Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə6/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   2   3   4   5   6   7   8   9   ...   252
AR-Mülki-Məcəlləsi-2

[8]
 
Maddə 
16. 
Mülki 
hüquqların 
həyata 
keçirilməsinin 
məhdudlaşdırılması
16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan 
vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər 
formalarda sui-istifadə edilməsinə yol verilmir.
16.2. 
Çıxarılmışdır.
 
[9]
 


Maddə 17. Mülki hüquqların müdafiəsi
17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, 
siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və 
hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə 
kömək göstərməyə borcludurlar.
17.2. 
Çıxarılmışdır.
 
[10]
 
17.3. 
Çıxarılmışdır.
[11]
 
Maddə 18. Mülki hüquqların müdafiəsi üsulları
Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada 
və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə 
orqanının aktının etibarsız sayılması
Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki 
qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki 
hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ 
xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Maddə 20. Mülki hüquqların özümüdafiəsi
– 
çıxarılmışdır.
 
[12]
 
 
Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan 
şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə 
ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi 
nəzərdə tutulmasın.
[13]
 
21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu 
bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum 
olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ 
pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi 
gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin 
müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə 
nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin 


yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə 
alınmalıdır.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə