Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   2   3   4   5   6   7   8   9   ...   23

 

Bazar iqtisadiyyatı geniş əhatə dairəsinə malik olmaqla, şəxsi azadlığın ən əsas 



prinsipinə istinad edir: istehlakçının bir-biri ilə rəqabət aparan külli miqdarda məhsul 

və  xidmətlər  formalarından  seçmək  azadlığı;  istehsalçının  işə  başlamaq,  fəaliyyət 

dairəsini  genişləndirməklə riski öz üzərinə götürmək və müəffəqiyyətli əmək nəticə-

ləri üçün mükafat almaq azadlığı; işçinin özünə peşə yaxud karyera seçmək imkanı 

və bir sahibkarlıq fəaliyyətindən digərinə keçmək azadlığı. Azadlığın, riskin və im-

kanların  məhz  bu  cür  təşəkkülü  müasir  bazar  iqtisadiyyatını  siyasi  demokratiya  ilə 

birləşdirməklə yeni və mütərəqqi cəmiyyətə keçmək imkanları meydana çıxır. 

İqtisadiyyatın dinamik inkişafına təsir göstərən amillər əsasında bütün sahələrdə 

irəliləyişə  səbəb  olan  bazar  prinsipləri  əsasında  formalaşması,  maliyyə  qiymətli 

kağızları  bazarının  fəaliyyətinin  genişləndirilməsi  və  həmin  istiqamətdə  müasir 

tələblər  baxımından  iqtisadi  islahatların  həyata  keçirilməsinə  maksimum  nəticələrə 

nail  olunması  vacibdir.  Beynəlxalq  müstəvidə  çox  amilli  münasibətlərin  dinamik 

tarazlığını  təmin  etmək,  daxili  və  xarici  öhdəliklər  üzrə  müəyyən  olunmuş  zəruri 

tələbatları  yerinə  yetirməklə  ümumi  maraqlara  cavab  verən  maliyyə-kredit  əlaqə-

lərinin  davamlı  surətdə  reallaşdırılması  bazar  mühitini  nəzərə  almaqla  həyata 

keçirilməlidir. Göründüyü kimi, dissertasiya mövzum aktual bir məsələnin tədqiqinə 

həsr edilmişdir.  

Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini qiymətli kağızlar bazarı 

onun iqtisadi əsasları və onun tərkibinə daxil olan elementlər təşkil edir. Tədqiqatın 

predmetinə  isə qiymətli kağızlar bazarının inkişaf xüsusiyyətləri və istiqamətlərinin 

öyrənilməsi çıxış edir. 



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Mövzumun  əsas  məqsədi  Qiymətli  kağızlar 

bazarının  iqtisadi  əsaslarını  öyrənmək,Azərbaycanda  qiymətli  kağızlar  bazarının 

formalaşması  xüsusiyyətlərini  müəyyən  etmək  onun  inkişafina  təsir  edən  amilləri 

öyrənmək  və  perspektivləri  tədqiq  edilməsi  və  mühim  beynəlxalq  təcrübəyə  uyğun 

olaraq bu bazarın təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsindən ibarətdir. 

Bu  qarşımıza  qoyduğumuz  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələr 

müəyyənləşdirilmişdir: 



 

-Qiymətli kağızlar bazarının formalaşmasının nəzəri əsaslarını,onun mahiyyətini 



öyrənmək 

-  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  normativ-hüquqi  bazasının  təhlil 

aparmaq 

-Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının mövcud vəziyyətinin təhlil 

etmək 

-Qiymətli kağızlar bazarının inkişaf xüsusiyyətlərini müəyyən etmək 



Tədqiqatın  elmi  yeniliyi.  Dissertasiya  işində  Azərbaycanda  qiymətli  kağızlar 

bazarının formalaşması və inkişafı kompleks tədqiq olunmuşdur və təkmilləşdirilməsi 

istiqamətində bir sıra təkliflər və tövsiyələr irəli sürülmüşdür.  

Tədqiqatın  informasiya  bazası.Mövzumuzda  yerli  müəllimlərimizin  kitablarından, 

Bakı  Fond  Birjasının  illik  hesabat  və  analitik  materiallarından,  tədqiqatçıların 

monoqrafiya,  məqalələrindən,  Azərbaycan  Respublikasının  Qiymətli  Kağızlar  üzrə 

Dövlət Komitəsi  həmçinin bir neçə iqtisadi saytlardan  istifadə edilmişdir. 

 Tədqiqatın  praktiki  əhəmiyyəti.  Mənim  fikrimcə  tədqiqat  işinin  nəticələrinin 

Azərbaycanda  qiymətli  kağızlar  bazarının  qabaqcıl  və  mühim  beynəlxalq  təcrübəyə 

uyğunlaşdırılması  istiqamətində  siyasətin  həyata  keçirilməsi  və  nəzərə  alınması  bu 

sahənin inkişafına böyük köməklik göstərə bilər.  



Tədqiqatın  strukturu.  .  Üç  fəsildən  ibarət  olan  buraxılış  işinin  birinci  fəslində 

qiymətli  kağızlar  bazarının  formalaşmasının  nəzəri  əsaslarından  və  onun 

mahiyyətindən bəhs edilir. ―Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının 

fəaliyyətinin  təhlili  və  qiymətləndirilməsi‖  adlanan  ikinci  fəsildə  qiymətli  kagizlar 

bazarı  araşdırılır  və  təhlil  edilir.  Üçüncü  fəsildə  isə  qiymətli  kağızlar  bazarının 

formalaşması mexanizminin təkmilləşdirilməsi yolları dəyərləndirilir 

 

 

 



 

 



 

 



 

1.

 

Qiymətli kağızlar bazarının formalaşmasının nəzəri-metodoloji əsasları 

 

1.1.



 

Qiymətli kağızlar bazarının formalaşmasının nəzəri əsasları 

 

Müasir  bazar  iqtisadiyyatının  son  məqsədi  mənfəətin  əldə  edilməsi  ilə 



nəticələndiyinə  görə,  iqtisadi  sferada  istinilən  fəaliyyət  mənfəətin  artmasına 

yönəldilir.  Mənfəətin  artırılması  vasitələrindən  biri  investisiya  qoyuluşları 

olduğundan, kapital qoyuluşları üçün daha əlverişli seçilməsi vacibdir.  

Onu qeyd edim ki sərbəst pul vasitələri müxtəlif bazarlara qoyula bilər və hər 

bir  bazarda  digərlərindən  fərqli  gəlir  əldə  olunacaqdır.  Buna  görə  də  ilkin  kapital 

tapılmalıdır və ya həmin kapital yığılmalıdır. 

-

 

pul vəsaitlərinin müxtəlif mənbələrdən cəlb olunma həcminə görə



-

 

sərbəst pul vasitələrinin hər hansi bazarda qoyuluşuna görə. 



Belə  bazarlara  qiymətli  kağızlar  bazarını,  bank  kapitalı  bazarını,  valyuta 

bazarını,  sığorta  və  pensiya  fondları  bazarını  aid  etmək  olar.  Başqa  sözlə,  iqtisadi 

əlaqələrin  iştirakçıları  arasında  pul  vəsaitlərinin  bölüşdürülməsini  ifadə  edən  bazar 

maliyyə  bazarı  adlanır.  Həmin  pul  vəsaitlərinin  tədavülündən  asılı  olaraq  maliyyə 

bazarının 3 forması fərqləndirilir: 

1.

 



Pul  bazarı  –  dövriyyədə  olan  nəğd  pul  vəsaitlərinin  və  qısamüddətli 

ödəniş vasitələrinin (veksel, çek və s.) anoloji funksiyalarını yerinə yetirən bazardır. 

2.

 

Bank  ssudaları  bazarı  –  kredit  və  depozit  əməliyyatları  ilə  bağlı 



bankların fəaliyyətilə müəyyən olunan bazardır.  

3.

 



Qiymətli  kağızlar  bazarı  –  iqtisadiyyatın  müxtəlif  sahələrini  investisiya 

qoyuluşları  və  maliyyə  resursları  və  maliyyə  resurslarının  operativ  axını  ilə  təmin 

edən bazardır. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə