Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə16/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   89

60
 
 
lumat  bankları  və  informasiya  sistemlərinin  yaradılma-
sını  nəzərdə  tutur.  Dövlət  monitorinqi  aşağıdakıları 
əhatə edir: 
1)  ətraf    mühitin  və  təbii  ehtiyatların  vəziyyəti  və 
onlara antropogen təsir edən mənbələrin üzərində müşa-
hidələr; 
2) ekzogen proseslərin yayılması, inkişafı və dina-
mikasını öyrənmək üçün müşahidələr
3) ərazilərin seysmik fəallığını öyrənmək və zəlzə-
lələrin proqnozunu vermək üçün müşahidələr; 
4) müşahidə obyektlərinin vəziyyətinin qiymətlən-
dirilməsi  və  onların  ilkin  şəraitə  nəzərən  dəyişməsinin 
araşdırılması. 
Ətraf  mühitin  və  təbii  ehtiyatların  dövlət  monito-
rinqinin  aparılması  qaydaları  müvafiq  icra  hakimiyyəti 
orqanı tərəfindən təsdiq olunmuş əsasnamə ilə müəyyən 
edilir. 
Ətraf  mühitin müəssisə  (istehsalat)  üzrə də mo-
nitorinqi  aparılır.  Burada  nəzərdə  tutulur  ki,  hüquqi 
şəxslər  (təbiətdən  istifadəçilər)  ətraf  mühitin  müəssisə 
(istehsalat)  monitorinqini,  onların  həyata  keçirdiyi 
ekoloji  cəhətdən  təhlükə  törədə  bilən  təsərrüfat 
fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını 
aparmağa  borcludurlar.  Həm  də  ətraf  mühitin  müəssisə 
(istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri 
standartlaşdırmanın və meteorologiyanın tələblərinə uy-
ğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin gös-
təriciləri  barədə  hesabat  ətraf  mühitin  mühafizəsi  sahə-
sində  Azərbaycan  Respublikasının  müvafiq  icra  haki-
miyyəti orqanlarına, onlarla razılaşdırılmış  müddətlərdə 


61
 
 
təqdim edilir. 
Ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  və  ekoloji 
ekspertiza  prosesi  həyata  keçirilir.  Bu  vaxt  ekoloji-iqti-
sadi analiz onların əsasını təşkil etməlidir. Ekoloji  eks-
pertizanın prinsipləri aşağıdakılardır: 
1. nəzərdə tutulan istənilən təsərrüfat fəaliyyətinin 
ekoloji təhlükəliliyi; 
2.  obyektin    həyata  keçirilməsindən  öncə  ekoloji 
ekspertizanın  məcburi aparılması; 
3.  təsərrüfat  fəaliyyətinin  ətraf  mühitə  təsirinin 
kompleks qiymətləndirilməsi
4.  ekoloji  ekspertiza  aparıldıqda  ekoloji    təhlükə-
sizliyi məcburi qaydada nəzərə alınması; 
5. məlumatların doğruluğu və həcmi; 
6. ekspertizanın sərbəstliyi
7.  ekspert  bağlantısının  elmi  əsaslandırılması,  ob-
yektivliyi və qanuniliyi; 
8.  aşkarlıq,  ictimaiyyətin  rəyinin  nəzərə  alınması, 
ictimai təşkilatların iştirakı; 
9. ekoloji ekspertiza iştirakçılarının onun aparılma-
sı və keyfiyyətinə məsuliyyət. 
Ekoloji  ekspertiza  –  təsərrüfat  fəaliyyətinin  ətraf 
mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticə-
lərin  aşkar  edilməsi,  qarşısının  alınması  və  proqnozlaş-
dırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlə-
rinə  və  ekoloji  tələblərə  uyğunluğunun  müəyyən  edil-
məsidir. 
Azərbaycan Respublikasında ekoloji ekspertizanın 
müvafiq  icra  hakimiyyəti  orqanı  və  ictimai  təşkilatlar 
həyata keçirirlər. 


62
 
 
Dövlət ekoloji ekspertizasının aparılması qaydaları 
qanunvericiliklə  müəyyən  edilir.  Dövlət  ekoloji  eksper-
tizasına aid edilən obyektlər barədə ekspertin müsbət rə-
yi olmadan sənaye və ərzaq məhsullarının istehsalı, işlə-
rin,  xidmətlərin  yerinə  yetirilməsi  və  ya  Azərbaycan 
Respublikasının ərazisinə gətirilməsi qadağandır. 
Yerin təkindən istifadə ilə əlaqədar olan təsərrüfat 
fəaliyyəti  ekoloji  ekspertizadan  əvvəl  qanunvericiliklə 
müəyyən edilmiş qaydada geoloji ekspertizadan keçiril-
məlidir. 
Ekoloji ekspertizanın rəyi (rəsmi sənədlər) məcbu-
ri  icra  olunmalıdır  və  onun  tələbləri  pozulduğu  halda 
məhkəmədə iddia qaldırıla bilər. 
Dövlət ekoloji ekspertizasının məqsəd və vəzifə-
ləri aşağıdakılardan ibarətdir: 
1)  Dövlət  ekoloji  ekspertizası  təsərrüfat  və  başqa 
fəaliyyətlər nəticəsində ətraf mühitə təsirin qiymətləndi-
rilməsinin dolğunluğunu, qəbul olunan qərarların ekolo-
ji təhlükəsizlik dərəcəsini, təbii sərvətlərdən səmərəli is-
tifadə  və  ətraf  mühitin  mühafizəsi  barədə  təklif  olunan 
tədbirlərin  səmərəsini  müəyyənləşdirmək  məqsədilə 
müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil olu-
nur və həyata keçirilir; 
2) Dövlət ekoloji ekspertizası ətraf mühitin müha-
fizəsi üçün zəruri tədbirlər və ətraf  mühitə təsir göstərə 
biləcək  təsadüfi  qərarlar  qəbul  olunmasının  qarşısını 
alır; 
3) Dövlət ekoloji ekspertizasının vəzifələri: 
-
 
nəzərdə tutulan və həyata keçirilən, ətraf mühitin 
vəziyyətinə və əhalinin sağlamlığına hazırda və ya gələ-


63
 
 
cəkdə  bilavasitə  və  ya  dolayısı  ilə  təsir  göstərə  biləcək, 
təsərrüfat    və  başqa  fəaliyyətlərin  ekoloji  təhlükəliliyi 
səviyyəsini müəyyən etmək; 
-
 
layihələşdirilən  təsərrüfat  və  başqa  fəaliyyətlərin 
ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  tə-
ləblərinə,  gigiyena-sanitariya  normalarına  və  qaydaları-
na uyğunluğunu qiymətləndirmək
-
 
nəzərdə tutulan ətraf mühitin mühafizəsi tədbirlə-
rinin  keyfiyyətinin  nə  dərəcədə  əsaslı  olduğunu  müəy-
yən etmək. 
Dövlət  ekoloji  ekspertizası  aşağıdakıları  rəhbər  tu-
tur: 
1)
 
beynəlxalq hüquq öhdəlikləri; 
2)
 
qanunçuluq,  elmi  əsaslılıq,  aşkarlıq  prinsipləri, 
ekoloji,  sosial,  mühəndis-texnoloji,  texniki,  arxitektura 
planlaşdırma,  iqtisadi  və  başqa  qiymətlilərin  inteqrasi-
yası prinsipləri; 
3)
 
təsərrüfat  fəaliyyətinin  ətraf  mühitə  təsirinin 
kompleks  sosial-ekoloji-iqtisadi  qiymətləndirilməsinin 
nəticələri; 
4)
 
bütün insanların sağlamlığı və rifahı üçün əlve-
rişli ətraf mühitə malik olmaq hüququnu
5)
 
indiki və gələcək nəsillərin mənafeyi naminə eko-
loji tarazlığın, genefondun və canlı təbiətin rəngarəngliyi-
nin qorunub saxlanılmasını təmin etmək zərurətini; 
6)
 
qəzaların baş verməsinin mümkünlüyünü; 
7)
 
ətraf mühitin qorunub saxlanılmasının cəmiyyə-
tin inkişafının ayrılmaz tərkib hissəsi kimi qiymətləndi-
rilməsini. 
Dövlət  ekoloji  ekspertizasının  obyektləri  aşağıda-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə