16
K
i
– istiqrazın kursu
K
b
– istiqrazın bazar qiyməti
N – isitqrazın nominal qiyməti
İstiqraz səhmə nisbətən daha üstün qiymətli kağız sayılır çünki o səhmdar
cəmiyyətin borc öhdəliyidir. Məhz bu üzdən də etibarlı qiymətli kağızlara maraq
göstərən investorlar istiqrazlara üstünlük verirlər. Emitentlər isə borc kapitalının bank
krediti vasitəsilə cəlb olunmasına deyil, istiqraz buraxılışı variantına ona görə çox
vaxt üstünlük verirlər.Bu zaman cəlb edilmə müddəti daha böyük olur. İnkişaf etmiş
ölkələrdə istiqrazlar əsasən 10-15 il müddətinə buraxılır.
İstiqrazların emitentləri rolunda bir sıra müəsissələr, federal idarəetmə orqanları,
banklar, hökümət bələdiyyə və dövlət idarələri iştirak edə bilərlər.
İstiqraz borc şəhadətnaməsidir və onun iki əsas əlaməti mövcuddur ki bunlara
emitentin titulda göstərilmiş məbləği müəyyən edilmiş vaxtda qaytarmaq borcu və
emitentin istiqraz sahibinə nominal qiymət üzrə müəyyəni edilmiş faiz borcu daxildir.
Həmçinin istiqrazlar buraxılmış müddətinə görə, sahiblik qaydalarına görə,
istlqrazların məqsədindən asılı olaraq, nominal ödəmə metoduna görə, talonlu gəlirin
ödənilməsinə görə təsnifləşdirilir.
İstiqrazlar kuponun ödəmə qiymətinə görə aşağıdakı hissələrə bölünür:
1)üzən faiz istiqrazlar
2)bərabər faiz istiqrazlar. Belə istiqrazlar indeksləşmiş adlanırlar və adətən
infilyasiya şəraitində buraxılır:
3)minimal və ya sıfır kuponlu istiqrazlar, onlar üzrə faiz ödənilmir və ya onların
həcmi çox kiçikdir. Belə istiqrazların bazar qiyməti adətən nominaldan az olur,
yəni endirim təklif olunur:
4)qarışıq tipli istiqrazlar, bu zaman sahibkar gəlirin bir hissəsini qeyd olunmuş
gəlir formasında digər hissəsini üzən dərəcə üzrə alır:
Fond bazarında tədavülə görə istiqrazlar olurlar adi istiqrazlara-İllik gəlirin
ödənilməsi və əsas borcun borc müddəti zamanı ödənilməsi və dönərli
istiqrazlara- Sahibkara eyni emitentin səhmləri ilə dəyişmək hüququ verir.
17
Bank sertifikatları bir şəhadətnamədir.O təyin edilmiş müddətdən sonra özünün
və faiz məbləğinin ödənilməsi öhdəçiliyi ilə banka qoyulmuş depozit haqqında
sərbəst dövriyyəli şəhadətnamədir.
Sertifikatın bir çox xüsusiyyətləri vardir.Məsələn o yalnız banklar tərəflndən
buraxılır.Sertifikatlar dövriyyə sənədidir. Bir şəxsdən digər şəxsə keçirilə
bilər.Həmçinin sertifikat satılmış mallara və göstərilmiş xidmətlərə ödəmə vasitəsi
ola bilməz. Sertifikatlar - xüsusi rekvizitlər dəsti olan, ciddi formal sənəddir
Əmanət sertifikatı fiziki şəxsin banka yerləşdirdiyi əmanətin şəhadətnaməsidir.
Bu sertifikatların dövriyyə müddəti bir illə məhdudlaşır, hesablaşma isə nəğdsiz yolla
aparılır. Sertifikatlar üzrə faizlər buraxılış zamanı müəyyən edilir və blanklar
üzərində pul və ya faiz formasında göstərilir.Gördüyümüz kimi depozit və əmanət
sertifikatları arasında fərqlər mövcuddur.
Qiymətli kağızların bir növüdə çekdir.Çek üzərində qeyd olunmuş məbləği
çekalana ödəmək üçün çekverənin banka yazılı tapşırığıdır və onun bir sira növləri
var:
a) hesablaşma çeki – hesablardan nağdsız qaydada hesablamaların aparılmasını
nəzərdə tutan orderli çekdir.
b)Bank çeki – bir bankın başqa banka banklararası hesablaşmaların aparılmasını
nəzərdə tutan orderli çekdir.
c)Pul çeki – müştərinin bankda olan hesabından nağd pul vəsaitini almaq üçün yazılı
sərəncamdan ibarət olan orderli çekdir;
d)Yol çeki – bir məntəqədə verilmiş çekdə imza nümunəsi göstərilən çek sahibinə,
çekdə yazılmış məbləği ödəməyi üzərinə götürən təşkilatın öhdəliyi sahibinin imzası
əsasında çekin emiteti, onun filialı və yaxud emitetin göstərdiyi digər təşkilat
tərəfindən həyata keçirilir. [2]
Konasament – yükün daşınması üçün onun yüklənməsi, daşınması və alınması
hüququnu təstiq edən beynəlxalq standart sənəd formasıdır.
18
Veksel müəyyən borc öhdəliylərini əks etdirən bir qiymətli kağız növüdür. O
ciddi formada tərtib olunur və vekseldə göstərilən məbləğin vaxtında ödənişini tələb
etmə hüququnu verir.
Vekselin iki növü mövcuddur.Veksellər barat(tratta) və sadə veksələ bölünür..
Adi vekselin ötürülən vekseldən fərqi var ki adi vekseldə 2 tərəf iştirak edir - veksel
verən və vekselin sahibi, ötürülən vekseldə isə 3 tərəf iştirak edir: trassant-kreditor,
trassant-borclu və remitent ödəniş alıcısı. Həmçinin adi veksel borclu tərəfindən
yazılır və imzalanır, ötürülən veksel isə kreditor tərəfindən. Adi veksel borc faktını
rəsmiləşdirir ötürülən veksel isə ticarətin kreditləşməsinə xidmət edir.
Həmçinin birinci veksel bir şəxsin digər şəxsə onun üçüncü şəxsə müəyyən müddətdə
müəyyən məbləğdə pul verilməsi haqqında yazılı əmridir. Vaxtı göstərilməmiş barat
vekseli təqdim olunarkən onun haqqı ödənilməlidir.Sadə vekseldə isə bir və ya bir
neçə şəxsin bir miqdar məbləğ pulu müəyyən edilmiş vaxtda ödəyəcəkləri barədə
şərtsiz yazılı öhdəlik və ya iltizamdır.Sadə veksel eyni dərəcədə məsuliyyət daşıyan
bir neçə şəxs tərəfindən verilə bilər.
Veksel müddətinə görədə fərqlənir.O müddətli və müddətsiz olmaqla iki hissəyə
bölünür.Veksel qanunvericiliyə uygun olaraq dəqiq buraxılır.Onu rezident olan şəxs
və veksel buraxan müəssisə verə bilər.
Xəzinə vekseli – dövlət büdcəsindən ödənilməli olan vəsaitlərin məbləğini təbit edən
və ya qısa müddətdə şəxslərdən pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə buraxılmış
sadə vekseldir.
Veksel bir çox üstünlüylərə malikdir.Məsələn o gəlirin sabit səviyyəsini saxlayır
hesablaşmalarin həyata keçirilməsini sürətləndirir və s.
Vekselin xüsusi bir növünü qeyd etmək istəyərdim ki bu xəzinə vekselidir. Bizim
Mülki Məcəlləmizə əsasən xəzinə vekseli dövlət büdcəsindən ödənilməli olan
vəsaitlərin məbləğini təsbit edən və ya qısa müddətə şəxslərdən sərbəst pul
vəsaitlərinin cəlb edilməsi məqsədilə buraxılmış sadə veksel növüdür.O müəyyən bir
borclu
kreditor
ödənişi alan
Dostları ilə paylaş: |