Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə14/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   89

52
 
 
sus,  öz-özünə  inkişafda  olan  elə  sistem  nəzərdə  tutulur 
ki,  insanın  müdaxiləsi  olmadan  tarazlıq  (dayanıqlı)  ha-
lında  davamiyyətini  saxlayır.  ƏMİ  çoxsahəli  sferasını 
əhatə edir və çox mürəkkəb təşkilati quruluşa malikdir.  
Makrosəviyyədə: Ətraf mühitdən istifadə xalq tə-
sərrüfatı  sahələri  kimi  təmsil  olunur,  təbii  ehtiyatların 
aşkar edilməsi, uçotu, istehsal-hasilat əməliyyatları üzrə 
qeydiyyatı,  onların  mühafizəsi  və  artırılması  (bərpası) 
ilə yanaşı, ətraf mühitin mühafizəsini də təmin edir. Bu 
sahələrin  quruluşu  təkmilləşdikcə  xeyli  mürəkkəbləşir. 
Məsələn, təbiəti mühafizə üzrə avadanlıqlar istehsalı üz-
rə maşınqayırma, cihazqayırma sənaye sahələri və s. in-
kişaf  edir,  ekoloji  xidmətlər  üzrə  sektorlar  yaradılır,  tə-
biəti  mühafizə  üzrə  dövlət  orqanlarının  təmərküzləşmə-
si, nəzarət və istehsalat funksiyalarının inteqrasiyası hə-
yata keçirilir. 
Regional  miqyasda  ətraf  mühitdən  istifadə  sahəsi 
(sferası)  regional  ekoloji  infrastruktur  müəssisələri  və 
təşkilatlarının təşəkkül tapması, zibillərin yığılması, tul-
lantılar  emalının  təşkili,  təmizləmə  üzrə  kompleks  sis-
temlərinin  yaradılması, kanalizasiya sistemləri, regional 
ekoloji monitorinq xidmətləri, xüsusi qorunan və müha-
fizə olunan ərazi şəbəkələrinin yaradılması və genişlən-
dirilməsi ilə müşayiət olunur və ya olunmalıdır.  
Mikrosəviyyədə:  Ətraf  mühit  və  təbiətdən  istifadə 
sferasına  müəssisə,  təşkilat,  ferma  və  birliklərdə  yaradıl-
mış  və  ya  yaradılmalı  ekoloji  bölmələri  (xidmət,  şöbə, 
sex və s.) aid edilir. Onların əsas vəzifələri konkret sahə-
lərdə texniki-texnoloji prosesləri xammalın xüsusiyyətlə-
rini, tullantıları, istehsal edilən məhsulun nomenklaturası-


53
 
 
nı nəzərə almaqla təbii mühiti texnogen təsirlərdən qoru-
maqdır. 
Ətraf mühitdən istifadə səmərəli və qeyri-səmərəli 
ola  bilər.  Ətraf  mühitdən  səmərəli  istifadə  əsasən  xətti 
iqtisadiyyatı dairəvi iqtisadiyyata çevirməklə ekosistem-
lərə ekoloji yükü kifayət qədər azaldır və dayanıqlı iqti-
sadiyyat  üçün  zəmin  yaradır.  Təbiətdən  və  ətraf  mühit-
dən  səmərəsiz  istifadə  isə  əksinə  ekoloji-iqtisadi  poten-
sialın  qorunmasını  təmin  etməyən  fəaliyyətdir.  Bu  isə 
çoxlu  miqdarda  antropogen  xarakterli  neqativ  təsirlərin 
ətraf  mühiti  korlamasına  səbəb  olur  (çirklənmə,  təbii 
landşaftın  pozulması,  ekosistemin  elementləri  arasın-
dakı əlaqələrin korlanması və s.). Son vaxtlar ədəbiyyat-
larda, ətraf mühitə təsir göstərən bütün neqativ proseslə-
rin məcmusunda pisləşmə, korlanma sözündən geniş is-
tifadə edilir. 
Məhz ətraf mühitdən və təbiətdən səmərəsiz istifa-
də  ekoloji  böhranlara  səbəb  olur,  külli  miqdarda  dövlət 
və ya xüsusi vəsaitlərin artıq xərclənməsi ilə nəticələnir. 
Ətraf mühitdən səmərəli istifadə isə nəinki ətraf mühitin 
tarazlığını təmin edir, eyni zamanda əlavə maddi bəhrə-
lərin əldə edilməsinə şərait yaradır, deməli, təbiətin mü-
hafizəsi təmin edilir. 
Ətraf mühitdən səmərəli istifadə iqtisadi kateqori-
ya kimi təbii ehtiyatlardan və ətraf mühitdən istifadə sa-
həsində  iqtisadi  münasibətlər  sistemini  əks  etdirir.  Tə-
biətdən  və  ətraf  mühitdən  səmərəli  istifadə  bir  sıra  sıx 
qarşılıqlı  əlaqəli  və  bir-birinin  yaranmasında  iştirak 
edən  proses  və  hadisələrdən  ibarətdir.  Ətraf  mühitdən 
səmərəli istifadə-təbii ehtiyatlardan səmərəli istifadə et-


54
 
 
mək,  ayrı-ayrı  təbii  ehtiyatların  artırılmasını  təmin  et-
mək  və  ətraf  mühiti  mühafizə  üzrə  proseslərdən  ibarət-
dir.  Bu  proseslərin  cəmi  ekoloji-iqtisadi  potensialın  op-
timal səviyyədə dəstəklənməsinə yönəlməlidir. 
Ətraf mühitdən  istifadənin konkret  sahələrində  bu 
və  ya  digər  fəaliyyət  növünə  aid  olan  spesifik  tədbirlər 
həyata  keçirilir.  “Təbiəti  mühafizə”  geniş  mənalı  anla-
yışdır.  “Təbiəti  mühafizə”də  ətraf  mühitdən  istifadənin 
bir-biri ilə əlaqəli bütün tərkib hissələri iştirak edir. Tə-
bii  ehtiyatlardan  səmərəli  istifadə  eyni  zamanda  təbii 
sistemlərə  antropogen  yükün  azalmasını  özündə  ehtiva 
edir,  yəni  müəyyən  dərəcədə  ətraf  mühitin  mühafizəsi 
funksiyasını  yerinə  yetirir.  Praktikada  ehtiyatların  məh-
dudluğu  problemləri  nəzərə  alınmalıdır.  Belə  ki,  bərpa 
olunmayan  təbii  ehtiyatların  sonunun  olduğu  və  təbii 
mühitin assimilyasiya imkanlarının məhdudluğu (tullan-
tıların  təkrar  istehsalı,  istehsalat  çirkləndirmələri  və  s.) 
özünü büruzə verir. Texnogen istiqamətli iqtisadiyyatın 
inkişafı  qlobal  ekoloji  problemlərin  yaranmasına  səbəb 
olmuşdur. Belə hallar ola bilsin ki, insanın  yaşayış  mü-
hitində dönməz dəyişikliklərə gətirib çıxara bilsin və bə-
şəriyyətin taleyi üçün təhlükə yaransın. Fəlakətli ekoloji 
vəziyyətin olacağı təhlükəsinin dərk edilməsi, təbii ehti-
yatlar potensialının məhdudluğunu nəzərə almaqla, dün-
ya  inkişafının  yeni  ssenarisini  işləyib  hazırlamaq  üçün 
əsas  təkanlardan  biri  oldu.  Cəmiyyətin  texnogen  növlü 
inkişafı  şəraitində  iqtisadiyyat  bir  neçə  mərhələdən  ke-
çir: 
1)
 
frontal iqtisadiyyat - əsas diqqət əməyə və kapi-
tala yönəldilir, təbii ehtiyatlar isə tükənməz hesab edilir; 


55
 
 
2)
 
ətraf  mühitin  mühafizəsi  nəzərə  alınmaqla  iqti-
sadi inkişaf;  
3)
 
tarazlı-müvazinətli inkişaf. 
Yer  planetinin  əhalisinin  şüurunun  ekolojiləşdiril-
məsində  ətraf  mühitin  mühafizəsi  üzrə  birinci  Ümum-
dünya  konfransının  (5  iyun  1972-ci  ildə  Stokholmda 
açılmışdır)  və  Roma  klubunun  məruzələrinin  böyük 
əhəmiyyəti olmuşdur. Həmin klubun bir çox məruzələri 
dünya  inkişafının  nəzəriyyəsinə  və  metodologiyasına 
böyük hədiyyə olmuşdur. Ən məşhur məruzə “İnkişafın  
hüdudları (sərhədləri)”  kimi  məlumdur. Dünya  dinami-
kası  modelinin  müxtəlif  variantları  göstərirdi  ki,  təbii 
ehtiyatların  tükənməsi  və  ətraf  mühitin  çirklənməsinin 
artması  nəticəsində  XXI  əsrin  ortalarına  yaxın  Yer 
üzündə  dünyəvi  fəlakət  baş  verə  bilər.  Yeganə  məqbul 
variant kimi “sıfır inkişaf” variantı qəbul edilə bilər. Bu-
nun  üçün  əhalinin  sayı  sabitləşməli,  sənayenin  inkişafı 
dayandırılmalıdır  və  s.  Lakin  irəli  sürülən  təklifləri  bə-
şəriyyət  qəbul  etmədi.  Bəşəriyyətin  gələcək  inkişaf  va-
riantlarının axtarışı davam edirdi.  BMT-nın tapşırığı ilə 
Ətraf  Mühit  və  İnkişaf  üzrə  Beynəlxalq  Komissiya 
(ƏMİBK) “Bizim ümumi gələcəyimiz” adlı məruzə ha-
zırladı (1987) və “Sabit inkişaf” konsepsiyasını təklif et-
di.  Q.X.Brutland  ətraf  mühitin  mühafizəsi    sahəsində 
uzun  müddətli strategiya təklif edilirdi ki, bu da  dünya 
iqtisadiyyatının  sabit  inkişafını  uzun  dövr  üçün  təmin 
etməyə,  ekoloji  problemlərin  üsul  və  vasitələrini  nəzər-
də keçirməyə imkan verirdi. 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə