38
əhalini ―oyunun qaydaları‖ haqqında məlumatlandırır.Geniş ictimaiyyəti QKDK-nın
fəaliyyəti ilə tanış etmək məqsədilə internet saytı da hazırlanmışdır.
Ümumiyətlə, QKDK-nın fəaliyyəti qiymətli kağızlar bazarının dövlət
tənzimlənməsi sisteminin təkmilləşdirilməsi yolu ilə Azərbaycanda bu bazarın
inkişafına,iqtisadi problemlərin həll olunması üçün zəmin yaradılmasına və
beynəlxalq maliyyə bazarları sisteminə inteqrasiya olunmağa yönəlmişdir.
Yaxın illər ərzində ölkədə qiymətli kağızlar bazarının inkişafında beynəlxalq
təşkilatlar tərəfindən göstərilən texniki yardımın böyük rolu vardır.Onlardan biri,
Avropa Birliyi tərəfindən maliyələşdirilən Tasisin proqramına daxil olan
AzərbaycanRespublikasının qiymətli kağızlar bazarının inkişaf layihəsidir.
Qeyd etdiyim layihənin həyata keçirilməsi 2010-cü ilin mart ayında
başlamışdır.O 2011-ci ilin sentyabr ayında sona çatdırılıb.Layihə Böyük Britaniya
―Securities Research Assosiates‖ şirkəti tərəfindən həyata keçirilmişdir.Gostərilən
proqramda bir sira nəticələr çixarildi.Onlari belə siralamaq olar
1)Bir çox tanınmış qiymətli kağızlar bazarlarının mərkəzlərinə ezamiyətlər və
dünya təcrübəsinin öyrənilməsi
2)Qiymətli kağızlar bazarına aid normativ hüquqi aktların təhlili və tövsiyələr
verilməsi.
3)Təlim və tədris proqramlarının hazırlanması həmçinin attestasiyanın
təkmilləşdirilməsi.
4)Qiymətli kağızlar bazarlarında yeni alətlərin məsələn istiqrazlar, veksellər və
ipoteka qiymətli kağızlarının inkişafı.
5)QKDK-da məlumat bazasının və daxili qovşaq sisteminin yaradılması.
QKDK-nın normativ-hüquqi sənədləri ekspertlər tərəfindən ətraflı təhlil
olunmuşdur və məsləhətlər verilmişdir.Bir çox normativ hüquqi aktların
hazırlanmasında qeyd etdiyimiz beynəlxalq ekspertlərin tövsiyələrindən istifadə
edilmişdir.
Qiymətli kağızlar üzrə dövlət komitəsinin fəaliyyətinin vacib tərəflərindən biri də
beynəlxalq təşkilatlarla əməkdaşlıqdır.Məsələn Avropa Yenidənqurma və inkişaf
39
Bankı Komitənin lahiyəsini bəyənmişdir.Layihəyə texniki yardım olaraq 335 570
AVRO ayirmışdır.Qeyd etdiyim layihə əsasən qiymətli kağızlar bazarının
qanunvericilik bazasının inkişaf etdirilməsinə istiqamətləndirilmişdir.Beynəlxalq
Maliyyə Korperasiyası QKDK və Bakı Fond Birjasına 300 000 ABŞ dolları
həcmində qrant ayırmışdır.Bu qrant personalının öyrədilməsi üçün ayrılmışdır.
Son dövrlərdə qiymətli kağızlarla ticarət, portfel birbaşa investisiyalar maliyyə
bazarlarında həyata keçirilən əməliyyatlarda əhəmiyyətli hissəsini təşkil edir.Məhz bu
üzdən də maliyyə bazarının bu sferaları pulların yuyulması prosesi üçün lazımı qədər
vacibdir.
Bizim respublikamızda sivil bazar münasibətlərinin inkişafına əsasən qiymətli
kağızlar bazarının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra
tədbirlər davam etdirilir.Həmin bazarı tənzimləyən dövlət orqanı kimi QKDK
qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, qiymətli kağızların
idarə olunması üzrə peşəkar fəaliyyəti həyata keçirənlər, lotereya təşkilatçısı və
investisiya fondları tərəfindən PL/TMM üzrə qanunvericiliyin tələblərinə əməl
edilməsinə də nəzarəti həyata keçirir.
QKDK 2010-cu ilin may ayında Maliyyə Monitorinqi Xidməti ilə arasında
PL/TMM sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu
imzalanmışdır.
Memoranduma uygun olaraq monitorinq iştirakçıları tərəfindən PL/TMM üzrə
qanunvericiliyin tələblərinə əməl edilməməsi faktları və bunların aradan qaldırılması
istiqamətində görülən tədbirlərlə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.
Əsasən bu Anlaşma Memorandumuna görə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
ilə Maliyyə Monitorinqi Xidməti arasında onbir istiqamətdə əməkdaşlığın praktiki
mexanizmlərinə dair razılıq əldə edilmişdir.[11]
Qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013—2020-ci illər əhatə edən
proqtramına əsasən aşağıdakı yollar təklif olunmuşdur:
40
Birincisi qiymətli kağızlar bazarı haqqında beynəlxalq təcrübəyə uyğun yeni
qanun layihəsinin hazırlanması və təqdim edilməsi. Növbəti isə qiymətli kağızların
ilkin və təkrar bazarda ədalətli bazar dəyərinin formalaşmasını təmin edən hüquqi və
tənzimləyici tələblərin müəyyən edilməsi və tətbiq edilməsidir.
Həmçinin bura investorların hüquqlarının səmərəli müdafiəsi sisteminin
yaradılması ,qiymətli kağızlar bazarı iştirakçılarının müflisləşməsi prosedurlarının
beynəlxalq təcrübəyə uyğunlaşdırılması ,maliyyə vasitəçiləri, fond birjası, depozitar
və klirinq-hesablaşma təsisatlarına dair adekvat kapital tələblərinin müəyyən edilməsi
və tətbiqi, qiymətli kağızlar bazarına dair elektron nəzarət-hesabatlıq sisteminin
yaradılması, qiymətli kağızlar üzrə Dövlət komitəsində sistem risklərinin müəyyən
edilməsi və səmərəli idarəolunması sisteminin yaradılması da daxildir.
İqtisadiyyatımızın sürətli inkişafı üçün qiymətli kağızlar bazarının hər iki tərəfi
mühim rol oynayir. Yəni borc və pay qiymətli kağızlar bazarı.Səhm pay qiymətli
kağızlar bazarıdır.Son illərdə ölkəmizin sərhədləri çərçivəsində səhm bazarının
yaradılması həmçinin onun hüquqi qanunvericiliyinin möhkəmləndirilməsi
şirkətlərə və müəssisələrə həm milli səviyyədə həm də beynəlxalq iqtisadiyyatda
öz payları ilə çıxış etməyə və qloballaşmağa imkan verir. Firmalar və şirkətlər
buraxdıqları pay sənədlərini məsələn səhmləri həmin bazarlara satışa çıxarmaqla
kapital bazarlarında maliyyə vəsaiti cəlb edirlər. Bunun tətbiq olunmasinda bir çox
üstünlüklər var ki məsələn pay sənədləri fondu sahəsində riskin
bölüşdürülməsi.Bu o deməkdir ki səhm sahibləri əllərində olan səhm qiymətli
kağızlarının növündən və onlar üzrə səhmdarlara verilən hüquqlardan asılı
olaraq səhmdar cəmiyyətinin fəaliyyətində müəyyən miqdar məsuliyyət
daşıyırlar.Onlar həmçinin mənfəət və əmlak bölgüsündə iştiirak etmək hüququnu
əldə edirlər.Həmçinin müəssisənin fəaliyyət risklərinin bir hissəsini də öz üzərinə
götürür və səhm bazarlarında pay sənədlərinin satışı ilə yeni səhmdarlar cəlb
edərək cəmiyyətin səhmlərinə olan tələbatın və buna uygun olaraq onların
qiymətlərinin artmasına səbəb olurlar. Bununla yanaşı səhmdarlar malik olduqları
səhm qiymətli kağızlarının açıq və ya qapalı bazarda satışı vasitəsilə səhmdar
Dostları ilə paylaş: |