Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə17/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   89

64
 
 
kılardır: 
1)
 
ölkə  və  iqtisadiyyat  sahələri  üzrə    məhsuldar 
qüvvələrin inkişafına və yerləşdirilməsinə dair dövlət və 
yerli proqramların layihələri
2)
 
iqtisadiyyat obyektlərinin və komplekslərinin ti-
kintisinin  (yenidən  qurulmasının,  genişləndirilməsinin, 
yeni texnika ilə təchiz edilməsinin) və ləğv olunmasının 
texniki-iqtisadi əsaslandırmaları (hesablamaları), layihə-
ləri,  ətraf  mühitə  təsirinin  qiymətləndirilməsi  (ƏMTQ) 
sənədləri; 
3)
 
yeni  texnikanın,  texnologiyanın,  materialların 
və maddələrin yaradılmasına, o cümlədən başqa ölkələr-
dən idxal edilməsinə dair sənədlər
4)
 
təsərrüfat  fəaliyyəti  və  ya  fövqəladə  vəziyyət 
nəticəsində yaranmış ekoloji şərait
5)
 
regionda, ayrı-ayrı təbiət obyektlərində və kom-
plekslərində (ekosistemdə) ekoloji şərait və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


65
 
 
III FƏSİL.  
TƏBİİ PROSESLƏRİN POZULMASININ CANLI 
ALƏMİN SAĞLAMLIĞINA MƏNFİ TƏSİRİ 
 
1.
 
Ətraf mühitin mühafizəsi; 
2.
 
Ətraf mühitin planlaşdırılması və idarə olunması; 
3.
 
Ətraf mühitə təsirin qiymətləndirilməsində indi-
katorlar, nöqsanlar  və risklər
4.
 
Təbii  proseslərin  pozulmasının  canlı  aləmin 
sağlamlığına mənfi təsiri; 
5.
 
Ətraf mühitin mühafizəsinin iqtisadi qiymətlən-
dirilməsi. 
 
1. Ətraf mühitin mühafizəsi 
 
Ekoloji  problemlərin  qlobal  xarakter  daşıması 
bu problemin həlli üçün ətraf mühitin qorunması is-
tiqamətində tədbirlər sisteminin (iqtisadi, texniki, el-
mi,  hüquqi,  tərbiyəvi)  həyata  keçirilməsində  geniş 
beynəlxalq  əməkdaşlığı  tələb  edir.  Ətraf  mühitin  mü-
hafizəsi  üzrə  əməkdaşlıq  hələ  100  il  əvvəl  yaranmışdır. 
BMT  bu  məsələyə  daim  diqqət  yetirir.1962-ci  ildə  
BMT-nin  XVII  Baş  Məclisində  “ekoloji  inkişaf  və  tə-
biətin  mühafizəsi”  adlı  xüsusi  qətnamə  qəbul  olundu. 
Bu qətnamədə qeyd edilir ki təbiətin mühafizəsi BMT–
yə  üzv  olan  bütün  dövlətlərin  bilavasitə  vəzifəsidir  və 
təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iq-
tisadi inkişafla birgə eyni zamanda aparılmalıdır. Suyun 
kompleks  istifadəsi  və  mühafizəsi,  torpağın  qorunub 
saxlanması,  bərpası  və  münbitliyinin  artırılması,  meşə-


66
 
 
lərin və heyvanat aləminin mühafizəsi BMT-in ərzaq və 
kənd təsərrüfatı  məsələləri üzrə təşkilatının  diqqət  mər-
kəzindədir. 
Ümumdünya  səhiyyə  təşkilatı  sağlamlığın  ətraf 
mühitin vəziyyətindən asılılığı ideyasını öyrənir. Məlum 
olduğu  kimi  “ətraf  təbii  mühit”  təbii  və  antropogen 
amillərin  məcmusunu  təşkil  edir.  Təbii  amillər  ərazinin 
iqlim,  geoloji  və  bioloji  xüsusiyyətlərini  insana  təsirini 
səciyyələndirir.  V.P.Protosova  görə  (2000)məişət-mən-
zil  şəraiti,  geyim,  qidalanma,  su  ilə  təmin  olunma  xid-
mət sferi strukturunun inkişaf dərəcəsi, istirahətlə təmin 
olunma  və  ondan  istifadə  etmək  vasitəsilə  insana  təsir 
göstərir.  İnsan  həyata  qədəm  qoyduğu  vaxtdan  daima 
həyat  uğrunda  təbiətin  əlverişsiz  şəraiti  ilə  təbii  fəlakət 
amillərinə qarşı  mübarizə aparmaqla  qarşılaşmışlar. Ət-
raf  mühit  fiziki,  kimyəvi,  iqlim,  bioloji  və  digər  para-
metrləri ilə bioloji növlərin təkamülü baxımından nisbə-
tən mühafizəkardır.  
Ətraf  mühitin  ekoloji  tarazlığın  mühafizəsi  sahə-
sində  ekoloji  təhlükəsizliyin  təmin  edilməsindən,  təbii 
ekoloji sistemlərə təsərrüfat və başqa  fəaliyyətin zərərli 
təsirinin  qarşısının  alınmasından,  bioloji  müxtəlifliyin 
qorunub saxlanılmasından, ətraf mühit və təbiətdən isti-
fadənin səmərəli təşkilindən ibarətdir. 
Ətraf  mühitin  keyfiyyətinin  yaxşılaşdırılması,  təbii 
ehtiyatların  səmərəli  istifadəsi  və  bərpası,  ətraf  mühitin 
mühafizəsi  sahəsində  qanunçuluğun  və  hüquq  qaydaları-
nın  möhkəmləndirilməsi  məqsədilə  cəmiyyətlə  təbiətin 
qarşılıqlı əlaqəsinin tənzimlənməsi “Ətraf Mühitin Müha-
fizəsi” haqqında qanunla həyata keçirilir (4 avqust 1999).  


67
 
 
Ətraf mühitin mühafizəsi ilə əlaqədar aşağıdakı 
əsas anlayışlardan istifadə edilir: 
-
 
ətraf  mühit  –  insan  fəaliyyətindən  asılı  olmaya-
raq onu əhatə edən canlı və cansız təbiətin məcmusu
-
 
ekologiya - ətraf mühitin tarazlığını və bu tarazlı-
ğın  pozulmasına  təsir  edən  təbii  amillər  və  antropogen 
(insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elm
-
 
təbii ehtiyatlar – insanların ehtiyaclarını ödəmək 
üçün ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntı-
lar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri
-
 
ətraf  mühitin  mühafizəsi  -  ətraf  mühitdə  təbii 
mövcud  olan  maddi  varlıqların  ilkin  kəmiyyət  və  key-
fiyyətcə  dəyişmələrə  yol  verilməməsi,  qorunub  saxlan-
ması; 
-
 
təbiətdən  istifadə  -  gələcək  nəsillərin  ehtiyacını 
nəzərə  almaqla,  cəmiyyətin  sosial-iqtisadi  tələblərini 
ödəmək məqsədilə  ətraf mühitin ekoloji tarazlığının po-
zulmasına yol verilmədən təbii ehtiyatlardan səmərəli və 
qənaətlə istifadə edilməsi; 
-
 
ətraf mühitin monitorinqi  –  təbii və antropogen 
təsirlər  nəticəsində  ətraf  mühitə  yayılan  zərərli  qaz, 
maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət 
cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi
-
 
ekoloji sistem – qarşılıqlı təsirdə olan ətraf mühi-
tin tərkib hissəsini təşkil edən: bitki örtüyü (flora), hey-
vanlar aləmi (fauna), torpaq, su hövzələri və çaylar, mi-
neral sərvətlər, hava və enerji mənbələrinin  vəhdətidir; 
-
 
ətraf  mühitin  ekoloji  tarazlığının  normallaşdı-
rılması - insan yaşayış üçün ətraf mühitin yararlı olma-
sını müəyyən edən və bioloji sistemlərin sabit istifadəsi-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə