Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə5/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   2   3   4   5   6   7   8   9   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
 
2-ci fəsil.
 
Mülki hüquq və vəzifələr, onların müdafiəsi
Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi


14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan 
əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə 
tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və 
vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları 
aşağıdakılardır:
14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, 
habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr 
və başqa əqdlər.
14.2.2. 
Dövlət 
orqanlarının 
yerli 
özünüidarə 
orqanlarının 
qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi 
nəzərdə tutulmuş aktları.
14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları.
14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi.
14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin 
digər nəticələrinin yaradılması.
14.2.6. Başqa şəxsə zərər vurulması.
14.2.7. Əsassız varlanma.
14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri.
14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə 
bağladığı hadisə.
14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda 
nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların 
qeydə alındığı andan əmələ gəlir.
[6]
 
Maddə 15. Mülki hüquqların həyata keçirilməsi
15.1. 
Çıxarılmışdır.
 
[7]
 
15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan 
istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu 
hüquqlara xitam verilməsinə səbəb olmur.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə