41
cəmiyyətinə yeni ortaqlar cəlb edə bilirlər.Həmçinin səhm paketini artırmaqla
səhmdar cəmiyyətinin nizamnamə kapitalında dəyşiklik edə bilərlər və pay
sənədlərinin həm milli, həm də beynəlxalq səhm bazarlarında satılması
müəssisənin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda tanınmasına
şərait yaradır.
Azərbaycan respublikası üçün səhm bazarının inkişafı iqtisadiyyatın daha da
irəliləməsinə kömək edir və çox vacib əhəmiyyət kəsb edir. Bu özünü əsasən
özəlləşdirmə prosesinin inkişafında və qısa müddət ərzində həyata keçirilməsinə
şərait yaratmasında göstərir.
Yaxın dövrlərdə ölkələrdə iqtisadiyyatın qarşısında duran mühim vəzifələrdən
biri də qarşılıqlı borc problemlərinin həll olunmasıdır.Əlavə olaraq müssisələrin
arasında ödəməmələr məsələsinin həll olunmasıda problemlərdən biridir.Ona görə
ki bu probləmlərin mövcudluğu özü ilə bərabər yeni-yeni problemlər də əmələ
gətirir.Misal olaraq müəssisə vergiləri ödəyə bilmir, onagörə ki mal alıcıları
aldıqları mala görə borclarını ödəmirlər.Buna müvafiq olaraq dövlətdə məcburən
vergi daxilolmalarının azlığından büdcə planını yerinə yertirə bilmir.Sonra
iqtisadiyyatın bir cox sahələrinə dövlət yardımı gecikdirilir yaxud da
ümumiyyətlə yardım edilmir.Bunlar onu göstərir ki dövlət gücünü bir çox sahədə
məsələn iqtisadi siyasi və başqa sahələrdə itirir.Həmçinin bunların hamisi öz
növbəsində iqtisadi həyata təsirini göstərir
Göstərilən probləmlərin həlli üçün dövlət borc bazarının inkişafını daha
da çox nəzərdə saxlayır.Borc bazarının inkişafı müəssisənin əsas və dövriyyə
vəsaitlərinə olan ehtiyacının təmin olunmasında vacib rol oynayır. Burada borc
qiymətli kağızları lazım olan sahələri təmin edən qiymətli kağızlar qismində çıxış
edir. Burada maliyyə resurslarının az effektli sahələrdən çox effektli sahələrə
axını baş verir ki bu əsasən veksel və istiqrazlar vasitəsilə həyata keçirilir.Məhz
buna görə də respublikamızda borc bazarının inkişafı ümumilikdə müəssisənin
daxilində olan bir sıra problemlərin həllinə köməklik göstərir.Həmçinin
resursların səmərəli paylanması təmin olunur. Qeyd edim ki burada dövr edən
42
mühim qiymətli kağızlar fərqli növ veksellər, dövlətin xəzinə öhdəlikləri,
əmanət sertifikatları korporasiya və dövlət istiqrazları və digər qiymətli
kağızlardır. Yuxarıdaki suallarımda qeyd etdiyim kimi veksel qarşılıqlı borcların
ödənilməsində çox vacib əhəmiyyətə malikdir. Ayrı-ayrı hüquqi və fiziki şəxslər
veksel buraxmaq yolu ilə özünə lazım olan vəsaiti cəlb edə bilər.Həmçinin aldığı
malın yaxud göstərilən xidmətin qarşılığında veksellə hesablaşa bilər sonra
borclarını veksellə rəsmiləşdirə bilər və qarşılıqlı borcları veksellə ödəyə bilər.
Bu münasibətlər çərçivəsində veksel həm də təminatlı borcların verilməsində
girov elementi kimi çıxış edə bilir. Hal-hazırda banklar vekselin girov aləti
olmasını qəbul edirlər və ondan geniş istifadə edirlər. Veksel ona görə əlverişlidir
ki hər hansı iqtisadi fəaliyyətə başlamaq istəyən, amma girov üçün daşınmaz
əmlaka yaxud da digər aktivlərə malik olmayan fiziki və hüquqi şəxslər
bankdan kredit götürərkən öz öhdəliklərinə veksel vasitəsi ilə təminat vermələri
həm bank üçün, həm də borc alanlar üçün məqsədə uyğun olur. Müasir dövrdə
bir sıra inkişaf etmiş ölkələrdə banklar veksel dövriyyəsində daha fəal iştirak
edirlər. Banklar bir sıra veksel əməliyyatları ilə məsəslən vekselləri uçota
götürməklə , veksellərin girov qoyulması müqabilində kredit verməklə , vekselə
zamin durmaqla və digər bu kimi əməliyyatları aparmaqla bir tərəfdən onların
dövriyyəsini genişləndirirlər həmçinin digər tərəfdən vəsaitlərini daha az riskli
əməliyyatlara cəlb etməklə gəlir əldə edirlər.
Bizim dövlətimizdə da veksel bazarının inkişaf etdirilməsinə çox böyük əhəmiyyət
verilir. Əsasən də ölkənin əsas sahəsi olan neft sektorunda emal və istehsalın
çoxpilləliyi həmçinin bu sahədə emal maşınqayırma, hasilat, və digərləri üzrə ayrı-
ayrı müəssisələrin fəaliyyəti onlar arasında qarşılıqlı hesablaşmaların da çoxalmasına
gətirib çıxarır. Məhz bele vacib bir sahədə qarşılıqlı hesablaşmalar üzrə öhdəliklərin
vaxtlı-vaxtında yerinə yetirilməsi əsas məsələlərdən biridir.Buna görə də bunun
aradan qaldırılmasının ən yaxşı yollarından biri veksel bazarının inkişaf
etdirilməsidir.Müvafiq olaraq QKDK iki fevral 2000-ci ildə Azəbaycan
respublikasında veksellərin dövriyyəsi haqqında Əsasnamə təsdiq olunmuşdur. Bu
43
əsasnamənin qəbul edilməsini vacib edən əsas şərtlərdən biri ölkədə olan
ödəməmələr probleminin uzun müddət inzibati yolla həll edilə bilməməsidir.
Hökumətin qiymətli kağızlar vəsait cəlb olunmasında dövlət qurumları və
bələdiyyələrin əsas aləti istiqrazlardır. İstiqrazlar əsasən korporasiyalar və dövlət
tərəfindən buraxılır. Dövlət istiqrazında dövlət borc alan qismində onun sahibi
kreditor kimi çıxış edir. İstiqraz dövlət iqtsadi subyektləri arasında ən etibarlısı
sayılır.O hərərkət edən qiymətli kağızlar axilində ən az riskə malikdir.
Öyrəndik ki bizim respublikamızda qiymətli kağızlar bazarının rolu ən əvvəl onun
bazar iqtisadiyyatının inkişaf yolunu seçməsi ilə müəyyən olunur. Qeyd etdik ki
bazar iqtisadiyyatı azad sahibkarlığa əsaslanır. Buna çatmağın ən başlıca üsulu isə
dünya təcrübəsindən məlum olan özəlləşdirmədir.Yəni dövlət mülkiyyətinin
özəlləşdirilməsi prosesinə keçilməsidir. Elə belə bir şəraitdə, dövlətimiz xarici
təcrübəyə əsaslanaraq özəlləşdirmənin həyata keçirilməsi prosesini seçmişdir. Bu isə
qiymətli kağızlar bazarının mövcudluğu zəruri edir.Daha öncə də qeyd etdiyim kimi
özəlləşdirmənin normativ-hüquqi bazasını təmin etmək üçün 7 yanvar 1993-cü ildə
―Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında‖ Azərbaycan Respublikasının
Qanunu qəbul edilmişdir. Bu prosesin həyata keçirilməsi üçün prezidentin 23 iyun
1992-ci il Fərmanına uyğun olaraq Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət
Komitəsi yaradıldı. Həmin bu komitəyə dövlət əmlakının özəlləşdirilməsi haqqında
proqram hazırlamaq tapşırıldı.Lakin birinci proqramın həyata keçirilməsi gözlənilən
nəticəni vermədi və 29 sentyabr 1995-ci ildə 1995-98 illərdə Azərbaycanda dövlət
mülkiyyətinin özəlləşdirilməsinin yeni Respublika Proqramı qəbul edildi.Elə bu
proqramın qəbulu ilə özəlləşdirmə kimi mühüm problemin həllində fond bazarının
iştirak etməsi zəruriliyi meydana çıxdı. Qeyd olunan proqramda özəlləşdirmənin
məqsədləri müddəti mərhələləri,özəlləşdirilən müəssisələrin təsnifatı, onların
səhmdar cəmiyyətə çevrilməsi, özəlləşdirmə çeklərinin verilmə şərtləri, miqdarı və
onlardan istifadə qaydaları daxil edildi.
Qiymətli kağızlar müddətinə görə növlərə ayrılır. Birinci qısamüddətli
qiymətli kağızların iştirak etdiyi pul ikinci isə uzunmüddətli qiymətli kağızların
Dostları ilə paylaş: |