50
Hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarında əhəmiyyətli
canlanma müşahidə olunmuşdur. Belə ki, dövr ərzində korporativ qiymətli kağızlar
bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə artaraq 564,2
milyon manat təşkil etmişdir ki, nəticədə korporativ qiymətli kağızlar bazarının
ümumi qiymətli kağızlar bazarında xüsusi çəkisi ötən ilin müvafiq göstəricisindən 5
faiz çox olmuşdur. Səhm bazarı vasitəsilə maliyyələşmə meyllərində cari rüb ərzində
əhəmiyyətli aktivlik müşahidə olunmuşdur. Belə ki, dövr ərzində səhmlərin ilkin
bazarında həyata keçirimiş əqdlərin sayı 6,7 dəfə, həcmi isə 5,1 dəfə artmışdır.
2014-cü ilin ilk 3 ayı ərzində korporativ qiymətli kağızlar bazarının səhm
seqmentində mühüm irəliləyiş qeydə alınmışdır. Belə ki, kommersiya banklarının
fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri səhm bazarının 2,6 dəfə
artaraq 235,3 milyon manat təşkil etməsi ilə nəticələnmişdir.
Cari ilin birinci rübü ərzində korporativ istiqrazlar bazarı ötən ilin müvafiq
dövrü ilə müqayisədə 6,1 dəfə artaraq 328,9 milyon manat təşkil etmişdir. Bu növ
alətlərlə ilkin bazarda aparılan əməliyyatların həcmi 30 faiz artaraq 38,2 milyon
manat təşkil etmişdir. Korporativ istiqrazlar bazarının ən likvid aləti olan Azərbaycan
İpoteka Fondunun (AİF) istiqrazlarının təkrar bazarında müşahidə olunan canlanma
bütövlükdə korporativ istiqrazlar ilə təkrar bazar əməliyyatlarının həcminin 11,8 dəfə
artaraq 290,6 milyon manat təşkil etməsi ilə nəticələnmişdir.
Hesabat dövrü ərzində dövlət qiymətli kağızlar bazarının həcmi 2,3 dəfə artaraq 3,4
milyon manat təşkil etmişdir. Dövr ərzində bu sektorda ən əhəmiyyətli hadisə
Maliyyə Nazirliyi tərəfindən 1,25 milyard manat həcmində avro istiqrazların xarici
bazarlarda yerləşdirilməsi olmuşdur. Belə ki, avro istiqrazlara 160-dan çox ölkənin
institusional investorları tərəfindən böyük maraq göstərilmiş və nəticədə bu növ
qiymətli kağızlara olan tələbat təklifdən 4 dəfə artıq olmuşdur. Bütövlükdə 2014-cü
ilin ilk rübü ərzində 5,5 milyon manat həcmində dövlət istiqrazlarının və 144,9
milyon manat həcmində Mərkəzi Bankın notlarının ticarəti həyata keçirilmişdir.
Bununla yanaşı, dövr ərzində qiymətli kağızlar bazarında həyata keçirilmiş repo/əks
51
repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artaraq
3,3 milyon manat təşkil etmişdir.
İnvestisiya qiymətli kağızlar bazarı üzrə müqayisəli göstəricilər
Cədvəl 2.2
Qiymətli kağızlar bazarının
növü
2015-ci il
Yanvar-dekabr
2014-cü il
Yanvar-dekabr
Məbləğ
üzrə fərq
(%)
Əqdlərin
sayı
Məbləğ
(AZN)
Əqdlərin
sayı
Məbləğ
(AZN)
Korporativ qiymətli kağızlar 4855
4 186 121
930
6534
4 737 505
901
12%
Ilkin bazar
215
1 913 926
446
770
3 312 683
938
42%
Təkrar bazar
4640
2 272 195
484
5764
1 424 821
964
59%
Dövlət qiymətli kağızları
130
144 556 079 421
4 156 582
849
97%
Ilkin bazar
-
-
78
238 366 093 -
Təkrar bazar
130
144 556 079 343
3 918 216
756
96%
Törəmə qiymətli kağızlar
48814
6 194 376
766
30328
4 378 801
557
41%
Qiymətli kağızlar bazarı
53799
10 525 054
775
37283
13 272 890
307
21%
Cədvələ nəzər yetirsək müşahidə edərik ki dövlətin monetar və fiskal
siyasətinin dəyişməsi nəticəsində dövlət qiymətli kağızlar bazarının azalması,
eləcə də son illər ərzində kapital bazarlarının lokomotivi rolunu oynayan
korporativ qiymətli kağızlar sektorunda müşahidə olunan geriləmə qiymətli
kağızlar bazarında əqdlərin həcminin ötən illə müqayisədə 21 faiz azalaraq 10,5
milyard manat təşkil etməsi ilə nəticələnmişdir.
52
2015-ci il ərzində qlobal maliyyə və əmtəə bazarlarında baş verən proseslər
ölkənin maliyyə sektoruna əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Dövr ərzində
maliyyə
sektorunda
likvidliyin
daralması
nəticəsində
investisiyaların
uzunmüddətli aktivlərdən daha likvid və qısamüddətli aktivlərə yönlənməsi
tendensiyası qiymətli kağızlar bazarını xarakterizə edən əsas amil olmuşdur
Korporativ qiymətli kağızlar
Cədvəl
2.3
Qiymətli kağızlar bazarının
növü
2015-ci il
Yanvar-dekabr
2014-cü il
Yanvar-dekabr
Məbləğ
üzrə fərq
(%)
Əqdlərin
sayı
Məbləğ
(AZN)
Əqdlərin
sayı
Məbləğ
(AZN)
Korporativ qiymətli kağızlar
4855
4 186 121
930
6534
4 737 505 901 12%
Səhmlər
4159
656 948 966 6033
1 279 438 125 49%
Ilkin bazar
118
272 818 223 661
1 137 879 086 76%
Təkrar bazar
4041
384 130 743 5372
141 559 039
2.7 dəfə
Korporativ istiqrazlar
696
3 529 172
964
501
3 458 067 777 2%
Hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarında əqdlərin
həcmi orta aylıq 89 faiz artaraq 4,2 milyard manata çatmışdır. Korporativ
qiymətli kağızların ilkin bazarında durğunluq müşahidə olunsa da, bu alətlərlə
təkrar bazar əməliyyatları 59 faiz artaraq 2,3 milyard manat təşkil etmişdir.
Cari ildən etibarən səhm bazarının aktiv iştirakçıları olan kommersiya
banklarına qarşı kapital tələb artımının müddətinin bitməsi bazarın səhm
seqmentinin ötən illə müqayisədə azalmasına səbəb olmuşdur. Belə ki, dövr
ərzində səhmlərin yerləşdirilməsinin 76% geriləməsi bütövlükdə səhm bazarında
əməliyyatların həcminin 49 faiz azalaraq 656,9 milyon manat təşkil etməsi ilə