Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

37 

 

vahidlərin Dövlət registri aparılır, orada təsərrüfatçılıq-sahibkarlıq fəaliyyəti göstərən 



və  qanunvericiliklə  qadağan  olunmayan  digər  fəaliyyət  növləri  ilə  məşğul  olan 

hüquqi  və  fiziki  şəxslərin  maliyyə-təsərrüfat  fəaliyyətini,  əsas  və  qeyri-əsas 

fəaliyyətini səciyyələndirən ünvan və statistika göstəriciləri əks etdirilir.  

 

§2.3 MHS-in istehsal hesabının əsas komponentləri və RÜDM-ə 



onların təsiri

 

 



İqtisadiyyatın  vəziyyəti  və  inkişafı  barədə  əhatəli  məlumatların  əldə  edilməsi 

yalnız  ölkə  iqtisadiyyatı  üzrə  MHS-in  bütün  hesabları,  həmçinin  iqtisadiyyatın 

sektorlarının  “qalan  dünya”  ilə  əməliyyatları  barədə  məlumatlar  mövcud  olanda 

mümkündür.  Buna  görə  də,  “qalan  dünya”  sektoru  üçün  də  hesabların  qurulması 

vacibdir.  Milli  Hesablar  Sistemi  istehsal,  ilkin  və  təkrar  bölgü  və  son  istifadə 

proseslərini  bir-biri  ilə  qarşılıqlı  əlaqəli  olan  ayrı-ayrı  hesablarda  (sahələr  və 

institusional  bölmələr  üzrə)  qruplaşdırır.  Hazırda  Azərbaycan  Respublikasında 

aşağıdakı hesablar tərtib edilir: 

-  Məhsul və xidmətlər hesabı; 

-  İstehsal hesabı; 

-  Gəlirlərin yaranması hesabı; 

-  İlkin gəlirlərin bölüşdürülməsi hesabı; 

-  Gəlirlərin təkrar bölüşdürülməsi hesabı; 

-  Gəlirlərin istifadəsi hesabı; 

-  Kapitalla əməliyyatlar hesabı; 

-  Maliyyə hesabı [3]. 

İstehsal hesabı cari hesablar sırasında birinci hesabıdır. MHS-də əsas yerlərdən 

birini  tutur    “İstehsal”    hesabı    bilavasitə  istehsalın  nəticələrini  (məhsul  və 

xidmətlərin buraxılışını) və istehsal zamanı məhsul və xidmətlərin istifadəsini (aralıq 

istehlakı) əks etdirir. İstehsal  hesabı  həm  iqtisadiyyatın  hər bir sektoru  və  ya sahəsi, 




38 

 

həm  də  bütövlükdə  ölkə  iqtisadiyyatı  üzrə  qurulur.  İstehsal  hesabının  balanslaşdırıcı 



maddəsi  birinci  halda  -  ümumi  əlavə  dəyər,  ikinci  halda  isə  iqtisadiyyatın  inkişafını 

səciyyələndirən  göstərici  olan  ümumi  daxil  məhsul  olacaqdır.  Hər  iki  halda  istehsal 

hesabının  ilkin  göstəricisi  məhsul  və  xidmətlərin  ümumi  buraxılışıdır.  Istehsal 

hesabının sxemi aşağıdakı kimidir[34]: 

 

     

 

 

 

 

 

 

 

 

 

  

Cədvəl 1.  

 

İstehsal hesabı

 

İstifadə  



Ehtiyatlar  

Aralıq istehlak 

Ümumi əlavə edilmiş dəyər (əsas 

qiymətlərlə) 

Əsas 

qiymətlərlə 

məhsul 

və 

xidmətlərin ümumi buraxılışı  

Cəmi  

Cəmi  

              

 

MHS bir-biri ilə məntiqi qarşılıqlı əlaqədə olan  hesablar, balanslar və köməkçi 

cədvəllər sistemidir. Bu sistem beynəlxalq miqyasda razılaşdırılmış konsepsiya, tərif, 

konvensiya, təsnifat  və  uçot qaydalarına  uyğun qurulmuşdur. Sistemin əsas  məqsədi 

iqtisadi  təhlil  aparmaq  və  iqtisadi  siyasət  üçün  gərək  olan  iqtisadi  göstəricilər 

sistemini hazırlamaq və onların qarşılıqlı əlaqəsini təmin etməkdir.



 

 Sistem  müxtəlif  səviyyəli  və  tərkibli  institusional  vahidlər  və  ya  vahidlər 

qrupu üçün tərtib edilə bilər.  

Milli  hesablar  sistemində  ilk  hesab  istehsal  hesabıdır.  Bu  hesab  institusional 

vahidlər,  sektorlar  (şöbələr)  və  iqtisadiyyat  üzrə  bütövlükdə  tərtib  edilir.  İstehsalda 

yaranan  gəlir  sonrakı  hesablara  keçir.  Odur  ki,  istehsal  hesabının  tərtib  olunması 

üsulu bütün MHS-nə təsir edə bilər. 

İstehsal  hesabının  ünsürləri  -  məhsul  və  xidmətlərin  ümumi  buraxılışı,  aralıq 

istehlak  və  əsas  kapitalın  istehlakıdır.    İstehsal  hesabının  balanslaşdırıcı  maddəsi 

əlavə    edilmiş    dəyərdir.      Bu    göstərici    ümumi    və    xalis    variantlarda,    daha  




39 

 

doğrusu, əsas kapitalın istehlakını çıxmamaqla və çıxmaqla aşağıdakı kimi hesablana 



bilər: 

1.  Ümumi  əlavə  edilmiş  dəyər,  məhsul  və  xidmətlərin  ümumi 

buraxılışından aralıq istehlakı çıxmaqla müəyyən edilir. 

2.   Xalis əlavə edilmiş dəyər, məhsul və xidmətlərin ümumi buraxılışından 

aralıq  istehlakı  və  istehlak  olunmuş  əsas  kapitalın  dəyərini  çıxmaqla 

tapılır. 

 Lakin  təcrübədə  əsas  kapitalın  istehlakını  ölçmək  müəyyən  çətinliklərlə 

əlaqədar  olduğu  üçün  xalis  əlavə  edilmiş  dəyərdən  həmişə  istifadə  etmək  mümkün 

olmur.  Eyni  zamanda  sistemin  sonrakı  hesablarında  balanslaşdırıcı  maddənin 

hesablanması  imkanını  da  nəzərdə  saxlamaq  lazımdır.  Bu  isə  öz  növbəsində  əlavə 

edilmiş  dəyərdən,  daha  doğrusu  istehlak  olunmuş  əsas  kapitalın  dəyərinin  çıxılması 

və  ya  çıxılmamasından  asılı  olaraq  alınan  mənfəət  və  ona  bərabər  tutulan  gəlir, 

qarışıq  gəlir,  ilkin  gəlirin  saldosu  və  sairdən  də  asılıdır.  Əlavə  edilmiş  dəyər  fərdi 

istehsalçıların, sahələrin və sektorların Ümumi Daxili Məhsula (ÜDM) töhvəsini əks 

etdirir.  Ümumi  əlavə  edilmiş  dəyər  gəlirlərin  ilkin  bölüşdürülməsi  hesabına 

köçürülür.    Nəzərə  almaq  lazımdır  ki,  əlavə  edilən  dəyər  burada  əməliyyat 

deyildir[3]. 

Ümumiyyətlə,  hesablarda  balanslaşdırıcı  maddə  iki  məqsəd  üçün  istifadə 

olunur: 


a)  Ehtiyatlarla istifadə arasında bərabərlik yaratmaqla hesabı bağlayır; 

b)   öz-özlüyündə maraqlı konsepsiya olduğu üçün. 

Deməli,  istehsal  hesabı  əsas  qiymətlərlə  məhsul  və  xidmətlərin  ümumi 

buraxılışı,  onun  tərkib  ünsürləri  ilə  yəni  aralıq  istehlakla  və  ümumi  əlavə  edilmiş 

dəyərlə qarşılıqlı surətdə əlaqələndirən cədvəllər sistemindən ibarətdir.  

2005-2013-cü  illərdə  Azərbaycan  Respublikasında  istehsal  hesabı  aşağıdakı 

kimi olmuşdur. [9.s.23] 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə