Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə12/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   89

44
 
 
yaranır. Bu cəhətdən iqtisadiyyatla ekologiya bir-biri ilə 
bağlı  kateqoriya  olub,  vəhdət  təşkil  edir.  Lakin  ilk  ba-
xışda iqtisadiyyatın ekologiya ilə heç bir əlaqəsi olmadı-
ğı    görünür.  Tarixi  baxımdan  da  iqtisadiyyat  ekoloji 
göstəricilərlə müqayisədə nisbətən sərbəst inkişaf etmiş-
dir.  Bununla  yanaşı  cəmiyyət  bütün  tarixi  dövrlərdə  tə-
bii ehtiyatlardan asılı vəziyyətdə olmuş və ondan istifa-
də etməklə öz tələbatını ödəmişdir. İqtisadiyyatla  eko-
logiya  arasında  əlaqə insanın dəyişdirdiyi təbii aləmin 
onun  təsərrüfatına  əks  təsiri  aydın  olandan  sonra  dərk 
olunmağa  başlanmışdır.  Ekologiyalaşdırılmış  iqtisadiy-
yatda  istehsalın  məqsədi  ekologiyanın  prinsipləri  və 
məhsuldar qüvvələrin ən vacib tərkib hissəsi sayılan işçi 
qüvvəsinin    sağlamlığı  üçün    təhlükəsiz  olan  əmək  şə-
raiti  ilə  müəyyən  olunmalıdır.  Eyni  zamanda  iqtisadiy-
yat yalnız gəlir mənbəyi deyil, ümumi ekoloji hadisələri 
özündə  cəmləşdirməklə  onların  həllinə  şərait  yaradır. 
Müxtəlif  növ  təbii  ehtiyatlardan  istifadə,  həmçinin  ayrı-
lıqda iqtisadi sahələrin formalaşmasına zəmin yaradır. İq-
tisadi  sahələrin  meydana  gəlməsi  özü  ilə  bərabər  müəy-
yən dərəcədə çirklənmə mənbəyi yaradır. İqtisadi amillə-
rin    təsiri  altında  yaranan  ekoloji  problemlər  iqtisadi  sa-
hələrdən əldə olunan gəlirlər vasitəsilə həll olunur. 
İqtisadiyyatın  ekologiyalaşdırılmasının  bu  gün 
üçün ən vacib zəmini aşağıdakılardır: 
1.  təbiətdən  səmərəli  istifadənin  hüquqi  və  təşkili 
şəraitinin formalaşması; 
2.  iqtisadiyyatı  təbiətqoruyucu  əsasa  keçirməkdən 
ötrü elmi-texniki potensialın yaradılması; 
3. təbii ehtiyatların tam dəyərini göstərmək məqsə-


45
 
 
dilə məhsul  istehsalının uçot sisteminin tənzimlənməsi. 
Dünya iqtisadiyyatı qarşısında duran ən vacib mə-
sələ ekoloji xərclərin istehsal məhsullarının maya dəyə-
rinə daxil edilmək yollarının müəyyən edilməsidir. Əgər 
xammalın və  hazır  məhsulun  üzərinə sosial xərclər əla-
və  edilməsə  və  əgər  istifadə  edilən,  həmçinin  hazırda 
pulsuz  olan  hava,  su  və  torpaq  sərvətlərinin  dəyəri 
müəyyən edilməsə, bu ehtiyatlar bundan sonra da səmə-
rəsiz  istifadə  ediləcəkdir.  Nəticədə  çirklənmə  dərəcəsi 
artmaqda  davam  edəcəkdir.  İqtisadçı  yeni  texnologiya 
kəşf  edə  bilməz.  Lakin  o,  texnologiyanın  dəyişməsini, 
istehsalın  ekoloji  nəticələrini  mühitin  çirklənməsinin 
azalma  ya  çoxalmasını  ətraf  mühit  və  təbii  ehtiyatların 
istifadəsinin vəziyyətini izah və ya xəbərdarlıq edə bilər. 
Hal-hazırda ekoloji-iqtisadi  sistem (EİS) nəzəriy-
yəsi  geniş  yayılır  və  bu  ifadə  iqtisadiyyatın  və  təbiətin 
inteqrasiyası ideyasını birləşdirir. Ekosistemlərdən fərq-
li olaraq EİS qapalı xarakter daşımır və aşkarlığa malik-
dir. EİS-in inkişafının vacib vəzifəsi ondan ibarətdir ki, 
təbii şəraitdən səmərəli istifadə olunsun, istehsalat daha 
qapalı bir sistemə çevrilsin. 
EİS  üç  əsas  toplayıcıdan  (tərkib  hissəsindən) 
ibarətdir: ətraf təbii mühit, cəmiyyət, həyat fəaliyyə-
ti.  Hər  üç  komponent  maddələrin  təbiətdə  dövriyyəsi 
vasitəsilə bir-biri ilə əlaqədar olmaqla cəmiyyətdə funk-
sional təlimat yaradır. 
Ətraf  mühitdən  istifadə  prosesi  həmişə  hər-hansı 
bir  ərazi  çərçivəsində  (daxilində)  həyata  keçirilir  və 
odur  ki,  regional  EİS  ayırmaq  lazım  gəlir.  Bu  sistemin 
strukturu özündə 6 prosesi əks etdirir. Həmin proseslər-
də müvafiq əlaqələr yaradırlar: 


46
 
 
1.
 
istehsalat və xidmətlə bağlı sosial-iqtisadi əlaqələr; 
2.
 
ekosistemlərdə (biosenozlarda) yaranan əlaqələr; 
3.
 
ətraf  mühitdən  iqtisadi-ekoloji  sferaların  yarat-
dığı sintetik əlaqələr
4.
 
ekoloji-iqtisadi  təbiətdən  istifadə  və  təsərrüfat 
fəaliyyətinin  digər  növlərinin  ƏTM  təsiri  ilə  yaranan 
əlaqələr; 
5.
 
sosial-ekoloji  ƏTM  insanların  sağlamlığına  və 
həyat fəaliyyəti şəraitinə təsiri ilə yaranan əlaqələr;  
6.
 
ekoloji və atropogenləşmiş şəraitin ətraf mühitə 
təsiri ilə yaranan əlaqələr. 
Ekoloji-iqtisadi  sistemdə  qarşılıqlı  əlaqələrin  dərk 
edilməsi  sayəsində  ekoloji-iqtisadi  proqnozlaşdırma  in-
kişaf  etməkdədir.  V.İ.Vernadski  biosferin  yeni  bir  və-
ziyyətə  keçməsini  qabaqcadan  xəbər  verdi.  Həmin  yeni 
vəziyyəti  V.İ.Vernadski  “Noosfera”  adlandırdı.  Onun 
fikrincə  insan  ən  güclü  geoloji  qüvvəyə  (amilə)  çevrilir. 
Noosfera  (yeni  qabıq,  təbəqə)  –  dərrakə  (zəka)  sferası 
mənasını da ifadə edir. Bu sfera biosferin inkişafının yeni 
mərhələsidir, daha doğrusu cəmiyyət və təbiət arasındakı 
münasibətlərə ağıllı nəzarət etmək mərhələsidir. Noosfer-
də  insanın  dərrakəli  fəaliyyəti,  inkişafı  və  təbiəti  istiqa-
mətləndirən  qüvvəyə  çevrilir.  Cəmiyyətlə  təbiətin  birgə 
inkişaf prosesinə koevolyusiya (birgə təkamül) deyilir. 
Təbii  elementlərin,  xassələrin  və  hadisələrin  tam 
(bütöv) cəmini səfərbər edərkən, hərəkətə gətirərkən, iq-
tisadiyyatın  fəaliyyətinin  təmini  üçün  istifadə  edərkən, 
bu  özünü  təbii  bir  potensial  kimi  büruzə  verir.  Həmin 
potensial  “Ekoloji-iqtisadi  potensial”  adlanır  və  iqtisa-
diyyatın inkişaf imkanlarını müəyyən edir. Təbiət iqtisa-


47
 
 
diyyat hüdudlarından kənarda yerləşərək, potensial kimi 
özünü büruzə verir. Təbii potensial bir tərəfdən təbii eh-
tiyatların  potensialı  kimi,  digər  tərəfdən  iqtisadiyyatın 
ümumi  şəraiti,  yəni  sərvətlərin  istehsalata  və  istehlaka 
cəlb  edilmə  imkanları,  emal  prosesi,  tullantıların  qəbul 
yeri  kimi,  daha  doğrusu  “Ekoloji  potensial”  kimi  təza-
hür edir. 
Təbiətin  bir  sıra  obyektlərini  eyni  zamanda  həm 
ehtiyatların  potensialı,  həm  də  ekoloji  potensial  kimi 
qiymətləndirmək  olar  (meşə,  atmosfer,  hidrosfer  və  s.). 
Təbii  ehtiyatlar  potensialı  və  ekoloji  potensial  ictimai 
təkrar  istehsal  zamanı  onlara  yanaşmadan  (münasibət) 
asılı olaraq bir-birindən fərqlənirlər. Təbii ehtiyatlar po-
tensialı  adətən  ictimai  məhsulun  substansiyası  kimi  tə-
zahür edir lakin, onun  istifadəsi əməyin ilkin  sərfini tə-
ləb  edir.  Ekoloji  potensial  təbii  ehtiyatlar  potensialının 
elementlərinin  iqtisadi  dövriyyəyə  cəlb  edilməsinin  za-
hiri  şəraitini  təmin  edir  və  bununla  əlaqədar  müəyyən 
şərait yaranır. Ekoloji potensial öz yararlığını ilkin xərc 
sərf  etmədən  müəyyən  anadək  göstərir.  Təbii  ehtiyatla-
rın  ayrı-ayrı  hissələri  adətən  ayrıca  istifadə  edilir  və 
mülkiyyət  obyektinə  çevrilir,  yəni  müvafiq olaraq  alqı-
satqı obyekti olurlar. 
Ekoloji-iqtisadi  potensial  təbiət  obyektlərinin  icti-
mai  istehsalda  yalnız  iştirak  etmək  və  insanların  həyat 
fəaliyyətini təmin etmək imkanlarını ifa edirlər. Bu pro-
sesdə  imkan  zərurətə  çevrilərkən,  təbiət  elementləri-tə-
bii şəraitdən məhrum edilirlər. 
İqtisadi  ekologiyalaşdırma  əsas  istehsal  sahələ-
rində,  həmçinin  əhali  tərəfindən  ekoloji  sahədə  maarif-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə