Cü IL tarixində əlavə olunmuşdur. Dəriiçi inyeksiyanın icra edilmə texnikası



Yüklə 18,38 Kb.
tarix25.03.2018
ölçüsü18,38 Kb.
#33251

18.11.2014 cü il tarixində əlavə olunmuşdur.
Dəriiçi inyeksiyanın icra edilmə texnikası
Müxtəlif uzunluqda iynələrlə inyeksiyanın aparılma texnikası.


Həkim tərəfindən təyin edilmiş dəriiçi inyeksiya çox vaxt dərman və ya allergik sınaq aparmaq məqsədi daşıyır. Amma bəzən dəriiçinə dərman maddələri də yeridilir.
Məqsəd:

- diaqnostik (tuberkulin testi, müxtəlif maddələrə qarşı allergik reaksiyanın aşkar edilməsi və. s.)

- ağrısızlaşdırma

- müalicəvi


Göstəriş:

-həkim təyin edir.


Yeridilmə nahiyələr:
- saidin daxili səthinin orta üçdə biri (diaqnostik məqsədlə)

- bədənin istənilən nahiyəsi (ağrısızlaşdırma məqsədilə).


Dəriiçi inyeksiya bədənin aşağıdakı nahiyələrinə vurula bilər:

- saidin daxili səthinin orta üçdə biri

- bazunun xarici səthinin orta üçdə biri

- budun ön-yan səthi

- kürəkaltı nahiyə

- qarnın yan səthi


Ləvazimat:

1. sabun, fərdi dəsmal

2. əlcək, maska

3. dərman ampulu, ampul kəsən

4. steril salfetlə örtülmüş steril ləyən və pinset, işlənmiş materialları yığmaq üçün ləyən

5. həcmi 1 ml olan birdəfəlik şpris

6. 70% spirtli pambıq kürəciklər

7. dəri antiseptiki (Lizanin və s.)

8. “Anti-İİV” dərman qutusu

9. dezinfeksiyaedici məhlullar (3% xloramin məhlulu, 5% xloramin məhlulu)



Manipulyasiyaya hazırlıq:
1. Xəstəyə manipulyasiyanın gedişatını izah edin, manipulyasiyanın yetirilməsi üçün xəstənin razılığını alın.

2. Əlləri gigiyena qaydalarına uyğun olaraq yuyun.

3. Xəstəyə rahat vəziyyət almağı təklif etdin (oturmaq, uzanmaq).


Düzgündür. Düzgün deyil.



Dəriiçi inyeksiya aparılan zaman pasiyentin vəziyyətindən və inyeksiya sahəsindən asılı olaraq

pasiyent otura, dura və ya uzana bilər. Xəstənin dərisi bir az qurumalıdır ki, inyeksiya yerinə spirtin düşməsi baş verməsin. Dəriiçi sınaqları yerinə yetirən zaman bu yalançı və ya şübhəli nəticələrin alınmasına səbəb ola bilər.
Dəriiçi inyeksiyanın aparılma texnikası:

1. Şprisin yararlıq tarixini və hermetikliyini yoxlayın. Qablaşdırmanı açıb şprisi yığın və steril ləyənə qoyun.

2. Dərmanın yararlıq müddətini, adını, fiziki xüsusiyyətlərini, dozasını yoxlayın. Təyinat vərəqi ilə tutuşdurun.

3. Steril pinsetlə iki spirtli pambıq kürəcik götürün, ampulun boynunu silin, ampulu kəsin.

4. Şprisə lazımı miqdarda dərmanı yığın, içərisindən havanı çıxarıb steril ləyənə qoyun.

5. Əlcəkləri geyinin və 70%-li spirtli kürəciklərlə əlcək geyindiyiniz əllərinizi silin, kürəcikləri işlənmiş materiallar olan ləyənə atın.

6. Steril pinsetlə iki pambıq kürəciyi çıxarıb, steril ləyənə qoyun

7. Birinci kürəciklə mərkəzdənqaçan istiqamətdə və ya (aşağıdan yuxarı) böyük dəri sahəsini silin, ikinci kürəciklə isə bilavasitə punksiya sahəsini silin və spirtin qurumasını gözləyin.

8. Kürəcikləri işlənmiş materiallar üçün olan ləyənə atın.

9. Sağ əllə iynəli şprisi götürün, sol əllə pasiyentin said nahiyəsinin xarici səthini tutun (aşağıdan) və dərini fiksə edin.

10. İynənin kəsiyini, dəriyə paralel olaraq yuxarı tutmaq şərti ilə dəriyə ancaq iynənin ucunu yeridin.

11. İkinci barmaqla iynəni dəriyə sıxmaqla fiksə edin.

12. Sol əllə porşeni tutun, və porşenə təzyiq etməklə dərman vasitəsini yeridin.

13. İnyeksiya sahəsindən iynəni basmadan çıxarın.



14. Xəstə özünü yaxşı hiss etməsinə əmin olun.
Yüklə 18,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə