Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 4,04 Kb.
Pdf görüntüsü
səhifə2/48
tarix05.02.2018
ölçüsü4,04 Kb.
#24604
1   2   3   4   5   6   7   8   9   ...   48

 
 

Yubileylər  UOT 785                                              

K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
Azərbaycan Milli Konservatoriyasının rektoru, 
“Şöhrət” ordenli, xalq artisti, professor SİYAVUŞ KƏRİMİNİN təbriki 
 
ƏZİZ VƏ DƏYƏRLİ DOSTUMUZ YAQUT XANIM! 
Siz,  ifaçılıq  sənətində  şərəfli  yaradıcılıq  yolu  keçən  və  pedoqoji 
fəaliyyətinizdə  fərqlənən,  professionallıq  baxımından  böyük  təcrübəsi  olan  bir 
pedoqoqsunuz. 
Uzun  illər  öz  əməyinizi  gənc  kadrların  hazırlanmasına  həsr  edərək  elmi 
sahədəki  nailiyyətlərinizlə  yanaşı  təşkilatçılıq fəaliyyətinizlə  də seçilirsiniz. Konsert 
təşkilatçılığı işində göstərdiyiniz nəticələrə görə dəfələrlə “Fəxri  Fərman”larla təltif 
olunmusunuz. 
Azərbaycan  Milli  Konservatoriyasının  yarandığı  ilk  gündən  bizimlə  çiyin-
çiyinə  çalışmış  və  milli  musiqimizin  təbliği  işində  göstərdiyiniz  xidmətlərlə 
kollektivin  dərin  hörmətini  qazanmısınız.  Siz  həmçinin  Konservatoriyanın  ictimai 
işlərində  də  fəallıq  göstərərək  Həmkarlar  İttifaqı  KomitəsiRəyasət  Heyətinin 
üzvüsünüz.  
Sevimli Yaqut xanım! 
Sizi  Azərbaycan  Milli  Konservatoriyasının  professor-müəllim  heyəti  və 
şəxsən  öz  adımdan  60  illik  yubileyiniz  münasibəti  ilə  səmimi  qəlbdən  təbrik  edir, 
sağlam həyat, daha böyük yaradıcılıq uğurları ilə dolu  uzun ömür arzulayırıq.  


Musiqi xadimləri UOT 78.071                                                                                                       Əfsanə Babayeva - Musiqidə yaşayan ömür 
 
 
 
ı 2016  No 3 (33) 

K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
Əfsanə BABAYEVA 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru 
 
MUSİQİDƏ YAŞAYAN ÖMÜR 
 
Yaqut  xanım  Şıxseyid...  Bu  ad  Azərbaycan  Milli  Konservatoriyasının  
professor-müəllim  kollektivindən  tutmuş  tələbələrinədək  hamıyamehriban  və 
qayğıkeş müəllim, fəal və yorulmaz təşkilatçı, gözəl və səmimi insan kimi tanışdır. 
Onun gülər üzü, daima yüksək əhvali-ruhiyyəsi  bu sənət ocağına xüsusi yaradıcılıq 
atmosferi, ilham və sevinc bəxş edir. 
Hələ uşaq  yaşlarından musiqiyə olan hədsiz marağı və sevgisi onu bu sənətlə 
sıx    bağlamışdır.  Özünün  etirafına  görə,  musiqi  onun  ruhuna  və  qəlbinə  hakimlik  
etmişdir.  Musiqisiz  bir  gününü  belə  təsəvvür  etməyən  və  hər  zaman  öndə  olmağa  
cəhd  edən  Yaqut  xanım  elə  uşaqlıqdan  maraqlı  təşəbbüsləri  və  orijinal  ideyaları  ilə  
ətrafdakılarını  təəccübləndirmişdir.  Onun  bu  cür  fəallığı  və  təşəbbüskarlığı  beş 
yaşında  olarkən  şagird,  artıq  on  altı  yaşında  isə  tələbə  adını  qazanmağa  əsas  
vermişdir.   
İnadla  demək  olar  ki,  Yaqut  xanımın    musiqi  sahəsində  fəaliyyəti  çoxcəhətli  
olmuşdur. Belə ki, o, musiqidə ilk addımlarını Azərbaycan xalqının  qədim milli aləti 
olan  kamança  çalmaqla  atmışdır.  Bu  alətin  sirlərini  Yaqut    xanım    əvvəlcə  6  saylı 
musiqi  məktəbində  görkəmli  kamança  ifaçısı  və  əvəzolunmaz  pedaqoq  Elman 
Bədəlovdan,  sonra  isə  Ü.Hacıbəyli  adına  Azərbaycan  Dövlət  Konservatoriyasında 
xalq artisti, professor Ramiz Mirişlidən öyrənmişdir. Məhz Elman Bədəlovun böyük 
səyi  və  həlledici  rolu  ilə  yanaşı,  həm  də  milli  musiqiyə    böyük  dəyər  verən  atası  -  
dövlət  və  partiya  xadimi  Şıxseyid  Kərimovun  istəyi  və  öz  şəxsi  həvəsi  ilə  Yaqut 
xanım  meylini  bu  alətə  salır.  Artıq  Konservatoriyanın  üçüncü  kursunda  oxuduğu 
zaman əlaçı və fəal tələbə kimi professor-müəllim heyətinin diqqətini özünə cəlb edir 
və  professor  R.Mirişlinin  təşəbbüsü  ilə  A.Zeynallı  adına  Musiqi  Texnikumunda 
(İndiki Bakı  Musiqi  Kolleci) müəllim vəzifəsində işə düzəlir. Ona bu tarixi  musiqi 
ocağında  milli  musiqinin  görkəmli  ifaçıları  –  korifey  sənətkarlarımızla  çiyin-çiyinə 
çalışmaq, onlardan öyrənmək,  daha da yüksək nailliyyətlər qazanmaq səadəti nəsib 
olur.  
Konservatoriyanı  bitirdikdən  sonra  Yaqut  xanım  göndərişlə  Gəncə  Musiqi  
texnikumunda eyni həvəslə fəaliyyət göstərir. Burada da onun pedaqoji işlə bərabər 
təşkilatçılıq  bacarığı,  kollektivlə  tez  ünsiyyətə  girə  bilmək  qabiliyyəti    özünü 
göstərir. Bütün bu öhdəliklərlə eyni zamanda o, Bakı Ali Partiya  Məktəbini də əla 
qiymətlərlə bitirməyə müvəffəq olur. Gəncədə üç illik  pedaqoji fəaliyyətini  bitirib 
Bakıya qayıtdıqdan sonra yenidən A.Zeynallı adına Musiqi məktəbində işini  davam 
etdirir.  Lakin  taleyin  hökmü  və  unudulmaz  sənətkar  Süleyman  Ələsgərovun  dəvəti 
ilə  Yaqut    xanım  1981-ci  ildə  Azərbaycan  Dövlət  Konservatoriyasına  (indiki  Bakı 
Musiqi Akademiyasına) “Xalq çalğı alətləri” kafedrasında müəllim vəzifəsinə qəbul 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 

Musiqi xadimləri UOT 78,071                                                                                                                 Əfsanə Babayeva – Musiqidə yaşayan ömür 
 
ı 2016  No 3 (33) 
 

olunur. Bu hadisə onun həyatına yaddaqalan ən xoş və eyni zamanda,  qürur doğuran 
anlar  bəxş  edir.  Şübhəsiz,  ali  musiqi  tədris  ocağında  dərs  demək  həm  də  böyük 
məsuliyyət  tələb  edirdi.  Yaqut  xanım  belə  bir  məsuliyyətli  işin    öhdəsindən  uğurla 
gəldi. Artıq 40 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olan Yaqut xanım öz biliyini, 
gücünü, əməyini, vaxtını sərf edərək yetişdirdiyi 100-dən çox tələbələri ilə fəxr edir. 
Bunların arasında laureatlar, fəxri ad alanlar, onunla çiyin-çiyinə çalışan müəllimlər, 
müxtəlif ansambllarda çalışan ifaçılar da var.  Əlbəttə, bütün bunlar Yaqut xanımda 
dərin qürur  hissi oyadır və daha da əzmlə çalışmağa sövq edir. 
 
Yaqut xanımın  təcrübəli pedaqoq kimi hazırladığı metodik tövsiyələri - “Hacı 
Xanməmmədov. “Kamança ilə simfonik orkestr üçün konsert” (B.: Mütərcim, 2009), 
“Zakir Bağırov. “Kamança ilə simfonik orkestr üçün konsert” (B.: Mütərcim, 2009) 
alətin ifaçılıq xüsusiyyətlərinin aşkarlanmasında xüsusi  əhəmiyyətə malikdir. 
 Kamança  alətinin  tədrisi  ilə  bağlı  problemlərdən  biri  repertuar  məsələləridir. 
Bu  sahədə  olan  boşluğun  aradan  qaldırılması  məqsədilə  Yaqut  xanımın  hazırladığı   
“Pyeslər  məcmuəsi”  (Bakı,  2011)  olduqca  önəmlidir.  Ali  və  orta  ixtisas  musiqi 
məktəblərinin  kamança  sinfi  üçün  dərs  vəsaiti  kimi  nəzərdə  tutulan  və  redaktoru  
əməkdar  incəsənət  xadimi  Məmmədağa  Kərimov,  rəyçiləri  xalq  artisti,  professor 
Ramiz Mirişli, xalq artisti, professor Şəfiqə Eyvazova, dosent Gülağa Zeynalov olan 
bu  məcmuədə  Azərbaycan  və  xarici  ölkə  bəstəkarlarının  əsərləri  kamança  və 
fortepiano  üçün  işlənmişdir.  Buraya  Q.Qarayevin  “Don  Kixot”  simfonik 
qravürlərindən  “Səyahət”,  F.Əmirovun  “Azərbaycan”,  T.Bakıxanovun  “Elegiya”, 
“Rəqs”,  “Xeyir  və  şər”  baletindən  “Vals”,  P.Çaykovskinin  “İlin  fəsilləri”  silsilə-
sindən  “Dekabr”  Ş.A.Rubinşteynin    “Demon”  operasından  “Rəqs”,    İ.Bramsın  “1 


Yüklə 4,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə