Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   2   3   4   5   6   7   8   9   ...   23

 

10 


Qiymətli  kağızların  mahiyyətini  tam  başa  düşmək  üçün  onların,  dövr 

etmə,likvidlik,  bazar  xarakterliliyi,  standartlıq,  seriyalılıq,  mülki  dövriyyədə  iştirak 

etmə kimi əlamətlərini nəzərdən keçirmək lazımdır. 

Qiymətli  kağızlar  xüsusi  bir  əmtəə  olub  özünəməxsus  iş  qaydaları  və  təşkilati 

quruluşu  olan  qiymətli  kağızlar  bazarında  dövr  edir.  Seriyalılıq,  qiymətli  kağızların 

seriya ilə buraxılışını nəzərdə tutur. Bu xüsusiyyət standartlıqla sıx bağlıdır. Belə ki, 

eyni tipli qiymətli kağızlar məzmununa(standart forma, qiymətli kağızların verdikləri 

hüquqların  standartlığı,  fəaliyyət  müddətinin  standartlığı  və  s.)  malik  olmalıdır. 

Qiymətli  kağızların  mülki  dövriyyədə  iştirak  etməsi,  onların  mülkiyyət 

münasibətlərinin  obyekti  kimi  də  çıxış  edə  bilməsi  imkanı  ilə  bağlıdır.  Məsələn, 

qiymətli kağızlar kredit alınarkən girov qoyula bilər, öhdəliklərin icrasını təmin edə 

bilər, miras qoyula bilər və s.  

Qiymətli kağızlar tənzimlənə  bilməsi,  dövlət tərəfindən tanınması,  risklik  kimi 

fərqləndirici xüsusiyyətləri də var. Bu xüsusiyyətləri nəzərdən keçirək. 

Qiymətli 

kağızların 

mövcudluğu 

müəyyən 


qanunlarla 

tənzimlənir. 

Qanunvericilikdə  qiymətli  kağızların  bir  sıra  xassələri  tənzimlənir.Məsələn  onun 

təstiq  etdiyi  hüquqlar,  onun  məcburi  rekvizitləri,  emissiya  qaydaları  qiymətli 

kağızların  formasına  olan  tələblər,  onların  dövriyyəsinin  digər  parametrləri 

tənzimlənir.  Dövlət  tənzimlənməsi  investorların  maraqlarının  müdafiə  edilməsinə, 

onlara  qiymətli  kağızlar  bazarında  bərabər  şərait  yaradılmasına  yönəldilmişdir. 

Qiymətli kağızların gətirdiyi gəlir, qoyulmuş vasitələrin geri qaytarılması imkanı  bir 

sıra  amillərdən  asılıdır.  Bu  qiymətli  kağızlara  investisiya  qoyuluşunun  riskliliyini 

müəyyən  edir.  Belə  ki,  investor  vasaitlərin  geri  qayıtması  və  gəlir  gətirməsi  ilə, 

emitent isə öhdəliklərin icrası ilə əlaqədar risk edir. 

Qiymətli kağızla təstiqlənən hüquqların, qiymətli kağızların məcburi rekvizitləri, 

qiymətli  kağızın  formasına  aid  tələblər  və  digər  zəruri  tələblər  qiymətli  kağızlar 

haqqında qanunlarla və ya onların müəyənləşdirdiyi qaydada təyin edilir. [11] 

Qiymətli  kağız  nominal  qiymətə  malik  olaraq  müəyyən  miqdarda  real  kapitalı 

göstərir. 




 

11 


Qiymətli  kağızların  bazar  qiyməti  onların  nominal  qiymətindən  əsaslı  surətdə 

fərqlənə bildiyindən, bu ―saxta‖ kapitaldır. Bu kapitalın mahiyyəti ondan ibarətdir ki, 

kapitalın sahibində kapitalın özu yox, ona olan hüquqları təstiq edən qiymətli kağız 

var.  Beləliklə,  təbii  olaraq  kapitalın  ikiləşməsi  baş  verir.  Bir  tərəfdən  real  kapital 

mövcuddur,  digər  tərəfdən  isə  onun  qiymətli  kağızda  əksi  –  ―saxta‖  kapital 

mövcuddur. Real kapital istehsal prosesində fəaliyyət göstərir, qiymətli kağız isə öz 

sərbəst hərəkətinə bazarda başlayır. Qiymətli kağızların sahibi onları bazarda satıb öz 

kapitalını  geri  ala  bilər.  Çünki,  qiymətli  kağızların  pula  çevrilməsi  real  kapitalın 

dövriyyəsi  başa  çatdırmamış,  qiymətli  kağızların  pula  çevrilməsi  real  kapitalın 

dövriyyəsi  ilə  bilavasitə  bağlı  deyil.  Bununla  yanaşı  qiymətli  kağızların  yaranması 

(buraxılışı) əsasən real kapitalın əsasında baş verir. 

Qiymətli kağızların aşağıdakı növlərini nəzərdən keçirək: 

-

 

Səhm  



-

 

İstiqraz 



-

 

Bank sertifikatı 



-

 

Veksel 



-

 

Xəzinə vekseli 



-

 

Çek 



-

 

Konansament 



-

 

Varrant 



-

 

Opsion 



-

 

Fyuçers müqaviləsi 



-

 

İpoteka kağızı 



-

 

Girov kağızı 



-

 

Anbar kağızı 



-

 

Mənzil sertifikatı 



Səhm. Səhm – səhmin  sahibinin səhmi buraxan şirkətin mənfəətinin bir qismini 

divident şəklində almaq, onun idarə edilməsində iştirak etmək və o, ləğv edildikdən 




 

12 


sonra  qalacaq  olan  əmlakın  bir  qismini  əldə  etmək  hüququnu  müəyyən    edən  pay 

qiymətli kağızıdır. 

Səhmlərin  ilk  kəşfi    coğrafi  kəşflər  dövrünə  təsadüf  edir.O  zamanlar  bir  sıra  dəniz 

işlərinin  maliyyələşdirilməsi  üçün  əhəmiyyətli  kapital  qoyuluşuna  ehtiyac 

duyulurdu.Elə  bununla  bağlı  olaraq  tarixdə  tacirlərin,  bankirlərin,  gəmi  sahiblərinin 

öz  kapitallarını  birləşdirmək  məqsədilə  xüsusi  cəmiyyətlərdə  birləşməsi  ilə  ilk 

səhmdar  cəmiyyətlər  də  yaranmışdır.  Bu  cəmiyyətlərdə  paylar  xüsusi  sənədlə 

təsdiqlənirdi.  Bu  sənnəddə  ümumi  kapitaldakı  pay  göstərilir  və  ümumi  gəlirin 

müəyyən hissəsini əldə etmə hüququ təsdiqlənirdi. Bu sənədlər ilk səhmlər idi.  

Səhmlər  bir  sira  hallarda  dövriyyəyə  buraxılır.Məsələn  nizamnamə  kapitalı 

artirildiqda  və  ya  səhmdar  cəmiyyət  qurulduqda.Həmçinin  müəssisə  səhmdar 

cəmiyyətə çevrilən zamanda səhmlər buraxılır. 

Səhmlər açiq və qapalı ola bilir və bu əsaslarda olan səhmdar cəmiyyətlərin əsas 

maliyyə  mənbəyini      səhmlərin    buraxılması  və  yerləşdirilməsindən  əldə  olunan 

vəsaitlər  təşkil  edir.  Müxtəlif  sənaye  və  ticarət  müəsissələri,  banklar,  investisya 

fondları  və  s.  səhmdar  cəmiyyət  ola  bilər.  Azərbaycan  Respublikasının  ―Qiymətli 

kağızlar haqqında‖ qanununda səhm haqqında belə deyilir: ―Səhm  – onun sahibinin 

(səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini divident şəkilində almaq, 

səhmdar cəmiyyətin idarə edilməsində iştirak etmək və o, ləğv edildikdən sonra qalan 

əmlakın bir hissəsini əldə etmək hüqüqunu təsdiqləyən sənəddir.‖[11] 

 Səhmdar  cəmiyyət  öz  təsərrüfat  fəaliyyətini  həyata  keçirmək    məqsədi  üçün 

nizamnamə  fondunu    səhm  buraxmaq  yolu  ilə  formalaşdıran  fiziki    və  hüquqi 

şəxslərin  könüllü  sazişi  əsasında  yaradılan  müəsissədir.Səhm  sahibi  səhmdar 

cəmiyyətə  bir  miqdar    vəsait  köçürür  və  bu  vəsaitə  uyğun  cəmiyyətin  əldə  etdiyi 

gəlirin  bir  hissəsini  əldə  edə  bilir.Həmçinin  buna  uyğun  olaraq  müəsissənin 

öhdəliklərinə  məsuliyyət  daşıyır.  Bundan  əlavə  səhmdarın  əlavə  güzəşt  hüququ  da 

var. Bu güzəştləri səhmdar cəmiyyət özü verir.  

Səhmlərin bir neçə xüsusiyyəti mövcuddur.Bunlara misal olaraq göstərmək olar ki 

səhm mülkiyyət tituludur və Səhmin "mövcudluğu" müddəti yoxdur.Həmçinin 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə