Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə19/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
111 
 
 
Şəkil 55. Table Properties (Свойства таблицы-Cədvəlin 
xüsusiyyəti) dialoq pəncərəsi, Row (Строка-Sətir) səhifəsi  


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
112 
CƏDVƏLİN CƏKİLMƏSİ 
 
Cədvəl  ilə  istənilən  əməliyyatı  lent  üzərində  olan 
qoşmadakı  (Layout  (Макет-Quruluş)  qoşması  nəzərdə 
tutulur) parametrlərin köməkliyi ilə yerinə yetirilməsi barədə 
istifadəçi  məlumatlandırıldı.  Microsoft  Word  mətn  redaktoru 
köməkçi  əməliyyatlardan  istifadə  etməklə  cəkilmiş  cədvəldə 
əlavə işləri yerinə yetirməkdə istifadəçiyə yardımçıdır.  
İstifadəçi hazırlanmış cədvələ hücrə əlavə edə bilər və 
ya  həmin  hücrəni  (və  yaxud  da  digər  hücrəni  –  hücrələri) 
cədvəldən  poza  bilər,  hücrələri  birləşdirər  və  yaxud  bir-
birindən ayırar və s. bu kimi əməliyyatları yerinə yetirə bilər. 
Əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilməlidir. 
1.Design  (Конструктор-Layihələndirmə)  qoşmasındakı 
Draw  Table  (Нарисовать  таблицу-Cədvəl  çək)  düyməsini 
sıxın (şəkil 56.). Mausun oxu karandaş formasını alacaq. 
2.Mausun  oxunu  cədvəlin  ikinci  sütunundakı  birinci 
sətirə yerləşdirin (ox hücrənin orta hissəsində dayanmalıdır).  
3.Mausun sol düyməsinin sıxılmış vəziyyətində kursoru 
həmin  hücrənin  aşağı  hissəsinə  doğru  sürüyün,  sonra 
mausun  sol  düyməsini  buraxın.  Hücrə  iki  bərabər  hissəyə 
bölünəcək. 
Bəzən  istifadəçi  hazırladığı  cədvəldə  müəyyən  pozma 
işlərini  yerinə  yetirməli  olur.  Bunun  üçün  Design 
(Конструктор-Layihləndirmə) qoşmasındakı Eraser (Ластик-
Pozan) əmrindən istifadə etmək olar (şəkil 56.). 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
113 
Əməliyyat aşağıdakı ardıcıllıqla yerinə yetirilir. 
1.Mausun  oxunu  birinci  sütundakı  birinci  hücrənin 
sol/aşağı küncünə yerləşdirin. 
2.Mausun  sol  düyməsini  sıxıb  saxlamqla  onu  həmin 
hücrənin sağ küncünə doğru sürüyün, sol düyməni buraxın. 
Birinci  hücrə  ilə  ikinci  hücrə  arasındakı  sərhəd  silinəcək. 
Nəticədə iki hücrə birləşərək bir hücrə əmələ gətirəcək.   
 
 
 
Şəkil 56. Design (Конструктор-Layihələndirmə) qoşması, 
Draw Table (Нарисовать таблицу-Cədvəl çək) və Eraser 
(Ластик-Pozan) düymələri 
 
Beləliklə,  istifadəçi  istənilən  mürəkkəbliyə  malik 
cədvəldə  formatlama  əməliyyatını  öndə  verilmiş  üsullarla 
yerinə yetirə bilər. 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
114 
CƏDVƏLLƏRİN SƏRHƏDLƏRİ VƏ RƏNG 
DOLUMU 
 
Susma  prinsipinə  görə  ekranda  hazırlanmış  cədvəlin 
kənarları (sərhədləri) nazik xətlə çəkilir. Bu xətlər hücrələri, 
sətirləri və sütunları bir-birindən ayırır.  
İstifadəçi hazırladığı cədvəli təqdim edərkən onun gözəl 
və  cəlbedici  görünməsi  üçün  hücrələrin,  sətirlərin  və 
sütunların sərhədlərinin tipini və rəngini dəyidirməli olur. 
Öndə  verilənləri  yerinə  yetirmək  üçün  əməliyyatlar 
ardıcıllığı aşağıdakı kimidir. 
1.Design  (Конструктор-Layihələndirmə)  qoşmasına 
keçid alın. 
2.Qoşmadakı  Line  Weight  (Толщина  пера-Xəttin 
qalınlığı)  sahəsinin  sağ  tərəfindəki  aşağı  istiqamətlənmiş 
qara  rəngli  üçbucağı  sıxın.  Ekrana  açılmış  siyahıdan  3pt 
(3путкт-3punkt)  seçin  (şəkil  57.).  Mausun  oxu  formasını 
dəyişəcək. 
3.Mausun  oxunu  cədvəldəki  birinci  sətirin  sol  aşağı 
sərhədinə yerləşdirin.  
4.Mausun  sol  düyməsinin  sıxılmış  vəziyyətində  oxu 
aşağı  sol  sərhəddən  aşağı  sağ  sərhədə  kimi  sürüyün. 
Cədvəlin  birinci  sətirinin  aşağı  sərhəddi  seçilmiş  qalınlığa 
uyğun olaraq (3punkta qədər) dəyişəcəkdir. 
Eyni əməliyyatlar  ardıcıllığı ilə sərhəd xəttinin tipini də 
dəyişmək  mümkündür.  Xəttin  tipi  ekrana  açılmış  Line  Style 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
115 
(Стиль  пера-Xəttin  üslubu)  siyahısından  seçilə  bilər  (şəkil 
58.). 
Bu  parametrlər  ilə  yanaşı  istifadəçi  Design 
(Конструктор-Layihələndirmə) qoşması Borders (Рисование 
границ-Sərhədlər)  qrupuna  daxil  olan  Pen  Color  (Цвет 
пера-Rəngli fırça) əmrindən də istifadə edə bilər (şəkil 58.). 
 
 
 
Şəkil 57. Design (Конструктор-Layihələndirmə) qoşması, 
Line Weight (Толщина пера-Xəttin qalınlığı) sahəsi 
 
 
 
Şəkil 58. Line Style (Стиль пера-Xəttin üslubu) sahəsi 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
116 
Pen  Color  (Цвет  пера-Rəngli  fırça)  aləti  istifadəçiyə 
cədvəlin,  həmçinin  sətirlərin  və  sütunların  və  ya  hücrələrin 
tipini,  sərhədlərin  üslubunu  və  qalınlığını  avtomatik 
dəyişməyə  imkan  verir.  Əməliyyatı  yeinə  yetirmək  üçün 
sadəcə  olaraq  Borders  (Рисование  границ-Sərhədlər) 
qrupuna daxil olan parametrlərdən istənilən birini dəyişmək 
kifayətdir. 
Bəzən  iş  prosesində  istifadəçi  cədvəldəki  hücrələri 
müəyyən  rənglərlə  rəngləməli  olur.  Bunun  üçün  aşağıdakı 
əməlləri yerinə yetirin. 
1.Mausun  oxunu  istənilən  hücrəyə  yerləşdirin  (daxil 
edin). 
2.Design  (Конструктор-Layihləndirmə)  qoşmasındakı 
Shading 
(Заливка-Rəng 
dolumu) 
düyməsini 
sıxın. 
Masaüstünə rənglərin nümunələri açılacaq. 
3.Açılmış  rənglər  kolleksiyasından  uyğun  gələn  rəngi 
seçin (məsələn, yaşıl). Hücrə yaşıl rəngə boyanacaq. 
4.Kursoru başqa bir hücrəyə daxil edin. 
5.Shading  (Заливка-Rəng  dolumu)  kolleksiyasından 
qırmızı  rəngi  seçin.  Hücrə  qırmızı  rəngə  boyanacaq  (şəkil 
59.).  
Design  (Конструктор-Layihələndirmə)  qoşmasında 
Table  Styles  (Стили  таблиц-Cədvəl  üslubları)  sahəsində 
istifadəçinin  ixtiyarına  cədvəli  tərtib  etmək  üçün  hazır 
üslublar  kolleksiyası  toplanmışdır  (şəkil  60.).  Üslubdan 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə