Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə3/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   2   3   4   5   6   7   8   9   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi


7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII 
hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik 
müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra 
əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin 
geriyə qüvvəsi ola bilər.
7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini 
pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.
Maddə 8. Mülki qanunvericiliyin məkana görə qüvvəsi
8.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının istisnasız olaraq 
bütün ərazisində qüvvədədir.
8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan 
Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən 
mühafizə edilməlidir.
Maddə 9. Mülki qanunvericiliyin şəxslərə görə qüvvəsi
9.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində 
fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir.
9.2. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda 
ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və 
xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur.
9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq 
edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas 
verə bilməz.
Maddə 10. İşgüzar adətlər
10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və 
geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, 
hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət 
sayılır.
10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq 
edilmir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə