Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 3. Mülki qanunvericilik və beynəlxalq hüquq aktları



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə2/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   2   3   4   5   6   7   8   9   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 3. Mülki qanunvericilik və beynəlxalq hüquq aktları
3.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası 
müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə 
(beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi 
aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa 
tətbiq edilir.
3.2. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə 
tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları 
tətbiq edilir.
Maddə 4. Mülki hüquq münasibətlərinin obyektləri
 
Əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki 
dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq 
münasibətlərinin obyektləri ola bilərlər.
Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri


5.1. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan 
hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin 
subyektləri ola bilərlər.
5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının 
digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə 
tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir.
5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini 
vicdanla həyata keçirməyə borcludurlar.
Maddə 6. Mülki qanunvericiliyin prinsipləri
6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:
6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi;
6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;
6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;
6.1.4. mülkiyyətin toxunulmazlığı;
6.1.5. müqavilələr azadlığı;
6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının 
yolverilməzliyi;
[3]
 
6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması;
6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi;
6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi.
6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini 
gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 
Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və 
qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda 
sərbəstdirlər.
6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin 
sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və 
azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki 
hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
6.4. Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının 
bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin 
edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət 
sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti 
üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə