Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   ...   15   16   17   18   19   20   21   22   23

 

59 


İkincisi bazara yeni iri qrup emitentlərin - bələdiyyələrin qoşulmasıdır. Onlar da 

böyük  əhali  kütləsi  üçün  borc  qiymətli  kağızları  buraxa  bilər  və  cəlb  olunmuş 

vəsaitləri  bələdiyyə  proqramlarının  reallaşmasında  istifadə  edə  bilərlər.  Bu  gün  ki 

dövrdə  regionlarımızda  sosial-iqtisadi  inkişafa  nail  olmağın  ən  mühim  amillərindən 

biri  məhz  yeni  maliyyələşmə  aləti  olan  bələdiyyə  qiymətli  kağızlarının 

buraxılmasıdır. 

Azərbaycanda fond bazarının formalaşması bir çox problemlərlə üzləşmişdir və 

bazarın inkişafı üçün onlar aradan qaldırılmalıdır. Bunun üçün biz aşağıdakıları təklif 

edə bilərik: 

a)  ilkin  bazarda  istiqrazların  yerləşdirilməsinin  əsas  institutu  kimi  investisiya 

bankları  və  investisiya  fondları  çıxış  etməlidir.  İnvestisiya  fondları  haqqında 

hazırlanan  qanuna  fondların  iki  növü  (səhmdar  və  paylı  investisiya  fondları)  daxil 

olunub.  Qeyd  etməliyəm  ki,  hal-hazırda  inkişaf  edən  bazarlarda  əsasən  paylı 

investisiya fondları geniş yayılıb yəni PİF. PİF-in əsas fəaliyyəti isə fərdi investorlara 

payların satışından əldə olunan maliyyə vəsaitlərinin müxtəlif qiymətli kağızların və 

digər aktivlərin alınmasına yönəldilməsindən ibarətdir

b)Respublikamızda  beynəlxalq  və  daxili  mühitə  müvafiq  olaraq  investisiya 

siyasətinin konseptual konturları müəyyənləşdirilməli və milli maraqlara cavab verən 

qiymətli kağızlar bazarı konsepsiyası işlənib hazırlanmalıdır; 

c)Respublikamızda  qiymətli  kağızlar  bazarının  rəqabət  qabiliyyətinin 

gücləndirilməsi  üçün  dövriyyədə  olan  investisiya  resurslarının  həcminin 

artırılmalıdır.Habelə,  Mərkəzi  Asiya  MDB  və  başqa  yaxın  qonşu  dövlətlərdə 

buraxılan  maliyyə  vasitələri  üçün  Bakıda  beynəlxalq  qiymətli  kağızlar  bazarının 

formalaşdırılmasına istiqamətlənmiş tədbirlər proqramı həyata keçirilməlidir. 

d)Birmənalı  olaraq  "Euronext"  birja  timsalında  Bakıda  fəaliyyət  göstərəcək 

regional və ya da beynəlxalq fond birjası yaradılmalıdır; 

e)bazarın  riskləri  haqqında  informasiya  açıqlanmalıdır.Həmçinin,  qiymətli 

kağızlar  bazarında  ticarətin  həyata  keçirilməsi  üzrə  etik  prinsiplər  işlənib 

hazırlanmalıdır; 



 

60 


f)Müxtəlif  dövlət  proqramları  işlənməli  investorların  maarifləndirilməsi, 

həmçinin investisiya və korporativ idarəetmə mədəniyyətinin formalaşdırılması üzrə 

də dövlət proqramları işlənib hazırlanmalı və reallaşdırılmalıdır; 

g) qiymətli kağızlar bazarının vasitəsi ilə real sektora yönəldilən investisiyaların 

stimullaşdırılması baxımından qiymətli kağızlar bazarı tənzimlənməlidir; 

h)Respublikamızın  iqtisadiyyatında  mülkiyyətin  diversifikasiya  edilməsi,  orta 

sinifin formalaşdırılması prosesində kütləvi investisiya modelinə keçilməlidir; 

l)  təsnifləşdirilmiş  qiymətli  kağızlar  bazarı  kateqoriyasına  keçməklə 

Azərbaycanın qiymətli kağızlar bazarının inkişaf etməkdə olan bazar kateqoriyasına 

daxil  olması  üçün  səhm  bazarının  kapitallaşması  ÜDM-in  30-40  faizinə 

çatdırılmalıdır.  Bu  o  deməkdir  ki  müasir  Azərbaycan  qiymətli  kağızlar  bazarı 

həcminin 8-10 dəfə artırılib. 

Vurğulamalıyam  ki  bu  gün  Azərbaycan  qiymətli  kağızlar  bazarında  xarici 

investorların  fəaliyyət  göstərməsi  ölkə  iqtisadiyyatının  inkişaf  etdirilməsində  ən 

mühim  amillərdən  biridir.  Azərbaycan  bazarı  əlverişli  investisiya  mühitinə 

malikdir.Elə bununla  əlaqədar  olaraq fond bazarında bir  çox problemlərin  olmasına 

baxmayaraq, xarici investorlar və beynəlxalq qurumlar kapital yatırılması imkanları 

üçün Azərbaycan bazarını kifayət qədər perspektivli bazar hesab edirlər. 



 

3.2Qiymətli kağızlar bazarının perspektiv inkişaf istiqamətləri 

 

Qiymətli kağızlar bazarının inkişafından danışarkən bildirməliyəm ki bu bazarın 



inkişafı  bir  sıra  dövlət  qurumlarının  işindən,  qanunvericilik  bazasından,  fiziki 

şəxslərin  fəallığından  və  asir  amillərdən  asılıdır.  Hazırdakı  bazarda  ən  mühim 

təşkilatı  işlər  görülüb,  bazar  infrastrukturu  sıfırdan  başlayaraq  yaradılıb,  dünya 

standartlarına  uyğun  olan  və  beynəlxalq  maliyyə  qurumlarının  mütəxəssisləri 

tərəfindən normativ hüquqi baza yaradılıb. Burada məqsəd istənilən yollarla bazarda 

bağlanılan  əqdlərin  həcminin  artırmaq  deyil.  Məqsəd  bazarda  baş  verən  proseslərin 

şəffaflığının  təmin  edilməsi  və  həmçinin    qiymətli  kağızlar  bazarında  risklərin 



 

61 


minimuma  endirilməsidir.  Qeyd  edim  ki  bu  məqsədlə  yaradılan  normativ-hüquqi 

bazada  bir  sıra  hallara  diqqət  edilmişdir.Məsələn  investorların  hüquqlarının 

qorunması,  qiymətli  kağızlar  bazarında  məlumatın  açıqlanması,  ,  qiymətlərlə 

manipulyasiyanın qarşısının alınması həmçinin ölkənin fond bazarının daxili və xarici 

investisiya  resurslarının  iqtisadiyyatın  real  sektorunda  akkumulyasiya  edilməsi  və 

bazanın spekulyativ əqdlar bazarına çevrilməsinin qarşısının alınmasına yönəldilmiş 

digər  hərəkətlər  bunlara  daxildir.  Bir  sıra  inkişafda  olan  ölkələrin,  bank  sisteminin 

böhranı  ilə  nəticələnən  və  iqtisadiyyatın  ümumi  böhranına  gətirən  spekulyativ 

bazaların yaradılması səhvinə yol vermək olmaz. Ölkədə formalaşmış vəziyyət daxili 

kağızlar  bazarının  inkişafında  portfel  investisiyalarının  rolunun  qiymətləndirilməsi 

zərurətini  dikdə  edir.  Kapital  axımının  spekulyativ  hissəsini  onun  investisiya 

hissəsindən ayrı dəyərləndirmək lazımdır. başqa sözlə, gələcəkdə qiymətli kağızların 

qiymətlərinin kəskin şəkildəenib-qalxmasına yol verilməməsi məqsədi ilə investisiya 

resurslarının  və  qiymətli  kağızlar  bazarının  imkanlarının  müsbətliyi  təmin 

edilməlidir. 

Qiymətli  kağızlar  bazarının  institusional  inkişafı  ilə  bağlı  əsas  istiqamətlər 

aşağıdakılardır: 

a)Fond  birjasının  hüquqi  və  təşkilati  cəhətdən  inkişaf  etmiş  beynəlxalq 

təcrübəyə uyğun təkmilləşdirilməsi həmçinin  yeni ticarət sisteminin tətbiqi ilə baza 

və törəmə maliyyə alətlərinin ticarəti imkanlarının genişləndirilməsi(2011 – 2020) 

b)  Qiymətli  kağızların  və  onların  üzərində  hüquqların  qeydiyyatı  və  uçotu 

mexanizmlərinin sadələşdirilməsi(2011 – 2013) 

c)Dövlət  və  korporativ  qiymətli  kağızların  vahid  mərkəzi  depozitar  sisteminin 

yaradılması(2012 – 2014) 

d)Qiymətli kağızların girovla yüklənməsi prosedurlarının optimallaşdırılması və 

avtomatlaşdırılması(2012 – 2014) 

e) Birjadankənar qiymətli kağızlar bazarının əməliyyat-hesablaşma sistemlərinin 

klirinq sisteminə inteqrasiya edilməsi(2013 – 2016) 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə