31
vəziyyəti hadisələrin inkişaf prizmasından keçirməklə məlumatlar hazırlana bilər.
Qiymətli kağızların kurs dəyərinin dəyişməsi işgüzar aktivliyin güclənməsi və yaxud
aşağı düşməsinə səbəb olur və onlar real bazar qiymətlərinə birbaşa təsir göstərir. Bu
qanunlarda əlbəttə ki istisnalar da ola bilər, ancaq çox hallarda fond bazarının
iqtisadi fəaliyyətində həmin dəyişikliklər nəzərə alınır. Bütün baş verən dəyişikliklər
və fond bazarında yaranmış vəziyyət iqtisadiyyatın gələcəyi haqqında yekunlaşdırıcı
məlumat verir.
Fond bazarı ilə iqtisadi vəziyyətin qarşılıqlı əlaqəsi maliyyə bazarı üzrə
fəaliyyətin gələcək nəticələrilə birbaşa tanış olmaq istəyən sərmayəçilər üçün onların
maraqlarına əsaslanaraq məlumatların hazırlanmasıdır. Əgər alınan məlumatlar
sərmayəçilərin maralarına cavab verirsə, onların mənafelərinə cavab verən qiymətli
kağızların alınmasında təkid edirlər. Növbəti maliyyə əməliyyatları dairəsində
sərmayəçilərin malik olduqları qiymətli kağızlar üçün gerçək müştərilərin
mövcudluğu şəraitində müvafiq qiymətə satırlar. Nəticədə qiymətli kağızların bazar
kursu üzrə satış dəyəri bazarı tarazlığının təmin olunmasına səbəb olur.
Qiymətli kağızlar bazarının tərkib hissələrinin məqsədi bu və ya digər qiymətli
kağızların satış əməliyyatlarından əldə edilməsi ilə deyil, həm də onların lazım gəl-
dikdə sərfəli qiymətlərlə satılmasıdır. Qiymətli kağızlar bazarı iqtisadi şəraitdən asılı
olaraq aşağıdakı formalarla daha çox inkişaf tapmışdır;
a)
mütəşəkkil və qeyri-mütəşəkkil fəaliyyət göstə-rən bazarlar
b)
müxtəlif iqtisadi ərazilərdə satış bazarı;
c)
birjadaxili və birjadankənar fəaliyyət göstərən bütün növ bazarlar;
d)
ənənəvi üsullardan və kompüter texnologiyala-rının tətbiqi formalarından
istifadə edən bazarlar;
e)
xəzinə ödəniş qaydaları və qarşılıqlı sövdələşmə əsasında fəaliyyət göstərən
daimi və müvəqqəti bazarlar.
Qiymətli kağızların satışı üzrə ixtisaslaşan bazar xüsusi olaraq təyin olunmuş
qaydada və müasir tələblərə əsasən qiymətli kağızların ilkin təklif və tələb qanununa
əsasən alıcılar tərəfindən əldə edilməsi əməliyyatlarını həyata keçirən məkandır.
32
Qiymətli kağızların təkrar satışı bazarına aiddir: başlıca olaraq qiymətli
kağızların dövriyyəsi; qiymətli kağızların qüvvədə olduğu bütün müddət ərzində alqı-
satqı və ya müxtəlif formalı qiymətli kağızların bir əmanətçidən digər əmanətçiyə
keçməsinin rəsmi surətdə sənədləşdirilməsi. Qiymətli kağızların satışının mütəşəkkil
bazarları qanuna əsasən xüsusi icazə (lisenziya) almış peşəkar vasitəçilər arasında
qiymətli kağızların yerləşdirilməsini gerçəkləşdirən xüsusi məkandır. Bazarın digər
iştirakçılarının tapşırığı ilə qiymətli kağızların alqı-satqısı ilə əlaqədar istənilən
əməliyyatlar vasitəçilər tərəfindən də həyata keçirilə bilər.
Qiymətli kağızlara olan tələbatı ödəmək məqsədi ilə yaradılan qeyri-mütəşəkkil
bazar şəraitində iştirakşılar tərəfindən hüquqi normalara riayət etmədən bəzi hallarda
qiymətli kağızların planlaşdırılmayan dövriyyəsilə bağlı alqı-satqı əməliyyatları da
aparılır.
Birja bazarı dedikdə qiymətli kağızların fond birjalarında satılması proseslərini
həyata keçirən bazar başa düşülür. Qiymətli kağızların fond birjaları vasitəsilə
gerçəkləşdirilməsi aktiv satış bazarıdır.O, maliyyə bazarının tərkib hissəsidir və ölkə
iqtisadiyyatının maliyyə vəsaitləri ilə təmin olunmasında aparıcı rol oynayır.
Müxtəlif iqtisadi şəraitdə qimətli kağızlar bazarının iştirakçıları tərəfindən alqı-
satqı əməliyyatları birjadankənar bazarlarda həyata keçirilir. Eyni zamanda qiymətli
kağızların alınması və satılması mütəşəkkil təşkil olunan bazar vasitəsilə
gerçəkləşdirilməsi
aparılır.
Qiymətli
kağızların
satışını
ənənəvi
və
kompüterləşdirilmiş qurumlara malik bazarlarda aparılması təcrübəsindən geniş
istifadə oluna bilər. Bu halda alqı-satqı əməliyyatları bütün fond vasitəçilərini vahid
kompüterləşdirilmiş bazarda birləşdirən kompüterlər şəbəkəsi tərəfindən aparılır.
Qiymətli kağızların alqı-satqısı ilə bağlı bazar istirakçları arasında
sövdələşmələri əsas götürməklə lazım gəldikdə xəzinə üsulu formasında
sövdələşməni bir-iki iş günü ərzində əməliyyat aparmaqla onların icrasına nail olu-
nur. Qiymətli kağızların bir iştirakçıdan digər içtirakçısına verilməsində daha çevik
bazar formasının xidmətlərindən istifadəni müasir tələblər baxımından önəmli edir.
33
Qiymətli kağızlar bazarının iştirakçıları-qiymətli kağızları alıb satan, onların
dövriyyəsinə xidmət edib bazar iştirakçıları ilə haqq-hesablaşan, qiymətli kağızlara
dair bir-biri ilə müəyyən iqtisadi əlaqələrə girən fiziki şəxslər yaxud müəssisələr və
təşkilatlardır.
Bazara daxil olmaq məqsədlərindən və yerinə yetirməli olduqları vəzifələrdən
asılı olaraq, qiymətli kağızlar bazarının iştirakçıları müxtəlif olmaqla, daima ictimai-
iqtisadi vəziyyətdən asılı olaraq dinamikada dəyişir.
Nəzərdə tutsaq ki qiymətli kağızlar bazarı ümumiyyətlə, maliyyə bazarının
tərkib hissəsidir, ona görə də bazar iştirakçılarının tərkibi və sayı bazarda tutduğu
mövqeyə müvafiq surətdə fəaliyyət göstərirlər.
Maliyyə vasitəçilərinin bank və ya qeyri-bank xarakterindən asılı olaraq
qiymətli kağızlar bazarının üç modeli fərqləndirilir:
a)Qeyri bank modeli (ABŞ) –vasitəçilər rolunda qiymətli kağızlar üzrə qeyri –
bank təşkilatlar çıxış edirlər;
b)Bank modeli (Almaniya) – vasitəçilər rolunda banlar çıxış edirlər;
c)Qarışıq model (Yaponiya) – vasitəçilər rolunda həm banklar, həmdə qeyri-
bank təşkilatları çıxış edirlər.