44
iştirak etdiyi kapital bazarına bölünür.Göründüyü kimi dolayı yollarla qimətli
kağızlar bazarı həm pul, həm də kapital bazarı kimi fəaliyyət göstərir. Aşağıdakı
Sxem №1-də qiymətli kağızlar bazarının maliyyə bazarında yerini qeyd etmişəm:
Pul bazarı
Kapital bazarı
Qimətli kağızlar bazarı
Sxem №1. Qiymətli kağızlar bazarının maliyyə bazarında yeri.
Respublikamızın Mülki Məcəlləsinə uyğun olaraq bu bazar qiymətli
kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, saxlanılması, onlarla
əqdlərin bağlanması və digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan
hüquqi və iqtisadi münasibətlərin məcmusu kimi tərifləndirilir.Bu 992-1 maddədə
qeyd olunub. Həmin bazar sərbəst maliyyə resurslarını səfərbər etmək həmçinin
onların bazarın iştirakçılarının qiymətli kağızlarla keçirdiyi müxtəlif əməliyyatlar
vasitəsilə yenidən bölgüsünü təmin etmək məqsədini güdür. Bu bazarın mövcudluğu
bütövlükdə bazar iqtisadiyyatlı ölkələr üçün çox vacib əhəmiyyətə malikdir. Qeyd
edim ki qiymətli kağızlar bazarı əmtəə və pul tədavülünə fəal surətdə xidmət edir.
Başqa cür desək qiymətli kağızların buraxılması və bazarda yerləşdirilməsi sərbəst
pul vəsaitlərinin səfərbər edilməsi və sosial-iqtisadi inkişafa istiqamətləndirilməsinin
səmərəli yoludur. Məhz buna uygun nəticə çıxır ki müvəqqəti sərbəst pul vəsaitlərinin
dövriyyə sürəti güclənir, ölkədə investisya üçün əlverişli şərait yaranır. Bu isə
iqtisadi artıma səbəb olur. Bu bazarın formalaşması üçün birinci şərt qiymətli kağızlar
45
buraxan lazımi qədər emitentlərin, investorların, qimətli kağızların hərəkət və
infrastrukturunu reqlamentləşdirən inkişaf etmiş normativ-qanunverici bazanın,
qiymətli kağızlarla aparılan əməliyyatlara nəzarətin təşkilinin olmasıdır.
2.2. Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının mövcud
vəziyyətinin təhlili
Respublikamız öz müstəqilliyini əldə etdikdən sonra daxili və xarici siyasət
istiqamətlərini sərbəst müəyyən edib və bazar iqtisadiyyatı yolunu tutmuşdur. Buna
görə də ölkəmizdə maliyyə bazarının həmçinin də onun tərkib hissəsi olan qiymətli
kağızlar bazarının formalaşması sadəcə iqtisadi və hüquqi islahatların aparılması yolu
ilə mümkün idi. Bu sahədə bir sıra islahatlar aparılmışdır. Maliyyə-kredit sahəsində
həyata keçirilən bu islahatlar daha vacib əhəmiyyət daşıyırdı.Düzdür ki aparılan
islahatlar sayəsində yeni iş yerlərinin yaradılmişdir həmçinin yerli və xarici
investisiyaları, müasir texnologiyaları cəlb etmək və müasir idarəetmə təcrübəsindən
istifadə etməklə rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin yenidən
qurulmasına, yekun olaraq Azərbaycanın iqtisadi qüdrətinin artırılmasına
yönəldilmişdir.
Qeyd etməliyəm ki respublikamızda qiymətli kağızlar bazarının inkişafı üç
mərhələyə bölünür:
a) I mərhələ, yaranma. Bu 1992 – 1995-ci illəri əhatə edir.
b) II mərhələ, formalaşma. Bu isə 1995 – 2000-ci illəri əhatə edir.
c) III mərhələ, inkişaf mərhələsidir və 2000-ci ildən indiki dövrə kimi davam
edir.
İlkin mərhələdə əsasən qiymətli kağızlar bazarının fəaliyyətinin normativ
hüquqi bazası formalaşdırılmışdır.Burada dövlət tərəfindən bu bazarın normal
fəaliyyət göstərməsi üçün bir sıra tədbirlər görülmüşdür. XX əsrin 90-cı illərindən isə
respublikamızda qiymətli kağızlarla fəaliyyət sahəsinə diqqət xeyli artmışdır. Bu
dövrədək köhnə qanunvericilik aktları günün tələbinə cavab vermirdi və bir çox
iqtisadi islahatları tələb olunan səviyyədə aparmaq mümkün deyildi. Məhz buna görə
46
qanunvericiliyi təkmilləşdirmək tələb olunurdu. Azərbaycanda qiymətli kağızlar
bazarının yaranmasının hüquqi bünövrəsini 1992-ci ildə qəbul edilmiş «Qiymətli
kağızlar haqqında» Azərbaycan Respublikasının Qanunu təşkil edir. Lakin qiymətli
kağızlar bazarının real inkişafı 1996-cı ildən başlandı. 1991-ci ildə təşkil olunan
BAKI Qiymətli Kağızlar Birjası Azərbaycan Respublikasının yeni yaranan qiymətli
kağızlar bazarında ilk birja oldu. Bir neçə il sonra 21 iyun 1993-cü ildə qapalı tipli
səhmdar cəmiyyəti olan Bakı Banklararası Valyuta Birjası Azərbaycan
Respublikasının beş ən iri bankı tərəfindən təsis edilmişdir. Bu banklar – Azərbaycan
Respublikası Milli Bankı, Sənaye – İnvestisiya Səhmdar Kommersiya Bankı, Aqrar-
Sənaye Səhmdar Kommersiya Bankı, Azərbaycan Respublikası Beynəlxalq Bankı və
Səhmdar-Kommersiya Banklarıdır.Bildirim ki, 2000-ci ilə kimi, yəni BFB yaranana
kimi 40 qiymətli kağızlarla əqdlər məhz Bakı Banklararası Valyuta Birjasının Fond
Şöbəsində həyata keçirilirdi.[6]
Respublikamızda, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları
ilə 1998-ci il 9 sentyabr tarixində Qiymətli Kağızlar haqqında Azərbaycan
Respublikasının Qanunu təsdiqlənmişdir.Sonra isə 1998-ci il otuz dekabr tarixində
isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi yaradılmışdır.Bunlar hər biri qiymətli kağızlar bazarının inkişaf etdirilməsi
məqsədilə
yaradılmışdır.Fəaliyyət
göstərdiyi
dövr
ərzində
Azərbaycan
Respublikasının QKDK tərəfindən qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi
sistemi yaradılmışdır.Qeyd edim ki müasir tələblərə cavab verən, bazar münasibətləri
prinsiplərinə əsaslanan həmçinin, geniş əhatəsi olan infrastrukturu olan fond
bazarının formalaşdırılması istiqamətində müvafiq bir sıra tədbirlər görülmüşdür.
Baxın məsələn 2001-ci il 15 fevral tarixində bir sıra böyük bank və maliyyə
strukturlarının təsisçiliyi ilə qiymətli kağızlar bazarının mühim ticarət infrastrukturu
sayılan Bakı Fond Birjası yaradılmışdır. Onun əsas funksiyası respublikamızın
qanunvericiliyində nəzərdə tutulmuş bütün növ qiymətli kağızlar üzrə alqı-satqını
yəni ticarətini təşkil etməkdən ibarətdir. Qiymətli kağızlar bazarının başqa bir vacib
infrastrukturu isə qiymətli kağızlar bazarı depozitar xidmətinin yaradılması və