Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə23/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   89

88
 
 
rə  malikdirlər.  Dünya  təcrübəsində  suyun  ozonlaşdırıl-
ması üsulundan da istifadə edilir. 
Su mühitinə suyun təbii tərkibini dəyişdirən müx-
təlif  maddələrin  daxil  olması  təbii  ekosistem  və  insan 
üçün ciddi təhlükə törədir. Hazırda dünya su hövzəsinə 
hər il 30 mindən artıq müxtəlif  adlı kimyəvi birləşmələr 
atılır ki, onların miqdarı 1,2 mlrd. tona qədərdir. 
Hidrosferin karbohidrogenlərlə çirkləndirilməsi bö-
yük  təhlükə  yaradır.  Burada  əsas  yeri  tankerlərdə  baş 
verən  qəzalar,  habelə  indiyə  qədər  neft  gəmilərinə  tan-
kerləri  yuduqdan  sonra  çirkli  suları  dənizə  atmaq  üçün 
verilən icazə tutur. 
Su hövzələrində nazik neft qatı oksigenin daxil ol-
masına  mane  olur  və  beləliklə,  onlarda    mühüm  fiziki-
kimyəvi proseslərin  gedişatını pozur. 
Neftin çox miqdarda su hövzələrinə axını regio-
nal miqyasda ekoloji fəlakətə səbəb olaraq, quşların, də-
niz  heyvanlarının  kütləvi  məhvinə,  balıq  sənayesinin 
böhranına  səbəb  olur.  1967-ci  ildə  117  ton  xam  neft 
yüklənmiş –tanker İngiltərə sahillərində qəzaya uğradığı 
zaman  bütün  neft  dənizə  tökülmüş  və  nəticədə  yalnız 
dəniz quşlarının 8000-i məhv olmuşdu. Üzvi maddələrlə 
zəngin  olan  tullantıların,  çirkab  sularının  hidrosferaya 
atılması bu ekosistemlərdə pozğunluqlara gətirib çıxarır. 
Əlbəttə, təbiət özünü müdafiə  etməyə  çalışır  və  məlum 
hədlərə  qədər  ona  özünübərpaya  müyəssər  olur.  Çirk-
lənmə  halında  çayın  axarı  boyunca  4  ardıcıl  zona  fərq-
ləndirilir: 
- tənəzzül (pisləşmə) zonası – burada çay suyu pol-
lyutantlarla (yəni həyat mühitini çirkləndirən maddələr-


89
 
 
lə) qarışır; 
-  aktiv  pozulma  (çürümə,  tərkib  hissələrinə  ayrıl-
ma) zonası – burada göbələk və bakteriyalar  üzvi  mad-
dələri dağıdırlar; 
- bərpa zonası; 
- təmiz su zonası. 
Su hövzələrinin fiziki çirklənməsi fiziki, tempera-
tur – energetik, radiasiya parametrlərində baş verən də-
yişikliklərlə bağlıdır. 
İstilik çirkləndirməsi süni enerji mənbələrindən is-
tifadə zamanı mühitə əlavə istiliyin daxil olması ilə baş 
verir. Aydındır ki, əlavə istilik ekosistemlərin enerji ba-
lansına əhəmiyyətli dərəcədə təsir edir. Belə ki, elektrik 
stansiyalarında  kondensatorların  soyudulması  çay  sula-
rının  yaxın  gələcəkdə  həddindən  artıq  istiləşməsinə  sə-
bəb olacaqdır. 
Suyun hərarəti bitki və heyvanların yaşamasına tə-
sir  edən  əsas  amillərdəndir.  Elektrik  stansiyalarından 
daxil  olan  istilik  çox  hallarda  orqanizmlərin  normal 
mövcudluğu həddini aşır.  
Dünya sularının radioaktiv maddələrlə çirklən-
dirilməsi  də  bəşəriyyət  üçün  böyük  təhlükə  törədir.  Bu 
cür çirklənmənin əsas mənbələri aşağıdakılardır: 
-
 
nüvə  silahının  sınaqdan  keçirilməsi  nəticəsində 
çirkləndirmə (1963-cü ilə qədər bu sınaqlar atmosferdə 
keçirilirdi); 
-
 
bilavasitə dənizə atılan radioaktiv tullantılar vasi-
təsilə çirkləndirmə; 
-
 
irimiqyaslı  radiasiya  qəzaları  (atom  reaktoru  ilə 
işləyən  gəmilərin  qəzaya  uğraması  (məsələn  “Kursk” 


90
 
 
sualtı gəmisinin qəzaya uğraması 2001-ci il); 
-
 
su  hövzələrinin  dibində  radioaktiv  tullantıların  
basdırılması. 
İngilis və fransız atom zavodlarının tullantıları de-
mək  olar  ki,  bütün  Şimali  Atlantikanı,  xüsusilə  Şimal, 
Norveç,  Qrenland,  Barents  və  Ağ  dənizləri  radioaktiv 
elementlərlə çirkləndirmişlər. Şimal Buzlu okeanının ra-
dioaktiv tullantılarla çirkləndirilməsində isə Rusiya özü-
nəməxsus rol oynamışdır. 
 
5.  Ətraf mühitin mühafizəsinin iqtisadi 
qiymətləndirilməsi 
 
Energetika sənayesinin hədsiz inkişafı bərpa olun-
mayan  təbii  ehtiyatların  istehlakı  və  bərpa  olunan  ehti-
yatların intensiv istifadəni (hava, su) gücləndirmiş, ətraf 
mühitə  külli  miqdarda  istiliyin,  transformasiyaya  uğ-
ramış  maddələrin,  aerozol  hissəciklərinin,  bir  sözlə  in-
san orqanizminə və ətraf mühitə təhlükəli təsir göstərən 
maddələrin daxil olması ilə nəticələnir. 
Müasir  elmi-texniki  məlumatların  ümumiləşdiril-
məsi göstərir ki, ətraf mühitin çirkləndirilməsinin əsas 
mənbəyi  “klassik”  energetika  (45%)  və  kənd  təsərrü-
fatıdır  (40%);qalan  çirklənmə  isə  sənaye  və  kom-
munal  məişət  tullantılarıdır  (15%).  Tullantı  növ-
lərindən  isə  tüstü  mənşəli  qazlar  (50%)  təşkil  edir. 
Bununla  yanaşı,  müasir  elmi-texniki  tərəqqinin  nailiy-
yətləri vasitəsilə bu zərərli təsirlərin aradan qaldırılması 
imkanları  genişlənir.  İnsanla  təbiətin  qarşılıqlı 
münasibətləri  nəticəsində  əmək  məhsuldarlığı  artaraq, 
insanların  tələbatının  ödənilməsi  və  istehsalda  istifadə 


91
 
 
olunan  təbii  xammala  qənaət  olunması  imkanı  yaranır. 
Məsələn,  emal  sənayesi  məhsulun  1%  artımına  ilkin 
xammalın    0,45%  artımı  müvafiq  gəlir.  Daha  doğrusu 
elmi-texniki  amil  ilkin  xammalın  fiziki  həcmini  10% 
qənaətinə imkan verir. Gələcəkdə tətbiq edilən yeni tex-
nologiya üsulları bu qənaəti daha da artıracaqdır. 
Ətraf mühitin çirklənməsinin digər cəhəti də bun-
dan ibarətdir ki, hər hansı bir təsərrüfat sahəsinin mühiti 
çirkləndirilməsi  dərhal  başqa  sahələrə  öz  mənfi  təsirini 
göstərir.  Məsələn,  hər  hansı  sənaye  müəssisələrinin 
suyu,  torpağı  və  ya  havanı  çirkləndirməsi,  bu  təbii 
vəsaitlərdən istifadə edən təsərrüfat sahələrinə ziyan 
vurur, insanların sağlamlığına təsir edir. Nəticədə öl-
kəyə ümumi sosial-iqtisadi zərər dəyir ki, çox zaman 
belə zərəri ölçü vahidləri ilə ifadə etmək çətin olur. 
Dünya sənaye və kənd təsərrüfatı istehsalının miq-
yası və xüsusiyyətlərində baş verən böyük dəyişikliklər, 
ətraf mühitin qorunub saxlanmasında bilavasitə əhəmiy-
yəti  olan  texnika  və  texnologiyadakı  dəyişikliklərdə  öz 
əksini yaxşı tapmamışdır. 
Nəticədə  bütün  dünyada  təbiətdən  istifadənin  bir 
sıra  yeni  problemləri  ortaya  çıxmış  və  ənənəvi  köhnə 
problemlər  kəskinləşmişdir.  Gözlənildiyinə  görə  mine-
ral  ehtiyatlarından  istifadənin  dünya  üzrə  inkişafının 
müasir sürəti şəraitində onun fiziki həcminin ikiqat art-
ması hər 30 ildən bir təkrarlanacaqdır. Yanacaqdan isti-
fadənin ikiqat artması isə daha qısa müddəti əhatə etmə-
lidir.  İstehsalın  və  emalın  belə  surətli  artması  ətraf  mü-
hitin çirklənməsinə və ekoloji münaqişənin güclənməsi-
nə gətirib çıxara bilər. 
Qara  və  əlvan  metallurgiya  müəssisələrində,  İES-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə