Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


Avropa Mərkəzi Bankı və Avropa Pul İnstitutu



Yüklə 0,78 Mb.
səhifə10/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
Drs vsaiti.MP.

Avropa Mərkəzi Bankı və Avropa Pul İnstitutu – Avropa Mər­kəzi Bankı (ECB), Avropa maliyyə birliyinin yaran­ma­sın­dan etibarən 1 oktyabr 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi AVRO da 1 yanvar 1999-cu ildən bank işlərində is­tifadə edilməyə başlamışdır və 1 yanvar 2002-ci ildə tədavülə çı­xa­rılmışdır.
Ombudsman – Avropa İttifaqı ölkələrində yaşayan şəxs­lə­rin, qurumların və şirkətlərin haqlarını qanunsuz ida­rə­etməyə qar­şı tətbiq olunmasının qarşısını qorumaqla, vəzi­fə­lən­di­ril­miş yox­lama qurumu və şikayət müraciəti olunan təşkilatdır.
Avropa İttifaqının fəaliyyəti çoxşaxəlidir.
Avropa İttifaqının əsas fəaliyyət prinsipləri müəyyən­ləş­di­ril­miş­dir. Bunlar: Milli və ümumi maraqlar arasında balans ya­ra­dan döv­lət­lərarası siyasətin aparılması və dövlətüstü qu­rum­la­rın ya­ra­dıl­ması; Avropa İttifaqı institutu ilə, milli dövlətlər ara­sında əla­qaqələndirilmiş səlahiyyət bölgüsü; Qəbul olunan qə­rar­ların müx­təlif təsnifatı və məcburi və tövsiyəvi qərarlar, qə­rar­ların ic­rası vasitəsinin milli dövlətlər tərəfindən azad seçimi, va­hid qə­raralarm və qaydaların üstünlüyü prin­sip­lə­rinin real­laş­ması, döv­­­lət­lərarası müqavilələrlə təsdiqlənməsi, in­teqrasiya pro­­ses­lə­rinin öl­kələrin ictimaiyyəti tərəfindən dəs­tək­lənməsi ki­mi sahələrdir.
Avropa İttifaqının funksionlaşmasının mexanizmi ümu­mi və va­hid idarə sistemidir. Avropa İtttifaqı ikili əsasa ma­lik­dir. Bi­rin­ci əsas: beynəlxalq əməkdaşlıqda və birlik ölkələrinin ix­ti­sas­laşmış qurum orqanları tərəfdən. İkinci əsas: dövlətüstü orqanlar tərəfindən ni­za­mlama. Bu vahid məkanda Avropa İttifaqında belə ikili prin­si­pin formalaşması ayrı-ayrı ölkələrin bir-biri ilə əmək­daş­lı­ğa ra­zılıq əldə etməsinə dair maraqları razılaşdırlışmış qay­da­da yö­nəlməsinə şərait yaradır. Bu vahid məkanda sə­la­hiy­yət­lərin Av­­ropa İttifaqı və milli dövlətlər arasında münasib bö­lün­məsi, qə­bul edilən qərarların növ müxtəlifliyi müşahidə olunur. Av­ro­pa İttifaqı təkcə inteqrasiya birliyi deyil, həmçinin döv­lət­lər ara­sında əməkdaşlığın bir nümunəsidir. Avropa İttifaqında üç dövlətüstü or­qanlar var:Qanunverici orqan. İcraedici orqan. Məhkəmə orqa­nı.
İttifaq daxilində tərəfdaş reqlament və direktiv normalar tətbiq edilir.
1-Reqlament – ölkələrdə qəbul edilən vacib qa­nun­lar.
2-Direktiv – Yerinə yetirilməsi vacib olan şərtlər. Direktiv normalar ün­vanlanmış ölkələr bu şərtləri istədiyi müfaviq seçimlə əldə edə bi­lər.
Avropa İttifaqı ölkələrinin inteqrasiyaya yönəlmiş əsas is­ti­qa­mətləri bütün sahələrə toxunur. Aqrar siyasəti və kənt tə­sər­rü­fatının inkişafı Avropa İttifaqının iqtisadi siyasətinin vacib sa­hə­lə­rindən biridir. Aqrar siyasət vahid qiymət və ixtisaslaşma sis­te­mi üzərində qurulub. Bu sahəyə birbaşa və ya dolayı Avropa İt­tifaqının 3/2 hissə büdcəsi daxil olur. 1985-ci ildə Avropa İt­ti­faqı komissiyası aqrar siyasətin perspektivləri haq­qında “Ya­şıl Kitab” hazırlamışdır. Burada aşağıdakı istiqa­mət­lər qeyd olu­nurdu:

  • Bazar qiymətlərinə uyğun səviyyəyə keçmək.

  • Daha uyğun mübadilə etmə mexanizmi və ümumi bazar şərtləri hazırlamaq.

  • Kənd təsərrüfatı məhsulları istehsal edən şəxslərin daha tez pensiya almasını təmin etmək.

  • Alternativ istehsal sahələrini inkişaf etdirmək və ge­niş­lən­dirmək.

Avropa İttifaqı sənaye siyasəti – Avropa İttifaqının texniki təsərrüfat ba­za­sının möhkəmləndirilməsi qarşılıqlı əlaqələrin ge­niş­lən­di­ril­mə­sidir. Siyasətinin əsas məqsədi Avropa dövlətlərinin sə­na­ye istehsal bazarlarının möhkəmləndirilməsi və yeni­lən­mə­si­dir. Da­xili istehsalın tam istifadəsi üçün birlik çərçivəsində struk­tur islahatları keçirilməlidir. Bunların hamısı raqabətin güclənməsi sa­yəsində baş verir.
Xarici ticari əlaqələrdə Avropa İttifaqı gömrük birliyi kimi çı­xış edir və vahid gömrük tarifinə malikdir. Burada Avropa İt­ti­faqına daxil olan ölkələrin çıxış etmək hüququ var. Ümum­dün­ya Ticarət Təşkilatına daxildir. Avropa İttifaqının ticarət si­ya­sətinin aşağıdakı məqsədləri irəli sürülür:

  • Əvvəl yaradılmış ticarət əlaqələrini möhkəmləndrimək və inkişaf etdirmək.

  • Daxili bazarın müdafiəsini təmin etmək.

  • Avropa ölkələrinin rəqabət bacarığını artırmaq və bu­nun­la yanaşı, milli bazarın maraqlarının qorunmaq.

Avropada inteqarasiya həm üfüqi, həm şaquli istiqamətlər də gedir.



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə