Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


raf  mühitin  çirkləndirilməsinin  aşağıdakı  növlərini



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   89

84
 
 
raf  mühitin  çirkləndirilməsinin  aşağıdakı  növlərini 
fərqləndirmək olar
1.
 
Fiziki çirkləndirmə - radioaktiv maddələr, elek-
tromaqnit şüalanma, yanacaq çirkləndiriciləri, səs və tit-
rəyişlər; 
2.
 
Kimyəvi  çirkləndirmə  -  karbon  və  kükürddən  
yaranan məhsullar, karbohidrogenlər, yuyucu maddələr, 
gübrələr, ftor birləşmələri, ağır metallar, aerozollar
3.
 
Bioloji çirkləndirmə - xəstəlik yaradan bakteri-
yalar, viruslar və s.; 
4.
 
Estetik  ziyanlar  –  urbanizasiyanın  inkişafının 
təbii landşaftı pozması. 
Orqanizmlər  təbiətdə  müəyyən  həddə  çirkləndirici 
maddələrin  olmasına  dözürlər.  Lakin  onların  miqdarı  bu 
həddi keçdikdə sağlamlıq üçün böyük problemlər yaranır. 
Təbiət  ehtiyatlarının  müdafiəsi  üçün  müəssisə  və 
təşkilatların  fəaliyyətlərinin  müxtəlif  tərəflərini  nizam-
lanması 
məqsədilə 
ekoloji 
standartlardan 
və 
normativlərdən istifadə olunur. 
Ən mühüm ekoloji standart ətraf mühitin keyfiy-
yət  normativi  olan  çirkləndiricilərin  yol  verilə  bilən 
qatılıq limitidir (YVQL). Hava və su mühitinin keyfiy-
yətinə nəzarət üçün bu əsas göstəricidir. 
YVQL – zərərli maddələrin ətraf mühitdə canlı or-
qanizmlərə, o cümlədən insanlara mənfi təsir göstərmə-
yən maksimum qatılığıdır. 
Havada  zərərli  qarışıqların  kəmiyyəti  işçi  zonası 
ilə  yaşayış məntəqələri üçün ayrı-ayrılıqda normalaşdı-
rılır. YVQL-nin kəmiyyəti işçi zonalarına nisbətən yaşa-
yış  məntəqələri  üçün  əhəmiyyətli  dərəcədə  aşağıdır, 


85
 
 
çünki çirkləndirici maddənin təsiri işçi zonasında iş gü-
nünün uzunluğu ilə məhdudlaşır. Məsələn, yaşayış mən-
təqələri  üçün  havada  kükürd-iki  oksidin  YVQL-i  0,5 
mq/m
3
,  işçi  zonasında  isə  10  mq/m
3
,  azot  iki-oksidin 
YVQL-i isə uyğun olaraq 0,085 mq/m
3
 qəbul edilir. 
Havaya  atılan  hər  bir  çirkləndirici  maddə  üçün 
YVQL-nin iki kəmiyyəti müəyyən edilmişdir. – YVQL 
b.m. və YVQL o.g. 
YVQL  b.m.  –  yaşayış  məntəqələrinin  havasında 
yol  verilə  bilən  qatılıq  limitinin  birdəfəlik  maksimum 
qatılığı,  1m
3
  havada  maddənin  mq-ı  ilə  (mq/m
3
)  ifadə 
olunur. 
YVQL  o.g.  –  yaşayış  məntəqələrinin  havasında 
çirkləndirici maddələrin yol verilə bilən orta günlük qa-
tılığı, mq/m

ilə ifadə olunur. 
Su hövzələri insanlar tərəfindən  müxtəlif tələbat-
ları (içməli su, balıq yetişdirmək, kənd təsərrüfatı, səna-
ye üçün və s.) ödəmək üçün istifadə edilir. Sudan istifa-
dənin hər bir kateqoriyasına müxtəlif tələbatlar irəli sü-
rülür.  Belə  ki,  içməli  su  təsərrüfatı  üçün  iy,  dad,  rəng, 
bulanıqlıq  və  s.  əsas  əhəmiyyət  kəsb  etdiyindən  onun 
üçün neft üzrə YVQLs-i 0,3 mq/l təşkil edir. Lakin neft-
lə  çirklənmiş  suda  yaşayan  balıqların  əti  kəskin  neft 
qoxusu  verdiyindən və neft ikralar (balıq yumurtaları – 
kürülər)  üçün  çox  zərərli  olduğundan  bu  su  hövzələri 
üçün  neft  məhsullarının  qatılığı  balıq  təsərrüfatı 
göstəriciləri  ilə  limitləşdirilir  və  YVQL-i  0,05  mq/litrə 
qədər endirilir. 
 
 
 
 


86
 
 
Cədvəl 1. 
Yaşayış məntəqələrinin havasında bəzi 
maddələrin YVQL-i (mq/m
3

Çirklənmənin miqdarı onun mənbəyindən olan 
məsafədən, küləyin istiqamətindən, hava şəraitindən 
asılı olaraq dəyişir
Azot  oksidlərinin  atmosferə  atılmasının  təqribən 
95%-i (illik) qazıntı  yanacaqlarının  yandırılması nəticə-
sində  yaranır. Ümumi tullantıların 40%-ə qədəri motor-
lu  nəqliyyatın,  30%-i  istilik  və  elektrik  stansiyalarının, 
20%-i  müxtəlif  sənaye  proseslərində  yandırılan  yana-
caqların hesabına yaranır. 
Azot oksidləri atmosferdə fotokimyəvi reaksiyalar-
da  iştirak  edərək  fotokimyəvi  turşular  yaradırlar.  Onlar 
isə orqanizmlərdə fizioloji prosesləri pozur və müəyyən 
patologiyalara  (allergiya,  xərçəng  xəstəliyi)  gətirib  çı-
xarırlar. 
Azot  iki-oksidi  daha  təhlükəlidir.  O,  insanlarda  iy 
duyma və gecələr görmə (gözün qaranlığa uyğunlaşma) 
qabiliyyətini azaldır. 
Suyun  xlorlaşdırılması  və  ftorlaşdırılması,  plast-
massların yandırılması, elektrokimyəvi metallurgiya mü-
əssisələri, üçüncü üzvi maddələrin (həlledicilər, təmizlə-
s/n 
Çirkləndirici maddələr 
YVQL o.g. 
YVQL b.m. 
1. 
Azot iki-oksid 
0,085 
0,085 
2. 
Kükürd  iki-oksid 
0,05 
0,05 
3. 
Bərk maddələr (toz) 
0,15 
0,5 
4. 
Karbon oksidi 
3,0 
5,0 
5. 
Ammonyak 
0,04 
0,2 
6. 
Xlor-hidrogen 
0,2 
0,2 
7. 
Sink 
0,05 
 


87
 
 
yici  vasitələr,  xlor  –  ftorkarbonları)  geniş  istehsalı  bu 
cür çirkləndiricilərin havada qatılığının artmasına səbəb 
olur.  Qazşəkilli  xlor  nəfəs  orqanlarını  qıcıqlandırır,  ağ 
ciyərin şişməsinə səbəb olur və onları dağıdır. Su və qi-
da məhsulları vasitəsilə heyvan və insan orqanizmlərinə 
daxil  olan  ftorlu  birləşmələr  –  böyrəklərin  və  bağır-
saqların funksiyalarının pozulması, dişlərdə və digər sü-
müklərdə dəyişmələr kimi xəstəliklər yaradır. 
Planetin  üzərində    atmosferə  il  ərzində  insan  fəa-
liyyəti  nəticəsində  200  mln.ton  (20-dən  artıq  kimyəvi 
element) qatışıqlar daxil olur. 
Təbii  suların  çirkləndirilməsinin  ekoloji  nəticə-
ləri müxtəlifdir, lakin onların hamısı nəticədə su eko-
sistemlərinin pozulmasına səbəb olur
Turşuma (qıcqırma) qabiliyyətinə malik olan üz-
vi maddələrin çay və dəniz sularına atılması suyun güc-
lü bakterioloji yoluxmasına səbəb olur ki, bu da hepatit, 
vəba, tif, dizenteriya və digər mədə-bağırsaq xəstəliklə-
rinin yayılmasına gətirib çıxarır. 
Suların üzvi maddələrin çirklənməsində çirkab su-
larının,  yeyinti  və  sellüloz-kağız  sənayesi  müəssisələri-
nin  tullantıları  böyük  rol  oynayır.  Orta  güclü  sellüloz-
kağız  kombinatının  tullantıları  suyu  500  minlik  əhalisi 
olan  şəhərin  çirkləndirdiyi  qədər  çirklənmə  səviyyəsi 
yaradır. 
Suyun  yoluxucu  maddələrdən  təmizlənməsi 
üçün  ölkəmizdə  əsasən  suyun  xlorlaşdırılmasından 
istifadə edilir. Bu üsulun əsas problemi ondadır ki, xlor 
suda  həll  olunmuş  karbohidrogenlərlə  reaksiyaya  girir 
və bəzi xlorlaşmış karbohidrogenlər kansorogen təsirlə-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə