmin edilməsində istiqraz sahiblərinin səhmdarlardan fərqli birinciliyə malik 

olması. 

Qeyd etməliyəm ki istiqrazlar emitent müəsissənin gəlirlərindən asılı olmayaraq qəti 

müəyyən olunmuş gəlir gətirmək qabiliyyətinə malikdir. 

İstiqrazlar ayrı-ayrı bölmələr üzrə təsnif olunur.Bunlara daxildir: 

a)indeksli  istiqrazlar-Bu  istiqrazlarda  ödəniş  müəyyən  indeksə  görə  aparılır.İndeks 

kimi inflyasiya dərəcəsi qızılın və ya hər hansı əmtəənin qiyməti əsas götürülür. 

b)adlı və təqdim edilən istiqrazlar 

c)Təminatlı və təminatsız istiqrazlar 

d)Uduşlu və mənfəətdən pay alan istiqrazlar 

e)riskli istiqrazlar 

f)dövriyyə müddətinə görə istiqrazlar 

Nəzərə  çatdırım  ki  istiqraz  nominal  qiyməti  və  bazar  qiyməti  olmaqla  iki  hissəyə 

ayrılır. Nominal qiymət istiqrazın üz tərəfində çap edilir və borca götürülən məbləgi əks 

etdirir.  Nominal  qiymət  istiqraz  gəlirliliyinin  hesablanmasında  əsas  kəmiyyət  hesab 

olunur. İstiqraz üzrə faiz nominala görə müəyyən olunur. Bilməliyik ki istiqraz yüksək 

nominalla buraxılır. Onlar əsasən imkanlı investorlar üçün nəzərdə tutulmuşdur. İstiqraz 

emisiyya olunan gündən tam ödənilənədək bazarda müəyyən qiymətlə alınıb-satılır.  Bu 

istiqrazın bazar qiyməti adlanır.  

İstiqrazın bazar qiymətinə istiqrazın ödənilmə müddətinin yaxınlığı.istiqrazın verdiyi 

gəlirə  görə.istiqrazın  bazar  qiyməti  həmçinin  risk  səviyyəsindən,  emitent  şirkətin 

maliyyə vəziyyətindən, istiqrazın təminatlılığından və s. digər amillər təsir göstərir. 

Dövriyyə  müddətinə  görədə  istiqrazlar  müəyyən  növlərə  bölünür.Bunlara 

qisamüddətli ortamüddətli və uzunmüddətli növlər daxildir. 

İstiqrazların bazar qiymətini müqayisə etmək üçün göstəricidən istifadə edilir ki 

bu ―istiqrazların kursu‖ göstəricisidir.İstiqrazın kursu onun bazar qiymətinin nominal 

qiymətinə olan nisbətidir: 

K

i

 = (K



/ N) x 100 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə