Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə15/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   89

56
 
 
5. Təbii mühitə dəyən ziyan 
 
Ətraf təbii mühit (ƏTM) – insanın yaşayış və is-
tehsal  fəaliyyəti  mühitidir,  buraya  süni  yaradılmış 
mühitin elementləri də aid edilir. 
Bəşəriyyət  biosferanın  övladıdır,  insan  dinamik 
mühitində  doğulur  və  formalaşır.  Cəmiyyətdə  canlı  or-
qanizmlər  və  onların  yaşayış  mühiti  qarşılıqlı    əlaqədə 
fəaliyyət göstərir. Biosfer dinamik sistemdir. Bəşəriyyət 
biosferdən kənarda mövcud ola bilməz. Biosferin qalın-
lığı (hündürlüyü) 20-30 km-dir. “Həyat təbəqəsi” əsasən 
yer  səthində  cəmlənmişdir.  Biosferin  əsas  struktur  ele-
mentləri landşaft və biogeosenozlardır.  
Təbii  ehtiyatlar  (TE)  əsasən  maddələrdən  və  təbii 
komponentlərdən, təbiətin qüvvələrindən ibarətdir. Məh-
suldar qüvvələrin indiki mərhələsində istehlak əşyası və 
ya istehsal vasitəsi kimi istifadə edilə bilər, onlar insan-
ların fəaliyyətini dəyişə bilər. 
Təbii mühitə dəyən ziyanın istiqamətləri: 
Təbii mühitə aşağıdakı istiqamətlərdə ziyan dəyir: 
1.
 
Təbii ehtiyatları hasil edərkən dəyən ziyan, itki-
lərə  yol  verilməsi.  Mineral  xammal  hasilatında–neft, 
qaz, filiz və s. meşə materialları emalında, sudan, melio-
rasiyada torpaqdan istifadə; 
2.
 
Torpağın, suyun, ətraf mühitin çirkləndirilməsi, 
eroziya, havaya zərərli maddələr buraxılması, külək, do-
lu, sel, iqlim dəyişməsi və s.; 
3.
 
Bitki və heyvanların xəstəlikləri və həm də xəs-
təlik  və  zərərvericilərlə  mübarizə  vaxtı  dəyən  ziyan 
(dərman  preparatları,  bioloji  mübarizə  vaxtı  kimyəvi, 


57
 
 
maddə və gübrələrdən istifadə zamanı ziyan); 
4.
 
Okean, dəniz, çaylar, meşələrdən səmərəsiz istifa-
də nəticəsində dəyən ziyan (zərərli maddələr) axıdılması; 
5.
 
Atom və nüvə silahlarından istifadə vaxtı dəyən 
ziyan; 
6.
 
Əhalinin ehtiyatlardan düzgün istifadə etməmə-
si və bunun nəticəsində dəyən ziyan. 
 Təbii  ehtiyatların  bəzi  komponentləri  (iqlim,  bitki 
örtüyü, torpaq və s.) insan əməyi və ilk növbədə xərc tələb 
etmir. Onlar təbii şəraiti formalaşdırırlar və cəmiyyətin hə-
yat  mühitinin  formalaşdırılmasında  iştirak  etdikləri  üçün 
çox qiymətlidirlər. Müvafiq texnologiya, əmək vasitəsi ilə 
əldə edilən təbii ehtiyatlar da təbii halda təbii eko-sistem-
ləri tamamlayırlar. Təbii ehtiyatlar insanların həyat fəaliy-
yətində həddindən artıq vacib rol oynayırlar. Odur ki, on-
ların vəziyyətindəki hər-hansı mənfi dəyişmələr hazırkı və 
gələcək nəsillərin mənafeyinin ziddinə yönəlmiş olur. 
Təbii  ehtiyatların  təsnifatı  dedikdə  təbii  mühit 
obyektlərinin  və  hadisələrinin  funksional  meyarlar 
əsasında bölgüsü nəzərdə tutulur.  
Əmələgəlmə və yerləşmə xüsusiyyətlərinə, funksi-
yasına əsasən təbii strukturlar, energetika, atmosfer, qaz, 
su,  iqlim,  rekreasiya  və  s.  ehtiyatlara  ayrılır.  Ümumiy-
yətlə,  təbii  ehtiyatlar  tükənən  (bərpa  olunan  –  bitkilər, 
su, torpaq, heyvanat aləmi, habelə tükənən, tükənən-bər-
pa olunmayan və okean enerjisi) növlərə ayrılır. Bundan 
başqa  təbii ehtiyatları  əvəzedilmə  və  mülkiyyət  meyar-
larına görə də bölmək olar. 
Təbii ehtiyatlar arasında cəmiyyətin həyatında xü-
susi rol oynayan faydalı qazıntıları qeyd etmək lazımdır. 


58
 
 
Geoloji  öyrənilmə  dərəcəsinə  görə  mineral-xammal  eh-
tiyatları aşağıdakı kateqoriyaya bölünür: 
a) son dərəcədə dəqiq kəşfiyyat aparılmış və öyrə-
nilmiş, dəqiq yayım sərhədləri müəyyən edilmiş və istis-
mara verilməsi müəyyən edilmiş ehtiyatlar
b) yayım şəraitinin aşkar edilməsinə təminat verən 
dəqiq kəşfiyyat aparılmış, öyrənilmiş, sərhədləri tam də-
qiqləşdirilmiş ehtiyatlar
c) yayım şəraitinin ümumi əlamətlərini təmin edən 
kəşfiyyat və öyrənilmə dərəcələrinə malik ehtiyatlar; 
ç)  ilkin  olaraq  tək-tək  nümunələri  məlum  olan  və 
sənaye ehtiyatı az olan ehtiyatlar.  
Göründüyü kimi yuxarıda təqdim edilən ehtiyatlar 
iqtisadi  maraqlara  görə  müəyyən  edilmişdir.  Müasir 
dövrdə təbii ehtiyatları ekoloji maraqlara görə təyin et-
mək  lazım  gəlir.  İqtisadi  əhəmiyyətinə  görə  faydalı  qa-
zıntılar  hazırkı  anda  istismarı  məqsədə  uyğun  olan  ba-
lans  və  əksinə  faydalı  maddələrin  az  olması,  yayım  şə-
raitinin  pis  (dərin)  olması  ilə  əlaqədar  istismarı  qeyri 
məqsədəuyğun olan balansarxası (balansdan kənar) növ-
lərə bölünür. 
Təbii  ehtiyatlar  iqtisadi  ehtiyatların  kapital  və 
əməklə bərabər tərkib hissəsini təşkil edirlər. Çox vaxt-
lar  təbii  ehtiyatları  təbii  kapital  (aktiv)  adlandırırlar. 
Çünki,  o  təsərrüfat  dövriyyəsinə  cəlb  olunandan  sonra 
əsas həlledici amilə çevrilir. 
Antropogen  (texnogen)  və  tibbi  (vulkan,  tayfun, 
qasırğa və s.) amillər sayəsində ətraf mühitin çirklənmə-
si baş verir, yəni təbii tarazlıq pozulur və bu ətraf mühi-
tin keyfiyyətinə mənfi təsir göstərir. Daha doğrusu, ətraf 


59
 
 
mühitin bərk, maye, qaz maddələrlə, mikroorqanizmlər-
lə  və  enerji  ilə  (şüalanma,  səs-küy)  çirklənməsi  baş  ve-
rir, bu isə insanların sağlamlığına, floraya, faunaya, eko-
sistemlərə  və  bütövlükdə  biosferə  mənfi  təsir  göstərir. 
Təbiətdən istifadə iqtisadiyyatının öyrənilmə prosesində 
aşağıdakı  kateqoriyaların  (anlayışların)  mənasının  açıl-
masına  ehtiyac  yaranır:  “iqtisadi  ziyan”,  “zahiri  effekt-
lər”, “ictimai rifah” və s. 
 
6.Təbii mühit üzərində monitorinq ekspertiza 
onun vəziyyətinin proqnoz və modelləşdirilməsi mə-
sələləri 
 
Ətraf  mühitə  təsirlərin  monitorinqi  keçirilir, 
ekoloji ekspertizası aparılır və qiymətləndirilir. 
Monitorinqin  aparılması  metodlarına  bioindikator-
lardan istifadəyə əsaslanan bioloji metod da aiddir. Möv-
cudluğu, inkişaf dərəcəsi, morfoloji, genetik, biokimyə-
vi  və  digər  əlamətləri  ilə  ətraf  mühitin,  onun  kompo-
nentlərinin vəziyyəti, spesifik xüsusiyyətləri və xassələ-
rini,  həmçinin  mühitin  antropogen  dəyişilməsini  göstə-
rən canlı orqanizmlərin növləri və ya qruplaşmaları bio-
loji indikatorlar adlanır. 
Ətraf  mühitin və  təbii ehtiyatların  monitorinqi 
aşağıdakıları nəzərdə tutur: 
- Azərbaycan Respublikasında ətraf mühitin və tə-
bii  ehtiyatların  dövlət  monitorinqi  sistemi  yaradılır  və 
fəaliyyət göstərir
- ətraf mühitin və təbii ehtiyatların dövlət monito-
rinqi  ətraf  mühitin  mühafizəsi  və  təbiətdən  istifadənin 
idarə  olunmasını,  ona  nəzarəti  təmin  edir,  müvafiq  mə-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə