Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 4,04 Kb.
Pdf görüntüsü
səhifə9/48
tarix05.02.2018
ölçüsü4,04 Kb.
#24604
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Muğamşünaslıq UOT 781,7                                                      Aynurə Abuşova – “Çahargah” muğamının melodik xüsusiyyətləri və məqam əsası 
 
 
 
19 
çevrilir  (10, s. 100). “Müxalif” şöbəsinin əsas xüsusiyyəti melodiyanın məqamın IX 
yüksəlmiş pilləsindən parlaq intonasiya özəyi ilə başlanmasından ibarətdir.  
Muğamın bu inkişaf mərhələsində “Manəndi-müxalif”, “Hasar” və “Müxalif” 
şöbələrinin  ardıcıllaşması  yeni  məqam-tonallıq  mühitinin  daxil  olunması  ilə 
xarakterizə  olunur.  Məhz  məqam-tonallıq  dəyişilməsi  muğam  kompozisiyası  daxi-
lində kontrastlıq yaratmaqla, onun formasına da dinamik inkişaf aşılayır.  
Muğamın  üçüncü  inkişaf  mərhələsi  “Mənsuriyyə”,  “Üzzal”,  “Məğlub” 
şöbələrindən  ibarətdir.  Kulminasiyada  çahargah  məqamına  keçid  və  muğamın  yeni 
səviyyədə  məqam-intonasiya  əsasına  qayıdışı  ilə    xarakterizə  olunur.“Do”  çahargah 
məqamında  tonikanın  oktavasına  əsaslanan  “Mənsuriyyə”  şöbəsində  məqam  repri-
zası  ilə  yanaşı,  musiqi  materialının  yeni  səviyyədə  inkişafı  səs  diapazonunun 
genişlənməsinə səbəb olur.  Bu mərhələnin sonu bilavasitə mayəyə qayıdış prosesini 
əks  etdirir,  “Üzzal”  və  “Çahargaha  ayaq”  şöbə  və  guşələrindən  ibarətdir.  Bu 
şöbələrdə melodiyanın zildən-bəmə enməsi vasitəsilə “Çahargah” muğamının mayəsi 
və əsas məqam-tonallığı təsdiq olunur. 
Göründüyü  kimi,  çahargah  məqamında  pillələrin  funksionallığı  digər 
pillələrlə qarşılıqlı əlaqədə daha aydın şəkildə üzə çıxır. “Çahargah” muğamının əsas 
tematik özəyi sərbəst variasiyalılıq və məqam keçidləri əsasında geniş surətdə inkişaf 
etdirilir.  Variantlı,  sekvensiyalı,  enən-yüksələn  hərəkət  formaları  muğamın  melodik 
quruluşunda mühüm rol oynayır. 
Beləliklə,  “Çahargah”  muğamı  quruluşuna  və  məqam  xüsusiyyətlərinə  görə 
şifahi ənənəli musiqi irsində özünəməxsus yer tutur.  
 
 
ƏDƏBİYYAT: 
1.
 
Məmmədov N.H. Azərbaycan muğamları Çargah və Hümayun. B.: 1962, 
38 s.   
2.
 
Məmmədov N.H. Azərbaycan muğamı Çargah. M.: 1970, 78 s. 
3.
 
Əsədullayev A.M. İnstrumental muğam. B.; 2009. 168 s. 
4.
 
Məmmədli Ə.M. Azərbaycan muğamları (instrumental). B.: 2010, 328 s. 
5.
 
Rüstəmov  S.Ə.  Azərbaycan  xalq  rəngləri.  I  dəftər.  B.:  1954,  59  s.;  II 
dəftər. B.: 1956. 58 s. 
6.
 
Bakıxanov Ə. M. Azərbaycan xalq rəngləri. B.: 1964, 73 s.;  
7.
 
Bakıxanov Ə. M. Azərbaycan ritmik muğamları. B.: 1968, 59 s. 
8. Зохрабов Р.Ф. Азербайджанские теснифы. М.: Советский композитор, 
1983, 326 с.  
9. Zöhrabov R.F. Zərbi-muğamlar. B.: Mars-print, 2004, 406 s. 
          10. Hacıbəyli Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: 1985, 152 s. 
11.  İsmayılov  M.C.  Azərbaycan  xalq  musiqisinin  məqam  və  muğam 
nəzəriyyəsinə dair elmi-metodik oçerklər. B.: 1991, 118 s. 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
20 
Muğamşünaslıq UOT 781,7                                                    Aynurə Abuşova – “Çahargah” muğamının melodik xüsusiyyətləri və məqam əsası 
 
 
20 
          12. Zöhrabov R.F. Muğam. B.: 1991, 220 s. 
          13. Həsənova C.İ. Azərbaycan musiqisinin məqamları. B.: 2012, 232 s. 
 
 
Айнура АБУШОВА 
Преподаватель АНК 
Диссертант ANK 
 
МЕЛОДИЧЕСКИЕ ОСОБЕННОСТИ И ЛАДОИНТОНАЦИОННАЯ 
ОСНОВА МУГАМА «ЧАХАРГЯХ» 
 
Резюме: Статья посвящена изучению нотных записей мугама и анализу 
его музыкального языка. В статье дается образно-эмоциональная 
характеристика мугама, особенности композиционного и мелодического 
строения, ладоинтонационная основа мугама «Чахаргях». 
Ключевые  слова:  мугам,  нотные  записи,  лад,    мелодические 
особенности, музыкальный язык 
 
 
 
Aynura ABUSHOVA 
Teacher of ANC 
Candidate for a degree of ANC 
 
THE MELODIC FEATURES AND MODUS-INTONATIONS BASIS OF 
MUGHAM «CHAHARGAH» 
 
Summary: The article is devoted to studying of mugham musical notations 
and the analysis of its musical language. In the article is given the figurative-
emotional characteristic of mugham and composition and melodic structure features, 
modus-intonations basis of mugham «Chahargah». 
Key words: mugham, musical notations, modus, the melodic features, musical 
language 
 
 
Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova 
                sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev 
 
 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Musiqi və poeziya UOT 78,07                                         Səadət Abdullayeva – Nizami Gəncəvinin etik və estetik görüşləri “musiqili” misralarda
 
 
 
21 
 
Səadət ABDULLAYEVA 
Sənətşünaslıq üzrə elmlər doktoru,  
professor 
Ünvan: Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98 
Email:saadatabdulla@yandex.ru 
 
NİZAMİ  GƏNCƏVİNİN  ETİK VƏ ESTETİK  GÖRÜŞLƏRİ 
 “MUSİQİLİ” MİSRALARDA 
 
Xülasə: Məqalədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sində 
əks olunan etik və estetik görüşləri şərh edilir. 
 Açar sözlər: Nizami Gəncəvi, “Xəmsə”, etika, estetika 
 
Müasir  elmlərin  elə  bir  nümayəndəsi  tapılmaz  ki,  Nizaminin  əsərlərində 
özünə aid kəlamlarla rastlaşmasın, təbiət qanunlarının şərhinə rast gəlməsin. Nizami 
irsi  musiqişünasların  da  əsas  tədqiqat  sahəsidir,  musiqisevərlər  üçün  əsl  ilham 
mənbəyidir. Onun əsərlərində musiqili səhnələr yetərincədir. 
Nizami insanların qəlbindən keçən duyğuları əks etdirmək, onları bir an belə 
qayğılardan  uzaqlaşdırmaq  üçün  hər  dəfə  musiqiyə  müraciət  edir.  Çünki  ancaq 
musiqi, mahnı, çalğı və rəqs insanların daxili aləmindən gələn hissləri əks etdirə bilir. 
Ona görə: 
Cahan qəmə dəyməz, şadlığa meyl et, 
Bu saray heç də kədər üçün tikilməmişdir. 
Cahan şadlıq və fərəh üçündür, 
Yox! Zülm və möhnət üçün deyildir [5, s. 352]. 
Şair sənət və sənət sahiblərinə yüksək qiymət verir  
Sənət öyrən, çünki sənətkarlıqla 
Qapılar açmaq olur, bağlamaq yox! [4, s. 48
Dünyanın  dərk  edilməsində,  insanlar  arasındakı  ünsiyyətin  yaradılmasında 
musiqinin  əvəzsiz  rolunu  bədii  vasitələrlə  göstərən  mütəfəkkir  şair  lirik  şeir  və 
poemalarında etika və estetikanın ayrı-ayrı məsələlərinə də toxunur. Bunları bir sıra 
tədqiqatçılar  (Q.Qasımov,  A.Rüstəm,  A.Hacıyev,  S.Qurbanəliyeva  və  b.)  təhlil 
etsələr də, Nizami elə dahi şəxsiyyətdir ki, onun əsərlərini hər dəfə oxuyanda, istər-
istəməz  yeni  fikirlərə  gəlirsən,  düşüncələrə  qatılırsan.  Bu  da  onun  poeziyasının 
zənginliyindən, kamilliyindən, qüdrətindən xəbər verir. 
Dahi şairimiz muğam, nəğmə, səs çalarları və çalğı alətlərinin adlarını yalnız 
qafiyə  sözləri  kimi  deyil,  onlardan  həmçinin  “Xəmsə”  qəhrəmanlarının  və  eləcə  də 
onun  özünün  əqidəsini,  fikirlərini,  hissələrini,  duyğularını,  cəmiyyətə  qarşı 
münasibətlərini şərh etmək üçün istifadə etmişdir.  
Nizamiyə görə, hər bir canlı məxluq dünyanın bir ünsürüdür. Şərəfli adamlar 
başqalarının  qayğısına  qalmalıdırlar,  buna  görə  də  onlar  xeyir  görəcəklər.  Şair 
məsləhət görür ki: 
 


Yüklə 4,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə