Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 36. Qəyyumluqda və himayədə olanın əmlakı barəsində



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə14/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   10   11   12   13   14   15   16   17   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 36. Qəyyumluqda və himayədə olanın əmlakı barəsində 
sərəncam verilməsi
36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə 
sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o 
cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə 
edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və 
yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də 
qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. 
Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum 
və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri 
xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər 
hesabına ödəyə bilər.
36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan 
qəyyum 
qəyyumluqda 
və 
ya 
himayədə 
olanın 
əmlakının 
özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, 
bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına 
dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan 
imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların 
ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın 
əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz


himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın 
əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
36.3. Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın 
qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə 
kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna 
olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər 
bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya 
himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri 
aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə