Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə4/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   2   3   4   5   6   7   8   9   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi


11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin 
razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar 
adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd 
deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları 
tətbiq edilir (qanunun analogiyası).
11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları 
olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas 
götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq 
edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
11.3. 
Çıxarılmışdır.
[4]
 
11.4. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları 
(istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir.
11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının 
olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan 
imtina etməsinə əsas verə bilməz.
 Maddə 12. Mülki hüquqların siyasi hüquqlardan asılı olmaması
12.1. Mülki hüquqların həyata keçirilməsi Azərbaycan Respublikasının 
Konstitusiyası və ya qanunları ilə müəyyənləşdirilmiş siyasi hüquqlardan 
asılı deyildir.
12.2. Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa 
qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə 
tutulmamış hərəkətləri icra edə bilərlər.
 Maddə 13. Sahibkarlıq fəaliyyəti
[5]
 
Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas 
məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya 
xidmətlər 
göstərilməsindən 
mənfəət 
(fərdi 
sahibkarlar 
tərəfindən 
gəlir)
götürülməsi olan fəaliyyətdir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə