36
raitində ətraf mühitin keyfiyyətinin bərpası (qorunması)
və ətraf mühitin mühafizəsi kimi istiqamətləndirilmə-
lidir.
ƏMİ-nin əsas vəzifəsi idarəçilik prinsipinin (ya-
naşmasının) aradan qaldırılmasının və iqtisadiyyatın sa-
hələrinin əlaqələndirilməsini həyata keçirməklə cəmiy-
yətlə təbiətin iqtisadi-ekoloji qarşılıqlı əlaqələri və mü-
nasibətləri baxımdan optimal formalaşmasını təmin et-
məkdir. Ümumiyyətlə, ƏMİ cəmiyyətin davamlı “sabit
inkişaf” modelinə keçməsinə zəmin yaratmalıdır. Əslin-
də həmin elm sahəsinin konkret vəzifələri təbii sərvətlər
üzərində mülkiyyətin realizə edilməsinin zəruri formala-
rını axtarmaq, təbiətdən ödənişli istifadə əsasında iqtisa-
di mexanizmin formalaşma yollarını müəyyənləşdir-
mək, bazar iqtisadiyyatı ilə bağlı üsullarla dövlət tən-
zimlənməsini təmin etmək deməkdir. Ölkənin iqtisadi
inkişafı ətraf mühitə münasibətdə dağıdıcı rol oynama-
malıdır. Ona görə də hazırda qlobal inkişafın həll edil-
məsinin əsas yolu dayanıqlı inkişaf hesab edilir. Dünya
ölkələrinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatması
üçün təbii ehtiyatlardan istifadəni və çirkləndiricilərin
miqdarını on dəfələrlə azaltmaq lazım gələrdi ki, bu da
sərvətlərin məhdudluğu və təbii ekoloji məhdudiyyətlər
üzündən mümkün deyildir.
Ekoloji məhdudiyyətlərin nəzərə alınması ilə inki-
şaf konsepsiyasının həm nəzəri, həm də təcrübi olaraq
formalaşmasına Birləşmiş Millətlər Təşkilatının tapşırı-
ğı ilə Q.X.Brutlandın sədrliyi ilə xüsusi komissiya tərə-
findən yerinə yetirilmiş, ətraf mühit və inkişaf üzrə Bey-
nəlxalq Komissiyaya məruzə edilmiş “Bizim ümumi gə-
37
ləcəyimiz” (1987) adlı tədqiqat böyük təsir göstərmiş-
dir. Məruzənin məqsədi dünya inkişafında dəyişmələrin
qlobal proqramının işlənib hazırlanması idi. Məruzədə
dünya iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən
ətraf mühitin qorunması sahəsində uzunmüddətli strate-
giya təklif edilmiş, təbiətdən istifadə problemini səmə-
rəli həll etməyə imkan verən üsul və vasitələrə baxıl-
mışdır. Ekoloji-iqtisadi artımın yeni növünün formalaş-
masının əsasını (məruzənin nəticələrinə görə) dayanıqlı
inkişaf təşkil etməlidir. Dayanıqlı inkişafın iqtisadi ədə-
biyyatda 60-dan çox anlayışı mövcuddur. Ən çox yayı-
lan Brundtland komissiyasının məruzəsində qeyd edilən
təyindir: “Dayanıqlı inkişaf” elə bir inkişafdır ki, in-
diki zamanda tələbatı təmin edir, lakin gələcək nəsil-
lərin öz tələbatlarını ödəməsini təhlükə altında qoy-
mur. O, özündə əsas iki anlayışı birləşdirir:
a)
tələbat anlayışı, o cümlədən, birinci dərəcəli üs-
tünlüyə malik olan, əhalinin ən kasıb təbəqəsinin möv-
cudluğu üçün zəruri olan tələbat;
b)
məhdudiyyət anlayışı, hazırkı və gələcək tələ-
batları ətraf mühitin ödəyə bilməsi imkanlarına qoyu-
lan, texnologiya və cəmiyyətin təşkilinin vəziyyəti ilə
şərtləndirilən məhdudiyyətlər.
Dayanıqlı inkişafın bu təyininə nəsillər arasında
iqtisadi münasibətlər prizmasından da, nəsil daxilində
baxılır (ictimai aspekt, kasıbçılıq problemi). Bu həmdə
nəsillər arasında ekoloji-iqtisadi aspekt prizmasından
baxılır.
Beləliklə, iqtisadi və ictimai inkişafın qarşısında du-
ran məsələlər onun sabitliyinin nəzərə alınması, bütün in-
38
kişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ekoloji təh-
lükəsizliyə uyğun olması yolu ilə müəyyən edilməlidir.
Dayanıqlı inkişaf anlayışında əsas yeri iqtisadi mə-
sələlərin uzun müddətə ekoloji nəticələrin nəzərə alın-
ması problemi tutur. Gələcək nəsillər üçün neqativ eko-
loji nəticələrin, gələcək təhlükələrin (ziyanların) mini-
muma endirilməsi zəruridir. Öz övladlarının, nəvələri-
nin hesabına yaşamaq, təbii xəzinədən yalnız özü üçün
istifadə etmək olmaz. Beləliklə, ekoloji məhdudiyyətlər,
cari və gələcək tələbat arasında kompromis, hər hansı
bir ölkədə inkişafın ictimai-iqtisadi strategiyasının işlən-
məsində əsas olmalıdır.
Dayanıqlı inkişafın dörd meyarını fərqləndirmək
olar. Bu təbii ehtiyatların təsnifatlaşdırılması, onların
təkrar istehsal dinamikasına və səviyyəsinə əsaslanır.
1)
bərpa oluna bilən təbii ehtiyatlar üçün onların
miqdarı ən az vaxt kəsiyində azalmamalıdır, daha doğ-
rusu, ən azı onların sadə təkrar istehsal rejimi təmin
olunmalıdır. Məsələn, torpaq resursları üçün bu o de-
məkdir ki, qiymətli kənd təsərrüfatı sahələri saxlanılma-
lı, sahələrin azaldıldığı halda onlardan məhsul istehsalı-
nın səviyyəsi saxlanılmalı və artırılmalıdır;
2)
bərpa oluna bilməyən təbii ehtiyatlar üçün (məs.
faydalı qazıntılar) onların ehtiyatlarının mənimsənilmə
sürətinin azaldılması və onların gələcəkdə qeyri-məh-
dud sərvət növləri ilə əvəz edilməsi. Məsələn, neft mən-
bələrinin – külək, günəş və s. enerjisi ilə müəyyən qədər
əvəz edilməsi;
3)
tullantılar üçün onların miqdarının, az tullantılı,
ehtiyatlara qənaət edən texnologiyanın tətbiq edilməsi yo-
39
lu ilə minimumlaşdırılması imkanları nəzərə alınmalıdır;
4)
ətraf mühitin çirklənmə səviyyəsi bütün ehtiyat-
lar və onun növləri üzrə gələcəkdə onun hazırkı səviy-
yəsini aşmamalıdır. Çirklənmə səviyyəsinin ictimai və
iqtisadi cəhətdən qəbul oluna biləcək səviyyəyə qədər
azaldılması imkanları nəzərə alınmalıdır (çirklənmənin
“sıfır” səviyyəsi real deyildir).
İnsanların tələbat davranışının dəyişməsinin əhə-
miyyəti də nəzərə alınmalıdır. Dayanıqlı inkişafa keçid
əmtəə və xidmətlərə müəyyən məhdudiyyətlərin olması-
nı da ehtimal edir. “Daha çox istifadə edən, hər ailə üz-
vünə bir avtomobil və s.” kimi çağırışlar aşıq-aşkar bio-
sferanın imkanları ilə tərs mütənasiblik təşkil edir.
Dayanıqlı inkişaf konsepsiyasına göstərilən baxış
onu göstərir ki, bu məsələ qlobal xarakter daşıyır. Bu in-
kişaf mürəkkəb ekoloji, iqtisadi və ictimai problemlərin
bir-biri ilə sıx əlaqədə olduğunu göstərir.
Ümumi şəkildə vaxt kəsiyində əsas parametrlər nə-
zərə alınmaqla dayanıqlı inkişaf funksiyası aşağıdakı şə-
kildə ifadə edilir:
F
t
(L, K, N, İ) ≤ F
t+1
(L, K, N, İ)
Burada, F
t
(L, K, N, İ –dayanıqlı inkişaf funksiyası;
L- əmək ehtiyatları;
K- yaradılmış kapital, istehsal vasitələri;
N- təbii ehtiyatlar;
İ- institusiya amili;
t=0,......,n – vaxt kəsiyi.
Müəyyən mənada dayanıqlı inkişaf funksiyası is-
Dostları ilə paylaş: |