Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   2   3   4   5   6   7   8   9   10   ...   23

 

19 


gündə  təqdim  olunduqdan sonra  vekseli saxlayan  şəxs onun ödənilməli  olduğu gün 

və ya bundan sonrakı iki iş günü ərzində ödəməlidir.  

Xəzinə vekseli  bu hallarda verilir: 

a)  büdcənin  mülkiyyət  formasından  asılı  olmayaraq  müəssisə  və  taşkilatlara 

borclu olduqda (artıq ödənilmiş vergilər, geri qaytarılmalı olan məbləğlər və s.) 

  b)büdcənin  cari  ehtiyaclarını  təmin  etmək  məqsədilə  vasitələrin  cəlb  edilməsi      

hallarda; 

c)  büdcə  təşkilatlarına  nəzərə  tutulmuş  vasitələrin  ödənilməsi  zamanı 

xəzinıdarlığın sərancamında kifayət qədər vəsait olmadıqda 

Varrantı  belə  izah  edərik  ki  o  anbardan  verilmiş  və  anbara  yerləşdirilmiş 

əmtəəyə mülkiyyət hüququnu təsiqləyən sənəddir. 

Opsion da fyuçerə bənzəyir. Amma ondan fərqli olaraq opsion yalnız bir tərəf üçün 

öhdəlikdir.  Opsionu  əlində  saxlayan  tərəf  həmin  opsiondan  yalnız  sərfəli  olduqda 

istifadə  edə  bilər.  Opsionu  əldə  edənin  xərci  isə  -  opsion  üçün  vasitəçiyə  (brokerə) 

ödənilən qiymətdir.Opsionun iki növü mövcuddur. 

 

1)Alınma  üçün  opsion  -  Bu  opsionu  əldə  etmiş  adam  şirkətdən  onun  səhmini 



opsionda  göstərilmiş  qiymətə  ala  bilər.  Bu  halda,  şirkət  öz  səhmini  həmin  adama 

opsiondakı qiymətə satmağa məcburdur. 



2)Satılma  üçün  opsion  (put  option) -  Bu  opsionu  əldə  etmiş  adam  şirkətə  onun 

səhmini opsionda göstərilmiş qiymətə sata bilər. Bu halda, şirkət öz səhmini həmin 

adamdan opsiondakı qiymətə almağa məcburdur. 

Opsionilar təkcə səhm deyil, digər bazis aktivləri üçün də istifadə olunur 

Opsionun  bir  çox    üstün  cəhətləri  mövcuddur.  Misal  olaraq,  opsion  alıcısının 

qeyri  məhdud  həcmdə  mənfəət  almaq  imkanı  olduğu  halda,  itkiləri  ödənilən 

mükafatla  məhdudlaşır.Opsion  əməliyyatları  yüksək  rentabelliyə  malikdirlər.  Yəni, 

kiçik məbləğdə mükafat ödəməklə ondan dəfələrlə artıq həcmdə mənfəət əldə etmək 

imkanı vardır. 

Fyuçer  müqaviləsi  iki  tərəf  arasında  bağlanan  müqavilədir.  Bu  zaman  şərtlərdə 

gələcəkdə  bir  tarix  və  miqdar  göstərilir.  Müqavilənin  şərtlərinə  görə  bir  tərəf  bazis 

aktivini həmin gələcək tarixdə bugünkü qiymətlə satacağına söz verir. Digər tərəf isə 

o bazis aktivini həmin gələcək tarixdə bugünkü qiymətlə alacağına söz verir. 

 Qanuni sahibinə  ipoteka  müqaviləsində  göstərilən, əmlakın  ipotekası  ilə təmin 

edilən  başqa  sübut  və  dəlillər  təqdim  etmədən  pul  və  başqa  öhdəliklərin 



 

20 


mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu təsdiq edən adlı 

qiymətli kağız ipotekadır. 

Anbar  kağızı  qiymətli  kağızların  növlərindəndir  və  o  qoşa  və  adi  olmaqla  iki 

yerə bölünür. 

Qoşa  anbar  kağızı  biri  o  birindən  ayrıla  bilir  və  anbar  kağızı  və  girov  kağızından 

ibarətdir. Qoşa anbar kağızı və onun hər bir qismiorderli qiymətli kağız hesab olunur.  

Adi  anbar  kağızı  malın  saxlanması  üçün  qəbul  edildiyini  təstiqləyən  və  mal  anbarı 

tərəfindən verilən adsız qiymətli kağızdır. 

Mənzil  sertifikatıda  qiymətli  kağızların  bir  növüdür.O  fiziki  və  hüquqi  şəxslər 

arasında yerləşdirilən sənədli qiymətli kağızlar olub, sahiblərinə buraxılış şərtlərində 

müəyyən olunan şərtlərə əməl etdiklərində, emitentdən tikintisi bu qiymətli kağızların 

yerləşdirilməsindən  alınan  vəsait  hesabına  maliyələşdirilən  binaların  mülkiyyətinə 

verilməsi yolu ilə ödənilməsinə tələb etmək ixtiyarı verilib. 

Qiymətli  kağızlar  bazarında  investorlar  qiymətli  kağızların  sahibi  kimi  çıxış 

edir.Bununla  əlaqədar  olaraq,  investorlar  konservativ,  mülayim,  aqressiv,  təcrübəli, 

strategiyalı  investorlara  ayrılırlar.  İnvestorların  təsnifatında  ən  başlıca  əlamətlərdən 

biri onların statusudur, yəni fərdi İnstltutsional və bazarın peşəkarı olurlar. 

Portfel-  investisiyanın  obyekti  kimi  səhmlər,  istiqrazlar,  törəmə  qiymətli 

kağızları şıxış edir, eyni zamanda portfelin bir hissəsi nəğd pul formasında fəaliyyət 

göstərir.  Portfelin  gəlirliyi  və  əmanətlərin  qoyuluşunun  riski  portfelin  məqsədli 

xüsusiyyətləridir.  Portfel  investisiya  zamanı  investor  daha  yüksək  məqsədlər  əldə 

etmək üçün portfelin strukturunu dəyişdirə bilər. 

İnvestor  qiymətli  kağızlara  vəsait  yönləndifərkən  aşağıdakı  məqsədləri  güdür: 

əmanətlərin gəlirliyi, əmanətlərin təhlükəsizliyi, əmanətlərin artımı. 

Portfelin müəyyən edilməsi zamanı aşağıdakılar müəyyən edilir: 

Artım portfeli - belə portfelin məqsədi qiymətli kağızların məzənnəsinin artımı 

hesabına kapitalın artımıdır. 

Gəlir  portfeli  -  bu  portfeli  məqsədi  dövlət  dividend  və  faiz  hesabına  gəlirin 

alınmasıdır.[6][day.az] 



 

21 


Qanuna  görə  qiymətli  kağızlara  peşəkar  fəaliyyətin  bir  sıra  növləri  həyata 

keçirilə bilər ki məsələn Broker fəaliyyəti Diler fəallyyəti Qiymətli kağızların idarə 

edilməsi  üzrə  fəaliyyət  Qarşılıqlı  öhdəliklərin  müəyyən  edilməsi  üzrə  fəaliyyət 

Depozitari  fəaliyyəti  Qiymətli  kağızların  sahiblərinin  reyestrinin  aparılması  üzrə 

fəaliyyət Qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyət daxildir. 

Qeyd  edim  ki  kapital  bazarının  tərkib  hissələrindən  biri  olan  qiymətli  kağızlar 

bazarının  funksiyasını  ayırmaq  üçün  əmtəə  bazarı  və  maliyyə  bazarı  arasında 

kapitalın  hərəkətlərinin  mahiyyətini  və  mexanizmini  müəyyənləşdirmək  lazımdır. 

Axırıncı  halda  təkcə  maliyyə  bazarında  deyil,  qiymətli  kağızlar  bazarında  fəaliyyət 

göstərən kapitalın problemini ayırmaq lazımdır. 

 

İşçi qüvvəsi 



bazarı 

 

Əmtəə bazarı 



 

Kapital bazarı 

 

 

 



Uzunmüddətli 

kreditlər bazarı 

 

Qısamüddətli 



kreditlər bazarı 

 

Fond  bazarı  və 



ya QKB 

 

 



 

Sxem 1. Qiymətli kağızlar bazarının formalaşma sxemi 

Bəzən  qiymətli  kağızlar  bazarında  fəaliyyət  göstərən  kapitalı  maliyyə  kapitalı 

kimi də təyin etmək olar. Onun dövriyyəsinin əsas forması pul-qiymətli kağızlar - pul 

şəklindədir.  

          1.2Qiymətli kağızlar bazarının mahiyyəti və iqtisadi əsasları 

Maliyyə  resurslarının  daimi  olaraq  ölkə  iqtisadiyyatına  cəlb  edilməsi    bazar 

iqtisadiyyatinda vacib rol oynayır. 

 Maliyyə  bazarı  kapitalın  tələb  və  təklifin  qarşılıqlı  təsiri  əsasında  vasitəçilərin 

köməyi ilə kreditorlarla borc götürənlər arasında yenidən bölgüsü mexanizmidir. 

Maliyyə  bazarı  dövlətin  və  ayrı-ayrı  təşkilati-hüquqi  formaya  malik  olan 

müəssisələrin faliyyəti ilə əlaqədar olaraq daha da təkmilləşmişdir. 

Sərbəst bazarlar içərisində maliyyə bazarı mühüm yer tutur. Maliyyə bazarı pul 

vəsaitləri  axınını  mülkiyyətçilərdən  borc  götürənlərə  və  geriyə  istiqamətləndirən 

kredit təşkilatlarının məcmu şəklində çıxış edir. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə