Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

 

25 


a)Sabitliyin  olmaması  Yəni  qiymətli  kağızların  məzənnəsi,faiz  dərəcəsi  olduqca 

kəskin və tez-tez enib-qalxır. 

b)Səliqəli informasiya sisteminin olmaması 

c)Riskin  siğortalanmasının  inkişaf  etmiş  formada  olmaması.Baxin    inkişaf  etmiş 

bazarlarda  svop,fyuçers,forvard,opsion  kimi  geniş  tətbiq  edilən  alətlər  inkişaf 

etməkdə olan bazarlarda ya tamamilə yoxdur ya da yalnız yaranma mərhələsindədir. 

d).İnfrastruktura kifayət qədər inkişaf etməmişdir 

e)Bazardakı qanunvericilik bazasının yaranma mərhələsində olması. 

f)İnkişaf  etmiş  ölkələrdə  çox  zaman  mövcud  olan  risklə  müqayisədə  riskin  böyük 

olması  yəni  misal  olaraq  siyasi  risk,valyuta  məhdudiyətinin  tətbiqi,vergi  yükünün 

artması,özəlləşdirilmənin həyata keçirilməsi,mülkiyyətin qeyri-qanuni zəbt edilməsi. 

g)Fond bazarında iştirak edən çox qiymətli kağızlar aşağı likvidliyi və etibarlılığı ilə 

seçilir. 

h)Maliyyə  bazarında fəliyyət  göstərən  vasitəçilərə  vəsait  satıcıları  tərəfindən  inamın 

olmaması. 

k)Satışa təklif olunan maliyyə resurslarının həcminin minimum olması. 

l)Bazarın aşağı səmərəliliyi   

Maliyyə bazarı öz strukturuna görə bir-birilə qarşılıqlı surətdə əlaqədar olan və 

bir-birini tamamlayan  üç  bazardan ibarətdir:  pul bazarı,  kredit bazarı və qiymətli 

kağızlar bazarı. 

Ümumiyyətlə  maliyyə  bazarı    fəaliyyətində    müxtəlif  növ  bazarlardan  ibarət 

olur.  Maliyyə  bazarının  əsasını  tələb  və  təklif  əsasında  vasitəçilərin  köməyilə 

kreditorlarla  borc  götürənlər  arasında  kapitalın  yenidən  bölüşdürülməsi  təşkil  edir. 

Maliyyə bazarlarının tərkib hissəsinə aşağıdakılari sadalamaq olar: 1) valyuta bazarı; 

2) qızıl bazarı; 3) kapital bazarı və 4) pul vəsaitləri bazarı qiymətli kağızlar bazarı. 

İndi isə bunları izah edək. Valyuta bazarı subyektləri aşağıdakı növ əməliyyatları icra 

edir: alıcılıq  qabiliyyətini  ötürmə  və  möhtəkirlik-Bu  valyuta  məzənnəsini  və  ya  faiz 

dərəcəsinin  dəyişməsinin  gözlənilməsindən  əldə  edilən  faydadır.Sonra  faiz 

dərəcəsinin  arbitrajı-Bu  isə  depozitlərin  qəbulunda  razılaşdırılmış  dövrdə  daha 



 

26 


yüksək  dərəcə  ilə  onların  yerinə  yerləşdirilməsindən  əldə  edilən  faydadır. 

Qeyd edim ki  alıcılıq qabiliyyətinin ötürülməsi aşağıdakı bağlaşma növündə həyata 

keçirilir: 

a)  Kassa  yəni,  spot  valyuta  təcili  surətdə  hər  şeydən  əvvəl  sövdələşmə 

bağlandıqdan 

iş 



günü 

ərzində 


verilməsini 

nəzərdə 


tutur; 

b)  Müddətli  yəni  forvard,  yəni  valyutanın  dəqiq  müəyyən  edilmiş  vaxt  ərzində 

veriməsini 

nəzərdə 


tutur; 

c)  Svop,  yəni  müxtəlif  istifadə  müddətli  satış  və  alış  əməliyyatlarının  birgə  həyata 

keçirilməsini 

nəzərdə 


tutur.  

Qızıl  bazarı.Bu  bazar  qızılın  yığımıni  ölkənin  qızıl  ehtiyatlarının  artırılmasını  , 

həmçinin  biznesi  təşkil  etmək    sənaye  istehlakı  məqsədilə  alqı-satqı  aparmaq  üçün 

iqtisadi münasibətlər sferasıdır. Qızıl bazarında satılanlar  bir çox hallarda yeni hasil 

edilən qızıl, dövlət qızıl ehtiyatları  və xüsusi qızıl ehtiyatları, qızıl pullardır.Təşkilati 

baxımından  qızıl  bazarları  bir  neçə  bankdan  ibarət  konsersiumlardır.Qeyd  edim  ki 

burada qızılın alqı-satqısı üzrə sazişlər bağlanır. Bu banklar   əsasən alıcı və satıcılar 

arasında vasitəçi rolunu oynayır. Bu bazarlar bir sıra bazarlar daxildir məsələn Nyu-

york, Çikaqo,London Honq-Konq və digərləri dünya qızıl bazarına nümunədir. 

Müvafiq  maliyyə  alətlərinin  köməyi  ilə  maliyyə  bazarı  kapital  və  pul  bazarlarına 

bölünür.İnkişaf  etmiş  ölkələrin  təcrübəsinə  nəzər  salsaq  görərik  ki,əgər  maliyyə 

alətlərinin  tədavül  müddəti  bir  ildən  azdırsa,onda  bu  pul  bazarının  aləti  hesab 

edilir.Uzunmüddətli  alətlər  yəni  beş  ildən  artıq  olanlar  isə  kapital  bazarına 

aiddir.Daha aydın desək  bir ildən beş ilədək sahə vardır ki,bu da orta müddətli alət 

və  bazar  hesab  edilir.Bu  sahə  sərhəd  sahəsi  adlanır.Bizim  respublikamızda  isə 

maliyyə  alətləri  uzunmüddətə  və  qısa  müddətə  bölünməsi  bir  az  müxtəlifdir.Qısa 

müddətli alətlərə tez-tez 6 aydan artıq tədavül müddətli alətlər aiddir. 

İlk  növbədə  qiymətli  kağızın  mahiyyətinə  nəzər  salaq  çünki  Qiymətli  kağılar 

bazarının  mahiyyət  və  məzmununu    üçün  ilk  növbədə  qiymətli  kağızı  dərk  etmək 

lazımdır.  Çünki,  bu  bazarın    əsas  alətləri  qiymətli  kağızlardır.  Bu  cəhətdən 

respublikamızda  qiymətli  kağızlar  sahəsində  qanunvericiliklə  bir  sıra  normativ-



 

27 


hüquqi aktlar müəyyən olunmuşdur. 14 iyul 1998-ci ildə qəbul olunmuş Azərbaycan 

Respublikasının  ―Qimətli  kağızlar  haqqında‖  Qanununda  qiymətli  kağıza  aşağıdakı 

kimi  tərif  verilmişdir.Tərifdə  deyilir  ki  qiymətli  kağız  öz  sahibinin  əmlak  və  qeyri-

əmlak hüquqlarını və bu hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və 

məcburi rekvizitlərə riayət etməklə təsdiqləyən sənəddir. 

    Resbublikamızın  Mülk  Məcəlləsində  isə  belə  qeyd  olunur  ki  Qiymətli  kağız 

müəyyənləşdirilmiş  formaya  riayət  olunmaqla  hər  hansı  hüququ  təsdiqləyən  elə  bir 

sənəddir  ki,  həmin  hüquq  bu  sənəd  olmadan  nə  həyata  keçirilə  bilər,  nə  də  başqa 

şəxsə  verilə  bilər.  Qiymətli  kağız  başqasına  verildikdə  onun  təsdiqlədiyi  bütün 

hüquqlar da keçir.[11] 

    Qiymətli  kağızların  bir  sıra  növlərivardır  ki  biz  daha  öncə  onlari  qeyd  etdik 

amma  bir  daha  onlara  nəzər  salaq.  Onlara  istiqraz,  səhm,  veksel,  çek,  depozit 

sertifikatları,  opsion,  fyuçers  və  s.  qiymətli  kağızları  misal  göstərmək  olar.  Bizim 

respublikamızda qiymətli kağızları iki növə ayrılır ki bunlar qanunvericilimizdə qeyd 

olunur.Onlar  emissiya  və  qeyri-emissiya  qiymətli  kağızlarıdir.  Emissiya  qiymətli 

kağızları    buraxılışlarla  yerləşdirilən  və  qiymətli  kağızların  əldə  edilməsi  vaxtından 

asılı  olmayaraq  bir  buraxılış  daxilində  hüquqların  həyata  keçirilməsinin  həcmi  və 

müddəti  eyni  olan  qiymətli  kağızlardır.  Bunlara  səhm  və  istiqrazlar  aiddir.  Qeyri-

emissiya qiymətli kağızlar buraxılışlarla  yerləşdirilməyən və qiymətli kağızlar üzrə 

hüquqların keşməsinin həcmi və müddəti müxtəlif olan qiymətli kağızlardır. Bunlara 

isə  veksel,  çek,  opsion,  varrant  və  s.  aiddir.  Bundan  əlavə  qiymətli  kağızlar  əmtəə 

dövriyyəsi  prosesinə  və  müəyyən  əmlak  əqdlərinə  xidmət  edən  kommersiya 

(konosament,  veksel,  anbar  şəhadətnaməsi,  girov  kağızı  və  s.)  və  fond  bazarında 

hərəkət edən fond qiymətli kağızları şəklində olur. Bu müxtəlifliyə baxmayaraq bütün 

qiymətli  kağızlar  üçün  onların  fundamental  keyfiyyətləri  eynidir:  1.Tədavül  etmək;  

2. Likividlik; 3. Risklilik.[17] 

Qiymətli  kağızlar  bazarı  qiymətli  kağızların  buraxılışı  və  dövriyyəsi  üzrə  

iştirakçılar arasında iqtisadi münasibətlərin məcmusudur. Qiymətli kağızlar  qiymətli 

kağız sahibinin əmlak hüququnun ötürülməsini təsdiq edən pul sənədidir 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə