Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

 

47 


fəaliyyət göstərməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 

may tarixli Fərmanı ilə "Milli Depozit Sistemi haqqında" və "Dövlət müəssisələrinin 

özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek 

investisiya  fondlarının  səhmdarlarının  reyestrinin  aparılması  qaydaları  haqqında" 

Əsasnamələr təsdiq edilməsidir.Həmçinin  1997-ci il 18 sentyabr tarixindən etibarən 

Milli Depozit Mərkəzi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 

"Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsinin  fəaliyyətinin  təmin  edilməsi  haqqında"  1999-cu  il  26  iyul  tarixli 

Fərmanının  icrası  ilə  bağlı  1999-cu  il  08  sentyabr  tarixində  Milli  Depozit  Mərkəzi 

yenidən təsis edilmişdir.Digər tərərfdən səhmlərin tam həcmi Qiymətli Kağızlar üzrə 

Dövlət  Komitəsinə  keçmişdir.Respublikamızda    Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsi   Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarında  vahid  dövlət 

siyasətinin formalaşmasında iştirak edir. Bu siyasətin həyata keçirilməsini,həmçinin 

qiymətli kağızlar bazarının inkişafını  və onun infrastrukturunun inkişafını təmin edir. 

Qiymətli  kağızların  dövriyyədən  çıxarılması  habele  ləğv  edilməsi  qaydaları  bu 

komitə  tərəfindən  müəyyən  edilir.  1998-cu  il 30  dekabr tarixində  "Azərbaycan 

Respublikasının  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinin 

yaradılması  haqqında"  fərmanın  imzalanması  ilə  Azərbaycan  qiymətli  kağızlar 

bazarının  inkişafının  növbəti  mərhələsi  başlandı.  Birinci  növbədə,  Fərmana  uyğun 

olaraq  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsi  yaradıldı.O  öz  fəaliyyət  istiqamətlərinə  müvafiq  olaraq  qiymətli  kağızlar 

bazarının  tənzimlənməsi  ilə  bağlı  normativ  aktların  qəbul  edir,  qiymətli  kağızlarla 

rəsmiləşdirilmiş borc öhdəlikləri bazarı qiymətli kağızların emissiyası və tədavülünü 

təşkil  edir  qiymətli  kağızlar  bazarı  iştirakçılarının  və  investisiya  fondlarının 

fəaliyyətləri,    müvafiq  fəaliyyət  növlərinin  lisenziyalaşdırılmasının  həyata  keçirir, 

lotereyaların  təşkili  və  keçirilməsi,  qiymətli  kağızlar  bazarında  investorların  və 

qiymətli  kağızlar  bazarının  iştirakçılarının  hüquqlarının  müdafiəsini  təmin  edir, 

sağlam  rəqabət  mühitinin  yaradılması  üzrə  dövlət  tənzimlənməsini  və  nəzarətini 

həyata keçirir və o mərkəzi icra hakimiyyəti orqanıdır.  Qiymətli  kağızlar  bazarının 



 

48 


fəaliyyəti  və  tənzimlənməsinə  dair  hüquqi  normativ  baza  təkmilləşdirildi.  Mülki 

Məcəlləyə uyğun olaraq əlavə və dəyişiklər edilməklə yeni nəsil baza qanunvericiliyi 

qəbul edildi. Mülki Məcəllə ilə müəyyən edilmiş hüquqi çərçivənin tətbiqi məqsədilə 

bir sıra qanunaltı normativ sənədlər qəbul edildi.[11] 

Azərbaycan  Respublikası  Prezidentinin  "Azərbaycan  Respublikasının  Qiymətli 

Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2008-ci il 19 noyabr tarixli 

52  nömrəli  Sərəncamının  və  "Azərbaycan  Respublikasının  Qiymətli  Kağızlar  üzrə 

Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin Strukturunun təsdiq edilməsi 

barədə"  2009-cu  il  5  mart  tarixli  70  nömrəli  Fərmanının  qüvvəyə  minmişdir  və 

bununla ölkənin qiymətli kağızlar bazarının yeni inkişaf mərhələsi başlamışdır. 

İnvestisiya qiymətli kağızlarının buraxılmasının dövlət qeydiyyatı üçün emitent 

tərəfindən müvafiq sənədlər təqdim edilməlidir: 

-

 

İnvestisiya qiymətli kağızlarının qeydiyyata alınması üçün ərizə; 



-

 

İnvestisiya qiymətli kağızlarının emissiyası haqqında qərar; 



-

 

Emitetin  hüquqi  şəxs  kimi  dövlət  qeydiyyatına  alınması  haqqında 



şəhadətnamənin və təsis sənədlərinin natariay qaydasında təsdiq olunmuş surətiləri

-

 



İnvestisiya  qiymətli  kağızların  emissiya  prospekti  (investisiya  qiymətli 

kağızlarının emissiyası proyekti ilə müşaət olunursa). 

İnvestisiya  qiymətli  kağızlar  bazarı  iki  növə  bölünür:  Korporativ  qiymətli 

kağılar bazarı və dövlət qiymətli kağızlar bazarı. Korporativ qiymətli kağızlar bazarı 

öz  növbəsində  səhmlə  və  korporativ  istiqrazlara  bölünür.  Dövlət  qiymətli  kağızlar 

bazarı  isə  dövlət  istiqrazları,  mərkəzi  bankım  notlatı  və  repo  ya  bölünür.  İndi  isə, 

investisiya  qiymətli  kağızlar  bazarı  üzrə  müqayisəli  göstəricilərinin  2013-2014-cü 

illər üzrə (yanvar-mart ayları üzrə) və 2014-cü -2015-ci illər üzrə təhlilini aparaq . 

 

 

 



 

 



 

49 


 

 

İnvestisiya qiymətli kağızlar bazarı üzrə müqayisəli göstəricilər 



Cədvəl 2.1. 

Qiymətli  kağızlar  bazarının 

növü 

2014-cü il 



Yanvar-Mart 

2013-cü il 

Yanvar-Mart 

Məbləğ 


üzrə fərq 

(%) 


Əqdlərin 

sayı 


Məbləğ 

(AZN) 


Əqdlərin 

sayı 


Məbləğ 

(AZN) 


Korporativ qiymətli kağızlar  1224 

564223215 

1001 

146269659 



3,9 dəfə 

-

 



Səhmlər 

1132 


235315921 

953 


92210567 

2,6 dəfə 

-

 

korporativ istiqrazlar 



92 

328907294 

48 

54059092 



6,1 dəfə 

Dövlət qiymətli kağızları 

283 

3439973537  174 



1525926134  2,3 dəfə 

-

 



dövlət istiqrazları 

5507650 





-

 

mərkəzi Bankın notları  30 



144906862 

46 


163826647 

-12% 


-

 

repo/əks repo 



248 

3289559026  128 

1362099487  2,4 dəfə 

Qiymətli kağızlar bazarı 

1507 

4004196753  1175 



1672195793  2,4 dəfə 

 

Cədvəldən  görünür  ki,  2013-cü  (yanvar-mart)  il  ilə    müqayisədə  2014-cü 



(yanvar-mart)    ildə  korporativ  qiymətli  kağızlar  3,9  dəfə  atmişdır.    Dövlət  qiymətli 

kağızlar 2,3 dəfə.Ümumilikdə investisiya qiymətli kağızlar bazarı 2,4 dəfə artmışdır. 

2014-cü  ilin  birinci  rübü  ərzində  qiymətli  kağızlar  bazarının  bütün  seqmentləri 

üzrə aparılan əməliyyatların sayı və həcmində müşahidə olunan canlanma nəticəsində 

bazarın həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,4 dəfə artaraq 4 milyard 

manata çatmışdır ki, bu da qeyri-neft ÜDM-nin 56 faizinə bərabərdir. Dövr ərzində 

şirkətlərin  kapital  bazarları  vasitəsi  ilə  maliyyələşmə  meyllərinin  artması  qiymətli 

kağızlar bazarında ilkin bazar əməliyyatlarının sayının 3,1 dəfə, həcminin isə 68 faiz 

artaraq 326,3 milyon  manat təşkil etməsinə səbəb olmuşdur. Bununla yanaşı, bütün 

növ  qiymətli  kağızların  təkrar  bazar  ticarəti  üzrə  əqdlərin  sayı  ötən  ilin  müvafiq 

dövrü  ilə  müqayisədə  9,2  faiz,  həcmi  isə  2,5  dəfə  artaraq  3,7  milyard  manat  təşkil 

etmişdir  ki,  bu  da  bazarda  maliyyə  alətləri  üzrə  likvidliyin  formalaşmasının 

göstəricisidir. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə