Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə11/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   89

40
 
 
tehsal  funksiyasının  genişləndirilmiş  formasıdır.  Lakin 
daxil edilən yeni parametrlər təbii ehtiyatlar və institusi-
ya amili prinsipial xarakter daşıyır. 
İnstitusiya  amili  dayanıqlı  inkişaf  üçün  vacib  bir 
elementdir.  Mədəni  ənənələr,  din,  mülkiyyət  institutları 
və  s.  çox  vaxt  ekoloji-iqtisadi  siyasətin  seçilməsinə  bö-
yük  təsir  göstərirlər.  Məsələn,  bir  çox  şərq  ölkələrində 
su Allah tərəfindən əta olunmuş təbii sərvət hesab edilir 
və  ondan  istifadə  üçün  qiymət  qoymaq  olmaz.  Ekoloji-
iqtisadi anlayışlara din də böyük təsir göstərir. Məsələn, 
xaçpərəstlərə  sahibkarlığın sürətli inkişafı, bugünkü gə-
lir, fərdi davranış daha çox xas olan xüsusiyyətdir. Bud-
dizm isə vaxtla əlaqə və təbiətə yaxınlığı ilə xarakterik-
dir. Bütün bunlar hər bir ölkədə dayanıqlı inkişaf  tipi-
nin kifayət qədər fərdi olmasını (ümumi prinsipləri sax-
lamaqla) şərtləndirən amillərdəndir. 
Bütövlükdə, ƏMİ-nın əməli aspekti üç qrup prob-
lemi özündə birləşdirir:  
1) Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsini;  
2)  Ətraf  mühitin  çirklənməsindən  dəyən  iqtisadi 
zərərin qiymətləndirilməsini (hesablanmasını); 
3) Ekoloji amillərin təsərrüfat mexanizminə və cə-
miyyətdə qərarların qəbul edilməsinə cəlb edilməsini. 
T.Titenberq hesab edir ki, ƏMİ eyni dərəcədə həm 
nəzəri,  həm  də  təcrübi  elm  sahəsidir.  O,  nəinki  yalnız 
ekoloji-iqtisadi analizin fundamental prinsiplərini,  həm 
də  ekoloji  tənzimləmə  tədbirlərini  əhatə  edir.  ƏMİ  tə-
biətdən və ətraf mühitdən istifadədən başqa, iqtisadi nə-
zəriyyə (tələbatla məhdud resurslar arasındakı ziddiyyət, 
zahiri  səmərə,  tələb,  təklif  və  s.),  funksional  və  sahələr 
üzrə iqtisadi məsələlər (maliyyə, statistika, meşə iqtisa-


41
 
 
diyyatı və s.), sosial və iqtisadi coğrafiya, habelə bir sıra 
təbiət  (ilk  növbədə  ekologiya)  və  texniki  elmlərlə  sıx 
əlaqədardır.  
ƏMİ  fənninin  predmeti  abstraksiyanın  ən  yüksək 
səviyyəsində, xalq təsərrüfatı (makroiqtisadi) mövqedən 
və  iqtisadi-ekoloji  prioriteti  nəzərə  almaqla  bütün  təbii 
mühiti əhatə edir. Eyni zamanda bu elm sahəsi həm də 
mikroiqtisadi  prosesin  analizindən,  ekoloji  sahibkarlıq 
problemlərindən, ekoloji marketinqdən və s. bəhs edir. 
ƏMİ-na dair tədqiqatlarda bir çox elm sahəsin-
də tətbiq edilən üsullardan istifadə edilir. Ilk növbədə 
dialektik, balans, normativ, sistemli, riyazi, statistik, 
xəritələşdirmə,  modelləşdirmə  və  s.  metodlardan  isti-
fadə  edilir.  Onun  metodoloji  aspektləri  hazırda  proq-
ram-məqsədli  optimallaşdırma  hesabına  təzələnməkdə-
dir. ƏMİ  obyektivlik, elmilik və tarixilik prinsipləri üz-
rə formalaşmaqdadır. 
ƏMİ  mütəhərrik  inkişafda  olan  bir  elm  kimi  yeni 
analitik  üsullar,  konsepsiyalar,  ideyalar  üçün  aşkarlıq 
nümayiş  etdirir.  Bu  onunla  əlaqədardır  ki,  ətraf  mühit-
dən istifadənin iqtisadiyyatı və ekoloji əsasları elmləra-
rası  bir  sahədir  və  çox  mürəkkəb  ekoloji-iqtisadi  prob-
lemləri əhatə edir.  
Tarazlı (davamlı) inkişafın müasir anlamı elə gös-
təricilərlə  səciyyələnməlidir  ki,  bu  və  ya  digər  ölkədə 
gələcək  nəsillərin  mənafeyini  təyin  etmək  əsas  vəzifə 
kimi qarşıya qoyulsun. Davamlı inkişafı daha dəqiq təh-
lil etmək  üçün “zəif” və “güclü”  sabitlik anlayışlarından 
istifadə edilir. Əgər iqtisadi inkişaf ehtiyatların tükənmə-
sinə səbəb olursa, onda gələcək nəsillər üçün kompensa-
siya nəzərdə tutulmalıdır. Yəni, əsas kapital digər forma-


42
 
 
da başqa bir kapitalla istehsalat,  bəşəri və ya təbii kapita-
lın hər-hansı bir forması ilə əvəz olunmalıdır. 
 
Sxem 1.  
“Tarazlı inkişaf” konsepsiyasının sxematik təsviri 
 
 
 
Əsas kapitalın saxlanması qaydası kapitalların bir-
birini əvəz etməsinə yol verir (bax: sxem 1 ). Vəziyyət, 
şərait sabit hesab edilir o zaman ki, təbii kapitalın tükən-
məsi  renta  gəlirləri  qoymasında  insan  tərəfindən  yarı 
azalmış  kapitalın  üzərinə  kompensasiya  şəklində  artım 
kimi  qoyulsun  (Xartvin    qaydası).  Bu  məhz  zəif-ibtidai 
tarazlı variantı səciyyələndirir. Güclü-yüksək tarazlıq tə-
rəfdarları hesab edirlər ki, inkişafın bütün mərhələlərin-
də təbii kapital tamamilə görünsün,  yaxud insanın inki-
şafı üçün və bütöv ekosistemin mühafizəsi üçün təminat 
yaradılsın. 
Beləliklə, “tarazlı (davamlı) inkişaf” o vaxt olar ki, 


43
 
 
təbii kapital tükəndikcə bərpa olunsun və  ya süni surət-
də  yaradılmış  kapital  əvəz  edilsin  lakin,  aşılanmasın. 
Başqa sözlə, bəşəriyyət təbii kapitalın üzərinə gələn hər 
hansı bir faizlə yaşamalıdır və gələcək nəsillər qarşısın-
da borclu qalmamalıdır. “Davamlı inkişaf” konsepsiyası 
üç əsas məqsədin vahid bir sistemə birləşməsi sayəsində 
meydana çıxmışdır. İqtisadi, sosial, ekoloji. Bu element-
lərin bir-biri ilə qarşılıqlı əlaqəsi tarazlı inkişafın vəzifə-
lərini müəyyənləşdirir. 
 
3. Ekoloji-iqtisadi sistem. İqtisadi inkişafın 
ekologiyalaşması 
 
Ekonomika  və  ekologiya  sözləri  arasındakı  dərin 
əlaqə  adlarından  da  görünür.  Ekologiya  yunancadan 
hərfi tərcümədə ev, iqtisadiyyat isə ev təsərrüfatının 
idarə  edilməsi  mənasını  bildirir.  İqtisadiyyat  müasir 
anlamaya  görə  istehsal  şəraitini  və  onun  formalarını, 
əmtəə  mübadiləsini,  o  cümlədən  onun  paylanmasını 
əhatə edir. İstənilən ölkənin iqtisadiyyatı çox böyük sis-
tem  olub,  müxtəlif  sahələrdən  ibarətdir.  İqtisadiyyatın 
hər bir halqası sistemin komponenti kimi başqalarından 
nə isə almaqla mövcud ola bilər. İqtisadiyyat özünün in-
kişafına  görə  daha  qədim  olmasına  baxmayaraq  müəy-
yən  inkişaf  mərhələsində  ətraf  mühitə  təsiri  güclənmiş-
dir.  Xüsusi  ilə  sənayenin  və  kənd  təsərrüfatının  sürətli 
inkişafı ətraf mühitə külli miqdarda tullantıların atılma-
sına şərait yaratmışdır. Həmin tullantıları aradan qaldır-
maq  üçün  ekologiya  elminin  nailiyyətlərindən  istifadə 
olunmaqla ətraf mühitin mühafizəsi üçün əlverişli şərait 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə