nurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək bir il
müddətinə stajçı kimi qulluğa qəbul edir və vakant vəzifəyə təyin edir. Staj dövründə
dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir,
fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti
ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə
təqdim edir. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, tövsiyə müsbət
olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət
qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin
şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə
bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin
müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun
olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və
onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən
şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfimdən müəyyən edilir. (34)
28.7.
Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu qanunun 28-ci
maddəsinə müvafiq olaraq yenidən müsabiqədən müvəffəqiyyətlə keçərək yeni
vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti
ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu qanunun 28-ci maddəsinə müvafiq olaraq
yenidən müsabiqədən müvəffəqiyyətlə keçdikdə, əvvəlki sınaq müddəti nəzərə
alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir. (34)
28.8.
Daimi dövlət qulluğuna qəbul edilmiş və bu qanunun 33.1-ci maddəsinə
uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş
şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində
bu qanunun 28.6-cı maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq
edilmir. (34)
28.9.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış şəxslər müvafiq icra
hakimiyyəti orqanında ehtiyat kadr kimi saxlanılır və qanunvericiliyə uyğun olaraq,
həmin orqan bu şəxslərin müsabiqədən kənar dövlət qulluğuna qəbul edilməsi üçün
müvafiq dövlət orqanına təqdimat verir. (34)
28.10.
(34) Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının
adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.
27
Maddə 29. inzibati vəzifələrin tutulması (25)
29.1.
İnzibati vəzifələrin birinci - be.şinci təsnifatlarına uyğun olan vəzifələrin
tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.
29.2.
Dövlət orqanlarında
(müvafiq icra hakimiyyəti orqanı istisna
olmaqla)
(28) inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan
vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun
28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu qanunun
29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir.
Müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu
təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı
rəhbərinin qərarı əsasında bu qanunun 29.4-29.8-ci maddələrinə uyğun olaraq
yalnız müsahibə yolu ilə həyata keçirilir. (28)
Dövlət qulluqçusu qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə
keçirilərkən, habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı və
qulluq funksiyası eyni olan vəzifəyə keçirilərkən bu maddənin müddəaları həmin
dövlət qulluqçusu barəsində tətbiq edilmir. (34)
Dövlət qulluqçusu bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət
orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan
vəzifəyə həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə bilər.
(34)
29.3.
Dövlət orqanlarında
(müvafiq icra hakimiyyəti orqanı istisna
olmaqla)
(28) inzibati vəzfələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan
vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə
qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan
(34)
dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında
inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfimdən tutulması müsahibə yolu ilə həyata
keçirilir.
29.4.
Müsahibə barədə elan inzibati vəzifənin aid olduğu dövlət orqanı və ya
həmin dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı
tərəfimdən kütləvi informasiya vasitələri ilə müsahibənin keçirilməsi tarixinə bir ay
qalmış verilir.
29.5.
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən
çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qul-
28
Dostları ilə paylaş: |